şənbə günü, 14 noyabr 2026
     

Azərbaycan Rusiya-Ukrayna gərginliyini çözə bilər...

Image


Rusiya və Qərb ölkələri arasında Ukrayna ilə bağlı yaranmış gərginliyin danışıqlar yolu ilə çözülə biləcəyinə dair bütün ümidlər, əvvəldən də proqnozlaşdırıldığı kimi, fiaskoya uğradı. Qərb ölkələri Rusiyanın şərtlərini yerinə yetirməkdən imtina etdiklərini bəyan etdilər.

Xatırladaq ki, ötən ilin sonunda Rusiya NATO və ABŞ-la danışıqlar aparmaq məqsədi ilə təhlükəsizlik şərtlərini açıqlayıb. Şərtlərə əsasən, Şimali Atlantika alyansı keçmiş Sovet İttifaqı ərazisində bütün hərbi fəaliyyətindən imtina etməlidir. Rusiya Xarici İşlər Nazirliyi tərəfindən təklif olunan şərtlər arasında NATO-nun Ukrayna, Şərqi Avropa, Qafqaz və eləcə də Mərkəzi Asiyada bütün hərbi fəaliyyətlərdən imtina etməyə razılaşması da təklif olunurdu. Bununla yanaşı, alyans bütün mübahisələrin sülh yolu ilə həllini üstün tutmalı və güc tətbiq etməkdən çəkinməli idi. Moskva ilə NATO üzlvləri arasında təklif olunan saziş layihəsinə əsasən, NATO-nun genişlənməsinə məhdudiyyətlər tətbiq olunmalı idi. Eləcə də tərəflər arasında müəyyən edilmiş bufer zonada hərbi təlimlərin briqada səviyyəsindən çox olmamaq şərtilə məhdudlaşdırılması, yerüstü orta və qısa mənzilli raketlərin yerləşdiriməsinin qadağan olunması da təklif olunurdu. Lakin Qərb ölkələri, xüsusən də ABŞ bu təklifləri rədd edib. Əvəzində Rusiyaya bildirilib ki, Kreml ordusunu Ukryna sərhədlərindən geri çəkməlidir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bunun qəbuledilməz olduğunu bildirib. O qeyd edib ki, Moskva Rusiya qoşunlarının öz ərazisindən kazarmaya qaytarılmasına dair ABŞ-ın qəbuledilməz tələblərini hətta müzakirə etməyə belə hazır deyil: “Onlar artıq qoşunların Ukrayna sərhədlərindən çəkilməsini deməklə kifayətlənmir, qoşunun kazarmaya qayıtmasını istəyirlər. ABŞ dövlət katibinin birinci müavini Vendi Şerman mətbuat konfransında məhz bunu açıq-aşkar bildirib. Fikrimcə, bu qətiyyən qəbuledilməzdir. Biz bu məsələni hətta müzakirə belə etməyəcəyik”. Buna paralel olaraq ABŞ Konqresinə Rusiyaya qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsi təqdim olunub. ABŞ senatorlarının təklif etdiyi sanksiyalar paketi Ukraynada vəziyyət gərginləşəcəyi təqdirdə tətbiq oluna bilər. Qanun layihəsində sanksiyalar Rusiya prezidenti Vladimir Putinə, o cümlədən baş nazirə, xarici işlər və müdafiə nazirinə, Baş Qərargah rəisinə və ən azı üç Rusiya maliyyə təşkilatına, o cümlədən "Sberbank", VTB, "Qazprombank" kimi qurumlara şamil oluna bilər.

İndi maraq doğuran Rusiyanın bundan sonra hansı addımlar atacağıdır. Yayılan məlumatlar göstərir ki, Kreml hərbi diplomatiyaya üstünlük verməyə hazırlaşır. Bunun üçün Moskva Ukraynaya hərbi təzyiqlərini artırmağı düşünür. Lakin Qərb ölkələri xəbərdarlıq edir ki, bu halda hadisələrin gedişi Rusiya-Ukrayna savaşına rəvac verəcək. Hətta bu vəziyyətdə ABŞ milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bəyan edib ki, Vaşinqton yaxın günlərdə Rusiyanın Ukraynaya hücum ssenarisini açıqlayacaq: “Biz bu ssenarini 2014-cü ildə görmüşük. Onlar onu yenidən hazırlayırlar. Administrasiyada növbəti 24 saat ərzində onların hücum üçün hansı bəhanəni hazırladıqları barədə əlavə detallar olacaq və biz onları ictimaiyyətə açıqlayacağıq”. ABŞ prezidentinin müşaviri əlavə edib ki, bəhanə olaraq Kiyevin Ukraynanın şərqindəki Rusiya qüvvələrinə “hücumunun qaçılmaz olması” barədə saxta məlumatlardan istifadə edilməsi gözlənilir. Məhz bu ssenarinin təfərrüatları tezliklə ictimaiyyətə açıqlanacaq. Sallivanın sözlərinə görə, hazırda Amerika kəşfiyyatının Rusiyanın hücum planları ilə bağlı topladığı məlumatlar o qədər də yüksək əminlik yaratmır. Xatırladaq ki, daha əvvəl ABŞ mətbuatı kəşfiyyat məlumatlarına əsasən Rusiyanın Ukraynaya hücumunun yanvarın sonlarında-fevralın əvvəllərində başlayacağını yazmışdı. Bu arada Rusiyanın Uzaq Şərqindən Ukrayna sərhədləri istiqamətində hərbi texnika daşıyan dəmiryol eşelonlarının ardı-arası kəsilmir və sosial şəbəkələrdə hər gün bir neçə belə eşelonun hərəkətini əks etdirən videokadrlar yayılmaqdadır. Hətta Ussuriysk ətrafında dislokasiya olunmuş hərbi hissələrin Ukrayna istiqamətinə daşındığı bildirilir. Yayılan kadrlarda tanklar, reaktiv yaylım atəşi sistemləri, yüngül zirehli texnika, hərbi yük maşınları, səhra artilleriyası və digər texnika yüklənmiş qatarların hərəkəti görünür. Yanvarın əvvəlindən bəri Ukrayna istiqamətində onlarla belə eşelonun hərəkəti qeydə alınıb.

Müharibə ehtimalının artdığı bir vaxtda diqqət çəkən hadisə Azərbaycan prezidenti İlham Əliyevin Ukraynaya işgüzar səfəridir. Səfər Vladimir Zelenskinin dəvəti ilə həyata keçirilir. Belə ki, Ukrayna prezidenti ötən ilin dekabrında Brüsselə səfəri zamanı Əliyevlə görüşüb və onu Kiyevə səfərə dəvət edib. Hesab edilir ki, prezidentlərin görüşündə Rusiya-Ukrayna gərginliyi əsas müzakirə predmetlərindən biri olacaq. Bu fonda Azərbaycanın bu gərginliyin çözülməsində vasitəçi qismində çıxış etməsi də istaisnalıq təşkil etmir. Çünki rəsmi Bakının hər iki ölkə ilə yüksək səviyyəli münasibətləri mövcuddur. Eyni zamanda, Qərb ölkələrindən fərqli olaraq, Rusiya Azərbaycanın dialoq və vasitəçilik missiyasını qəbul edir. Hər halda, bunu 2015-ci ildə Rusiya-Türkiyə münasibətlərindəki gərginlyin Azərbaycanın vasitəçiliyi ilə çözülməsi də sübut edir. Bu dəfə Azərbaycan bu missiyanı Ukrayna üzrə yerinə yetirə bilər.

Samirə SƏFƏROVA

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ