şənbə günü, 14 noyabr 2026
     

Rusiyanın Qərblə oynadığı “Ukrayna tanqosu” savaş rəqsinə çevrilir...

Image


“Rusiya Prezidenti Vladimir Putin aylardır Ukrayna ilə sərhəd yaxınlığına böyük sayda qoşun cəmləyir. Amma Moskva bu ölkəni işğal etmək niyyəti olmadığını deyir. Bəs onda Rusiyanın növbəti addımı nə ola bilər?”. Bu fikirlər  “The New York Times” qəzetində yer alıb.

Qəzet Ukrayna ilə bağlı Rusiyanın növbəti addımının nə olacağını Putindən başqa heç kəsin bilmədiyini yazır. Qeyd edilir ki, elə Putinin niyyəti də budur: “Rusiyanın xarici siyasəti üzrə tanınmış təhlilçi, Kremlə tövsiyələr verən şuranın başçısı Fyodor Lukyanov elə belə də deyir: “Qətiyyətlə bəyan edəcəyim ekspert fikri budur: Lənət şeytana, kim bilir?”. Təhlilçilərin fikrincə, hətta Putinin yaxın ətrafı belə onun Ukraynaya qarşı tammiqyaslı müharibə planında nə dərəcədə ciddi olduğunu dəqiq bilmir. O ki qala bu həftə Cenevrədə ABŞ-la danışıqlara rəhbərlik etmiş xarici işlər nazirinin müavini Sergey Ryabkov ola. Rusiyalı və amerikalı təhlilçilər onun belə bir qərar verməməsini də mümkün sayırlar. Ola bilsin, Putin Qərbi gərgin saxlamaqdan həzz alır. Ukrayna məsələsinə görə ABŞ və Rusiya nümayəndə heyətləri arasında danışıqlar keçirilib. Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, Rusiya bundan sonra diplomatiyaya davam etməyin “mənası olub-olmadığına” qərar verəcək. Putinin son aylardakı davranışı onun zəif geosiyasi mövqeyi ilə yüksək nəticələr əldə etməkdən ötrü gərginlik və gözlənilməzlikdən necə yararlanmaq bacarığını göstərir. İqtisadi vəziyyəti yaxşı olmayan Rusiya azı dörd cəbhədə – Belarus, Qazaxıstan, Ukrayna və Cənubi Qafqazda gərgin vəziyyətləri idarə edir. Putin illərdir NATO-nun Şərqə doğru genişlənməsindən, Amerikanın Ukraynada qərbyönlü əhvalı dəstəkləməsindən qəzəbini ifadə edir; indi isə prezident Co Baydenin gündəmini mürəkkəbləşdirə biləcək yeni təhlükəsizik böhranı yaratmaqla o, məsələni düz Vaşinqtonun qənşərinə çıxara bilib. Rus ekspert Tatyana Stanovaya qeyd edir: “Son 30 ildə ilk dəfə olaraq Birləşmiş Ştatlar hətta bir il öncə müzakirəsi qeyri-mümkün sayılan məsələləri dartışmağa razılaşıb”. İndi isə Rusiya prezidenti amerikalıları danışıqlar masasına çəkərək klassik Putin strategiyası yürüdür: oyun meydançasında mümkün qədər çox, müxtəlif istiqamətləri göstərən gedişlər edir, adamlar bunların üzərində baş sındırdığı vaxt isə o, gedişatdan asılı olaraq özünə ən çox əl verən taktikanı seçir. Məsələn, Ryabkov jurnalistlərə deyib ki, o heç bir ultimatum irəli sürmür. Amma onu da əlavə edib ki, Birləşmiş Ştatların Ukraynanın heç vaxt NATO-ya qoşulmayacağına qarantiya verməsi “tamamilə məcburidir”.

Rusiyaya sanksiyalar Birləşmiş Ştatlarla gərginliyi yoluna qoymayacaq. Bunu Britaniyanın Moskvada keçmiş səfiri Toni Brenton da təsdiq edir: “Rusiyaya sanksiyalar işləmir. Rusiya sadəcə, daha da inadcıl olur”. Onun fikrincə, Qərb də cavabında inad edir: “Və beləliklə də həqiqi, çox təhlükəli təhlükəsizlik qarşıdurmasına bir az da yaxınlaşırsız”. Corctaun Universitetindən Ancela Stent isə düşünür ki, sanksiya təhdidi Rusiyanı heç də çəkindirə bilməyib. Ekspert diqqəti təklif olunan sanksiyaların miqyasına çəkir, onlar texnologiya ixracına, bankların beynəlxalq maliyyə sisteminə çıxışına təsir göstərə bilər: “Əgər Putin Ukraynanı işğal etməyə qərar versə, gözlənən sanksiyaların onu bu yoldan döndərəcəyindən əmin deyiləm”.  Bu arada ABŞ rəsmiləri bildiriblər ki, Vladimir Putin hərbi helikopterləri Ukrayna ilə sərhədə göndərməklə bağlı ilk addımları atıb və bu, qonşu ölkəyə hücum planlaşdırmasının davam etdiyinə işarədir. Amerikalı rəsmilər Ukrayna sərhədinə əlavə rus qoşunlarının göndəriləcəyini və bu sayın 175 minə qədər çatdırılacağını gözləyir. Yerləşdirilmə səngisə də, hələ də sərhəddə 100 minə yaxın hərbçi var və hazırda Rusiya ora əlavə zərbə aviasiyası da yerləşdirib. Putin Ukraynanı işğal etmək qərarına gələrsə, hücum və nəqliyyat helikopterləri, həmçinin qırıcı təyyarələr Rusiya üçün əsas üstünlük olacaq. ABŞ Hərbi Hava Qüvvələrinə məxsus RC-135 radioelektron kəşfiyyat təyyarəsi dekabrın 27-dən bəri mütəmadi olaraq Ukrayna üzərində uçuşlar həyata keçirir. Bu, ABŞ kəşfiyyatına rus komandirlərin danışıqlarını dinləməyə imkan verir. ABŞ Hərbi Hava Qüvvələri, həmçinin, yerüstü hədəfləri izləmək üçün E-8 JSTARS təyyarələrindən istifadə edir və onların köməyi ilə Rusiya qoşunlarının yerləşməsini və hərəkətlərini izləyir”.

Belə bir vaxtda Fransa kəşfiyyatı istisna etmir ki, Moskva Ukraynaya qarşı döyüş əməliyyatlarının eyni vaxtda bir neçə ssenarisini nəzərdən keçirir. Bura bütün Donbasın zəbt edilməsindən tutmuş Ukraynanın cənubunda şəhərlərin işğalı da daxildir. “Europe1” resursu Fransa kəşfiyyatındakı mənbələrə istinadən yazır ki, Qazaxıstandakı hadisələrə baxmayaraq, Rusiya Ukraynaya hücum planlarını ləğv etməyib. Kəşfiyyatdakı mənbələr deyir ki, Putin ABŞ və NATO ilə danışıqların nəticələrini gözləmədən Ukraynanın sonrakı taleyini həll edəcək. Bu zaman üç ssenari nəzərdən keçirilir. Birincisi Rusiya ordusunun birbaşa müdaxiləsidir. Hazırda Ukrayna sərhədləri boyu 100-150 minlik canlı qüvvə və olduqca çox hərbi texnika cəmləşdirilib. Bu ssenari həyata keçirilsə, hər iki tərəfdən çoxsaylı itkilər qaçılmaz olacaq. İkinci ssenariyə əsasən Rusiya ancaq Donbassı özünə birləşdirəcək. Fransa generalları əvvəldən hadisələrin bu cür inkişaf edəcəyini daha ağlabatan hesab edirlər. Çünki bu variant Rusiyaya daha çox sərf edir. Moskva regionda toqquşmaları qızışdıra və ardınca “öz vətəndaşlarını” müdafiə etmək üçün Donbasa qoşun yeridə bilər. Lakin üçüncü ssenariyə əsasən Rusiyanın Ukraynaya qarşı Baş qərargah rəisi, general Valeri Gerasimovun strategiyasını istifadə etməsi mümkündür. Bu, hibrid müharibə strategiyasıdır və eyni vaxtda iqtisadi, informasiya və hərbi cəbhələrdə total müharibənin aparılmasını nəzərdə tutur. Hər üç halda ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoria Nuland Rusiyaya sərt sanksiyalar tətbiq olunacağını bildirib. O, Rusiyanın Ukraynanı təhdid etdiyini, Avropada təhlükəsizliyi zərbə altına atdığını bildirib: “Rusiya Ukrayna üzərindəki təzyiqləri dayandırmasa, ABŞ müttəfiqləri ilə birlikdə Rusiyaya qarşı ciddi addımlar atmağa hazırdır. Müttəfiqlərimizlə əməkdaşlığa çox inanırıq. Təxminən, 2 ay yarımdır bu istiqamətdə müxtəlif səviyyələrdə işlər gedir”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ