şənbə günü, 14 noyabr 2026
     

Prezidentin Zəfər resursları, media islahatlarının mahiyyəti, güclənmiş dövlətin güclü mediası… - Aydın QULİYEV yazır...

Image


1999-cu ildən bu yana üzərində düz 79 dəfə düzəliş əməliyyatlarının aparıldığı "KİV haqda" köhnə qanunla vidalaşmaq üçün daha bir addım da atıldı. Buna ciddi ehtiyac var. Çünki 79 əməliyyata baxmayaraq KİV haqda qanun yenə də biz istəyən formaya düşə bilmədi.

Milli Məclisin iki komitəsinin birgə iclasında media rəhbərlərinin iştirakı ilə yeni qanunun layihəsini geniş müzakirə etdik. Doğrusu, bilmirəm ki, başqa qanun layihələrinin də müzakirəsinə həmin sahənin təmsilçiləri cəlb olunur, ya yox. Bütün hallarda ölkənin tam yeni Media qanununun bu sahənin tanınmış nümayəndələri ilə müzakirə edilməsi məqbul iş təcrübəsidir.

Media haqqında yeni qanunun qəbulu prosedurunun başlanması nəzərəçarpan media və qanunvericilik hadisəsidir. Ən azı ona görə ki, öz məzmununa görə, yeni qanun sadəcə qanun yox, həm də məcəllə xüsusiyyətləri daşımaqla daha çox istiqamətdə prosesləri tənzimləyəcək gücdədir.

Nəzərə alaq ki, Vətən müharibəsindən sonra dövlət başçısının fundamental olaraq islahatların yeni mərhələsini açdığı sahə məhz mediadır. Prezidentin postmüharibə dövrünün köklü islahatlarını mediadan başlaması təsadüf deyil. Belə ki, media proseslərini tənzimləyən yeni dövlət qurumu yaradıldı, yeni qanunun hazırlanması üçün tapşırıq verildi və sair. Bu arqumentlər milli informasiya məkanımızda dərin və dinamik inkişafın nə qədər prioritet olduğunu bir daha təsdiqləyir.

Bu bir siyasi iradə məsələsidir, medianı köklü dəyişməyə, içinin havasından çölünün formasına qədər dəyişdirməyə hesablanmış iradə məsələsidir. Əks halda aylarla dövlət orqanlarını, media resurslarını cəlb edərək tam yeni qanun hazırlamağa nə ehtiyac qalardı  ki... Sadəcə köhnə qanunun üstündə növbəti "80-ci" düzəliş əməliyyatını da aparmaqla kosmetik yenilənmiş bir şeyi üzə çıxarmaq da olardı. Ancaq söhbət tam yeniliyə yönəlmiş siyasi iradədən gedirsə, burada köhnənin üstündə kosmetik əməliyyatlar ən uğursuz variant olardı və səmərəli ola biləcək heç bir nəticəyə yetişə bilməzdik.

Yeni Media qanunu Vətən müharibəsindən sonrakı reallıqların qaçılmaz diktəsidir. Məlumdur ki, istənilən bir dövlət müharibədən zəifləyərək çıxdığı halda, Azərbaycan öz beynəlxalq mövqeyini və daxili dayanıqlılığını daha da möhkəmləndirdi. "Daha da güclənmiş dövlətin daha güclü mediası niyə də olmasın" məntiqi burada tam gücü ilə işlədi. Bəzi modabaz analitiklər Vətən müharibəsində Vətən mediasının guya "heç bir rol oynamadığı" barədə qəti fikirlər irəli sürür, beləliklə yerində istifadə edə  bilmədikləri "özünü tənqid və özünü təftiş" kimi qiymətli xüsusiyyəti "özünü inkar və özünü dəyərsizləşdirmə" həddinə endirmiş olurlar. Özünü təftiş hissindən özünü dəyərsizləşdirməyə keçənlərin lüzumsuz ehtiyatlanması belə bir mənasız məntiqə söykənir ki, Vətən mediasının müharibədəki rolu barədə guya hansısa müsbət bir fikir işlətsələr ölkə Prezidentinin qlobal informasiya müharibəsindəki roluna kölgə sala bilərlər… Qətiyyən doğru düşüncə deyil və dərindən düşünəndə hətta olduqca ziyanlı düşüncədir. Əvvəla, Prezidentin müharibə günlərində xarici TV-lərə saysız müsahibələrinin əhəmiyyəti o qədər böyük və əhatəlidir ki, onu danmaq, azacıq şərik qoşmaq belə mümkünsüzdür. Ancaq bu müsahibələr bir şəxsiyyət və Prezident olaraq İlham Əliyevin malik olduğu çoxsaylı Zəfər resurslarının yalnız biridir, doğrudur, həlledici resursdur, ancaq yeganə resurs deyil. Başqa resursları sərf-nəzər edərək Prezidentin böyük qələbəsini tək bircə resursun hesabına yazmaq nə qədər doğrudur? Həm də qələbədə rol oynamış digər resursların da yaradıcısı, müəllifi elə Prezidentin özü deyilmi? Davam edirik. Həmin qələbənin resurslarından biri ordumuz oldu. Bəs ordunu belə güclü səviyyədə kim qurmuşdu? Prezident deyildimi? Qələbənin resurslarından biri də düz 44 gün gözünü Prezidentin dilindən ayırmayan mütəşəkkil cəmiyyətimiz oldu. Prezidentə bağlı olan cəmiyyətin dəstəyi Prezidentin qələbə resurslarına daxil deyilmi?...

İndi gələk Prezidentin qələbə resursları içərisində özünün güc və imkanlarına uyğun yeri olan medianın üstünə. Müharibə günlərində cəmiyyətimiz informasiya müharibəsinin  bütün ideoloji-faktoloji arqumentlərini təbii ki, Prezidentin TV müsahibələrindən alırdı. Ancaq Prezidentin həmin arqumentləri ilə cəmiyyətimizin arasında bağlayıcı və əlaqələndirici vəsilə rolunu bəs kim oynadı? Cəmiyyətimizi parçalamağa yönəlik bəzi siyasi müxalif və erməni ideya təxribatlarının ictimai ziyanlı təsirlərinin  neytrallaşdırılmasında kim vəsilə oldu? Bəlkə deyəsiz ki, bu böyük hədəfləri vurmağa heç ehtiyac yox idi? Niyə çəkinirik ki, Prezidentin böyük qələbəsinin resursları sırasında Vətən mediası da oldu” hökmünü verək? Axı bu həqiqətdir və axı Vətən mediasının özünün də yaradıcısı məhz ölkə Prezidentidir. Necə demək olar ki, Prezident bu illər ərzində özünün Zəfəri üçün həlledici olan bütün resursları qurub yarada bildi, təkcə  medianı yarada bilmədi? Xeyr, Prezident müharibəyə qədərki hazırlıq illərində içi media qarışıq özünün böyük Qarabağ zəfəri üçün gərək olan bütün resursları planlı şəkildə yaratdı və məhz yarada bildiyi üçün qələbəni təmin etdi. Prezident "təkbaşına qalib gəldi" fikri yox, “Zəfər üçün zəruri olan bütün resursları yarada bildi" fikri ən doğru olandır. Qətiyyətlə deyirəm ki, media - mətbuat da bu resursların ayrılmaz hissəsi oldu. O başqa məsələdir ki, milli mediamızın bir qələbə resursu olaraq, özünü daha yüksək səviyyədə göstərə biləcəyi üzərində mübahisələr etmək olar. Ancaq “Vətən müharibəsində Vətən mediası heç nə etmədi" fikri könüllü müharibəyə gedərək xəsarət alan, 44 gün ərzində  özünə aid informasiyaların üstündə əsən yüzlərlə jurnalistin haqqına sayqısızlıqdır.

Beləliklə, müharibədən sonra Prezident fundamental media islahatlarına ona görə meydan açmadı ki, milli informasiya sistemimiz sıfır səviyyədə idi, ona görə meydan açdı ki, müharibədən güclənərək çıxmış dövlətin mediası "daha da güclənməlidir" məntiqinə söykəndi. Bir müqayisə aparaq. Müharibədən sonra ordu quruculuğumuzda da yeni mərhələ açıldı, yeni daha müasir silahlar və texnika alındı. Bu o demək deyil ki, ordumuz müharibədə zəiflik göstərdiyi üçün müharibədən sonra yeni silahlanma dövrü açıldı. Əksinə, bu o deməkdir ki, müharibə güclü ordunun nə qədər həlledici faktor olduğunu sübut etdiyi üçün müharibədən sonra ordumuzu daha da gücləndirmək bir imperativ kimi ortaya çıxdı. Prezident bu imperativi də əla tutdu. "Büdcəmizi artırıb ordunu gücləndirəcəyik, çünki revanşist düşmən yenidən baş qaldırmağa çalışır" dedi. Müharibədən sonra milli informasiya sistemimizi daha da möhkəmləndirmək üçün dövlət başçısının iradəsi kimi media islahatlarının yeni mərhələsinə start verilməsinə də məhz bu məntiqlə yanaşmaq lazımdır. Hərbçilər ordusu kimi informasiya ordumuz da güclənməlidir.

Media islahatının yeni mərhələsini labüd edən başqa bir amil də var. Yeni fundamental qanunun postmüharibə reallıqlarından irəli gəldiyini unutmaq olmaz. Avantürüstlərin yalnız anarxist çağırışlarına sorğu-sualsız inanan bir toplum halından öz Prezidentinin etdiklərinə inanılmaz dərəcədə güvənən cəmiyyət halına gəldik. 2020-ci ilin son sentyabr günlərində dərin ictimai ümidsizlik içində "Prezident nə etmək istəyir?" sualını azmı eşitdik? İlk müharibə günlərində Prezidentin nə etmək istədiyini çoxmu adam bilib inanırdı? İlk kəndin, ilk qəsəbənin alınma xəbərinə qədər cəmiyyətimiz total qeyri- müəyyənlikdə deyildimi? Etiraf edək ki, Vətən müharibəsi heç vaxt, hətta 88-89-cu illərdə də görmədiyimiz yeni azərbaycanlıların cəmiyyətini doğurdu. O illər üçün xarakterik olan kommunistlər-cəbhəçilər qarşıdurmasına oxşar hər hansı parçalanmadan əsər-əlamət belə qalmamışdı. Belə yenilənmiş cəmiyyətimizin dövlət-media, media- insanlar və dövlət-toplum münasibətlərində də köklü dəyişikliklər baş verdi. Medianı -  mətbuatı hər tərəfdən bürüyən bu dəyişikliklər yeni qanunu labüd edən təkzibedilməz amilə çevrildi.

Yeni Media qanununda yenilik və dəyişikliklər çoxdur. Media və informasiya nədir? sualından tutmuş jurnalist kimdir sualına qədər indiyədək görünməyən çox şeylərin tərifi verilir. Çap və onlayn media orqanı qurmaq üçün rəsmi icazə proseduru aradan qalxır, internet TV-lər üçün lisenziya tələbi yoxdur, jurnalist anlayışı xidməti müqavilə ilə işləyənlərə də şamil edilir, "vətəndaş jurnalistikası" deyilən ölçü-biçi tanımayan məşğuliyyət növü peşə fəaliyyəti yox, bir xobbi işi olaraq qanundan kənarda saxlanılır. Medianın intellektual məhsulu üzərində müəlliflik hüququnun daha etibarlı hüquqi müdafiə mexanizminin təsbit edildiyini də nəzərə alsaq, yeni qanunun informasiya mühitimizi daha da milliləşdirəcəyinə və təhlükəsizliyə daha möhkəm zəmin olacağına şübhə yoxdur. Əsil jurnalistlərin və əsil media orqanlarının real sayının dəqiq bilinmədiyi bir şəraitdə onların etibarlı himayə və müdafiə problemlərini yüksək səviyyədə həll etmək də yeni qanunun hədəfidir...

Aydın QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ