şənbə günü, 14 noyabr 2026
     

İrəvanın ABŞ ümidləri puç oldu, Rusiya bu xəyanətləri bağışlayacaqmı…

Image


Son dövrlərdə Ermənistanda anti-Rusiya meylləri yenidən özünü qabarıq büruzə verir. Əksər ekspertlər qeyd edir ki, bu məsələdə rəsmi İrəvan da maraqlıdır. Səbəbə gəlincə, hesab olunur ki, Ermənistan Rusiyanın orbitindən çıxaraq Qərbə meyillənmək istəyir.

Bu arada onu da qeyd edək ki, İrəvanda ABŞ səfirliyi qarşısında Vudro Vilson verdiktinin ildönümü ilə bağlı “minnətdarlıq mitinqi” keçirilib. Səfirliyə təqdim olunmuş və prezident Co Baydenə ünvanlanmış məktubda təşkilatçılar ABŞ-ı Ermənistana daha aktiv dəstək verməyə çağırır və Rusiyadan şikayətlənirlər. Aksiyada səslənən bəzi şüarlar da xüsusi diqqət cəlb edir: “Bizim xilasımız ABŞ və Qərbdir!”, “Amerika Ermənistana dəstək verə bilər və Rusiya ilə Türkiyənin güclənməsinin qarşısını alar”, “Ruslar burnundan uzağı görə bilmir, Amerika isə 100 il əvvəli proqramlaşdırır”, “Ermənistanda Vudro Vilsonun abidəsi qoyulmalıdır”, “Amerika kömək etmək istəyir, amma ona imkan vermirlər” və sair. Bu yanaşma Rusiyada ciddi narazılıq yaradır. Amma ermənilərin ABŞ-a meyllənmək niyyətinə Vaşinqtondan heç də adekvat reaksiya verilmir. Bunu ABŞ-ın Hudson İnstitutunun eksperti Riçard Vaytz da təsdiq edir. O xatırladır ki, Azərbaycanla Ermənistan arasında 2020-ci ildə baş verən 44 günlük müharibədən sonra gərginliklər davam edir: “Vəziyyət qeyri-sabit görünür. Ötənilki döyüşlər bəzi məsələləri həll etsə də, yeni problemlərə də yol açıb. Aydındır ki, ermənilər ötənilki döyüşlərin nəticələrinin çoxundan narazıdır və onları dəyişmək istəyirlər. Və bəlkə də onların bunu etmələrinin ən yaxşı yolu vəziyyəti tarazlaşdırması üçün beynəlxalq ictimaiyyəti cəlb etməkdir. Belə görünür ki, azərbaycanlılar ümumilikdə nəticədən razıdır, amma onlar hələ də Türkiyəyə və Naxçıvana birbaşa çıxış və sərhədlərin demarkasiyası kimi bəzi məsələlərlə bağlı erməni tərəfinə təzyiq göstərirlər. Rusiya, hələ ki, münaqişəyə cəlb olunan ən böyük qüvvədir. Rusların məqsədlərini müəyyən etmək hər zaman bir az çətindir. Amma ümumilikdə, Rusiya əsas xarici vasitəçi olaraq qalmaq istəyir. Kreml Ermənistanı hərbi müttəfiq olaraq saxlamağa və Rusiyanın Ermənistandakı hərbi bazalara çıxışını təmin etməyə çalışır. Amma eyni zamanda, Rusiya Azərbaycanı da uzaqlaşdırmaq istəmir, Qərb ittifaqından uzaq tutub, özünə daha yaxın saxlamaq istəyir. Bu isə o qədər də asan deyil, çünki digər dünya qüdrətləri də məsələyə cəlb olunub, əsasən də Türkiyə. Türklər azərbaycanlılarla çox yaxındırlar, amma eyni zamanda Ermənistanla müəyyən mənada barışmaq üçün imkanlar axtarırlar. Qərb tərəfdən də ABŞ və Avropa regionda böyük rol oynamır. Amma təəccüblüdür ki, İran da oynamır”.

Məlumdur ki, Azərbaycan və Ermənistan prezidentləri noyabrın 26-da Rusiya dövlət başçısının ev sahibliyi ilə görüş keçirəcək. Moskva 44 günlük müharibədə böyük rol oynamasa da, həm keçənilki savaş, həm də ən son döyüşlər Rusiyanın vasitəçiliyi ilə sonlanıb. Buna paralel olaraq Rusiya regiona sülhməramlılarını yerləşdirib. Məsələnin bu tərəfinə nəzər salan amerikalı ekspert qeyd edir: “Rusiyanın fəallığı fonunda Qərb də regionda fəallığa can atır. Mən düşünürəm ki, ermənilər, ən azından, başqa qüdrətlərin müdaxiləsini qəbul edər. Azərbaycanlılar da bəlkə Rusiyanın regiondakı təsirini azaltmaq istəyər. Amma Avropa İttifaqı və ABŞ baş verənlərə çox təsir göstərə bilməyib. Onlar hər iki tərəfin istədiyi razılıqların əldə olunmasına vasitəçi olmağı təklif edə bilər. Məsələn, azərbaycanlılar geri alınan ərazilərdə minaları tapmaq üçün xəritələri istəyir, ermənilər də münaqişə zamanı ələ keçirilən erməni əsgərlərin aqibətini bilmək istəyir. Bunlarla bağlı razılıqlar ola bilər, amma Avropa İttifaqı diqqəti başqa məsələlərə yönəldib. Bunlara “Brexit”, sərhəd böhranı, şimal-şərq Avropa, cənubdan immiqrasiya, COVID-dən sonrakı bərpa prosesi daxildir. Bu siyahı uzundur və Ermənistan-Azərbaycan məsələsi bu siyahının aşağısındadır. Məncə bu, Vaşinqtona da aiddir. ABŞ-ın dövlət katibi Antoni Blinken ötən həftə bildirmişdi ki, Vaşinqton Ermənistanla Azərbaycan arasında döyüşlərlə bağlı məlumatlara görə narahatdır. O, hər iki tərəfi bütün qalan məsələləri, sərhədlərin demarkasiya məsələsini həll etmək üçün birbaşa konstruktiv danışıqlar aparmağa çağırıb. Mən dövlət katibi Blinkeinin ABŞ-ın münaqişənin bitməsinə dair səmimi arzusunu ifadə etdiyinə şübhə etmirəm, çünki münaqişə davam etdikcə tələfat çox olur. Lakin ABŞ-ın üzləşdiyi çətinlik odur ki, onun təsiri azalıb. Daha öncə ABŞ və avropalıların prosesə müdaxilə etdiyi Minsk Qrupu baş verənlərdə böyük rol oynamayıb. Hazırkı atəşkəs daha öncəki kimi ABŞ və ya başqa bir tərəfin təsiri olmadan Rusiyanın vasitəçiliyi ilə əldə olunub. Belə görünür ki, bu, hazırkı ABŞ administrasiyanın xarici siyasətində bir prioritet deyil. Məncə, onlar diqqəti daha çox Ukraynaya, Asiyadakı məsələlərə, İrana yönəldiblər, amma bu münaqişəyə deyil. ABŞ liderlərin bəyanatları vasitəsilə diplomatik rol oynayacaq və bəlkə də BMT vasitəsilə bir rol oynayacaq. Amma hələ ki, top Moskvanın meydançasındadır”. Bu yanaşma bir daha göstərir ki, ABŞ regionda heç də fəal mövqe sərgiləmək niyyətində deyil. Bu vəziyyət ermənilərin ABŞ ümidlərinin də əhəmiyyətsiz olduğunu göstərir. Amma əvəzində erməni tərəfinin Rusiya ilə münasibətləri daha da kəskinləşir. Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov da bildirir ki, bundan sonra rəsmi Moskva ilə İrəvan arasındakı böhran daha da dərinləşəcək:  “Çünki Ermənistan Rusiya və Qərb arasında “ikili oynayır”. Bu, təxminən “iki od arasında qalmaq”  deməkdir. Bu isə bizim qarşımızda yeni fürsətlər açır. Bir çox məsələlər, o cümlədən Zəngəzur dəhlizi ilə irəliləyişə nail olmaq üçün imkanlar yaranır. Hücum diplomatiyasına davam etməliyik. Ən yaxşı müdafiə məhz hücumdur. Ermənilər başqa yol qoymurlar”.

Samirə SƏFƏROVA

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ