Cümə axşamı günü, 01 oktyabr 2026
     

MEDİA-nın İKİ SEQMENTLİ maliyyələşdirmə mexanizmi, "qurbağa gölündə daş" və kəsilən "tin pulları"... Aydın QULİYEV yazır…

Image


Azərbaycanda müstəqil medianın dövlət tərəfindən maliyyələşdirilməsində yeni mərhələ başladı. Mərhələ deyəndə təkcə o nəzərdə tutulmur ki, MEDİA Agentliyinin qərarı ilə  yeni 6 aylıq icra müddəti başladı. Həm də bundan daha üstün olaraq o nəzərdə tutulur ki, müstəqil mediamızın 2009-cu ildən başlanmış bütün dövlət maliyyələşmə tarixində ilk dəfə olaraq çap media ilə yanaşı saytların da şəffaf maliyyələşdirilməsinə başlanıldı.

Medianın dövlət maliyyələşmə tarixi ilə az-çox tanışlığı olanlar yaxşı başa düşür ki, MEDİA Agentliyi əslində son on ilin ən mübahisəli və mürəkkəb bir ideyasını həyata keçirdi. Yaxşı xatırlanır ki, 2009-cu ildə qəzetlərin maliyyələşməsi gerçəkləşəndən sonra bu prosesə maraq bir neçə dəfə böyüdü. Azərbaycan mediasının dövlət maliyyəsi altına alınması ilə daxili işlərimizə müdaxilə imkanları minimuma enmiş bəzi məlum xarici dairələrin daxilimizdəki "qol-qıçları" narahat olmağa və dövlət maliyyələşməsinin içində guya "azad mətbuatın boğulmasına yönəlmiş gizli bir platformanın" olduğuna dair hekayələr uydurmağa başladılar. Bu dairələrin qəsdi o idi ki, dövlət çap mediadan əl götürsün və ölkənin çap mediası yenidən müxtəlif əcnəbi maliyyə-ideoloji mərkəzlərin təsiri altına qayıtsın. Bu niyyətlər ölkəmizdə hətta ən sadə əyalət adamlarının da qəbul etdiyi bir ideya ilə darmadağın edildi: “Nəyi pisdir ki? "Fridrix", "Ştirlis" və s. kimi şərti fondlardan pul almaqdansa öz dövlətimizdən almaq daha yaxşı deyilmi?” Şəffaf qaydalarda dövlətdən eyni maliyyəni alan "Səs", "Yeni Azərbaycan", "Zerkalo" "Müsavat", "Bakı-Xəbər" və digər qəzetlərin hamısı haqqında belə deyildi və qəbul edildi.

Qəzetlərin dövlət maliyyələşməsi başlananda ictimai fikrin məşğul olduğu mühüm istiqamətlərdən biri də bu prosesin mütərəqqi, dövlətçilik və peşə inkişaf yönümlü təzahürlərinin təhlili ilə bağlı idi. “Həsən bəy Zərdabinin qəzetinə hansı dövlət pul verirdi?!" kimi ritorik ittihamçı bir tonla dövlət maliyyələşməsinin əhəmiyyətini heçə endirmək istəyənlər də cavablarını sərrast aldılar. Onlara bir cümlə ilə deyildi ki, rəhmətlik Zərdabi milli dövlətin yaradılmasına çalışırdı və istəyirdi, biz isə artıq öz  dövlətimizin mediası olduğumuz üçün dövlətdən hər cür dəstək almaq haqqına sahibik. Bununla da "qurbağanın gölünə daş atıldı və bitdi"...

Çap medianın dövlət maliyyələşməsindən az sonra başlanmış və MEDİA Agentliyinin son müsabiqəsinə qədər davam etmiş ən mürəkkəb müzakirə mövzularından biri də onlayn media qurumlarının, yəni internet saytları və xəbər agentliklərinin də dövlətdən şəffaf maliyyə alması oldu. Məsələnin mürəkkəbliyi onda idi ki, proses sona çatdırılmadan illərlə uzandı və ya uzadıldı. Gah deyildi ki, meyar tapılmır, gah yüzlərlə saytın arasında hansını maliyyələşdirək kimi üzücü sualın altında qaldıq, hətta "saytlara pul verilmirsə qəzetlərə niyə verilməlidir" kimi Qobrovalının "qoy məndən də, səndən də olsun" məntiqinə söykənən primitiv mülahizə sahiblərini də gördük. Dəhşətlisi bu idi ki, hətta ucuz "şmotkalar" bazarına da yaxın dura bilməyən bir saytı və ya saytları dalına ataraq rəqiblərini şantaj etmək planları üzərində gizli işləyənlər medianın dövlət maliyyələşmə mexanizminin özünü altdan-altdan hədəfə almaqdan da çəkinmirdilər. Azmı olurdu ki, dövlət media maliyyələşməsinin guya ziyanlı və təhlükəli bir proses olduğunu hətta beynəlxalq auditoriyalarda deyənlərin altından sonradan "bic uşaqlar" çıxırdı - məlum olurdu ki, bu "dostumuzun" hansısa məqsədlə himayə etdiyi "filan" sayta dövlətdən pul qoparmaq səyləri uğursuz nəticələnib. Nəticə alınmayanda isə dövlətin mediaya maliyyə dəstəyinin guya ziyanlı olması barədə təxribatçı ideyalar yaymağa başlayırdı .

İlk əvvəldən də məlum idi ki, təmənna ilə vuruşan belələrinin sırf media ilə bağlı olmayan planları baş tutmayacaq, onlar yarıyolda qalacaqlar, medianın dövlət maliyyələşmə mexanizmi işləməkdə davam edəcək və günlərin birində qəzetlərlə bərabər saytların da şəffaf maliyyələşməsini öz içinə alacaq.

6-sı gündəlik, 12-si həftəlik olmaqla 18 qəzetin və 32 saytın aşkar meyarlarla maliyyələşdirilməsini rəsmiləşdirən MEDİA Agentliyinin bu günkü qərarının hansı yollardan və zəhmətlərdən keçdiyini təsəvvür etmək üçün heç olmasa bunları bilmək yetərlidir. MEDİA Agentliyi məhz dövlət başçısının və onun komandasının iradəsindən çıxış edərək həm çap medianın dövlət maliyyələşməsinin bütün şəraitlərdə davam etdirilməsinin labüdlüyü xəttində dayandı, həm də bir vaxtlar kriteriya və seçim variantlarının axtarışında az qala dalana dirənmiş saytların da maliyyələşdirilməsi prosesinə gerçək məzmun verdi. Elə başa düşülməsin ki, bu vaxta qədər həmin internet resursları heç bir yerdən maliyyə almadan fəaliyyət göstərirdilər. Azərbaycanda hamı bilir ki, dövlətdən maliyyə almadan hansısa media orqanının ayaq üstdə qala bildiyi dövrlərin səhifəsi çoxdan çevrilib və bu günə qədər hər kəs hansısa mənbədən gələn maliyyə ilə fəaliyyət göstərib. Ancaq bəziləri aldığının əvəzində guya media işi ilə məşğul olduğunu göstərməyə çalışsa da əslində aldığını yeyib yatmaqla məşğul oldu, başqaları isə həqiqətən inkişaf edərək müxtəlif yeni forma və məzmunlar kəsb etdi.

Başa düşmək olar ki, ölkədə yüzlərlə "gənc və qocaman" saytların mövcudluğu şəraitində maliyyələşmə üçün 32 saytın seçilməsi müəyyən hallarda mübahisə və suallar doğuracaq. Dünya tarixində ilkin təcrübə olaraq reallığa doğru yol götürən heç bir layihənin ideal kamilliyindən danışmaq mümkün deyil. Həmişə ağıllı və praqmatık düşünən adamlar bunu anlamağa, ilkin layihəni əsasən qəbul etməyə və yalnız sonrakı mərhələlərdə mövcud layihənin əyri-əskiyinin aradan qaldırılması üsuluna üstünlük verib. Yada salaq ki, qəzetlərin dövlət maliyyələşməsi prosesinin özü də çətin mərhələlərdən və mübahisələrdən keçərək indiki halına qədər gəlib çatıb. İndi Agentlik prosesi elə bir həddə gətirib ki, dövlət maliyyələşməsindən kənarda bircə müstəqil qəzet də qalmayıb. Bəlkə hələ bu da qəzetlərin dövlət maliyyələşməsinin ən kamil mexanizmi deyil. Ancaq vacib olan odur ki, qəzetlərin maliyyələşməsi prosesinin dönməz xarakteri təmin edilib və maliyyələşmənin indiki mexanizmi gələcək təkmilləşmələri də özündə ehtiva etmək şərti ilə əsasən doğru variant kimi qəbul edilib.

Eyni təhlil və mülahizələri dövlət maliyyələşmə mexanizminə yenicə qoşulmuş saytlar barədə də demək lazımdır. Qəzetlərin şəffaf maliyyələşməsi bir mərhələ idisə, saytların maliyyələşməsi ikinci mərhələ oldu. Üçüncünü də istisna etmirik. Çox yaxın gələcəkdə onlayn mediadan sonra audio-vizual medianın da rəsmən, dövlət adından və şəffaf şəkildə maliyyələşəcəyini görəcəyik və görməliyik. Çünki Azərbaycan dövlətçiliyinin gücünün iqtisadi, siyasi, hərbi, insani media resurslarının yalnız bir arada olması şərtindən asılı olduğunu praktikada görmüşük. Görmüşük ki, indiki mürəkkəb geosiyasət  kombinasiyalarında ancaq öz dövlətinin maliyyəsinə söykənən media güclü ola bilər. Əks halda medianın öz dövlətinə qarşı rupora çevrilə bilmək təhlükəsi daim başının üstündən asılı vəziyyətdə olur. MEDİA-nın bu gün elan etdiyi ikiseqmentli (çap və onlayn media)  maliyyələşmə milli medianın məhz dövlətlə birlikdə güclənmək və güclü olmaq konsepsiyasının həyata keçirilməsinə xidmət edir. Audio-vizual medianın maliyyələşməsinin də bu prosesin içinə alınması milli medianın dövlətlə birlikdə gücləndirilməsi konsepsiyasına yeni miqyas verəcək...

Nəzərə alaq ki, onsuz da hamı maliyyələşir, formasından asılı olmayaraq bütün media seqmentləri bu prosesin içindədir. Bu gün şəffaf dövlət maliyyələşmə sisteminə ilk ayaq açmış onlayn media qurumları da həmçinin... Etiraf edək ki, dövlət maliyyələşmə sisteminə saytların qoşulması yenicə başlayır, onun şübhəsiz mərhələ-mərhələ davamları olacaq, yeni saytlar sistemə daxil ediləcək, kimlərinsə prosesdən kənarda qoyulacağı da istisna deyil. Ancaq siyahıda sözügedən artma və ya azalmaların sağlam və şəffaf meyarlarla aparılmasına nail olmaq indi hər kəsin əsas hədəfinə çevrilməlidir. Bunun əksinə, bütün prosesi qaralamağın, eynilə qəzetlərin ilk maliyyələşmə mərhələsinə xas yanlış və qərəzli yol seçməyin isə heç bir perspektivi ola bilməz...

MEDİA-nın böyük zəhmətlə ərsəyə gətirdiyi hazırkı ikiseqmentli maliyyələşdirmə mexanizminin həm dövlət, həm informasiya təhlükəsizliyi, həm də medianın öz inkişaf mənafelərinə uyğun olması artıq mübahisə mövzusu deyil. Hamı qəbul edir ki, şəffaf rəsmi maliyyələşmə bir sıra saytların qarşısında yeni inkişaf pilləsi deməkdir. Kimin bu pillədən necə istifadə edəcəyi hər kəsin öz işi olsa da, dövlətdən rəsmi və mötəbər formada maliyyə alışı ilə bəzilərinin "tində -bucaqda" kimlərdənsə pul almağının böyük fərqi var. Hələ onu demirəm ki, "tin pulları"nı alandan sonra ardınca kimlərinsə üstünə yerimək sifarişlərinin icrası nə qədər təhqiramiz olurdu. Bəzilərinin bu təhqiramiz və üzücü icraçılıqdan qurtulması isə razılaşaq ki, "peşə şərəfini" qorumağın ən qısa yolu olacaq. Saytların Agentlik xətti ilə dövlət maliyyələşməsinə keçidi onların daha samballı və mötəbər media qurumlarına çevrilmək imkanlarının genişlənməsi deməkdir. Bu saytların qarşısında dövlət, ictimai və peşə maraqlarının daha yaradıcı şəkildə birləşdirilməsi kimi uzun bir yol başlayır. Bu yol sağdan və soldan bütün oxşar media seqmentlərinin üzünə açıqdır...

Aydın QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ