çərşənbə günü, 07 oktyabr 2026
     

Rayon qəzeti, durumun necədir?

Image


Həmişə fikirləşmişəm ki, sağlam bir cəmiyyətin və nəslin maariflənməsi, inkişafı üçün, xalqımızın yaşadığı bu tarixi dövrü gələcəyə daşımaq üçün qəzetlərin fəaliyyətini daha coşqunluqla davam etdirməliyik.

Niyə? Çünki qəzet dövrün aynasıdır və tarix o aynaya baxılaraq öyrənilir. Həm bu günün, həm gələcəyin. Məsələn, XX yüzilliyin əvvəllərində xalqımızın başına gətirilən fəlakətlər, millətimizin azadlıq mübarizəsi yalnız arxivlərdən, o dövrdə az-çox nəşr olunan qəzetlərdən öyrənilir. O zaman irfan işıqlarımız zor-güclə də olsa, bir neçə qəzet çıxarmağa nail olmasaydılar, bu gün biz  keçmiş tariximizi haradan öyrənərdik?! Yazılı ədəbiyyat, xüsusilə də mətbuat, qəzet sağlam cəmiyyət yetişdirir. XX yüzilliyin əvvəllərində Məhəmməd Əmin Rəsulzadəni, Üzeyir bəyi, Əhməd bəy Ağaoğlunu, Əli bəy Hüseynzadəni, Məhəmməd Hadini, Mirzə Cəlili, Sabiri, Hüseyn Cavidi nəşr olunan qəzetlər və dərgilər yetişdirdmişdi. Onlar mətbuatda birləşərək yazıları, aydın fikirləri ilə xalqımızı oyatmışdılar. Nəticədə Şərqin ilk hüquqi dövləti Azərbaycanda yaradıldı. O dövrün qəzetlərini araşdıran, neçə - neçə elmlər doktoru, professor adı alan elm adamlarımız, hələ də gün üzünə çıxarılmaq üçün arxivlərimizdə nə qədər qəzet nümunələrimiz var. 

Onların hər səhifəsində Azərbaycanın keçdiyi tarixi dövr və mədəniyyət yaşayır. Hansı səhifəsini açsan, sənə ayna kimi nəşr olduğu dövrü göstərəcək. Mətbuatımızın siması, mənim də əziz müəllimim olan Şirməmməd Hüseynov ömrünün sonuna qədər 120-130 il əvvəlki mətbuatımızı, qəzetlərimizi araşdırdı, tariximizin o dövrünü açıb göstərdi. Bizim də vəzifəmiz XXI əsrin aynası olmaqdır.

Bəlkə içərinizdə, intenet var, sosial media var, xəbəri oradan alırıq, deyənlər var. Unutmayaq ki, internet məlumatları bir-iki gün sonra silinir, müəyyən qədəri arxivləşdirilsə də, bu da bir-iki illikdir. Ən təhlükəlisi də odur ki, interneti idarə edən biz deyilik. Bir çox hallarda internet səhifələrində gözqamaşdırıcı başlıqlar altında dəqiq olmayan, kiminsə mənafeyinə xidmət edən «şok xəbərlər» verilir. Sonralar bu xəbərlər öz təsdiqini tapmır. Təəssüf ki, o «şok xəbərlər» əhali arasında tez bir zamanda yayılır, öz ziyanlı təsirini göstərir. Biz internetin əleyhinə deyilik. Bu, vacibdir. Ancaq günlərin birində internet silinərsə, dünyanın bütün tarixi silinər. Yazılı mətbuat isə bizimdir, özümüzə məxsusdur. Onu kimsə bizdən ala bilməz. Və o bizim arxivimizdir, gələcəyə göndərəcəyimiz tariximizdir. İnternetin və virtual mətbuatın inkişaf etdiyi Avropa ölkələrində, elə qardaş Türkiyədə də, qəzet almaq üçün insanlar hər sabah köşklərdə növbə tuturlar. Çünki onlarda qəzet alıb oxumaq mədəniyyəti və ənənəsi formalaşıb. Qəzet oxumaq bir əsalət, kübarlıq, ziyalılıq şəklidir onlar üçün. Biz niyə bu dəyərlərdən məhrum edək özümüzü? Niyə bizim də qəzet oxumaq vərdişimiz formalaşmasın? Axı, əvvəllər bu ənənə bizdə də olub. Bu bir faktdır ki, ən sağlam, ən ciddi xəbərlər, hadisələr qəzet vasitəsi ilə çatdırılır. Bir xəbər qəzetdə çıxıbsa, onun dəqiqliyinə kimsədə şübhə qalmır.

Bəli, qəzet gəlir gətirən sahə deyil, amma onun mənəvi çəkisi, öyrədiciliyi, təbliği, gəncləri və məktəbliləri yazmağa-yaratmağa təşviqi, maddi yükümlülüyündən çox-çox dəyərlidir. Qəzet tarixdir, maarifləndiricidir, mədəniyyətimizin təbliğatıdır.

Ölkəmizəd jurnalistlərə göstərilən qayğıdan danışmaq fikrindən çox uzağam. Çünki bunları görməmək mümkün deyil. Bəs, nəyə görə paytaxtdan kənarda fəaliyyət göstərən rayon qəzetlər bu qayğıdan uzaq olmalıdırlar? Hər birinin 90-100 illik tarixi olan region mətbuatını yox etməklə kim, nə qazanacaq? Rayon qəzetlərinin acınacaqlı durumunu, heç kəsin əyalət mətbuatına kömək əli uzatmamasını niyə görməzlikdən gəlirik? Halbuki, çağdaş zamanımızda bölgə mətbuatı ümumilikdə medianın çox vacib, gərəkli bir qoludur. Dərc olunduğu bölgənin ictimai-siyasi, sosial durumunu, sakinlərin uğur və problemlərini, yaşam tərzini işıqlandıran yerli mətbut əyalətlərdə yaşayanlar üçün çox dəyərli mənəvi qidadır. Regionlarda yerli mətbuata maraq hədsizdir. Əgər hər rayon qəzetində çox az xərclə 7-8 nəfər ziyalı işləyə bilərsə, bu, xalqın maariflənməsinə xidmət edərsə, bu hal həm də  jurnalisti ailəsini saxlamağa kömək edərsə bunun nəyi xoşagələn deyil? Niyə bölgələrdə fəaliyyət göstərən qəzetlərin jurnalistləri vəsait çatışmazlığı ucbatından iş yerlərini itirməsi, bir-birinin ardınca rayon qəzetlərinin nəşrini dayandırması heç kəsi ilgiləndirmir? Bu, region mətbuatına düzgün münasibətdirmi? Halbuki, rayon qəzetinin 6 aylıq qiyməti 15-20 manatdır. Yerli qəzetlərin əksəriyyətinin təsisçisi Şəhər İcra Hakimiyyətləridir. Və mətbuat haqqında qanuna görə Şəhər İcra Hakimiyyətləri təsis etdikləri qəzetə kömək etməli, maddi texniki bazasını möhkəmləndirməlidir. Ancaq hansı əsasla? Çünki, İcra Hakimiyyətlərinə rayon qəzetlərinə vəsait ayrılması nəzərdə tutulmadığı üçün kömək edə bilmirlər. Ona görə yox ki iştəmir. Ona görə ki, qanun buna yol vermir. Bəs, çıxış yolu nədədir? Rayon qəzetlərini yaşatmaq üçün nə etmək lazımdır?

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yaranması bilsəniz biz rayon jurnalistlərini necə sevindirdi?! Və Agentliyin Nizamnaməsində rayon qəzetlərini dirçəldə biləcək maddələri tapmağa çalışdım. Nizamnamənin 3.1.2, 3.1.3, 3.1.4, 3.1.5, 3.1.6 kimi maddələri media subiektlərinin fəaliyyətlərinin tənzimlənməsini, iqtisadi müstəqilliyinin artırılmasını nəzərdə tutur. Rayon qəzetləri də medi subyektidir və bu maddələr onlara da şamil ediləcəkmi? Yoxsa, əvvəlki kimi təsisçi qalacaq, ancaq təsisçinin təsis etdiyi qəzetə köməkliyi qanunla tənzimlənməyəcək? Qəribədir, paytaxtda nəşr olunan bir çox media orqanları layihələrdə iştirak edirdilər. Rayon qəzetlərinə bu şamil edilmir. Buna isə rayon qəzetlərinin başında təsisçinin durması əsas gətirilir. Təkrar etməli oluram. Əgər təsisçi rayon qəzetinə heç bir vəsait ayıra bilmirsə, bəs bunun həlli yolu necə olacaq?!

Məncə, ya təsisçisi Şəhər İcra Hakimiyyətləri olan yerli mətbuata kömək məqsədi ilə vəsait ayrılmasına yol verən mexanizm işlənib hazırlanmalıdır. Həm də qismən abunə yolundan istifadə olunmalıdır. Və yaxud rayon qəzetlərinə də maliyyə layihələrində iştirak hüququ verilməlidir. Bölgə qəzetlərinin yarıtmaz halda olan maddi-texniki bazasını yaxşılaşdırmaq üçün addımlar atılmalıdır.

Möhtəşəm Qələbə ilə nəticələnən 44 günlük müharibədən, misilsiz şücayət göstərmiş şəhidlərimizdən, sağlamlığını itirmiş qazılərimizdən daha geniş əhatəli yazılar verməməliyikmi? Axı, bunu təkcə paytaxtda çıxan qəzetlərin öhdəsinə buraxmaq olmaz. Elə redaktoru olduğum «Kür» qəzetinə şəhid analarından, qazilərdən və başqalarından, igid oğullar haqqında yazılar verilməsi üçün nə qədər müraciətlər olur. Bu günkü zəfər dolu günlər üçün qanlarını tökmüş, çəkinmədən düşmən üzərinə atılmış, «Təki Vətən sağ olsun» deyərək şəhid olmuşların hər biri haqqında daha geniş, əhatəli yazılar verməməliyikmi? Onları yaxından tanıtmaq, valideyinlərinə, qohumlarına az da olsa toxtaqlıq olsun deyə silsilə məqalələr, oçerklər yazmamalıyıqmı? Bəli, elə təkcə bu səbəb üçün rayon qəzetlərini yaşatmağa dəyər.

50 il, 100 il sonra bu dövrü araşdıranlar, bu tarixi günlərimizi, qəhrəman xalqımızı qəzet səhifələrimizdən öyrənə biləcəklər. Bu gün mən hər kəsə müraciət edirəm. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyindən tutmuş, tanınmış media kapitanlarına, dəyərli jurnalistlərə müraciət edirəm. Rayon qəzetində işləyənlərin səsinə səs verin. Rayon qəzetlərini yaşatmağın vacibliyini sizlər də təbliğ edin. Eyni zamanda, qəzetlərin ölkənin ictimai-siyasi həyatında tutduğu yeri yüksək dəyərləndirən ziyalılarımıza müraciət edirəm. 

Arzu edirəm ki, təkcə bizim rayonda deyil, ölkədə müəllimlər, həkimlər, mədəniyyət işçiləri, gənclər, məktəblilər… Qəzetlərə daha böyük maraq göstərsinlər, bu baxımdan fəal, aktiv olsunlar. Tez-tez bizlərə məqalə, şeir, esse yazsınlar, özlərini kəşf etsinlər, qələmlərini sınasınlar. Onları narahat edən problemləri, ölkəmizdə baş verən siyasi prosesləri, böyük quruculuq işlərini təhlil etsinlər, bunları qəzet səhifəsinə çıxarmaqdan çəkinməsinlər.

Yazmaq, düşüncə və fikir qabiliyyətini formalaşdırmaqdır, yazmaq, düşünə bilməkdir, özünü tanımaqdır, tapmaqdır.

Məncə bu işdə hər birimizin maddi və mənəvi yardıma ehtiyacımız var. Ali Baş Komandanımızın dediyi kimi, «Biz Birlikdə Güclüyük!»

Əminə YUSİFQIZI,
Respublikanan əməkdar jurnalisti



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Nacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ