Bazar günü günü, 25 oktyabr 2026
     

Düşmənin Qarabağdan və sərhəd rayonlarından qaçışı başlanır...

Image


Ermənistanın Azərbaycanın sərhəd rayonlarına xain hücumundan sonra iki ölkə arasında savaşın bundan sonra intensiv mərhələdə davam etməsi qaçılmaz sayılır. Əslində, məlum təxribatlarından sonra düşmən də hadisələrin bu səpkidə inkişaf edəcəyindən indi ciddi narahatlıq keçirir. Hətta yayılan məlumatlara əsasən, ermənilərin sərhəd zonalardan, eləcə  də Dağlıq Qarabağdan növbəti qaçışı başlanıb.

 Rusiyalı hərbi analitik Aleksandr Xramçixin bütün bunları təbii sayaraq, artıq genişmiqyaslı savaşın qaçılmaz olduğunu bildirir:“Azərbaycan-Ermənistan sərhədindəki gərginlik bu anda təhlükəli gedişata malikdir”. Hərbi analitik qeyd edib ki, hazırda Azərbaycan-Ermənistan sərhədində yaranmış lokal hərbi vəziyyət sürətli şəkildə genişmiqyaslı müharibəyə çevrilə bilər:“Bütün bunların böyük müharibəyə çevrilməməsi üçün nə baş verməli olduğunu təsəvvür etmirəm. Təkrar edirəm ki, Ermənistan-Azərbaycan sərhədindəki hazırkı yerli hərbi vəziyyət sürətlə genişmiqyaslı müharibəyə çevrilə bilər. Çox böyük ehtimalla, belə də olacaq. Bundan əlavə, ermənilər Azərbaycanın yüksək rütbəli hərbçilərini öldürdükdən sonra bütün bunların böyük bir müharibəyə çevrilməməsi üçün nə baş verməli olduğunu təsəvvür edə bilmirəm. Hazırdakı vəziyyət mənə hər şeyin daha da kəskinləşməsinin qaçılmaz olduğunu proqnozlaşdırmağa əsas verir”. O qeyd edib ki, erməni tərəfi üçün gözlənilən zərbə istənilən vaxt gələ bilər:“Bu münaqişədə Türkiyənin də iştirakının mümkün olduğunu vurğulamaq lazımdır”. Əslində, ermənilər də belə zərbələr ala biləcəklərini bilir. Digər tərəfdən, indiyə qədər Azərbaycanın endirdiyi zərbələr də erməniləri xeyli dərəcədə sarsıdıb. Bu durumda Ermənistanın hərbi-siyasi rəhbərliyi itkilərin mediada yayımlanmaması üçün senzura tətbiq edir. Elə bu səbəbdəndir ki, iyulun 12-də Tovuz istiqamətində hücumlar başlayandan etibarən bu ölkənin müxalif-müstəqil media resursları, məsələn, “irates.am”, “7or.am” və digərləri bloklanıb, həmçinin, sosial şəbəkələrdə itkilərlə bağlı məlumat yayan profillər kütləvi şəkildə şikayət olunaraq bağlanır.
Başqa məlumata əsasən, aprel müharibəsində olduğu kimi, indi də Tavuş rayonunda yaşayan ermənilər evlərini tərk edərək Lori, Kotayk və Gekarkunikə üz tuturlar. Hakimiyyət kütləvi qaçışın qarşısını almaq məqsədilə rayonun giriş-çıxışında polis postları qurub. Polis postları həm də döyüşlərin getdiyi bölgədən dəqiq məlumat almaq istəyən jurnalistlərin əraziyə daxil olmasına imkan vermir. Bu haqda postda saxlanılan “hetq” saytının jurnalistləri açıqlama verib. Bu həm də erməni ictimaiyyətinin real itkilərlə bağlı məlumat əldə etməsinin qarşısını almağa hesablanıb. Yeri gəlmişkən, bu açıqlamadan sonra “hetq.am” saytı da bloklanıb. “Qraparak” nəşri isə yazır ki, Müdafiə Nazirliyi itkilər barədə məlumatları gizlədir:“Söhbət ondan gedir ki, yalnız mediada və sosial şəbəkələrdə məlumatlar yayıldıqdan sonra rəsmi qurumlar itkilər barədə xəbər verir. İndilikdə isə məlumdur ki, təmas xəttində vəziyyət gərgin olaraq qalmağa davam edir. Azərbaycan Tavuş hərbi hissələrindən birinin strateji əhəmiyyətə malik olan obyektinə yeni zərbə endirib. Məlumatı dəqiqləşdirmək üçün Ermənistan Müdafiə nazirinin mətbuat katibinə müraciət edilsə də, o, məlumatı şərh etməkdən imtina edib. İrəvan məlumatı gizlədir və kütləvi informasiya vasitələrini susdurmağa çalışır”. Bütün bunlar ermənilərin itkilərinin cəmiyyətdə xof yarada biləcəyinin təsdiqi kimi də qələmə verilir. Bu fonda ermənilərin Qarabağ və sərhəd zonalardan kütləvi qaçışı da təbii sayılır. Erməni rəsmiləri bunu təsdiqləməkdən imtina etsələr də, artıq Ermənistanın fövqəladə hallar naziri Feliks Solakyan sərhəd rayonlarının sakinlərinə hər an təxliyə edilmək üçün hazır olmalarını tövsiyə edib. Bu fonda ukraynalı politoloq Sergey Zaporojski qeyd edir ki, toqquşmalar genişlənəcəyi halda sərhəd rayonlarından böyük köçü dayandırmaq mümkün olmayacaq: “Bu hal qaçılmazdır. Əminliklə deyə bilərəm ki, bu müharibədə beynəlxalq hüquq və ədalət Azərbaycanın tərəfindədir. Azərbaycan Ermənistana adekvat cavab verməlidir. Düşmənin hər hansı bir təxribatına sərt reaksiya vermək lazımdır ki, onların itkisi dəfələrlə çox olsun. İşğalçı ilə sülh danışıqları məntiqi nəticə verməyəcək. Bunu biz Ukrayna ilə Rusiyanın Donbasda gedən hərbi münaqişəsindən yaxşı bilirik”.

Politoloq Ermənistanın Rusiya Silahlı Qüvvələrinin köməyinə arxalanmaq istəyini puç ümid adlandırıb: “Əgər Ermənistan hesab edirsə ki, Rusiya Azərbaycanla mübaribə üçün rəsmi İrəvana öz ordusu ilə kömək edəcək, onun bu arzusu suya düşəcək. Rusiya Azərbaycanı tək qoymayan Türkiyə ilə konfliktə birmənalı şəkildə girməyəcək. Üstəlik, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından heç bir ölkə bu konfliktdə Ermənistanın tərəfində olmayacaq. Paşinyan başa düşməlidir ki, hərbi əməliyyatların gərginləşməsi Ermənistan üçün çox ciddi problemlərə səbəb olacaq – Dağlıq Qarabağa nəzarətin itirilməsinə qədər…”.

Son məlumatlara görə, artıq bu xüsusda əndişə erməni iqtidarını və cəmiyyətini bürüyüb. Bu durumda Paşinyan hakimiyyəti üçün indi başlıca məsələ yenidən atəşkəsə nail olmaqdır. Amma düşmənin son təxribatından sonra bu heç də asan olmayacaq.

Tahir TAĞIYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ