Cümə günü, 30 oktyabr 2026
     

Ermənistan hərbi və diplomatik məngənədə - İrəvan ictimai rəyində “Bizim hakimiyyət yaxınlaşan müharibəni görmür” əndişəsi getdikcə artır

Image


Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllində hərb amilini son dövrlərdə daha çox qabartmağa başlaması Ermənistanda kifayət qədər böyük bir əndişənin yaranmasına səbəb olub. Burada hesab edilir ki, Azərbaycan artıq istənilən vaxt güc variantına əl ata bilər və bu dəfə mümkün savaş məhşur aprel döyüşləri ilə müqayisədə daha genişmiqyaslı olacaq. Bu xüsusda son günlərdə Azərbaycanın Müdafiə Nazirliyinin bir-birinin ardınca verdiyi açıqlamalar Ermənistanın narahatlığnı daha çox artırır.

Xatırladaq ki, müdafiə naziri Zakir Həsənov Mərkəzi Komanda Məntəqəsində ordunun rəhbər heyəti ilə keçirdiyi xidməti müşavirədə Ermənistana ünvanlanmış sərt mesajlar səsləndirib. Zakir Həsənov müşavirədə bildirib:“Düşmən tərəfi anlamalıdır ki, bu dəfə görüləcək tədbirlər 2016-cı ilin aprelindən tam fərqli olacaq, vurulacaq zərər isə ümumilikdə onun siyasi, iqtisadi və hərbi tənəzzülünə gətirib çıxaracaq”. Bu fikrin ardınca Azərbaycanın Müdafiə Nazirliyi daha bir maraqlı açıqlama yayaraq düşmənlə silah dilində danışılacağına dair açıq xəbərdarlıq etdi:"Azərbaycan ordusu işğal olunmuş əraziləri azad etmək üçün güc tətbiq etmək hüququndan mütləq istifadə edəcək.Görüləcək tədbirlər 2015, 2016 və 2018-ci illərdəki ilə müqayisədə daha sarsıdıcı və dağıdıcı olacaq. Düşmən böyük itkilər verəcək və bu da öz növbəsində onun tamamilə məğlubiyyətinə gətirib çıxaracaq. Düşmənlə danışmağın yeganə dili silah gücüdür və biz bundan istifadə edərək Ermənistanın işğalçı qüvvələrini ərazilərimizin hüdudlarını tərk etməyə məcbur edəcəyik. Azərbaycan əsgəri silahının gücü ilə buna mütləq nail olacaqdır". Bu bir daha təsdiq edir ki, Azərbaycan güc amilindən istifadəyə hazırdır. Elə erməniləri də indiki məqamda narahat edən budur. Bu xüsusda erməni şərhçi Qraçya Qalustyan vurğulayır ki, Azərbaycan açıq şəkildə ordunu müharibəyə hazırlaşdırır, lakin İrəvan hələ də “günahkar” axtarışındadır: “Azərbaycan yatmır və öz planları haqqında açıq danışır. Mən bizim “divan strateqlərimiz”in təbəssümünü görürəm, onlar deyirlər ki, “Zakir Həsənov ilk dəfə belə danışmır”, halbuki, biz düzgün qiymətləndirmə aparmasaq, nəticələr çox ağır olacaq. Misal üçün, koronavirusu düzgün qiymətləndirmədiyimizə görə bu gün ağır nəticələrlə üz-üzə qalmışıq. Hakimiyyət faktiki olaraq pandemiyanın təhlükəli və dağıdıcı təsirini qiymətləndirmədi. Nəticədə çoxsaylı yoluxma və ölüm halları, eləcə də səhiyyə və iqtisadi sektorda dağılma görürük. Bizim hakimiyyət yaxınlaşan müharibəni də görmür, ya da görmək istəmir”. Qraçya Qalustyan bildirir ki, Paşinyan hakimiyyəti hər şeyə görə keçmiş rejimi günahlandırır: “Bəli, Serj Sarkisyan, Seyran Ohanyan, Yuri Xaçaturov və digərlərinə görə “aprel müharibəsi”ndə məğlub olduq. Lakin indiki hakimiyyət ordunu gücləndirmə bilmədi. Naxçıvan istiqamətində məğlub olmağımız da bunun sübutudur. Paşinyan hakimiyyəti səs-küylü piar aparır, real nəticələrsə acınacaqlıdır. Azərbaycan öz planlarını addım-addım həyata keçirir. Minsk Qrupu Bakının bəyanatlarına heç bir reaksiya vermir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında da susurlar. Bu halda biz kimə ümid edə bilərik? Sabah müharibə başlasa, biz nə edəcəyik? Cavab kədərlidir. Hakimiyyət hələ də keçmişdə qalıb və hər şeyin günahını keçmiş hakimiyyətdə axtarır”. Ekspert vurğulayır ki, bu halda Azərbaycan Qarabağda savaşı yeniləsə, nəticə ermənilər üçün çox ağır olacaq. Bunu Ermənistan Silahlı Qüvvələrinin keçmiş komandiri və Baş Qərargah rəisi olmuş  general-leytenant Norat Ter-Qriqoryants da təsdiq edir. O bildirir ki, Azərbaycan Müdafiə Nazirliyinin açıqlamaları, ötən ay keçirdiyi təlimlər birbaşa Ermənistana ünvanlanmış mesajlardır:“Xatırladım ki, mayın 18-dən 22-nə qədər Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı əməliyyat-taktiki hərbi təlimləri keçirilib. Naxçıvanda da hərbi təlimlər keçirilib. Ümumilikdə bütün qoşunlar hərbi təlimlər keçirir, xüsusən də Azərbaycan daim türklərlə hərbi təlimlər keçirir. Onlar dağlıq ərazilərdə hərbi əməliyyatların bütün planlarını hazırlayırlar. Hərbi təlimlər örtüyü altında birdən-birə əyilə və hücum edə biləcəklərini heç kim bilmir, çünki müharibə zamanı hərbi əməliyyatlarda ən vacibi aldatmaq, kimin kimi birinci aldadacağıdır. Bu aldatmadır. Onların əməliyyat maskalanması planı var”. Norat Ter-Qriqoryants bildirib ki, Azərbaycan Müdafiə Nazirliyinin açıqlamaları da hücum barədə açıq xəbərdarlıqlardır. Erməni hərbi-siyasi xadim qeyd edib ki, Azərbaycan tərəfi bu hərbi təlimləri keçirərək eyni zamanda erməni tərəfini yoxlayır:“Onların kəşfiyyatı çox yaxşı işləyir. Onların İrəvanda da gizli agentləri var. Məsələn, İrandan turisttlər gəlir. Elə bilirsiniz onlar yalnız farslardır? Nə danışırsınız? Onlar arasında xalis azərbaycanlı olanlar var”.

Ekspertlər də bildirir ki, Azərbaycan ordusunun bu dəfə atacağı addımlar işğalçı ölkənin məhvinə səbəb olacaq. Xüsusilə son illərdə Azərbaycanda ordu quruculuğu sahəsində əldə olunmuş nailiyyətlər bunu deməyə əsas verir. Digər tərəfdən faktdır ki, bu gün Azərbaycan ordusunu möhkəm intizam, vətənpərvərlik, yüksək mənəvi mübarizlik ruhu və döyüş qabiliyyəti səciyyələndirir. Ordumuz ən müasir silah və hərbi texnika ilə təchiz edilib. Bunlar fonunda savaş başlamadan belə Azərbaycan ordusu tərəfindən keçirilən genişmiqyaslı təlimlər işğalçı ölkəni təşviş içərisində saxlayır. Ermənistanda bu fonda açıq müşahidə edilir ki, ordumuz torpaqlarımızı düşmən tapdağından azad etməyə tam hazırdır. Bu səbəbdən yaxın vaxtlarda münaqişə ilə bağlı vəziyyətin sülh yolundan digər məcraya keçəcəyi əndişəsi Ermənistanda artır. Rəsmi Bakı da açıq bildirir ki, düşmənə qarşı irimiqyaslı tədbirlərin görülməsi artıq qaçılmazdır. Ermənistan tərəfinin təxribat xarakterli hərəkət və bəyanatları da ölkəmizi buna vadar edir.

Bu durumda erməni politoloq Qrant Məlik-Şahnazaryan bildirir ki, Azərbaycan diplomatik gedişlərini hərbi amil hesabına gücləndirərək ya mərhələli həll variantının reallaşmasına nail olacaq, ya da güc amilindən istifadə edərək Qarabağ məsələsində məqsədlərinə çatacaq. Erməni politoloq qeyd edib ki, bu məsələdə Azərbaycan özünə lazım olan beynəlxalq dəstəyi də təmin edə bilib. Buna sübut kimi “facebook”da canlı yayım zamanı ABŞ-ın Ermənistandakı səfiri Lin Treysinin Qarabağ münaqişəsinə dair sərgilədiyi mövqe göstərilir. Qeyd edək ki, yayım zamanı səfirə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı suallar verilib. İstifadəçilərdən biri “ ABŞ Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son açıqlaması ilə razılaşırmı”, deyə sual edib. Xatırladaq ki, təxminən bir ay əvvəl Sergey Lavrov Qarabağ münaqişəsi ilə bağlı müzakirələrin mərhələli prinsiplərə söykəndiyini bildirmişdi. Lavrovun fikrincə, birinci mərhələdə Qarabağ ətrafındakı bir sıra bölgələr azad edilməlidir. ABŞ-ın Ermənistandakı səfiri isə bu məsələyə dair suala cavabında bildirib:“ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri kimi bu işdə fəal şəkildə cəlb edilmiş halda qalmaqda davam etdiyini vurğulamaq istəyirəm. Əlbəttə ki, Rusiya üç həmsədrdən biridir və biz digər həmsədrlərlə işimizi konstruktiv şəkildə qurmağa çalışırıq. Münaqişənin həllində vasitəçilik öhdəliyimizə sadiq qalırıq. Həmsədrlər olaraq vəzifəmiz münaqişənin sülh yolu ilə həllinə dəstək verməkdir”. Səfir fəaliyyətin koordinasiyalı şəkildə aparıldığını bildirib. Yeri gəlmişkən vurğulayaq ki, Rusiya xarici işlər nazirinin məlum açıqlamasından sonra digər iki həmsədr ölkə olan ABŞ və Fransa heç bir əks-bəyanat vermədi. Erməni politoloq Suren Sarkisyanın fikrincə, Minsk Qrupundakı hər üç həmsədrin hər zaman ortaq bir razılığı olur:“Minsk Qrupu həmsədrlərindən birinin bir şey söylədiyi, digərinin isə əksini söylədiyi bir hadisəni xatırlamıram, çünki ümumiyyətlə, onlar açıqlamalarını razılaşdırırlar. Ən vacib olan isə amerikalıların və rusların birgə işlədiyi Minsk Qrupu formatıdır”. ABŞ-ın mövqeyinə gəldikdə, erməni politoloqun fikrincə, nə ABŞ, nə də Fransa heç bir şəkildə Lavrovun sözlərini inkar etmədi: “Başqa sözlə, inkar etməyərək, fikirlərinin eyni olduğuna dair mövqelərini göstərdilər. Lavrovun açıqlamasının heç kim tərəfindən rədd edilmədiyi bir vəziyyətlə qarşılaşırıq, bu da dediklərinin həqiqət olduğunu göstərir”. Erməni politoloq qeyd edib ki, səfir Treysi diplomatik dildə danışsa da, faktiki olaraq, Lavrovun yanaşmasını bölüşüb. Bu isə o deməkdir ki, Ermənistana mərhələli həllin reallaşması üçün təzyiqlər artacaq. Ermənistan buna qarşı getsə, onda Azərbaycan hərb maşınını işə salmalı olacaq və bu xüsusda Azərbaycan Müdafiə Nazirliyinin xəbərdarlıqları da təsadüfi xarakter daşımır. Yəni real vəziyyət budur ki, Ermənistan həm diplomatik, həm də hərbi müstəvidə sıxışdırılır. Getdikcə daha zəif duruma düşən Ermənistanın bütün bunlara müqavimət imkanları da yoxdur. Bu mənada, yaxın tezlikdə Qarabağ məsələsində müəyyən yeniliklərin olması istisna olunmur. Buna, yuxarıda qeyd olunduğu kimi, ya hərb, ya da diplomatik yolla nail olunacaq. Hansı varinatın işə salınacağı isə Ermənistanın Qarabağ münaqişəsinin çözümünə yanaşmasından asılı olacaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ