Cümə günü, 13 noyabr 2026
     

Cinayətkarlığın xəbərdarlığında ictimaiyyətin rolu – Şəmsəddin Əliyev yazır...

Image


Cinayətkarlığın xəbərdarlığı və profilaktika konsepsiyasının ümumi məqsədi ictimai təhlükəli əməlləri, hər cür hüquqpozmaları və hüquqazidd halları doğuran səbəblərin aradan qaldırılmasından ibarətdir. Ona görə cinayətkarlıqla mübarizədə müəyyən konsultativ tədbirlərin həyata keçirilməsi zəruridir. 

İctimaiyyətin bu işə cəlb edilməsi mürəkkəb prosesdir, lakin mühüm əhəmiyyət kəsb edir. Ölkədə təhlükəsizliyin qorunmasında ictimai dəstəyi təmin etmək, hüquqazidd hallara reaksiya cəmiyyətin cinayət hüquq sisteminə və ədalət mühakiməsinə etibarını möhkəmləndirir. Vətəndaş məmnunluğuna bazis yaranır. 

Azərbaycanın hüquq-mühafizə orqanları cinayətkarlığın xəbərdarlığı və onun ağır növlərinin azalması istiqamətində müəyyən mexanizmə və metodlara, habelə cəmiyyətin bu işə cəlb olunmasına səmtlənən böyük iş görür. 

Uzun müddətdir ki, alimlər cinayətkarlıqla mübarizə istiqamətində xəbərdarlıq tədbirlərini həlledici amil kimi qəbul edirlər. Bu sahədə dünya təcrübəsinə diqqət yetirəndə məlum olur ki, siyasi, iqtisadi və ictimai quruluş dəyişdikcə insan cəmiyyətinin əsas qanunları dəyişməz qalır. İki milyon il bundan əvvəl insanlar yaxşı həyat axtarışı dalınca hansı arzu və istəklə gedirdilərsə, ehtiyaclarını ödəmək, şəxsi maraqlara üstünlük vermək üçün necə çalışırdılarsa yenə həmin hal təkrarlanır. Evolyusiyanın miqyası nə qədər geniş olsa da dünya yerində sayır, irəliləyə bilmirik. 

QHT-lər, cəmiyyətin digər təbəqələri, elm və təhsil müəssisələri də bu prosesdə iştirak  edirlər. Azərbaycan dövləti, insanların hüquq və iradə azadlıqlarına, ekstremizm və dini radikalizmə, cəmiyyətdə vahimə doğuran terrorçuluğa,narkomanlığa və digər arzuolunmaz təzahürlərə qarşı mübarizədə vətəndaş cəmiyyətinin müəyyən qruplarına maliyyə dəstəyi göstərir. Həyata keçirilən tədbirlər, ələlxüsus insanların alqı-satqısı, müasir köləlik-insan alveri cinayətlərinin və sosial bəla olan narkomanlığın profilaktikası barədə icra olunan layihələr əhali arasında müsbət rezonansla yadda qalır. Tədbirlər əksər hallarda ərazi üzrə polis orqanlarının, ictimaiyyət nümayəndələrinin, KİV–in, ictimai şuraların iştirakı ilə həyata keçirilir. Vəziyyət həmişə olduğu kimi DİN kollegiyasının, İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun nəzarətində olur. İnsan alveri qurbanlarına birdəfəlik müavinət verilir, müəyyən qismi işlə təmin edilir, peşə kurslarına göndərilir, huquqi və psixoloji yardıma ehtiyacı olan qurbanlara tibbi xidmət göstərilir. Dövlət büdcəsindən qurbanların reabilitasiyasına il ərzində 100 mindən çox vəsait sərf edilir. Bütün qeyd olunanlar dövlətin cinayətkarlıqla mübarizə siyasətinin, habelə dövlətin konstitusiya üzrə ali məqsədi sayılan insan hüquq və azadlıqlarının təmin edilməsinin canlı təzahürüdür. Hər il vəziyyətin müqayisəli təhlili barədə Milli Məclisdə müvafiq hesabat verilir. 

Bu baxımdan, ölkədə cinayətkarlığın qarşısının alınması fəaliyyətində polis orqanları hakim mövqeyə və rola malikdir desəm, yəqin ki, daha düzgün qəbul edilərdi. Prosesdə prokurorluq, ədalət mühakiməsi orqanlarının və digər dövlət orqanlarının xidmətini də danmaq olmaz. 

Tarixən Polisin ictimaiyyətlə sıx təmasda olması cinayətkarlığın nəzarətdə saxlanmasında və xəbərdarlığı fəaliyyətində həmişə faydalı olub. Qənaətimə görə bu, DİO əməkdaşlarının peşəkarlığının təcəssümü kimi dəyərləndirilməlidir.

Polis əməkdaşının xidməti mundirində ərazidə olması, əhali ilə söhbəti profilaktikanı səciyyələndirən əlamətlərdir. 

Hər bir məhkəmə prosesinin prosesual aktı, hakimin kollektivdə müzakirəyə çevrilən qərarları profilaktika  və cinayətlərin xəbərdarlığı üçün “xəbərdarlıq fənəridir”.

Cinayət təqibi, hüquqi yardımın göstərilməsi, ittiham olunanların pulsuz müdafiəçi ilə təmin edilməsi işi də bu sahədə mühüm fayda verir. 

Sosial şəbəkələrin və KİV-lərin cinayətkarlığın xəbərdarlığı məsələlərində xidmətləri var.

Lakin bəzən az əhəmiyyət kəsb edən ictimai təhlükəli əməllərin “ağır” cinayətlər fonunda həyacanla təqdim edilməsi və yaxud ictimai münasibətlərə qəsd edən, xüsusilə ağır nəticələrə səbəb olan əməllərin subyektlərinin “qəhrəman” obrazında verilməsi bu işə ziyan vurur. Son zamanlar televiziyalarda yayımlanan seriallarda odlu silahın tətbiqini, zorakılıq əlamətlərini əks edən epizodlar müəyyən insanların düşüncə tərzində və təfəkkürlərində neqativ dəyişikliklərə səbəb ola bilər. Belə seriallar telekanallarda yayımlanmamışdan öncə Baş Prokurorluğun, DİN-nin, ƏN-nin rəyindən sonra “istehsalı” məqsədə uyğun olardı. Seriallarda məişət zorakılığını təbliğ edən kobud hərəkətlər ictimai şüurda neqativ oyanış üçün şərait yaradır. Ümumiyyətlə  tamaşalarda sosial hadisələrin və ictimai mənəviyyata zidd belə halların qarşısını almaq üçün ciddi nəzarət lazımdır.

İstənilən verlişin yayılmasında “bu, televiziyaların hüququdur”– deyə düşünsək, nihilizmə yer ayırmış olarıq. “Vətəndaşların kanalları çevirmək hüququ var" – fikirləri də qəbuledilməzdir. İndi patriotizm ruhlu seriallara üstünlük verilməlidir. Müharibə hələ bitmədiyindən hüquqazidd halların aradan qaldırılması,vətənpərvərlik mövzuları, qəhrəmanlıq və şücaət səhnələri televiziyaların fəaliyyət istiqamətləri ilə sıx bağlı olmalıdır. Çünki bu sahələr üzrə dövlət siyasətinin mühüm təbliğatı məhz televiziyalarda aparılır. Cinayətkarlıqla mübarizə isə hamının işidir!

(Haşiyə çıxıram:Musiqili şouların  çoxluğu dərdimizin başqa tərəfidir. Şoular və iştirakçılar o qədər reklam olunur ki, az qala hamı “şoumen” və ya “müğənni” olmaq həvəsinə düşür. Müğənnilik vətənə aludəlik və yaxud hələ vətənə sədaqət ruhunda davranmaq  deyil. Baxın, müğənnilər bəzən studiyalara xaltalı itlə gəlirlər. Bu, geniş ictimaiyyətə qatı hörmətsizlikdir. Alkoqollu içkilərin təbliği televiziyaların fəaliyyətini tənzimləyən normativ hüquqi aktlara zidd olsa da, davam edir.Unutmayaq ki, alkoqollu içkilərin qəbulu bəzən ağır cinayətlərlə də yadda qalır. Televiziyalarda bu qədər sərbəstliyə ehtiyac varmı?)

“Harada qanun yoxdursa, orada cinayət də yoxdur” - Əkorğ

Apostol Pavel (Romalılara müraciətindən) 

K.Marks və F.Engels qeyd edirdilər ki, ağıllı, müdrik qanunvericilər cəzalandırmaqdan çox cinayətlərin xəbərdarlığına üstünlük verməlidirlər. Qanunlar bir qayda olaraq xalqın iradəsini oxşamalıdır. Qanunların məqsədi isə ictimai münasibətləri tənzimləmək, xalqın rifah halının yaxşılaşdırılmasına və həyat səviyyəsinin yüksəldilməsinə xidmət etmək, dövlətin təməli ətrafında xalqın vahidliyini səfərbər etməkdən ibarətdir. 

Ümumiyyətlə, profilaktik fəaliyyət 2 mərhələni əhatə etməlidir. Birinci mərhələdə həyata keçirilən tədbirlər hüquqpozmanın subyektinin, hüquqazidd əməlləri doğuran səbəb və şəraitin öyrənilməsinə yönəlməli, ikinci mərhələdə isə müvafiq profilaktik tədbirlərin işlənib hazırlanması nəzərdə tutulmalıdır. Belə təsəvvürlər elmdə birdən-birə yaranmayıb. Əsrlər boyu insan ağlı cəmiyyətdə baş verən hüquqazidd əməllərin səbəblərini aşkar etmək və bunun qarşısını almaq üçün vasitələr axtarışında olub. Ona görə,hüquqpozmaların obyektiv səbəblərinin mövcudluğu haqda təsəvvürlərə əsaslanan sosial-profilaktik yanaşma təbii hal kimi anlaşılmalıdır. 

Qədim Hind hüquq ədəbiyyatında əsas xəbərdarlıq vasitəsi kimi cəzanın xofu–vahiməsi dururdu. Cəzanın sərtliyi cinayət törətməyə meylli olan şəxsləricəhalətin meyvəsi olan pis əməllərdən çəkindirməyə təsir edə bilir.

Manu qanunlarına görə, yalnız cəzanın xofu hər bir canlını xeyirxahlığa xidmət etməyə istiqamətləndirə və zidd “vəzifələrin” icrasından kənara çəkə bilərdi. Bu borcun təmin olunması iki sistemə; bir tərəfdən etik normalara, Uca Allahın gücünə; digər tərəfdən isə siyasi vasitələrə əsaslanan yol ilə həyata keçirilərdi. 

Əgər qədim Hindistanda hüquqpozmalarla mübarizədə əsas vasitə kimi sərt cəzanın tətbiqindən istifadə edilirdisə, Qədim Çin mütəfəkkirləri bu sahədə mühüm vasitə kimi tərbiyənin roluna üstünlük verirdilər.

Cəzanın tətbiqi bu gün də, hüquqi metod kimi əhəmiyyətini saxlasa da, tərbiyəvi faktorların daha çox inkişafı və miqyasının böyüməsinə dair mülahizələr vacib amil olaraq qalır. Məsələn: Qədim Çin mütəfəkkiri Konfutsi və onun tərəfdarlarının nəzərinə görə, əgər insanları tərbiyə etməyib cəzalandırmağa üstünlük versək, cəzalandırılanların sayı artacaq, lakin kökü kəsilməyəcək; və yaxud, tərbiyə edib cəzalandırmasaq bədnam əxlaqlı və tərbiyəsi  qüsurlu olanlar cəzasız qalacaq və  sayca artacaqlar.Bu mənada Onore de Balzakın təbirincə “Cəhalət, mədəniyyətsizlik və tərbiyəsizlik bütün cinayətlərin anasıdır. Ağılsızlıq, tamah və düşüncəsizlik də cinayəti doğuran əlamətlərdir“.

Hüquq-mühafizə orqanlarının baş vermiş cinayətlər və onların iştirakçıları barədə KİV-də dərc edilən məlumatları profilaktik tədbirlərin davamıdır. Bu missiya hüquq mühafizə orqanları ilə KİV-in cinayətkarlığın miqyasının və dəhlizinin daralması ətrafında birgə həyata keçirilən xəbərdarlıq fəaliyyəti rəğbətləndirilməlidir.

Bir az öncə qeyd etdiyim kimi, bəzən KİV-də cinayətin subyektlərinin qəhrəman obrazında verilməsi, eyni mövzuya təkrar-təkrar qayıtması halları əhali arasında ikrah hissilə qarşılanır, onların keçmiş hərəkətləri dolayı yolla sanki mükafatlandırılır. Penitensiar xidmət müəssisələrində yayımlanan verilişlər  bir tərəfdən çəkindirici ovqat yaradırsa, digər tərəfdən "cinayətkar dünyanın"  təbliğinə və təşviqinə yönəlir. (Onlara oxşamaq istəyənlərin sayı artır) Burada korrektlərə ehtiyac var. Sovet dönəmini gözümüzün önünə gətirək... Belə verilişlərə yer verilərdimi?..

Diqqət çəkən başqa məqam da var: Xüsusilə ağır cinayətlərə ğörə ittiham olunan şəxslərin mühafizə altında qaçmasına dəstək verən, nə etdiyini və əməlinin nəticəsini də arzulayan, ictimai nüfüza malik zərif cinsdən olan bəzi həmvətənlərimiz həbs olunsalar da, sonralar onun əməli elə o səviyyədə olan qrup tərəfindən qəhrəman obrazında ictimaiyyətə çatdırılırdı. Heç kim onu cinayətinə görə qınamadı, “ayıb olsun” demədi. Əksinə... Bir səhvdir edib?! Axı, cinayətkara dəstək olmaq səhv deyil, vətəndaş vəzifələrinə və mənəvi dəyərlərə, ictimai mənəviyyata ziddir. Belə hərəkətlər ehtiyatsızlıqdan baş vermir, qəsdən törədilir. Belələrinə cəzanın yüngülləşdirici halını tətbiq etməklə cinayətkarlara havadarlıq etmiş oluruq. Bu azmış kimi, bu tərbiyəyə malik şəxslər hər gün televiziya ekranlarında reklam olunur, ictimaiyyətə “müdrik” qiyafədə təqdim edilir. Kim məsuliyyət daşımalıdır? Yenə sovet dönəmində belə hallara (səhvlərə) yol verilməzdi.

“Bəzən rezin dəyənəklə də yol göstərmək olar”

Yeji Lets (Polyak filosofu)

Cinayətkarların hüquqazidd əməllərinin qurbanına çevrilənlər, quldurluğa, soyğunçuluğa və zorlamaya məruz qalan - zərərçəkənlər belə verilişlərə nifrət hissi ilə baxırlar. Yaxşı olardı ki, öncədən dərdləri ilə baş-başa qalan  zərərçəkənlərin həyatlarına heç olmazsa eksklüziv yanaşılsın. Məsələyə birtərəfli yanaşmaq əks “rezonans” doğurur.

İctimaiyyətin cinayətkarlığın qarşısının alınması tədbirlərinə cəlb olunması və bu mühüm fəaliyyətdə iştirakı arzuolunan məsələdir. Ölkə prezidentinin 02 mart 2016-cı il tarixdə“ İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə” imzaladığı fərman qeyd etdiklərimin rəsmiləşdirilməsinin əyani sübutudur. 

Cəmiyyəti “Canlı orqanizmə bənzətsək” cinayətkarlıq cəmiyyətin səhhətində öncədən görünməyən latent xəstəlikdir. Vaxtında qarşısı alınmazsa onunla mübarizə çətinləşəcək. Ona görə də profilaktika, xəbərdarlıq və maarifləndirmə tədbirləri vaxtaşırı aparılmalıdır. Cinayətlər baş verdikdən sonra  isə xəbərdarlığın əhəmiyyətinə ehtiyac qalmır. Sadəcə subyektlərin cinayət qanunvericiliyi ilə  təqib olunması ətraf üçün “xof” yarada bilər.

Bəs antik cəmiyyətlərdə cinayətkarlıqla mübarizədə hansı metodlardan istifadə edilib?

Antik cəmiyyət qanuna tabe olan, onu uca tutanlara hörmətlə yanaşmış, hüquqpozmaların profilaktikası istiqamətindəki ideyalara həmişə önəm vermişlər. Bizim eradan əvvəl VII əsrdə qədim yunan mütəfəkkiri Periandr qeyd edirdi ki, “cinayətkarı cəzalandırmağa yox, cinayətlərin xəbərdarlığına çalışmaq lazımdır”. Qədim Yunan və Roma müdrikləri isə bu işdə məcburetmə və inandırma metodlarının üzvi sürətdə bağlılığına önəm vermişlər.

Sofist  Protoqor həmin dövrdə yazırdı: “Dövlət qanunlarını pozmağa və həddini aşmağa görə cəzanın məqsədi islah etməkdən, əvəz almaqdan ibarət olmalıdır”. Roma hüquqşünası Ulpian da bir müdrik ifadə işlətmişdi: “Xeyirxahlar təkcə cəzanın vahiməsinin təkmilləşdirilməsinə yox, cinayətlərin xəbərdarlığına da üstünlük verməlidirlər”.

Bəzi qədim mütəfəkkirlər hüquqazidd əməllərin kökündə səbəb kimi alkoqolizmi və sərxoşluğu görürdülər. Həmin dövrlərdə sərxoş şəxslərdən ikiqat penya alınardı. Sərxoş adam hərəkətlərinə cavab verə bilmədiyinə və belə əməllər cəmiyyətdə ciddi narahatlıqla müşahidə edildiyinə görə sərt cəzanın tətbiqi ümumi xarakter daşıyırdı.

Beləliklə, antik cəmiyyətlərdə hüquqpozmaların xəbərdarlığına bir tərəfdən dini inanclar və mənəvi-hüquqi aspeklər təsir edirdi.

Orta əsrlərdə dini ehkamlara əsaslanan və son dərəcə mücərrəd, idealist fəlsəfənin, sxolastikanın (həyatdan ayrı təsəvvürlər) anlaşıla bilməyən mühakimələrə əsaslanan ideyaların hakim olduğu mərhələdə cinayətkarlığın inkişafı din ilə əlaqələndirilirdi. Feodal quruluşun böhranı və kapitalizmin təşəkkülü dövründə məsələyə qismən elmi yanaşma tələb etməyə başladı.

İngilis utopik-sosialisti Tomas Mor (1478-1535) sübut etməyə çalışırdı ki, cinayətkarlıq düzgün olmayan ictimai quruluşun məhsuludur, bütün vətəndaşların zəruri həyat ehtiyacları təmin edildikdə dövlət əmlak cinayətlərindən qurtula, xilas ola bilər. O, cinayətkarlığın sosial səbəblərini xarakterizə edərkən sərxoşluğu, yoxsulluğu önə çəkərək yazırdı: -“Varlıların özbaşınalıqlarına və inhisarçılığına son qoyun, cilovunu çəkin... Soruşuram; bir şey edə bilirsinizmi... onda oğruları özünüz yaradır və sonra da cəzalandırırsız?”

Morun baxışları Tomazzo Kampanellanın və XVIII əsrin fransız utopistlərinin konsepsiyalarında dönüş yaratdı. Cəmiyyət təkmilləşdikcə həyatın da cinayətlərsiz olacağına ümid bəslənirdi. Amma cəmiyyətin inkişafı ilə statistikada yeni növ cinayətlərin meydana gəlməsi üçün şəraitin yaranacağını proqnozlaşdıra bilmədilər.

Sonralar maarifçilik dövrü sosial profilaktik baxışların formalaşmasına mühüm təsir etdi. Şarl de Monteskyö (1689-175//5) “Qanunların Ruhu” əsərində yazırdı:“Qəddarlığa əsaslanan cəza sistemi, törədilən əmələ görə qorxu və vahimə, cəmiyyətdə yabanılaşma və vəhşilik hissi yaradır”. O, cinayətlə cəzanın mütənasibliyinə əhəmiyyət verilməsini, cinayətlərin xəbərdarlığı üçün bütün mümkün vasitələrdən istifadə olunmasını tövsiyə edirdi. Yalnız məcburetmə metodundan istifadəni məsləhət görmürdü.

Cezare Bekkariyyə (1738-1794) isə hesab edirdi ki, hökmün icrası zamanı hər cür üzüntülü, əzabverici hallardan çəkinmək lazımdır, cinayətləri doğuran səbəblərin aradan  qaldırılmasına üstünlük verilməli, qəbul olunan qanunlar hamının dərk edə bildiyi anlamda olmalı, potensial cinayətkarlar üçün xəbərdaredici və çəkindirici metodlar xüsusi əhəmiyyət daşımalıdır.

XVIII əsrdə bəzi mütəfəkkirlərin mülahizələrinə görə mülkiyyət əleyhinə olan cinayətlər idarəçiliyin məhsulu kimi qəbul edilirdi. Lakin belə yanaşma bu gün üçün aktual deyil. Zənnimcə, “Cəza qılıncı” nə qədər havada olarsa, cəzanın bir o qədər çəkindirici və xəbərdaredici funksiyasının dəyəri olacaq. Son nəticədə isə doğuran səbəblərin də mənbəyinə “yandırıcı”(lokallaşdırıcı) təsir edəcək.

Beləliklə, XIX əsrə qədər olan siyasi-hüquqi ideologiyanı təhlil edərək belə nəticəyə gəlmək olar ki, antik mütəfəkkirlərin bu sahədə söylədikləri fikir və mülahizələri düşündürücüdür. Lakin,ehtimallara söykənən bəzi mülahizələr və ideyalar sosial iqtisadi və siyasi şəraitin real təcəssümünə xas yer tuta bilmədi. Bu ideyaların dərin elmi əsası olmadığından həmin müəlliflərin sosial izləri də silinməkdədir.

K.Mark və F.Engels kimi müdrik insanlar da hüquqpozmaların və cinayətkarlığın səbəbləri, onunla mübarizə metodu ilə bağlı fikirləri diqqət çəkir. Onlar cinayətkarlığın səbəblərini sosial münaqişələrdə və kapitalizmin ziddiyyətli quruluşunda görürdülər. Sənayeləşmənin inkişafı, XIX əsrin vətəndaş cəmiyyətində sinifli təbəqələrin çoxalması və dərinliyi, cəmiyyətin bir qütbündə kapitalın-sərvətin təmərküzləşməsinə (toplanmasına), başqa qütbündə isə yoxsulluğun qərarlaşmasına gətirib çıxardı. Belə qənaət hasil olunurdu ki, cinayətlərin sayı əhalinin sayından tez artır. Cinayətkarlığın miqyasının böyüməsinə görə məsuliyyət kapitalist sisteminin və onu idarə edənlərin üzərinə düşürdü. Ehtiyac və işsizlik mənəviyyatsızlığın, hər cür cinayətlərin, cəmiyyətə zidd münasibətlərin mənbəyinə çevrilirdi. Yoxsul və işsiz təbəqənin cinayətlərə meylini F.Engels “Suyun müəyyən hərarətdə buxara çevrilməsi”-nə bənzədirdi. Gəlir əldə etmək uğrunda amansız qarşıdurma və mübarizə, pulun hər şeyi həll etmək dəyərinə malik olması cinayətkarlıq üçün zəmin yaradır, insanların davranışlarına təsir edirdi. K.Marks belə şəraiti dövlətin vətəndaşının, onun canlı zümrəsinin “məcburi cinayətkar”a və yaxud “danışan alətə” çevrilməsi kimi dəyərləndirilirdi.

Zaman keçdikcə, daha çox sovetlər dönəmində cinayətkarlığın qarşısının alınmasına və xəbərdarlıq tədbirlərinin həyata keçirilməsinə elmi baxışlarla yanaşılmağa başlandı. Müəyyən nəticələrə nail olunsa da, problemin həlli təmin edilmədi, praktik və preventiv tədbirlər, layihələr istənilən nəticəni, cinayətkarlığın aradan qaldrılmasına sərf edilən hüquqi, siyasi və iqtisadi güc səmərə vermədi.

Bu gün cinayətkarlığın miqyasının genişlənməsi artıq dünyanın bütün ölkələrini, bəşəriyyəti və BMT-ni də narahat etməyə başlayıb. Hələ 1973-cü ildə BMT-nin baş katibi K.Valdhaym cinayətkarlıqla mübarizə və onun xəbərdarlığı məsələləri üzrə komitəyə bu problemin həlli üçün “Cinayətkarlığın ümümi xəbərdarlığı” strategiyasını təqdim etmişdi. Strategiyanın əsas məqsədi müəyyən təkliflərin,habelə problemin həllinə zəruri vasitələrin hazırlanmasından və həyata keçirilməsindən ibarət idi.50 ilə yaxın müddət ərzində hələ də belə strategiya işlənib hazırlanmamışdır.

Cinayətkarlığın xəbərdarlığının metodoloji problemlərindən biri (bəlkə mühüm problemi)də bəzi alimlərin hüquqpozmanın sosial və yaxud bioloji hadisənin olub- - -olmaması sualına birmənalı cavabını tapmamasıdır. Mübahisə 100 ildən çoxdur ki, davam edir.

“Cinayəti törədənlər cinayətkar kimi doğulanlardır”

Antropologiya məktəbinin nümayəndələri hesab edirdilər ki, cinayət hüququnda və kriminologiyada cinayətkarlıq - psixoloji və fizioloji qanunlara tabe olan bioloji haldır. İtalyalı məhkəmə psixiatrı və antropoloq Ç.Lombrozo və onun davamçısı, italyalı kriminalist E.Ferri antropoloji məktəbin mülahizələrinin müdafiəsi tərəfində dururdular. Lombrozoya görə, elə adamlar var ki, stiqmatik əlamətlərə malikdirlər, anadangəlmə cinayətkar doğulurlar. Belələri cinayət törətməkdə maraqlıdırlar, daha doğrusu, potensial cinayətkar təəssüratını yaradırlar. Onlarda olan əlamətləri təsdiqləyən ən azı beş cəhət var və bu cəhətlər cinayət törədənlərin 31%-nə xasdır. Lombrozo təkidlə qeyd edirdi ki,“cinayətkar kimi doğulanlar cinayət törədirlər və yaxud,cinayəti törədənlər cinayətkar kimi doğulanlardır”. Bu nəzəriyyə tədricən antihumanist, irqçilik əhvalı yaradırdı və cinayət törətməyənlərə qarşı məcburi, preventiv tədbirlərin görülməsinə haqq qazandırırdı...

Antropoloji məktəbin nəzəriyyəsinə qarşı çıxan, onu rədd edən digər tərəf isə cinayətkarlığın sosial təbiəti haqda təlimin tərəfdarları idi. Bu təlimin tərəfdarları cinayətkarlığı birmənalı olaraq sosial hadisə ilə bağlayırdılar. Onun kökünü isə insanların təbiətində yox, iqtisadi, siyasi və insanların həyat fəaliyyətinin sosial şəraitində axtarmağı məsləhət görürdülər. Cinayətkarlıq(cinayətlər)cəmiyyətin əlavə məhsuludur-mülahizəsinə üstünlük verirdilər.

Zaman ötdükcə K.Marks və F.Engels hesab edirdilər ki, cinayətkarlıq burjua cəmiyyətinin təbiətində, xüsusi mülkiyyətin mövcudluğunda, sosial bərabərsizlikdə  və ədalətsizlikdə mövcud olur, lakin bu səbəblər kommunist cəmiyyətində itəcək və yox olacaq....

Bu ideyalar sovet kriminalogiyasının metodoloji əsasını təşkil edirdi. Rus akademiki V.N.Kudryavtsev isə qeyd edilən ideya və təlimlərə üzünü tutaraq nöqtə qoydu və qeyd etdi ki, cinayətkarlıq sosial hadisədir.Dövlət və cəmiyyət olan yerdə cinayətlər olmuş və olacaq. Bunun üçün o, cinayətkarlığı üç münasibətdə -hüquqi təyinatına, tarixi mənşəyinə və nəticəsinə görə sosial hadisə olmasını sübut etdi. Əvvələn, yalnız cəmiyyət qanunverici timsalında cinayəti cinayət sayılmayan əməldən ayırır; ikincisi: cinayətin və cinayətkarlığın tarixi mənşəyini onların sosial xarakteri təsdiqləyir; Bir tərəfdən hərəkət cəmiyyət üçün təhlükəlivə obyektiv olaraq zərərlidir, keçmiş tarixi təkrarlamaqdır. Nəzərə almaq lazımdır ki, insan cəmiyyətində belə hərəkətlər həmişə olmuş və olacaq. Digər tərəfdən isə belə əməllərin hüquqi xarakteristikası, əməlin cinayətə aid olub-olmaması məsələsini,rəsmi tanımasını qətiləşdirir. Eyni zamanda əməlin hüquqi xarakteristikası dövlətin və hüququn yaranmasından sonra prosesual diqqət çəkməyə başlamışdır. Üçüncüsü: Cinayətkarlığın sosial təbiəti əyani olaraq cinayətlərin baş verməsindən asılı olaraq, istənilən cəmiyyətdə mümkündür.

Bir sözlə, insan həyatı üçün təhlükələr, əmlak ziyanı, istehsalatda özbaşınalıq, ictimai qaydanın pozulması, dövlət idarəçiliyinin zəifləməsi və s. pul ilə ölçüldüyündən böyük məbləğin itirilməsi deməkdir. Son nəticədə isə ictimai inkişafa və cəmiyyətin sosial təhlükəsizliyinə ciddi zərər vurulur.

Beləliklə, tədris vəsaiti kimi qəbul olunan kriminalogiya elminə görə cinayətkarlıq cəmiyyətin sosial çatışmazlığının məhsuludur. O norma deyil, lakin qanunauyğun haldır, müəyyən ictimai şəraitdə və müəyyən coğrafi ərazidə kəmiyyət və keyfiyyət göstəriciləri ilə xarakterizə olunaraq ərsəyə gəlir. Ona görəmübarizəni heç vaxt konkret cinayətlərə və cəzanın tətbiqinə görə məhdudlaşdırmaq olmaz.

Belə nəticəyə gəlmək olar ki, əgər cinayətkatlığın meydana gəlməsində sosial faktorlar mühüm rol oynayırsa, onunla mübarizə sistemi də ilk öncə sosial sistemdə aparılmalıdır. Əgər, yuxarıda qeyd etdiyim ideyalara rəğmən bu əlamət insanların biologiyası ilə bağlıdırsa,onun qarşısını almaq üçün cinayətkarlara təsir vasitəsi kimi tibbi metodları kəşf etməyə, genetik nəzarətə ehtiyac yaranardı.

Zənnimcə cinayətkarlığın səbəblərini təkcə sosial faktorlarla əlaqələndirmək  də düzgün olmazdı. Və yaxud,belə yanaşılarsa hüquqpozmanın subyektinin hüquqazidd əməlindən əl çəkməsi məsələsi öyrənilməlidir. Hüquqpozmanın səbəbləri ehtimallara söykənərsə sxolastik hal yaşanır. Zahirən müasir yanaşma hüquqazidd əməlin törədilməsi sosial-biolioji hadisənin olduğu qənaətini tanıyır. Lakin törədilən əməl sosial və bioloji xarakterli faktorla bağlı olsa da, sosial faktorlar həlledici rola malikdir.

Cinayətlərin xəbərdarlığı geniş anlamda kriminoloji kateqoriyaya aid olur. Dar mənada isə cinayətkarlığın xəbərdarlığı özündə cinayətlərin səbəb və şəraitini aşkar etmək fəaliyyətinə səmtləndiyindən, onun baş verməsi yolları bloklanmalı, insanların hüquqa zidd davranışlarınınaradan qaldırılmasına və  zərərsizləşdirməsinə diqqət yetirilməlidir.

Nə qədər ki, cinayətkarlıq cəmiyyətin məhsuludur (əlavə məhsulu), obyektiv ziddiyyətlərin nəticəsi olaraq meydana çıxır, onun tam ləğvinə, səbəb və şəraitin tam aradan qalxmasına yönələn,cəmiyyət və dövlət üçün cinayətkarlığın qaçılmaz sosial bəla olması faktı ilə barışmağa məhkumuq.

Bu baxımdan, cinayətkarlığın xəbərdarlığı ilə bağlı dövlət və cəmiyyət:

- Cinayətkarlığı saxlaya və ona nəzarət edə;

- Onun daha çox dağıdıcı tendensiyasını qabaqlaya;

- Səbəb və şəraitini müvəqqəti neytrallaşdıra;

- İctimai marağı və vətəndaşları cinayətkar qəsdlərdən qoruya bilər.

Son olaraq, Azərbaycan Respublikasının Prezidentinin 02 mart 2016-cı il tarixli fərmanı ictimai asayişin qorunmasında vətəndaşların iştirakını, cəmiyyətin polisə dəstəyini bir növ konstitusion vəzifəyə çevirir. Mahiyyət etibarı ilə məntiqlidir. Əgər təhlükəsiz bir cəmiyyətdə yaşayırıqsa və yaşamaq istəyiriksə bizim də bu missiyada xidmətimiz və iştirakımız olmalıdır. Niyə də olmasın?

Şəmsəddin ƏLİYEV
“Polisə Dəstək” İB-nin sədri



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ