Bazar günü günü, 08 noyabr 2026
     

Azərbaycanda erməni əlifbası çap edildi - mühüm yenilik...

Image


İsmayıl Tanrıverdi: "Üç il bundan əvvəl fikirləşdim ki, erməni əlifbasını hazırlayım"

Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları və Təlim Mərkəzinin rəhbəri, ermənişünas İsmayıl Tanrıverdi erməni əlifbası və iş dəftəri hazırlayaraq çap edib.

Bilirik ki, ölkəmizdə bir neçə yerdə erməni dili tədris olunsa da, uzun illər idi ki, əlifba dərsliyi yox idi. Erməni dilini öyrənənlər adətən pdf-lərdən istifadə edirdilər. İsmayıl Tanrıverdinin erməni əlifbasını və onunla yanaşı iş dəftərini də çap etməsi mühüm bir məsələdir. Çünki bu əlifbaya qədər əlimizdə nornmal bir vəsait olmayıb. 

"Bu əlifbanın hazırlanmasına böyük ehtiyac vardı və bu iş görüldü"

İsmayıl Tanrıverdi "Bakı-Xəbər"ə açıqlamasında əvvəlcə əlifba kitabı barədə məlumat verdi. "Bakıda dörd yerdə erməni dili tədris edilir. Onların hamısının başında Bakı Dövlət Universiteti gəlir. Bunu ona görə deyirəm ki, indiyə qədər bizim universitetdən  başqa erməni dili keçilən heç bir yerdə ayrıca əlifba keçmirlər. Bunu dəqiq bildiyim üçün deyirəm. Bir kitab düzüb-qoşublar, əlifba ilə qrammatikanı eyni vaxtda keçirlər. Mən onlara bunun düzgün olmadığını demişəm, amma əhəmiyyət vermirlər. Çünki dünyanın heç bir yerində əlifbanı keçmədən, öyrətmədən qrammatikaya keçmək mümkün deyil. Ona görə də üç il bundan əvvəl fikirləşdim ki, erməni əlifbasını hazırlayım. Hadruta gedəndə ordan orijinal bir erməni əlifbası kitabı tapdım və Bakıya gətirdim. Əvvəlcə orijinal əlifbadan keçdik. Amma bu bizə çox çətin idi. Çünki sırf erməni dilində idi. Bu səbəbdən də mən öz əlaçı tələbələrimlə birləşib yeni bir əlifba kitabı hazırladıq. Belə ki, əlifba kitabında olan erməni sözlərinin qarşısına həm transkripsiyasını bizim dildə yazdıq, eyni zamanda tərcüməsini əlavə etdik. Bu əlifbanın hazırlanmasına böyük ehtiyac vardı və bu iş görüldü.

Sonradan həmin kitaba baxdım ki, ermənilərin əlifba kitabında "qəhrəmanları" - Andranik, Njde, Dro barədə qısa məlumatlar var. Mən onları ləğv etdim və onların əvəzinə Babəkin şəklini qoydum, haqqında qısaca məlumat yazdım, şəklin altında da adını verdim. Amma oradan bir məqaləni çıxarmadım. Onu da qəsdən çıxarmadım ki, biz ona baxıb onların uşaqlara necə mifik şeylər  öyrətdiklərini bilək. Sonunci "c" hərfində "cenculuk" sözü var, sərçə deməkdir. "Cərçə" mətnindən bir daha aydın oldu ki, ermənilər birinci sinifdən əlifba vasitəsilə uşaqlara nə öyrədirlər. Sərçə haqqında məlumatda yazırlar ki, nə vaxt ki sel gəldi yer üzünü su aldı, Nuh peyğəmbər (onlar uşaqlara Nuh peyğəmbərin erməni olduğunu öyrədirlər-İ.T) bütün canlılardan cüt-cüt götürüb ayaqlarını bağlayıb öz gəmisinə doldurdu və sürərək "Ararat dağının başına çıxdı" və sellər-sular çəkiləndən sonra Nuh peyğəmbər həmin heyvanların ayaqlarını çözüb yer üzünə buraxdı. Guya yeganə sərçə quşu olub ki, dözməyib elə ayaqları bağlı şəkildə Nuh peyğəmbərin əlindən uçub qaçıb. Sonra da yazırlar ki, uşaqlar, görürsüzmü, quşlar arasında yeganə quş sərçədir ki, ayaqları bağlı kimi tullana-tullana gəzir. Guya bu da ona görədir ki, o vaxt Nuh peyğəmbərin əlindən sərçə ayağı bağlı şəkildə qaçıb. Ermənilər bunu birinci sinif uşaqlarına öyrədirlər, mən bilərəkdən bu mətni çıxarmadım. Biz də öz tələbələrimizə deyirik ki, ermənilər birinci sinif şagirdlərinə bunu öyrədir" - deyə İ.Tanrıverdi bildirdi.

Ermənilərin əlifba kitabından daha nələrin çıxarılmasına gəlincə, İ.Tanrıverdi bildirdi ki, demək olar, bütün mətnlər çıxarılıb və yeniləri ilə əvəzlənib. "Hər hərfin sonunda ona aid qısaca işlənən sözlər var, hər hərfin sonunda lüğət tərtib etdim. Məsələn, "A" hərfi ilə başlayan və erməni dilində ən çox işləyən 20-dən çox sözün lüğətini əlavə etdik. Onlar əlifbaya krossvord da, yanıltmac da, tapmaca da, atalar sözləri də qoyurlar. Atalar sözlərini də dəyişməyə ehtiyac yoxdur, çünki ermənilər onların hamısını bizdən oğurlayıblar. Tərtib etdiyimiz əlifbada bunların hamısının da tərcüməsini altına yazdıq. Əsas da odur ki, transkripsiyasını qeyd etdik. Məsələn, erməni dilində "r" hərfindən sonra cingiltili səslər mütləq kar kimi səslənməlidir. Bizim televiziyalarda da, mətbuatda da "Vartanyan" "Vardanyan" kimi tələffüz olunur. Əslində, "Vardanyan" yox, "Vartanyan" kimi tələffüz olunmalıdır. Mən bir neçə dəfə bunu demişəm, hətta televiziya müxbirlərindən biri ilə bu barədə mübahisəmiz də olub. Müxbir mənə deyir ki, müəllim, rus dilində də, bizim dildə də "Vardanyan" deyilir, siz niyə "Vartanyan" deyirsinzi?  Deyirəm ki, siz indiyə qədər hansısa bir ermənin ona "Vardanyan" deyiyini eşitmisiniz, hamısı ona "Vartanyan" deyir. Siz ona görə ona "Vardanyan" kimi yazırsız ki, erməni dilinin qrammatik qaydalarını bilmirsiz. Erməni qrammatikasında yazılır ki, "r", "b", "n", "m" hərflərindən sonra gələn cingiltili səslər kar kimi səslənir, bu qanundur, bunu pozmaq olmaz. Ona görə də "r" hərfindən sonra "d" yazılsa da, tələffüzdə o mütləq "t" kimi səsləndirilməlidir. Axır ki, o müxbiri başa saldım. Deyir ki, biz bunu bilmirdik. Nə isə. 

Bir də erməni dilində olan əlifbanın əsas xüsusiyyətlərindən biri odur ki, əlifba ayrıca hərflərlə yazılanda  bizim və dünya əlifbası kimi hərflər ardıcıllıqla gedir, amma əlifbanı öyrədəndə o sıra pozulur. "A"-dan sonra "b", "d" gəlirsə onunla söz düzəltmək olmur, çətin olur. Ona görə də erməni dilində "a"dan sonra gələn "s", "r", "ı" hərfidir. İki hərfi öyrənəndən sonra ondan söz yaranır. Məsələn, "ailə", a hərfini keçib qurtarandan sonra "s" hərfinə keçirsən. "S" hərfini qurtardın, artıq söz yaranır. "Sa" iki hərfli sözdür, "bu" əvəzliyi deməkdir. "Asa" - "söylə, de, danış" mənasındadır. "R"-nı keçəndən sonra yenə bu üç hərdfən çoxlu sözlər yaranır. Buna görə ermənilər əlifbada hərf sıralamasının yerini dəyişirlər, arxadakı hərflər qabağa keçir. Yəni onlarda bizdəki kimi deyil. Bu da erməni əlifbasının bir xüsusiyyətidir.

Bir sıra əsas məsələlər var ki, mən onu həmkarlarımıza demişəm, başa salmışam, amma görürəm ki, anlamaq istəmirlər. Biz erməni dilinin əlifbasını keçib qurtaranda hər bir tələbənin 1000, ən yaxşı oxuyanların isə 1500-ə yaxın söz bazası olur. Qrammatikaya keçəndə isə bu söz bazasından asanlıqla istifadə edirlər və çətinliyə düşmürlər. Qrammatikada şəkilçiləri, felin zamanlarını, sözün hallanmasını öyrənirlər. Mən o birisi müəllimlərə deyəndə ki, niyə bu cür öyrətmirsiniz? Deyirlər ki, biz belə öyrədirlər. Deyirəm ona görə də, indiyə qədər sizdən bir dənə kadr çıxmayıb. Azərbaycanın bütün dövlət qurumlarına kadr lazım olanda zəng edib məndən kadr istəyirlər. Çünki mənim kadrlarım həqiqətən də bilikli olurlar". 

İş dəftərinə gəlincə, İ.Tanrıverdi bildirdi ki, Azərbaycanda heç yerdə bu iş dəftərindən istifadə olunmur: "İş dəftərini də keçən ildən mən tərtib etməyə başlamışam. Bu, erməni əlifbasının hüsnü-xətt dəftəridir. Biləndə ki, hansısa bir tələbə başqa yerdə erməni dilini öyrənir, yanıma çağırıram, baxıram ki, hərfləri səhv yazır, böyük və kiçik hərfləri qarışıq yazırlar. Bu da ki, onların savadsızlığına gətirib çıxarır. Amma bu hüsnü-xətt dəftərində düzgün yazılış qaydası göstərilir. 

Çox təəssüf ki, hamı hardansa bir erməni dili qrammatika kitabı tapır və onu tərcümə edir ondan da dərs keçir. Bizim universitetdən başqa heç yerdə əlifbadan dərs keçmirlər. Əlifba dərsliyini hazırlamışam, universitetin kitabxanasında da var, tədris də edirik. Əslində, bu əlifba və iş dəftəri  keçən il çap olunub".

İ.Tanrıverdi qeyd etdi ki, erməni dilini öyrənməyin əsas yolu əlifbadan keçir və əlifbanı öyrətmədən, bu əlifba ilə yazmağı bilmədən yaxşı mütəxəssis yetişdirmək olmaz.

İradə SARIYEVA




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ