Cümə axşamı günü, 20 avqust 2026
     

"Şagirdlərimizin get-gedə dili tutulur" - Sabiq təhsil naziri yol göstərdi...

Image


Kamran Əsədov: “Kurikulum sistemi müasir təhsil sistemlərinin əsasını təşkil edən yanaşmalardan biridir”

Sabiq təhsil naziri Firudin Cəlilov müsahibəsində "Kurikulumu təhsilimizdən çıxarmaq lazımdır ki, şagirdlərimizin dili açılsın, onlar danışa bilsinlər" deyib.

Sabiq nazirin bu açıqlaması sosial mediada müzakirəyə səbəb olub. Həqiqətənmi kurikulumu təhsilimizdən çıxarmaq lazımdır kimi suallar doğurub.

Maraqlıdır, kurikulum təhsil proqramından çıxarılmalıdır?

“Problemin həlli kurikulumu ləğv etməkdə deyil, onun icrasını təkmilləşdirməkdə və beynəlxalq təcrübəyə uyğunlaşdırmaqda olmalıdır”

Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, kurikulum sistemi müasir təhsil sistemlərinin əsasını təşkil edən yanaşmalardan biridir. Onun məqsədi şagirdlərə yalnız nəzəri biliklər vermək deyil, həm də onların tənqidi düşünmə, problem həll etmə, kommunikasiya və analitik bacarıqlarını inkişaf etdirməkdir: “Azərbaycanda kurikulum sistemi 2008-ci ildən tətbiq olunmağa başlayıb və məqsəd ənənəvi təhsil modelindən fərqli olaraq şagirdlərin passiv öyrənən deyil, aktiv iştirakçı olmalarını təmin etmək olub. Lakin illər keçdikcə bu sistemin tətbiqi ilə bağlı problemlər üzə çıxdı. Çünki tətbiqi zamanı yerli ekspert, mütəxəsislərin rəyi nəzərə alınmamışdı. Müasir kurikulum sisteminin əhəmiyyəti onun şagirdlərə bilikləri yalnız əzbərlətməklə kifayətlənməməsi, həm də onları həyati bacarıqlarla təmin etməsi ilə bağlıdır. Ənənəvi təhsil sistemində şagirdlərin əsas məqsədi dərslikdə yazılanları yadda saxlamaq və imtahanlarda yüksək nəticə göstərmək idi. Bu isə onların biliklərini real həyatda tətbiq etməsinə imkan yaratmırdı. Kurikulum sistemi isə şagirdlərə təqdim olunan məlumatların praktik tətbiqinə üstünlük verir və onların müstəqil düşünmə qabiliyyətini inkişaf etdirir. Dünya təcrübəsinə nəzər yetirdikdə, kurikulum əsaslı təhsil modelinin inkişaf etmiş ölkələrdə geniş tətbiq olunduğu görünür. Məsələn, Finlandiya, Kanada və Sinqapurda təhsil sistemləri kurikulum yanaşması əsasında formalaşdırılıb və bu ölkələrin təhsil göstəriciləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Finlandiyada kurikulum sistemi fərdi yanaşmaya əsaslanır və şagirdlərin maraq və bacarıqları nəzərə alınır. Kanada və Sinqapur isə kurikulumun texnologiya ilə inteqrasiyasına xüsusi diqqət yetirir. Bu ölkələrdə tətbiq olunan modeldə şagirdlər dərslərdə aktiv iştirak edərək real problemləri həll etməyi öyrənirlər. Nəticədə, onlar daha yaxşı kommunikasiya və analitik düşünmə bacarıqlarına malik olurlar. Azərbaycanın təhsil sistemi ilə bağlı aparılan araşdırmalar kurikulumun tətbiqində müəyyən problemlərin olduğunu göstərir. Müəllimlərin yeni metodlara tam uyğunlaşa bilməməsi, resurs çatışmazlığı və ənənəvi metodlarla kurikulum yanaşmasının düzgün birləşdirilməməsi səbəbindən gözlənilən nəticələr əldə olunmur. Təhsil Nazirliyinin son statistik məlumatlarına görə, kurikulum sisteminin tətbiq olunduğu illərdə şagirdlərin dərs prosesində aktiv iştirakı artsa da, onların tənqidi düşünmə və ünsiyyət bacarıqları gözlənilən səviyyədə inkişaf etməyib. 2022-ci ildə keçirilən beynəlxalq qiymətləndirmə göstəricilərinə əsasən, Azərbaycan şagirdlərinin oxu və riyaziyyat üzrə nəticələri OECD ölkələri ilə müqayisədə hələ də geridə qalır. Bu isə kurikulum sisteminin məqsədlərinə tam nail olunmadığını göstərir”.

Ekspertin sözlərinə görə, kurikulumun əsas tənqidlərindən biri şagirdlərin danışıq və ünsiyyət bacarıqlarının inkişaf etdirilməməsi ilə bağlıdır. Əslində, kurikulum sistemi nəzəri olaraq şagirdlərin aktiv iştirakını təmin etməlidir, lakin praktiki tətbiqdə bu, həmişə mümkün olmur. Əgər dərs prosesi interaktiv metodlarla təşkil olunmazsa və müəllimlər yeni yanaşmaları tam mənimsəməzsə, şagirdlər dərslərdə passiv iştirak edəcək və ünsiyyət bacarıqları zəif qalacaq. Problem kurikulumun özündən yox, onun düzgün icra olunmamasından qaynaqlanır: “Dünya təcrübəsində uğurlu kurikulum modelləri şagirdlərin öyrənmə prosesinə aktiv şəkildə cəlb olunmasını təmin edir. Məsələn, ABŞ-da tətbiq olunan “Project-Based Learning” (Layihə əsaslı öyrənmə) modeli vasitəsilə şagirdlər real problemlər üzərində işləyir və komandada əməkdaşlıq edirlər. Bu metod onların ünsiyyət bacarıqlarını və yaradıcı düşünmələrini inkişaf etdirir. Estoniyada isə kurikulum modeli rəqəmsal təhsillə birləşdirilərək, şagirdlərin texnologiya vasitəsilə öyrənmə imkanlarını genişləndirir. Bu yanaşma şagirdlərin müasir iş bazarına daha yaxşı hazırlaşmasını təmin edir. Kurikulumu təhsildən tamamilə çıxarmaq əvəzinə, onun effektivliyini artırmaq üçün islahatlar aparılmalıdır. Müəllimlərin yeni metodikaları mənimsəməsi üçün daha geniş təlim proqramları təşkil edilməli, dərs vəsaitləri və resurslar yenilənməli, praktiki öyrənmə imkanları artırılmalıdır. Şagirdlərin ünsiyyət bacarıqlarını inkişaf etdirmək üçün dərs prosesində müzakirə, debat və interaktiv fəaliyyətlərə daha çox yer verilməlidir. Ümumilikdə, kurikulum sisteminin əsas prinsipləri düzgün tətbiq edildikdə şagirdlərin bilik və bacarıqları əhəmiyyətli dərəcədə inkişaf edə bilər. Problemin həlli kurikulumu ləğv etməkdə deyil, onun icrasını təkmilləşdirməkdə və beynəlxalq təcrübəyə uyğunlaşdırmaqda olmalıdır. Belə bir yanaşma təhsil sisteminin daha səmərəli və müasir tələblərə uyğun olmasına kömək edəcək”.

Günel CƏLİLOVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

20.08.2026 / 20:54
Türkiyə "İsrailin tələsinə" düşməyəcək - Burhanəddin Duran

20.08.2026 / 20:23
Rusiya Azərbaycandan 6 ildə baş verənlərin qisasını alır...

20.08.2026 / 19:49
Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

20.08.2026 / 19:21
ABŞ-ın Çinə gücü çatmır, Azərbaycanı “döyür” - Həm də əsassız...

20.08.2026 / 19:02
Azərbaycanda 3 yeni turizm və rekreasiya zonası yaradılacaq

20.08.2026 / 18:48
Suriyada İsrail-Türkiyə savaşı - artıq ilkin addımlar atılıb...

20.08.2026 / 18:24
“Rusiya başladığı müharibəni uduzur” – Avrokomissiya prezidenti

20.08.2026 / 18:05
“Yerasx-Naxçıvan dəmiryolunun tikintisini özümüz maliyyələşdirəcəyik” - Paşinyan

20.08.2026 / 17:49
İran ABŞ-ı hədələdi, Səudiyyəyə xəbərdarlıq etdi - Yeni bir müharibə başlasa...

20.08.2026 / 17:31
"Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistana aid deyil" - Paşinyan

20.08.2026 / 17:15
İrandan Trampın Hörmüz iddiasına cavab - Kaliforniyanı “İran ərazisi” elan etdilər...

20.08.2026 / 16:53
Hibrid model Azərbaycanı rəqəmsal dövlət xidmətləri sahəsində dünya liderləri cərgəsinə çıxardı...

20.08.2026 / 16:41
34 ölkənin vətəndaşlarına vizasız rejim tətbiq ediləcək - Azərbaycanın yeni hədəfi...

20.08.2026 / 16:34
Türkiyədə yaxın 1 ildə fövqəladə seçki olacaq, seçki sistemi dəyişdirilir - anons verildi

20.08.2026 / 16:05
Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi

20.08.2026 / 15:59
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək

20.08.2026 / 15:54
Tramp Şimali Koreyanın "nazı ilə oynayır" - ortada yeni plan olmasa, Cənubi Koreya kənara atılmaz...

20.08.2026 / 15:37
İsrail Suriyada Türkiyəni təxribata çəkir - ilk addım atıldı...

20.08.2026 / 15:22
Hərbi Məhkəmə Rasim Həsənovu azadlığa buraxdı - Baş Prokurorluq protest verəcək...

20.08.2026 / 15:07
Azərbaycana qarşı qərəzli Okampoları yetişdirən Beynəlxalq Cinayət Məhkəməsinin “qara günləri” başladı...

20.08.2026 / 14:53
Ahıska türklərinin sürgün tarixindən bəhs edən sərgi keçiriləcək

20.08.2026 / 14:37
Həkimlərin səhvi bundan sonra məhkəmələrdə necə araşdırılacaq? – Ali Məhkəmənin izahı mübahisələndi...

20.08.2026 / 14:12
Ukrayna parlamenti Rusiyanın hücumlarına görə daha təhlükəsiz yerə köçürülə bilər...

20.08.2026 / 13:59
Azərbaycan Ukrayna Konqresi Rusiyadakı bəzi KİV-lərin çağırışlarını pislədi...

20.08.2026 / 13:49
Rusiya Ermənistana 2725 ton buğda göndərdi...

20.08.2026 / 13:41
Rusiyada yanacaq böhranı dərinləşir – ölkə aşağı standartlı benzin idxalına başladı...

20.08.2026 / 13:28
Ruslar kütləvi şəkildə banklardan pullarını çəkirlər - "Onlar bunu gözləmirdilər”...

20.08.2026 / 13:09
ABŞ-ın Hörmüz boğazında gizli dəhliz yaratdığı ortaya çıxdı - əməliyyat birbaşa Şimali Karolinadan idarə edilir...

20.08.2026 / 12:53
Hindistan Ermənistan üçün silah baronuna çevrilir...

20.08.2026 / 12:37
"Mənzil seçdikdən sonra elektron kabinet sahibindən ərizəsini imzalayıb təqdim etmək tələb olunmayacaq" - MİDA

20.08.2026 / 12:23
MİDA-nın “Güzəştli mənzil” sistemində dəyişiklik edildi - Aparat rəhbəri detalları açıqladı...

20.08.2026 / 12:09
İran ultimatum verdi, Tramp danışıqları kəsdi...

20.08.2026 / 12:01
Rusiya ballistik, qanadlı raketlər və dronlarla Kiyevə hücum etdi - 12 ölü...

20.08.2026 / 11:46
İrana qarşı "iqtisadi əməliyyat" elan edildi - Tramp Tehranı dəstəkləyən ölkələri hədələdi...

20.08.2026 / 11:32
Gəncədə zibillikdə ölü döl aşkarlandı - Prokurorıuq hərəkətə keçdi...

20.08.2026 / 11:14
Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlandı

20.08.2026 / 11:06
Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

20.08.2026 / 10:35
17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi - DTX-dan xüsusi əməliyyat...

20.08.2026 / 09:48
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək

20.08.2026 / 09:02
Özalın ölümündə də FETÖ izi? - Əhməd Özal şok detallar açdı

20.08.2026 / 07:00
İsrail Suriyadan incik düşdü - “Türkiyəyönlü hərəkətinə görə”…

20.08.2026 / 06:57
Özəlin partiyasından millət vəkilini bıçaqlayan CHP-çi ata və oğlu həbs edildi

20.08.2026 / 06:37
Almaniya kanslerindən israilli nazirin qorxunc çağırışına sərt təpki - “…qəbuledilməzdir”…

20.08.2026 / 06:17
NATO İranın üzv ölkələrə təhdidlərinə təhdidlə cavab verdi “…strategiyamız güclü və təsirlidir”…

20.08.2026 / 06:03
Tramp İrana “əjdaha sanksiyalar” vəd etdi

19.08.2026 / 22:46
Avropadakı ABŞ bazaları İranın hədəfində... Mümkün hücumlara qarşı hazırlıqlar başladı...

19.08.2026 / 22:21
İranla Fransa arasında gərginlik artır - diplomatlar ölkədən qovuldu, Tehran Parisə sərt xəbərdarlıq etdi...

19.08.2026 / 21:50
Moskvanın böyük qorxusu – Qərb "erməni və Moldova metodları" ilə Duma seçkilərinə müdaxilə edəcək...

19.08.2026 / 21:33
Azərbaycanın Sovet dövrü tarixi yenidən yazılmalıdır -Tarixçilər qəti mövqe tutur...

19.08.2026 / 21:15
İlham Əliyevin “Metsamor AES bağlanmalıdır” tələbinə İrəvandan reaksiya...

19.08.2026 / 20:48
Ermənilər İrəvandan Təbrizə təyyarə reyslərini bərpa edirlər...

19.08.2026 / 20:25
Rusiya XİN Azərbaycan baş prokurorluğunun məlumatına çoxbaşlı cavab verdi...

19.08.2026 / 20:09
Tokayev Nazarbayevin hüquqlarını əlindən aldı – xalqa müraciət edə bilməyəcək…

19.08.2026 / 19:41
Rusiya Azərbaycanla münasibətlərini yenidən gərginləşdirir...

19.08.2026 / 19:33
Özəl tərəfdarı millət vəkili CHP-li Keleş tərəfindən bıçaqlandı

19.08.2026 / 19:10
Rusiya və Ukrayna arasında əsir mübadiləsi - 103-nü verib 103-nü aldılar...

19.08.2026 / 18:43
"Azərbaycan ehtiyac içində olan insanlara və ölkələrə humanitar dəstək göstərməkdə davam edir" - XİN

19.08.2026 / 18:30
Bakıda bu kabab evində at DNT-si aşkarlandı - ŞOK...

19.08.2026 / 18:07
İsrail və Türkiyə arasında müharibə təhlükəsi - İsrailin Suriyaya son hücumu ilə bağlı ŞOK İDDİA...

19.08.2026 / 17:40
Əliyevin Rusiya ilə siyasi davranışları Ermənistanda qızğın müzakirə olunmağa başlayıb...

19.08.2026 / 17:27
Xaricdən idarə olunan onlayn kazino şəbəkəsinin rəhbəri Gürcüstanda yaxalanaraq Azərbaycana gətirildi - VİDEO

19.08.2026 / 17:12
Gürcüstanda pul qazanmaqda Azərbaycan Türkiyəni üstələdi, fərq – 550 min dollar...

19.08.2026 / 16:49
Tramp Omanı Amerikanın düşmənləri siyahısına daxil etdi - vurulacaq...

19.08.2026 / 16:25
Azərbaycanın dövlət borcunda dəyişiklik gözlənilir...Nazirlik hesabat yaydı...

19.08.2026 / 16:22
CNN Azərbaycana böhtan atdı, məhkəməyə verildi...

19.08.2026 / 16:11
Ermənistan ordusunda ölüm halları ölkəni yenidən qarışdırdı...

19.08.2026 / 16:06
Paşinyan Türkiyəyə dəmiryolu çəkilişini beynəlxalq tenderə çıxardı...

19.08.2026 / 15:37
Putin “Yabloko”nun adını bütün seçki sənədlərindən silməyi əmr etdi...

19.08.2026 / 15:15
Yevlax Regional Xəstəxanasının baş həkimi vəzifəsindən azad edildi

19.08.2026 / 14:58
Rusiyadan Ermənistana Azərbaycandan vasitəsilə 1 820 ton buğda göndəriləcək

19.08.2026 / 14:44
Mədəniyyət Nazirliyinə yeni aparat rəhbəri təyin olundu, Mustafa Abbasbəyliyə isə yeni vəzifə verildi

19.08.2026 / 14:36
Netanyahu Trampın Qəzza planını rədd etdi, Tramp dözdü - inanmaq olar?..

19.08.2026 / 14:12
Tramp İranla danışıqları dayandırmağı əmr etdi - sərt sanksiyalar gəlir…

19.08.2026 / 13:54
ABŞ münaqişəni qızışdırarsa, İran Avropaya zərbə endirə bilər…

19.08.2026 / 13:39
Rusiya ilə müharibənin Ukraynaya vurduğu ziyan 600 milyard dolları keçdi...

19.08.2026 / 13:25
Ukraynada yüksək vəzifəli məmurların evində axtarış aparılır - Zelenskinin ofis rəhbərinin müavini də təhlükə ilə üzləşdi…

19.08.2026 / 13:10
Prezident Kiçik Qaladərəsi kəndinin gənc sakininin arzusunu gerçəkləşdirdi - VİDEO

19.08.2026 / 12:54
ABŞ Azərbaycanı Çini tariflərdən yayınmağa kömək etməkdə ittiham edir…

19.08.2026 / 12:30
İran iki fransız diplomatı “persona non grata” elan etdi

19.08.2026 / 12:14
Həkim səhvi ilə bağlı mübahisələrdə məhkəmələr nəyə diqqət yetirirlər? - Ali Məhkəmə açıqladı

19.08.2026 / 11:43
Ağdam kənd qəbiristanlığında hərbi sursat aşkarlandı

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ