Cümə axşamı günü, 05 noyabr 2026
     

Azərbaycan yenə KTMT-də Ermənistanı pis vəziyyətdə qoydu

Image


Bu gün heç kimə sirr deyil ki, Nikol Paşinyan və komandasının MDB, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqında mövqeyi kifayət qədər sarsılmış durumdadır. Bu xüsusda daha çox diqqət cəlb edən məqam isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqı ilə bağlıdır. Məsələ burasındadır ki, Azərbaycan bu iki  təşkilatda təmsil olunmasa da, burada Bakının mövqeyi İrəvanla müqayisədə daha çox nəzərə alınır. Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Bişkek sammiti də növbəti dəfə təsdiq etdi.

Əvvəla qeyd edək ki, Ermənistanın KTMT-də yaratdığı süni problem öz həllini tapıb.  Belə ki, Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas təşkilatın Bişkekdə keçirilən iclasında baş katib vəzifəsinə təsdiq olunub. O, vəzifəsinin icrasına 2020-ci il yanvarın 1-dən başlayacaq. Xatırladaq ki, erməni general Yuri Xaçaturova 1 mart 2008-ciil hadisələrinə görə ittiham elan olunmasından və onun geri çağırılmasından sonra KTMT-də baş katib postu boş qalıb. Ermənistan nümayəndəsi 2020-ci ilədək seçildiyi halda, yalnız ilyarım baş katib vəzifəsini tuta bilib. Hələ ötən ildən Ermənistan iddia edirdi ki, Xaçaturovun gedişindən sonra da bu vəzifəni məhz erməni nümayəndəsi tutmalıdır. Amma sonunda KTMT-yə üzv dövlətlər erməniləri kompromisə məcbur etmişdilər və həmin vəzifəni icra etmək rusiyalı Valeri Semerikova həvalə edilmişdi. Bişkekdə isə  ermənilərin KTMT-də yaratdığı süni problem artıq öz həllini birdəfəlik tapıb. KTMT liderləri Belarus nümayəndəsi Stanislav Zasın təşkilatın baş katibi vəzifəsinə təyinatını təsdiqləyiblər. Xatırladaq ki, Stanislav Zas 1985-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib. Belarusun Azərbaycana münasibəti və Stanislav Zasın ölkəmizə münasibətdə yüksək mövqeyi artıq ermənilər üçün indidən narahatlıq yaradır. Məsələn, erməni hərbi ekspert Vaan Ambarsumyan bildirir ki, Stanislav Zasın KTMT-nin baş katibi seçilməsindən sonra Erəmnistanın bu quruma ümidlərinin üzərindən xətt çəkmək olar. O iddia edir ki, KTMT-nin baş katibi Ermənistanın nümayəndəsi olan zaman qoşunların təmas xəttindəki hər bir insident dərhal qeydə alınır və təşkilatın qarşısında qaldırılırdı: "Bu hal Ermənistanın maraqlarına xidmət edirdi Amma son aylarda bu insidentləri heç kəs qeydə almır, ona reaksiya vermir. Gələn ildən KTMT-nin baş katibinin vəzifəsini Belarus nümayəndəsi Stanislav Zas icra edəcək  və Azərbaycan onun ikinci vətəni sayılır.
Xatırladım ki, Belarusun Azərbaycana "Polonez" tipli komplekslər satmasının vasitəçisi və təşəbbüskarı məhz Zas olub. Bu komplekslər Ermənistanın bütün ərazisini vurmağa qadirdir. Stanislav Zas hərbi təhsilini Bakıda alıb. Onun Azərbaycanın müdafiə naziri, Silahlı Qüvvələrin Baş Qərargah rəisilə isti münasibətləri var". Beləliklə, baş verənlər Ermənistanın KTMT sıralarında mövqeyinin sürətlə sarsıldığını göstərir. Rusiyalı hərbi ekspert Aleksandr Xramçixin isə Ermənistanın Rusiya ilə pisləşən münasibətlərinin də proseslərə əhəmiyyətli təsir göstərdiyini vurğulayır. O, Dağlıq Qarabağda hərbi fəaliyyətlər yenilənəcəyi halda KTMT-nin konfliktə müdaxilə etməyəcəyini bildirib: “KTMT yalnız Ermənistan ərazisinə hücuma məruz qalacağı halda reaksiya verəcək. Ehtiyac yaranacağı təqdirdə Ermənistan gərək rəsmi şəkildə KTMT-yə müraciət etsin. KTMT-nin bütün üzvləri üçün belə dəstəyin verilib-verilməyəcəyini demək çətindir, amma Rusiya KTMT çərçivəsində öz öhdəliklərini mütləq icra edəcək. Lakin aydındır ki, yalnız Ermənistan üçün hansısa təhdid olduğu təqdirdə. Amma bu istiqamətdə də gərginliklər artır. Məsələn, 102-ci bazanın Ermənistandan çıxarılması Ermənistanda gündəlikdə qalır”. Xramçixin Rusiya bazasının Ermənistandan çıxarılmasının İrəvanın daxili işi olduğunu vurğulayıb: “Bu reallaşa bilər. Bundan sonra, məncə, Ermənistan 100% Qarabağ məsələsində daha tez uduzacaq”.

Bunlarla yanaşı, KTMT-nin Bişkek  sammitində diqqət çəkən daha bir məqam Nikol Paşinyanın çıxışı olub. Burada o bildirib ki, Qarabağ münaqişəsinin eskalasiyasının qarşısını almaq üçün KTMT üzvləri Azərbaycanın yeni silah tələblərini cavabsız buraxmalıdır. Rus hərbi ekspert Aleksandr Tixanski bildirir ki, əslində, bununla Paşinyan növbəti dəfə özünü KTMT-də gülünc duruma salıb:“Əvvəla, Azərbaycan aldığı silahların bazar qiyməti ilə pulunu ödəyir və bu da Rusiyanı, Belarusu onunla hərbi əməkdaşlığını daha da dərinləşdirməkdə xüsusilə maraqlı edir. Digər tərəfdən, Ermənistan kimdir ki, KTMT üzvlərinin kimə silah satmalı olduğunu müəyyənləşdirsin? Paşinyan bu xüsusda fikirlər səsləndirməklə liderlər qarşısında yenə özünü gülünc vəziyyətə salır. Bu onun siyasi savadsızlığını növbəti dəfə ortaya qoyur. Digər tərəfdən faktdır ki, Ermənistan istisna olmaqla, bütün KTMT üzvləri Azərbaycanı təşkilatın sıralarında görmək istəyir“. Bütün bunlar o deməkdir ki, KTMT üzvləri, Ermənistanın mövqeyindən asılı olmayaraq, Azərbaycana silah satışını davam etdirəcək. İrəvan Dövlət Universitetinin siyasi institutlar və proseslər kafedrasının müdiri, siyasi elmlər doktoru, professor Qarik Keryan bunu Azərbaycanın əhəmiyyəti ilə izah edir. Keryanın sözlərinə görə, Azərbaycan hər an durmadan Rusiyaya xatırladır ki, Bakının Avrasiya məkanında Moskva ilə əməkdaşlığını daha çox dərinləşdirməsi yalnız Qarabağ məsələsinin həlli ilə bağlıdır: “Bu, Rusiya üçün başlıca problemdir, çünki Rusiyanın xarici siyasətinin məqsədi bu gün postsovet məkanında nüfuzunu bərpa etməkdir, bu halqada isə Azərbaycan vacib, əsas əhəmiyyətə malikdir. Burdan güman etmək olar ki, Qarabağ məsələsində hansısa konkret təklif var və bu təklif Ermənistan, Rusiya və Azərbaycan arasında müzakirə mövzusu ola bilər. Mümkündür ki, Rusiya Qarabağ məsələsini həll etməyə çalışır və Azərbaycana da səbrlə silahlanmaq lazımdır. Ermənistanın etirazxlarına baxmayaraq, bu silahı da Azərbaycana daha çox Rusiya satır”.

Məlumdur  ki, Azərbaycan Rusiya silahlarnın ənənəvi alıcısıdır. Nəticədə Azərbaycan ordusunun arsenalında indi Rusiyadan alınmış müasir T-90 tankları, özüyeriyən “Msta-S” haubitsaları, S-300 zenit sistemləri və digərləri mövcuddur. Lakin Rusiyada Azərbaycan ordusunu gücləndirə biləcək yeni silah növləri də var. Bu siyahıda ilk cərgəni TOS-1A “Solntsepek” ağır odsaçan sisteminə vermək olar. Azərbaycan ordusunun silahlanmasında 24 belə maşın var, indi isə onlar üçün yeni istilik təzyiqli döyüş sursatları hazırlanıb. Onların bir yaylım atəşi 40 min kvadrat metrədək ərazini örtür, istilik təzyiqli döyüş sursatı isə 3000 dərəcəyə yaxın temperatur yaradır. Yeni istilik təzyiqli döyüş sursatları partlayışların həcmini əhəmiyyətli dərəcədə artırmağa imkan verir. Azərbaycan artıq bu silaha maraq göstərir. Rusiyanın yeni raket vasitələri də böyük maraq doğurur. Onlardan biri olan “Yermak” orta və kiçik mənzilli yeni raket kompleksi düşmənin mobil qruplaşmalar və yerüstü obyektləri hədəf qismində seçərək endirdiyi zərbələrə qarşı etibarlı müdafiə təmin edir. “Yermak”da atış qurğuları, hədəflərin aşkarlanması aparatı və çox mobil sistem bir araya gətirilib. Taktiki-texniki xüsusiyyətlərə əsasən, “Yermak” aerodinamik hədəfləri 250 kilometr məsafədə aşkarlamağa qadirdir. O,  eyni anda 48 hədəfə atəş açmağa qadirdir. Rusiyanın “Tayfun-M” diversiya əleyhinə döyüş maşınları da diqqəti çəkir. Onlar radar, optik və infraqırmızı diapazonlarda mövqe və ərazilərə nəzarət etmək, həmçinin düşmənin diversiya-kəşfiyyat qruplarını məhv etmək təyinatlıdır. Bu və digər yeni silahlar, xüsusən də Su-30 və Su-35 təyyarələri də ölkəmizin maraq dairəsindədir. Ermənistanın “1in.am” saytı isə qeyd edir ki, Rusiya yeni müasir silahlarını həm birbaşa, həm də dolayı yolla Azərbaycana satmağa hazırdır və bu məsələdə İrəvanın narahatlığı onun zərrə qədər də vecinə deyil. Qeyd olunur ki, İrəvan Rusiyadan Su-30 qırıcılarını almağa çalışdığı, amma bunun hələ nə vaxt reallaşacığının bilinmədiyi bir vaxtda Bakı daha üstün olan Su-35 təyyarələrinə yiyələnə bilər: “Problem də ondadır ki, Ermənistan özünün yeni müdafiə strategiyasında əsasında hava hakimiyyəti duran hücum strategiyasına keçdiyini bəyan edib. Ermənistan buna nail olmaq üçün də Rusiyadan çoxfunksiyalı Su-30 təyyarələri alır, onların ilk partiyasının gəlişi 2020-ci ilin yanvar ayında gözlənilir. Amma bunun o vaxt reallaşmasına da tam təminat yoxdur. Hələ ilkin mərhələdə bir sıra rus ekspertlərində erməni-rus anlaşmasının mümkünlüyü haqqında belə bir fikir vardı: Moskva bu təyyarələri İrəvana ona görə satır ki, sonra Bakıya Su-35-ləri satsın. Yeri gəlmişkən, rus hərbi-sənayeçiləri onların Bakıya tədarük edilməsinə hazırlıq haqqında da danışırdılar“.

Belarusdan olan hərbi ekspert Leonid Spatkay da ölkəsinin Azərbaycana yeni silahlar satmağa hazır olduğunu vurğulayır. O bildirir ki, müasir silahlara malik Azərbaycan ordusu Qarabağda istənilən nəticəyə asanlıqla nail ola bilər: “Belarus və Rusiya Ermənistanı KTMT-dən qovar, nəinki Azərbaycanla hərbi-texniki əməkdaşlığı pozacaq addım atarlar. Bu baxımdan, Belarusun Azərbaycana təklif edəcəyi bir çox şey var. Bu yalnız “Polonez” hava hücumundan müdafiə sistemləri ilə bağlı deyil, Belarus Azərbaycana istənilən pilotsuz uçan aparatları (PUA) zərərsizləşdirmək gücündə olan silahları da sata bilər. Azərbaycanın hazırda malik olduğu hərbi texnika, əslində onun Ermənistan üzərində böyük üstünlük əldə etməsinə gətirib çıxarıb. Aydındır ki, Qarabağ danışıqları nəticəsiz qaldığı halda bu texnikadan istifadə olunacaq. Hadisələr də elə bu istiqamətdə inkişaf edir”.

Bütün bunlar Azərbaycanın Ermənistanla müqayisədə nə qədər üstün mövqedə olduğunu bir daha nümayiş etdirir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ