çərşənbə günü, 21 oktyabr 2026
     

Paşinyan katolikosun qarşısında kəsin tələb qoydu - tərk et...

Image


Qasım Hacıyev: “Paşinyanın Ktriç Nersisyan adlı II Qareginin təcili olaraq Eçmiədzini tərk etməsi tələbi nəticəsiz qalmayacaq”

Erməni Qriqoryan kilsəsi ilə Nikol Paşinyan arasında ziddiyyətlər get-gedə dərinləşir. Xüsusən də II Qareginlə baş nazir arasındakı uçurum çox dərinləşib və Paşinyan bütün gücünü səfərbər edib katolikosu postundan qovmaq istəyir.

Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan bəyanat verərək, əsl adı Ktriç Nersisyan olan II Qaregini təcili olaraq Eçmiədzini tərk etməyə çağırıb. “Müqəddəs Eçmiədzinin ana taxtı milli mənəviyyatımızın mərkəzidir. Bu ocağın Allah qarşısında andını pozmuş, pozğun, dünyəvi insanlar üçün belə qəbuledilməz və utancverici bir əxlaqı və həyat tərzi olan insanların rəhbərliyi altında olması bütün mənəviyyatımızın sual altına düşməsi deməkdir”.

Paşinyan deyib ki, alternativ yoxdur, mən Ktriç Nersisyanı təcili olaraq Müqəddəs Eçmiədzini tərk etməyə çağırıram: “Mən Erməni Apostol (əslində Qriqoryan) Müqəddəs Kilsəsinin bütün sadiq davamçılarını və onun dəyərlərinə sadiq olan bütün ruhaniləri ÜAK-ın Ktriç Nersisyandan azad edilməsi tələbini açıq şəkildə formalaşdırmağa və bunu yüksək səslə bəyan etməyə çağırıram”.

Paşinyan hesab edir ki, II Qaregin kilsə rəhbəri olmağa layiq deyil və o dərhal vəzifədən azad edilməlidir.

“Erməni kilsəsinin tarixində katolikosların istefası olub, hesab edirəm ki, II Qareginin də kilsədəki hakimiyyətinin sonu yaxınlaşır”

Professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, erməni Qriqoryan kilsəsi yarandığı dövrdən erməni xalqını idarə etməyə iddialı olub və buna nail olub. Q.Hacıyev qeyd etdi ki, XX əsrin əvvəllərinə qədər ermənilərin dövləti olmadığına görə erməni Qrqoryan kilsəsi onları idarə edib. Q.Hacıyevin sözlərinə görə, ən çox da XVII, XVIII və XIX əsrlərdə kilsə ermənilərə rəhbərlik edib. “Ermənilərin dövlətləri olmayıb, ona görə də onları kilsə idarə edib, onlara istiqamət verib, yol göstərib, talelələrinin həll olunmasında böyük rol oynayıb. Bu ənənələri davam etdirmək üçün erməni Qriqoryan dini kilsəsinin rəhbərləri istər Avropada, istərsə də Qafqazda ermənilərin idarə olunmasına cəhdlər göstəriblər, buna da nail olublar. XX əsrin əvvəllərində Azərbaycan torpaqlarında Ermənistan adlı dövlət yarananda da yenə Qriqoryan kilsəsi ermənilərin idarə olunmasında əsas rol oynayıb. Ona görə də Qafqazda yaranan erməni dövlətinə münasibətdə erməni kilsəsinin göstərişləri rol oynayıb. Bizim torpaqlarda dövlət yaratmağa nail olublar, amma dövləti qurmaq, inkişaf etdirmək əvəsinə silaha sarılıblar, Ermənistan adlanan dövlətin içində azərbaycanlılara qarşı soyqırımlar, etnik təmizləmələr aparıblar, öz ərazilərini genuişləndirməklə məşğul olublar. Burda dövlətdən çox kilsə “aktivlik” edib.

Sovet dövründə isə din dövlətdən tamamilə ayrı hesab edildiyi üçün erməni Qriqoryan kilsəsi öz nüfuzundan istifadə edərək ermənilərin istiqamətlənməsində gizli şəkildə fəaliyyət göstərib.

Müstəqillik illərində də bütün respublikalar dövlət quruculuğuna, inkişafa çalışdığı vaxtlarda yenə də erməni Qriqoryan kilsəsi Ermənistanın “taleyini həll etmək” üçün özünü ortaya atıb, xalqı öz ətrafında birləşdirərək siyasi məsələlərə təsir etməyə başlayıb. Bu uzun müddət davam etdi. Hətta Birinci Qarabağ müharibəsində də, sonrakı dövrlərdə də erməni Qriqoryan kilsəsi ermənlərin idarə olunmasında yaxından iştirak edib. Erməni kilsəsi dünyanın xristian ölkələrində təbliğat işi apararaq ermənilərin “ədalətli işini” müdafiə etməyə çağırıb, “işlər” gördü. Erməni kilsəsi Ermənistana rəhbərlik edən prezidentlərin siyasətinə də təsir edib, tamamilə siyasətə bulaşıb. R.Koçaryan, S.Sarkisyan dövründə də kilsə dövlətin idarə edilməsində yaxından iştirak edib. O vaxt da kilsə ilə siyasi hakimiyyət arasında müəyyən ziddiyyətlər olub, amma indiki səviyyədə olmayıb”.

Q.Hacıyev qeyd etdi ki, N.Paşinyan hakimiyyətə gələndən sonra vəziyyət tamamilə dəyişdi, erməni Qriqoryan kilsəsi ilə hökumət arasında ciddi qarşıdurma yarandı. Q.Hacıyev deyir ki, kilsə Paşinyanın siyasətinə təsir etmək istəyib, amma Paşinyan kilsəyə bu imkanı verməyib və bundan sonra II Qaregin baş nazirə mane olmağa, onun əleyhinə fəaliyyət göstərməyə başlayıb. “Erməni Qriqoryan kilsəsinin tələbləri ilə Ermənistan hökumətinin tələbləri üst-üstə düşmür. İndi ermənilər üç gücün - erməni Qriqoryan kilsəsi, Ermənistan dövləti və erməni diaspor təşkilatlarının təsiri altındadır. Hansı nə dərəcədə nüfuza malikdir, nə dərəcədə üstünlük qazanır, bu da sual doğurur.

Son dövrlər Ermənistanın siyasi hakimiyyətinin erməni Qriqoryan kilsəsinin rəhbərliyi altında mövcudluğuna cəhd göstərirlər, təsir altına salmaq istəyirlər. Kilsə bu gün erməniləri Paşinyan hökumətinə qarşı qaldırıb onu devirməyə çalışır. Amma Paşinyan da kilsəyə qarşı hücumlarını davam etdirir, katolikosun bəd əməllərini, əxlaqsız davranışlarını ifşa edir, onun bu vəzifəyə layiq olmadığını bəyan edir. Kilsə açıq şəkildə həm revanşizm, həm də yeni torpaqlar işğal etmək istiqamətində hərəkət edir, sülh müqaviləsinin bağlanmasına mane olur. Revanşizm, müharibə kimi qəbuledilməz məsələlər erməni kilsəsindən qaynaqlanır.

Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamaqda maraqlı olduğunu deyir, amma kilsə antisülh mövqeyindən çıxış edir, xalqın beynini qarışdırır. Paşinyan da görür ki, II Qareginin siyasətə bu qədər bulaşması, dövlət siyasətinə qarışmaq istəyi sülhə maneədir, erməni cəmiyyətini uçuruma aparır, ona görə də katolikosun istefasını, Eçimiədzini tərk etməsini istəyir. Paşinyanın Ktriç Nersisyan adlı II Qareginin təcili olaraq Eçmiədzini tərk etməsi tələbi nəticəsiz qalmayacaq. Fikrimcə, o, gec-tez Eçimiədzini tərk edəcək. Erməni kilsəsinin tarixində katolikosların istefası olub, hesab edirəm ki, II Qareginin də kilsədəki hakimiyyətinin sonu yaxınlaşır. Bütün hallarda nə baş verəcəyini zaman göstərəcək, amma Paşinyan da mövqeyində qətidir və onu tam olaraq ifşa edib, bütün iyrəncliklərini açıb ortaya töküb”-deyə Q.Hacıyev bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ