Cümə günü, 06 noyabr 2026
     

Ermənistan rəhbərliyində delimitasiya ixtilafı: nazirlə spiker fərqli mövqedə...

Image


Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalanarkən sərhədlərin delimitasiyası məsələsinin burada yer almamasını tələb edir. Çünki proses uzun illər apara bilər. Ermənistanda isə hakimiyyət dairələrində bu məsələdə ikitirəlik hökm sürür.

Erməni rəsmilərindən bəziləri qəbul edir ki, sərhədlər məsələsi sülh müqaviləsindən ayrı olmalıdır, digərləri isə buna əks mövqe sərgiləyir. Bu barədə danışmazdan öncə qeyd edək ki, xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı bir daha delimitasiyası ilə sülh müqaviləsinin qarışdırlmalı olmadığının vacibliyini vurğulayıb. Səbəblərini də belə izah edib: "Bildiyiniz kimi, delimitasiya məsələsi texniki məsələdir. Sülh müqaviləsində isə ümumi prinsiplər əks olunur". Nazir ciddi ərazi münaqişəsi olmayan ölkələr arasında belə delimitasiya prosesinin uzun müddət çəkə bildiyini xatırladıb: "Ancaq əgər biz sülh müqaviləsinin tez zamanda imzalanmağını istəyiriksə, bu iki prosesi ayırmalıyıq". Azərbaycan Prezidentinin siyasi məsələlər üzrə müşaviri Hikmət Hacıyev ötən həftə demişdi ki, Bakının mövqeyinə görə sərhədin delimitasiyasına sülh müqaviləsindən kənar bir məsələ kimi baxılmalıdır. Qeyd edək ki, sərhədin delimitasiya və demarkasiyası illərlə davam edən prosesdir və bu, bütün dünyada bu cür qəbul edilir. Məsələn, Azərbaycanla Gürcüstan bir-birinin ərazi bütövlüyünə hörmət edir və tanıyır, ancaq sərhədin bəzi hissələrində hələ də komissiyalar dəqiqləşmələr aparırlar. Bu baxımdan Azərbaycan tərəfinin delimitasiya və demarkasiya prosesini sülh sazişindən ayırmaq təklifi beynəlxalq hüquqa və normalara uyğun, eyni zamanda, sülh sazişinin imzalanması istəyindən doğan mütərəqqi addımdır. Ermənistanda da bunu qəbul edənlər var. Məsələn,  Ermənistan parlamentinin spikeri Alen Simonyan qeyd edir ki, Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası prosesi illərlə davam edə bilər və bu məsələnin həlli sülh sazişi imzalandıqdan sonra da həyata keçirilə bilər. Onun sözlərinə görə, əgər ölkələr həqiqətən də cəmiyyətlərini sülhə hazırlayırlarsa və normallaşmada maraqlıdırlarsa, o zaman sərhəd məsələsinin sonraya saxlanması ssenarisi kifayət qədər məqbuldur. Amma Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan  bildirir ki, Ermənistan-Azərbaycan sülh müqaviləsində iki ölkə arasında sərhəd delimitasiyanın konkret mexanizmi yer almalıdır: "Bizim üçün son dərəcədə mühümdür ki, gələcək delimitasiya prosesi planlı olsun, onun əsasları sülh razılaşmasında əksini tapsın. Bizim üçün konkret xəritələrə istinad - nəticələri əvvəlcədən diqtə etməyən qarantiya olardı".

Sərhədin delimitasiya və demarkasiyası məsələsi iki ölkə arasında münasibətlərin normallaşdırılmasında və nəticə etibarilə sülh müqaviləsinin imzalanmasında əsas maneə olaraq qalır. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev isə qeyd edir ki, demarkasiya, delimitasiya uzun prosesdir və bu, sənədə daxil edilməyəcək, çünki bu proses uzun çəkir: "Rusiya ilə 25 il çəkib. Gürcüstanla sərhədin bir hissəsi heç müəyyən olunmayıb". Cənubi Qafqaz Araşadırmalar Mərkəzinin sədri Fərhad Məmmədov deyir ki, sərhədlərin müəyyən olunmasını sülh sazişindən sonraya saxlamaq mümkündür. Amma bu zaman məqsədəuyğundur ki, həmin prosesin sülh şəraitində həyata keçirilməsi öhdəlik kimi sülh sazişində qeyd edilsin: "Məlumdur ki, delimitasiya prosesi uzunmüddətli prosesdir. Çünki delimitasiyadan sonra, demarkasiya baş verir. Bu məsələnin hər hansı bir formada sülh müqaviləsində qeyd edilməsi növbəti dəfə sülh müqaviləsinin imzalanması müddətini uzadacaq. Burada bir neçə əsas məsələ var ki, o həm Azərbaycan, həm də Ermənistanın qarşılıqlı ərazi iddialarının olmamasını şərtləndirir. Birincisi, qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınmasıdır. Burada Ermənistan rəqəmlər istəyir. Amma bu qeyri-ciddi münasibətdir. Çünki səslənən rəqəmlər belə reallığı əks etdirmir. Ermənistanın ərazisi dəqiq olaraq 29,8 min kv.km-dən daha azdır. Azərbaycanda isə 86,6 min kv.km-dən daha çoxdur. Burada qarşılıqlı ərazi bütövlüyünün tanınması gələcəkdə ərazi iddialarının olmamasını diqtə edir. İkinci məqam, hər hansı ziddiyyətli məqamda gücdən istifadə edilməməsidir. Yəni hətta sərhədlərin müəyyən olunması prosesində hər hansı bir problem yaransa, prosesin yalnız diplomatik yolla həlli nəzərdə tutulur. Bu amil Bakının təklif etdiyi 5 prinsipdə əks olunub. Belə olan halda sərhədlərin müəyyən olunmasını sülh sazişindən sonraya da saxlamaq mümkündür. Həmin prosesin sülh şəraitində həyata keçirilməsinin öhdəlik kimi sülh sazişində qeyd edilməsi daha məqsədəuyğundur". Bu arada Azərbaycan prezidentinin xüsusi məsələlər üzrə nümayəndəsi Elçin Əmirbəyov Britaniyanın "The Guardian" qəzetinə deyib ki, tərəflər potensial və yığcam sülh müqaviləsinin layihəsinə dair 7 variantı mübadilə ediblər.  Onun sözlərinə görə Azərbaycan tərəfi hazırda İrəvandan Bakının son təkliflərinə cavab gözləyir. Əmirbəyov bildirib ki, Azərbaycan tərəfi sülh müqaviləsinin 5 prinsip əsasında tərtibini təklif edib. O da qeyd edib ki, delimitasiya prosesi sülh müqaviləsinin imzalanmasından sonra həyata keçirilə bilər, çünki bu uzun müddət tələb edən mürəkkəb prosesdir. Əmirbəyov əlavə edib ki, Azərbaycan sülh müqaviləsinə mümkün mübahisələrin çözümü üçün xüsusi maddənin daxil edilməsini istərdi: "Bu maddə bizim aramızda ola biləcək fikir ayrılığı və anlaşılmazlıqların həlli üçün müəyyən bir ikitərəfli komissiyanın yaradılmasını ehtiva edərdi". Elçin Əmirbəyov "The Guardian" qəzetinə müsahibəsində Azərbaycanla Naxçıvanı birləşdirəcək dəhlizdən də söz açıb: "Azərbaycan və onun bir hissəsi olan Naxçıvan arasında əlaqənin olması bizim üçün milli təhlükəsizlik və orta dəhlizə alternativ məsələsidir". Əmirbəyov gileylənib ki, Ermənistan 42 kilometrlik dəhlizin heç layihələndirmə prosesinə də başlamayıb:"Əlbəttə, biz Ermənistanı götürdüyü öhdəliyi yerinə yetirməyə məcbur edə bilmərik və bizim guya dəhlizi zor gücünə açacağımıza dair iddialar cəfəngiyatdır". Onun sözlərinə görə, alternativ marşrutun olması, bəlkə də Ermənistanı bu məsələdə müqavimət göstərməklə nə qədər itirə biləcəyini dərk etməyə sövq edə bilər.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ