Bazar günü günü, 15 noyabr 2026
     

Azad olunan ərazilərə Böyük Qayıdış sürətlənir...

Image


Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış qırx dörd günlük Vətən müharibəsindən sonra qarşıda duran ümdə vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin yaşayış üçün münasib hala gətirilməsidir. Bu məqsədlə həmin ərazilərdə sözün əsl mənasında titanik xarakterli işlər görülür. Dövlət məcburi köçkünlərin doğma yurd-yuvasına qayıtması üçün bütün imkanları səfərbər edib.

“Azərbaycan hərb libasını çıxarır və bərpa-quruculuq işlərinə başlayır”

Görülən işlərin miqyası onu deməyə əsas verir ki, məcburi köçkünlərin yurd həsrətinə ən qısa müddətdə son qoyulacaq. Bu insanların təhlükəsiz və ən əsası, ləyaqətli şəkildə öz ata-baba yurdlarına geri qayıtması təmin ediləcək. Bunu azad edilmiş ərazilərə səfərlər edən diplomatlar, xarici jurnalistlər, digər insanlar da təsdiq edir. Ən əsası isə, Azərbaycan insanı özü buna tam əmindir. Qarabağa səfər edən misirli jurnalist Hüssam Əbdül Alimin “Əxbar Əl Yom” qəzetində “Azərbaycan hərb libasını çıxarır və bərpa-quruculuq işlərinə başlayır” sərlövhəli məqaləsində qeyd edilənlər də yuxarıda göstərilənlərin real təsdiqidir: “Azərbaycan xalqının nikbin əhval-ruhiyyədə olduğunu, 44 günlük müharibədə ərazilərini azad etmiş insanların qurub-yaratmaq əzmini müşahidə etdim. Azərbaycanla Ermənistan arasında Rusiyanın vasitəçiliyi ilə imzalanmış sənəddən sonra rəsmi Bakı bərpa-quruculuq işlərinə başlamaq üçün haqlı olaraq qarşı tərəfdən minalanmış ərazilərin xəritələrini tələb edir. Ermənistan isə yalnız üç rayonun xəritəsini təqdim edib. Prezident İlham Əliyev hərbi münaqişənin bitdiyini və regionda sülhün bərqərar olmasının vaxtı çatdığını bəyan edib”.

Qarabağın dağlıq ərazisinin, xüsusən Azərbaycanın və Cənubi Qafqazın mədəniyyət incisi olan Şuşa şəhərinin əlverişli coğrafi mövqeyini təsvir edən müəllif, həmçinin, Ağdamda ermənilər tərəfindən dağıdılmış məscidlər, muzeylər, tarixi abidələr və infrastruktur abidələrindən bəhs edib. O əlavə edib ki, Azərbaycan hökuməti tezliklə məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıtmasını və bu səfalı yerlərin turizm məkanına çevrilməsini nəzərdə tutur. Burada bir məqamı da qeyd edək ki, azad olunmuş ərazilərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının reallaşdırılması istıqamətində də müvafiq addımlar atılır. Belə texnologiyaların tətbiqi həmin ərazilərdə sosial innovasiyaların, kiçik sahibkarlığın inkişafına yeni təkan verir və Qarabağın texnoloji innovasiya mərkəzi kimi cəlbediciliyini də artırır. Bu mənada təsadüfi deyil ki, artıq azad edilən ərazilərdə çalışmaq istəyən əcnəbi şirkətlərin sayı da davamlı surətdə artır. Çünki investorların daim marağında olduğu məsələlərdən biri də texnoloji əsaslara söykənən infrastrukturun olmasıdır. Azad edilən ərazilərdə məhz belə infrastruktur yaradılır.

Qayıdış üçün görülən işlər erməniləri belə heyrətə gətirir

Azad edilən ərazilərin bərpası, quruculuq işləri bu gün dünya miqyasında təqdir edilir. Hətta qeyd edilən istiqamətdə görülən işlər Ermənistanı belə heyrətə gətirir. Xatırladaq ki, bu günlərdə sözügedən müstəvidə erməni jurnalist Bella Lalayanın sosial şəbəkə hesabında olduqca maraqlı bir etiraf yer almışdı. Azərbaycanın işğaldan azad edilən ərazilərdə apardığı quruculuq işlərinə nəzər salan Bella Lalayan sosial media hesabında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq tunelin fotoşəklini paylaşaraq, ona belə bir maraqlı şərh vermişdi: "30 il ərzində Stepanakertdə (Xankəndi) tunelimiz, asfaltımız olmadı. İndi Füzuli-Şuşa tunelinə baxın, yerə girin".

Xatırladaq ki, Prezident İlham Əliyev cari il iyunun 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa olunacaq tunelin təməlini qoymuşdu. Burada ümumilikdə iki tunel tikilir və onların hər biri ikizolaqlı olacaq. Tunellərin hər birinin uzunluğu 530 metr, eni isə 12 metr olacaq. Bu tunel və digər işlər, görünür, erməniləri qarşıdakı dövr ərzində daha çox heyrətləndirəcək. Xüsusən də nəqliyyat-logistika baxımından. Azərbaycan artıq gələn ayın sonunda Füzulidən Şuşaya gedən Zəfər yolunu istismara verəcək. O da məlumdur ki, işğaldan azad olunan ərazilərdə 3 beynəlxalq hava limanı fəaliyyət göstərəcək. Onlardan birincisi olan Füzuli aeroportu bu ilin payızında istifadəyə veriləcək. Zəngilan hava limanının da artıq təməli qoyulub, Laçında isə inşaat üçün yer seçimi yekunlaşıb. Bunlar, öz növbəsində, nəqliyyat-logistika baxımından bu bölgəyə mal və məhsulların çatdırılmasını sürətləndirəcək. Eləcə də ölkə daxili və xaricindən azad ərazilərə gediş-gəlişin bərpası asanlaşacaq, infrastrukturun yaradılması quruculuq layihələrinin və bərpa prosesin sürətləndirməsinə gətirib çıxaracaq. Təbii ki, qeyd edilənlər azad ərazilərə böyük qayıdışın daha tez və sürətli şəkildə həyata keçməsinə səbəb olacaq.

Iqtisadi cəhətdən də azad olunmuş ərazilər qayıdış prosesinin daha cəlbedici olmasına rəvac verir. Azərbaycanın yeraltı və yerüstü təbii sərvətlərinin mühüm hissəsi məhz bu yerlərdə yerləşir. Aqrar, turizm və digər baxımdan da azad edilən ərazilər böyük perspektivlər vəd edir və qayıdış prosesinin sürətlənməsinə rəvac verir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.

 

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ