Cümə axşamı günü, 08 oktyabr 2026
     

KİVDF-dən MEDİA-ya… "Odiozların" görünməyən izi, Qlobal islahat sənədi… Aydın QULİYEV yazır

Image


Azərbaycanın Kutləvi İnformasiya Vasitələri sahəsində müstəqillik illərində bir neçə mərhələdə islahat xarakterli addım və tədbirlərin şahidi olsaq da, ən əhatəli, dərin, çoxşaxəli və daha uzun bir dövrün əsaslı inkişaf təmayüllərini doğurmaq gücünə malik ilk ümumi islahat qərarı nəhayət verildi.

Prezidentin xüsusi sərəncamı ilə keçmiş KİVDF-nin bazasında Media İnkişafı Agentliyinin yaradılmasını Azərbaycanda media sektorunun bütün müstəqillik dövrü ərzində ən mükəmməl və qlobal İslahat sənədi adlandırmaq olar. Prezident İlham Əliyevin müvafiq fərmanı Azərbaycanda nəhayət hər kəsin gözləntilərinə uyğun faktı gerçəkləşdirdi. Nəhayət ölkəmizin müstəqillik tarixində ilk dəfə olaraq geniş səlahiyyətlərə malik, samballı, yolu üstündə meydana çıxa biləcək hər problemi öz qanuni səlahiyyətləri sayəsində yüksək səviyyədə həll edə biləcək və bu zaman şərəfli mediamızın ad-sanına uyğun olan güclü bir struktur yaradıldı. Prezident özünün bu orijinal islahat qərarı ilə Azərbaycanda ümumi islahatlar siyasətinin fasiləsiz, sistemli və məqsədyönlü davam etdirilməsi kursuna nə qədər sadiq olduğunu bir daha göstərdi.

Hazırkı media islahatını ölkədə xüsusilə 2019-2020-ci illərdə daha intensiv həyata keçirilmiş və davam etdirilən kadr, struktur, idarəetmə, iqtisadi, sosial və siyasi islahatların davamı və tərkib hissəsi saymaq lazımdır.

Formal olaraq KİVDF adının Medianın İnkişafı Agentliyinə dəyişdirildiyi kimi görünən addımı sadəcə ad dəyişikliyi kimi qəbul etmək və bu yanlış təsəvvürdən irəli gələrək iqtisadi və ya sosial islahatların media islahatları ilə nə əlaqəsi var kimi sadəlövh sual qoymaq təbii ki, qəti şəkildə yolverilməzdir.

Beləliklə sosial, ya iqtisadi islahatlarla media islahatlarının nə bağlılığı var sualının mahiyyətinə baxaq. Əgər iqtisadi, sosial, ya hərbi islahatların birbaşa əsas məqsədi Azərbaycanda "güclü dövlət" konsepsiyasını praktik olaraq həyata keçirməkdirsə, bu hədəfin media islahatlarından kənarda hər hansı uğurundan danışmaq olmaz. Çünki təcrübə göstərdi ki, güclü media olmayan yerdə güclü dövlətdən danışmaq mümkünsüzdür. Öz dövlətinin dəstəyinə söykənməyən medianın isə nəinki güclü olmaq şansları itirilir, hətta belə media öz fiziki mövcudluğunu da saxlaya bilmir və səhnəni iflas sonluğu ilə tərk edir. Son on illərdə sıradan çıxmış media orqanlarının acı təcrübəsi sübut etdi ki, onlar öz fəaliyyətlərində əsasən şəffaf olmayan maliyyələşmə qaydalarının, şübhəli beynəlxalq ideoloji mərkəzlərlə çirkin işbirliklərinin qurbanları oldular. Əksinə, öz peşəkar prinsiplərinə və dövlətçilik təəssübünə bağlı media orqanları gələcək inkişafın ən təminatlı yollarına çıxa bildilər. Azərbaycan mediasının heç vaxt indiki qədər güclü olmadığı və daha böyük inkişaf perspektivləri tapmasının səbəbi də məhz peşəkarlıq-dövlətçilik vəhdəti prinsipinə bağlı olmasındadır. Bu mənada Prezidentin 11 il əvvəl yaradılmış KİVDF-nin iş təcrübəsinə yaradıcı və müasir inkişaf tələblərinə həssas yanaşaraq onun bazası üzərində MEDİA-nı yaratması Azərbaycanda güclü dövlət konsepsiyasının tələbi və məntiqi inkişafı kimi nəzərdən keçirilməlidir.

Yeni media islahatının konseptual sənədi sayılan Prezident fərmanının təqdirəlayiq xüsusiyyətlərindən biri bütün mütərəqqi və davamlı inkişaf trendlərinə xas olan qaydada ənənənin davam etdirilməsi, varisliyin gözlənilməsi, mütərəqqi təcrübənin davam etdirilməsi və bütün subyektiv təsirləri bir kənara qoyaraq yalnız və yalnız sahənin özünün obyektiv inkişaf tələblərindən çıxış etməsidir. Konkret deyilsə, dövlət və ictimai mənafeləri nadancasına bir kənara qoyaraq öz miskin şəxsi maraq və ya qisasçılıq motivlərinə meydan verən və buna görə də mediaya dövlətin dəstəyini artıq və bəzən hətta ziyanlı sayan "odiozların" bu sonuncu islahat konsepsiyasında heç bir təsir izi görsənmir. Yeni islahat konsepsiyasının hazırlanmasında dövlətin, ictimaiyyətin və medianın üst-üstə düşən maraqlarına sağlam yanaşan zehniyyət və dünyagörüşün birmənalı təsirini görürük. Prezidentin fərmanında milli mediamızın indiyə qədərki fəaliyyətinin məqbul dəyərləndirilməsi, ölkəmizin həqiqətlərinin xalqa və dünya ictimaiyyətinə dolğun çatdırılmasındakı roluna müsbət qiymət verilməsi bunun təsdiqidir. Bu eyni zamanda Prezidentin vətənsevər, peşəkar və dövlətçi mediaya, eləcə də jurnalistlərə nə qədər həssas yanaşmasının təzahürüdür. Prezidentin on illərlə ölçülən media siyasətinin müxtəlif mərhələlərinin bir-birinə səbəb və nəticə əlaqəsi ilə necə bağlı olduğunu da aydın görürük. Bir-birini inkar və ya təkzib edən elementlər və yanaşmalar yoxdur, hər şey mediamızın güclü dövlət konsepsiyası içində davamlı və fasiləsiz inkişaf məntiqinə uyğun düşünülüb.

Prezidentin MEDİA islahatı həm bütün media subyektləri olan çap, audiovizual, onlayn media seqmentlərinin və informasiya agentliklərinin inkişafında yeni mərhələ başlatmaq gücündədir, həm də bu vacib sektora dünyada analoqu olmayan dövlət dəstəyi mexanizminin özünün inkişafında böyük mərhələ açmaq potensialı daşıyır.

Ortada nələr ediləcək və nələr dəyişəcək kimi düşündürücü sual varsa da, fərman bu sualın tam ehtivalı cavablarını verir. Fərmanda unudulan bir istiqamət belə yoxdur. Bütün istiqamətləri kompleks halda nəzərdən keçirmək kifayətdir ki, islahatlara inkişaf məqsədi kimi seçilmiş mediamızın hansı üfüqlər qarşısında olduğunu görə bilək. Müxtəlif media subyektlərinin vahid və şəffaf mexanizm əsasında maliyyələşdirilməsi və strateji-ideoloji platforma ilə təmin ediləcəyinin bütün əlamətləri görünür. Çoxdan düşünülən və hətta bəzilərinin zaman-zaman az qala qeyri-mümkün hesab etdikləri bir sistemin əslində nə qədər real və mümkün olduğu təsdiqlənir - Media ilə bağlı vahid və güclü bir struktur... Dövlətə də, cəmiyyətə də, medianın özünə də faydası mütləq olan bir struktur...

İndiyə qədər tək-tək media qurumlarını az qala biznes strukturu kimi görmək istəyən baxışlarda müəyyən mübahisəli məqamların olduğunu görürdük. Prezidentin Medianın İnkişafı Agentliyini yaratması bu çoxdankı mübahisənin ən optimal və perspektivli həll yolunu tətbiq etmək baxımından da dəyərlidir. Baxın, ayrı-ayrı media qurumlarının, sayt, qəzet, tv, agentliklərin məcburi qaydada həm də biznes-kommersiya strukturuna çevrilməsindən əvvəl özü ideoloji-metodik idarəçiliklə bərabər sahibkarlıq funksiyalarını da üzərinə götürən publik-hüquqi şəxs yaradıldı. İndi media qurumlarının da, yeni Agentliyin də qarşısında kifayət qədər geniş peşə və publik hüquqi fəaliyyət formaları açıldı. Bu formalar öz məzmununa görə media orqanları və jurnalistlər qarşısında daha geniş ixtisas artırma, peşəkar yüksəliş və sosial təminat imkanları açır, medianın müstəqilliyini, maddi-texniki təminatını, informasiya-kommunikasiya texnologiyalarına və innovasiyalara yiyələnmək perspektivini genişləndirir, real iqtisadi müstəqilliyi milli medianın atributlarından birinə çevirir.

İslahatın mühüm tərkib elementlərindən biri media qurumlarının dövlət orqanları və cəmiyyətlə əlaqələrinin daha şəffaf və işgüzar əməkdaşlıq xarakteri alması perspektivinə şanslar açmasıdır. Bu sahədə mövcud ibtidai səviyyəli əməkdaşlıq mexanizmlərinin daha da zənginləşdiriləcəyi islahat fərmanında dəqiq ifadə edilir. Milli media qurumlarımızın dövlət eqidası altında peşəkar beynəlxalq əlaqələr sahəsində Prezident fərmanı ilə nəzərdə tutulmuş islahatları da bura əlavə etsək, mediamızın qarşısında yeniliklərin sürətlə tətbiq olunduğu vahid dünya informasiya məkanı ilə sıx inteqrasiya platformasının açıldığını görə bilərik.

Milli mətbuat sivilizasiyamızın 145 illik dəyərlərinə qayğıkeş və qoruyucu münasibət islahatın qiymətli elementlərindən biridir. Çap mediası məhsullarının satış və abunə ilə yayımına dəstək mexanizmlərinə xüsusi yer saxlayan islahatların möhkəm tarixi və mənəvi dəyərlərə söykəndiyi göz qabağındadır. Əlavə ixtisas təhsili ilə yeni kadrların formalaşdırılması, jurnalist əməyinin daha da stimullaşdırılması üçün geniş təşəbbüslərə meydan tanıyan islahat media sektorunda köhnəlmiş idarəçilik sisteminin də çox sayda yeni elementlər və strukturlar hesabına zənginləşəcəyindən xəbər verir.

Hazırkı islahatla mediamızın öz daxilindən əlavə reaktiv güc mənbəyi tapacağı şübhəsizdir. Problemlər və çətinliklər meydana çıxacaqsa indi yaradılan media idarəçilik sistemi onların həlli mexanizmlərini də dərhal tapa biləcək. Hər yerindən qalxan həvəskarın, diletantın, kənar "ekspertin" Media İdarəçilik Sisteminə yol göstərməyə çalışması kimi əcaib praktikalara da yəqin ki, yer olmayacaq...

Aydın QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ