şənbə günü, 07 noyabr 2026
     

Azərbaycanda 80 yaşlı yeganə məşqçi: "Yarışa gedəndə deyirdilər ki, işimiz bitdi, koreyalılar gəldi..." - FOTO

Image


- Ağsuda kimdən soruşsan, sənə məşq zalımın yerini göstərəcək.

Əslində elə soruşmağa da ehtiyac qalmadı. Sürücü “o kişini kim tanımır ki, Ağsunun yarısına güləşməyi o öyrədib” deyə bizi düz həmin küçəyə gətirdi.

…Bizi küçənin başında qarşılayır. Əynində də idman forması. Sonradan öyrəncəydik ki, rəsmi tədbir, toy-yas olmasa, ilin bütün günü bu forma onun əynindən çıxmır. Düz, 70 ildir ki, belədir. Yox, 70 yaşı yoxdur. Gələn il 80-ci on illiyə əlvida deyəcək, bu nurani kişi. Azərbaycana yüzlərlə güləşçi bəxş etmiş, ahıl yaşlarında taekvondonun, karatenin belə sirlərini öyrənib uşaqları idman zalına yığan Mübariz Məmmədov.

Desəm, böyük bir güləş zalıdır yanılaram. Amma biləndə ki, bu güləş zalına gələn uşaqlardan heç bir təmənna güdülmür, Mübariz müəllim onlarla heç bir təmənnasız məşğul olur, hətta elə uşaqlar var ki, onların idman formalarını, güləş trikolarını, karate dəstlərini belə öz cibinin puluyla alır, dünyanın olimpiya mərkəzlərinin ən möhtəşəm güləş zallarından böyük göründü bura.

***

1940-cı ildə Şamaxının Çalxan kəndində anadan olub. 7 il orda oxuyandan sonra Şamaxı şəhər 1 saylı orta məktəbdə davam etdirib təhsilini. El həmin orta məktəbdə də ilk dəfə güləş döşəyinə ayaq basıb. İlk müəllimi isə – yeri gəlmişkən, indi də sağdır -Xankişi müəllim olub.

Əslində pəhləvanlıq onların nəslində olub. Əmisi Ələkbərin inanılmaz gücü var imiş. Yük dolu arabanı çəkib apararmış. Özü də ətrafındakılara deyərmiş ki, məni zoğal çubuğuyla vurun, ağrıtsın, onda mənə daha çox güc gəlir.

- Uşaq vaxtı da toyda-bayramda güləşəndə mənim gücümü hiss etmişdi, əmim. Kim kimə sonda qalib gələrdisə, ortaya düşüb deyərdi, hə, bildim yaxşı güləşirsən. İndi de görüm Mübarizlə güləşə bilərsən?

Bir neçə ildən sonra tale onu Bakıya aparıb çıxaracaqdı. Özü də hara? Hə, Bakı Dənizçilik Məktəbinin kursantı olacaqdı. Burda da güləşə ara verməyəcəkdi

- Çox ciddi nizam-intizam vardı həmin məktəbdə. Bir dəqiqə dərsdən yayınmaq, sərt cəzayla nəticələnərdi. Amma müəllimlərim də görürdülər ki, təsadüfən gəlib düşmüşəm bu məktəbə. Onlar da mənim üçün əsas işin güləş olduğunu çox gözəl anlayırdılar. Ona görə də rahat şəkildə məşqlərə getməyimə mane olmurdular.

Məşqləri isə gənc Mübariz “Dinamo” cəmiyyətində keçirmiş. Bir gün Bakı çempionatı keçirilir. Öz çəki dərəcəsində rəqiblərini bir-bir sıradan çıxaran Mübariz finala vəsiqə qazanır. Amma… Amma burda ona qarşı haqsızlıq edilir. Güləşi yarımçıq saxlayıb döşəyi tərk etmək istəyəndə…

- Döşəkdən çıxırdım ki, bir də gördüm dəmir kimi bir əl yapışdı məndən. Sərt şəkildə üzümə baxıb dedi ki, bundan sonra həmişəlik burda güləşəcəksən, “Dinamo”da. Susdum, heç nə demədim. Sonradan bildim ki, mənim güləşməyim onun çox xoşuna gəlibmiş.

Bəs həmin adam kim olsa yaxşıdır? Hə, Azərbaycan güləşinin əfsanəsi İbrahimpaşa Muxtarov.

Dosye:

İbrahimpaşa Muxtarov Azərbaycan sərbəst güləş ustası, dəfələrlə SSRİ çempionu olub. Sovet idmançıları üçün debüt olan 1952-ci il yay Olimpiya oyunlarında sərbəst güləş yarışlarında iştirak edib və 7-ci yeri tutub. 1949, 1951, 1952 və 1956-cı illərdə SSRİ çempionatlarında qalib, 1954 və 1955-ci illərdə gümüş medala sahib olan İbrahimpaşa, 1950-ci ildə bürünc medala layiq görülüb. SSRİ-nin əməkdar idman ustası və SSRİ əməkdar məşqçisi idi. “Dinamo” cəmiyyətində məşqçi kimi bir çox güləş ustalarını SSRİ miqyasında yarışlara hazırlayıb. Dünya və Avropa çempionu və 1964-cü il yay Olimpiya oyunlarının bürünc mükafatçısı Aydın İbrahimovun məşqçisi olub.

Beləliklə, elə həmin yarışdaca Bakı çempionu olur. Və bu uğuru bir neçə dəfə təkrarlayır. Məhz mərhum İbrahimpaşa Muxtarovun xeyir-duasıyla. Mübariz müəllim deyir ki, sonradan ustadın qardaşı, tanınmış güləşçi Muxtar Dadaşovla da dostlaşır.

Amma güləşməyə tez ara verir gənc Mübariz. Deyir ailə vəziyyətinə görə, bir müddət güləşdən uzaq düşür.

Çox keçmir ki, bu dəfə məşqçiliyə başlayır.

Amma Şamaxıda yox. Tale onu Ağsuya gətirib çıxarmışdı.

30 il Ağsudakı peşə məktəbində idman rəhbəri olur. Bu illər ərzində yüzlərlə güləşçi yetişdirir. Və günlərin bir günü SSRİ dağılır. Peşə məktəbləri də elə yarı-dağılmış vəziyyətə düşür. Amma Mübariz müəllim boş durmur. Bir gün formal da olsa fəaliyyət göstərən peşə məktəbinin direktorunun yanına girir.

- Yadımdan çıxmamış bir şeyi də deyim. Bir dəfə peşə məktəbi yanmışdı. Sənədlərim də kül olmuşdu. Təsəvvür edin, tələbələrimin bütün uğurları, onların diplomları, tərifnamələri, bir sözlə, mənə və güləşə aid nə vardısa, hamısını bir-bir tapıb üzünü çıxardıb yenidən topladım. Bax, hamısı burdadır. (Əliylə qalın-qalın qovluqları göstərir. S.S.) Hə, onu deyirdim axı, direktorla danışdım, peşə məktəbinin uçulub tökülməkdə olan yeməkxanasını təmir etdirib, idman zalı açıb güləş məşqləri keçməyə başladım. Təxminən 1993-cü il idi. İndi sənə maraqlı bir tarixçə danışım. Günlərin bir günü məşq keçirdim. Bir də gördüm qapının ağzında iki uşaq dayanıb, məşqə baxırlar. Dedilər, olar biz də məşqə baxaq? Buyurun, dedim. Məlum oldu ki, bu uşaqlar əslən ağsuludurlar, bir-iki aylıq tətilə gəliblər rayona. Özləri də Bakıda taekondoyla məşğuldurlar. İnanmazsınız, güləş məşqi dönüb oldu taekvondo. Uşaqlar həm güləşlə məşğul olurdular, həm taekvondo, həm də karateylə. Məni özüm o uşaqlara güləşin sirlərini öyrənirdim. Onlardan isə taekvondonun. Sonradan xeyli ədəbiyyat tapdım. Artıq bu idman növüylə ciddi məşğul olmağa başladım. Mənim oğlum var, Asif. Uşaq idi onda. 6-cı sinifdə oxuyurdu, taekvondonu elə mənimsəmişdi ki, 1 ildən sonra özü dərs keçirdi.

Taekvondo elə bir populyarlıq qazandı ki, Ağsuda, təsəvvür edin, 1994-cü ildə 4 idmançımız yeniyetmələr arasında respublika çempionu oldular. Mənim iki oğlum Dünya Taekvondo Federasiyasının məşqçi sertifikatını, “Qara kəmər”ini alıblar. Neçə-neçə idmançımız Azərbaycan çempionatının qızıl medalın qazandı. Çox güclü komandamız vardı. Bizi yarışa gedəndə, deyirdilər ki, işimiz bitdi, koreyalılar gəldi, bizə medal yoxdur.

Uşaqlar böyüdü, hərə bir yerə dağıldı, artıq həm taekvondo, həm də güləşlə məşğul olmağa başladım.

Amma indi taekvondo məşqlərinə ara verib. Deyir, 80-ə çatıb yaşım. Artıq taekvondo təmrinlərini yerinə yetirmək fiziki cəhətdən çətinləşib. “Güləş də bir az fərqlidir, ona görə məşqləri davam etdirirəm”.

***

Mübariz müəllim yetirmələri ilə məşqə başlayır. Anar adlı yeniyetmə döşək üzərinə çıxıb müəlliminin müxtəlif tapşırıqlarını yerinə yetirir.

Mübariz müəllimdən soruşuram, bax, bu Anarın respublika çempionu olması üçün nələr gərəkdir?

Bir qədər susur ustad.

- İlk növbədə ürəyində Allah sevgisi olmalıdır. Allahı sevməsə, nə məni sevə bilər, nə güləşi. İkinci tərbiyə, ədəb-ərkan. Tərbiyəsi varsa, ucalacaq. Üçüncüsü, psixi rahatlıq. Onu da məşqçi hazırlamalıdır. Məşqçiyə qulaq asmalıdır. Rəqibinə ilk olaraq psixoloji tərəfdən qalib gəlməlidir. Yerdə qalanları isə texniki məsələlərdir. Müəyyən fəndlər və sairə.

Həmin idman zalının ömrü qısa olur. Nə qədər təmir etsələr də, divarları dözmür, uçub-dağılır.

Amma güləşə olan fanatik sevgisi onu rahat buraxmır. Düz evinin böyründə torpaq sahəsi alır. Deyir, uşaqlarım artıq böyümüşdü. İşləyirdilər.

- Qəpik-qəpik başladılar pul göndərməyə. Bir dəfə 1000 dənə daş aldım, bir dəfə 500 dənə. Yavaş-yavaş başladım tikməyə. Həmişə istəmişəm ki, mənim özümün idman zalım olsun. Şəxsi idman zalım. Allah bu arzumu gözümdə qoymadı. Balalarımın canı sağ olsun, atlarının arzusunu yerinə yetirdilər.

Bu zal artıq iki ildir fəaliyyətdədir. Adicə təqaüdlə dolanır Mübariz müəllim. Hərdən övladları yardım edir atalarına. O maddi vəsaitin bir hissəsi də elə bu zala xərclənir. Bir də məşqə gələn uşaqların ehtiyaclarına.

- Mən o uşaqlardan onca manat belə ala bilərəm, mənim balam. Çoxu kasıb uşaqdır. İraq olsun, o fikrə düşsəm, o uşaq çıxıb gedər və bəlkə gələcəyin olimpiya çempionunu itirə bilər bu ölkə.

***

Ağsuda, Bakıdan çox yox, 150 kilometr aralıda 80 yaşlı bir müəllim var. Onun idman zalı, güləşi var. Və orda, həmin idman zalında hər gün onlarla uşaq məşq edir, güləşçi yetişdirilir. Onlarla uşağın təmənnasız xidmətindədir, 80 yaşlı Mübariz müəllim. Hər bir uşağın nazını çəkir, diqqət göstərir.

Bəlkə bir dəfə də biz diqqətli olaq, diqqət göstərək ona?



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ