Cümə günü, 13 noyabr 2026
     

Əfqanıstandan…Qarabağa - FOTO

Image


“Mən ordakı hadisələrin heç birini unutmamışam. Dünən, sırağagün etdiyim söhbətlər yadımdan çıxa bilər, amma Əfqanıstanla bağlı heç nə yaddaşımdan silinə bilməz…Müharibədə insanlar təkcə ölmür, itmir, həm də tapılır.”…

Bu fikirlər “Əfqanıstan uçurumu” romanı ilə ədəbiyyatsevərlərin rəğbətini qazanmış mərhum yazıçı-jurnalist Zakir Sadatlının müsahibəsindəndir.

“Sovet ordusunun 15 min itki verdiyi Əfqanıstan müharibəsində 10 mindən çox azərbaycanlı iştirak edib, onlardan 208-i həlak olub, 7 nəfər isə itkin düşüb. Bu gün daxili işlər orqanlarında da Əfqanıstanda xidmət etmiş, müharibənin odunu-alovunu görmüş və torpaqlarımıza erməni təcavüzü başlayanda da ön sıralarda sinəsini qabağa verərək döyüşən polislərimizi, təəssüfflər olsun ki, gənclərimiz tanımır. Onları tanıtmaq üçün özümüz tanımalıyıq”.

Polis polkovniki Akif Qorçubəylinin bu fikirlərindən sonra bir daha əmin oldum ki, Vətən, torpaq uğrunda qanını, canını fəda edənlər heç zaman unudulmur. Onları xatırlayanlar hər zaman olub və bundan sonra da olacaq.

Polis polkovniki Elman Kərimov və polis polkovnik-leytenantı Zakir  Salamov gəlişimin səbəbini bildiklərindən Əfqanıstanla, Qarabağla bağlı acılı-şirinli xatirələrin boy verdiyi ağlı-qaralı şəkillərə baxıb gözlərini uzaqlara dikmişdilər. Nəyi, kimləri xatırladıqlarını bilməsəm də, ürəklə əlbəyaxa olmağın insana necə əzab verdiyini yurdunu itimiş biri kimi mən də yaxşı bilirəm.

Qaysaq tutmayan yaraları övladları yuxuya gedəndən sonra daha möhkəm sızıldayır, gözlərini yuman kimi Əfqanıstandan Qarabağa gedən yollarda ruhları bu gün də qələbə üçün sızıldayan döyüş yoldaşları onları düşməndən qisas almağa səsləyir.

Elman Kərimov o illəri belə xatırlayır: “Əfqanıstan deyiləndə gözlərimiz  önünə dünən Rusiyanın, bu gün isə Qərbin poliqonu olan dövlət gəlir. Bizim hərbi hissəmiz Əfqanıstanda idi və mən tərxis olunmağımdan bir neçə gün əvvəl idmanla bağlı tədbirə qatılmışdım. Gələndə isə mənə hərbi hissəmizin mücahidlər tərəfindən yerlə-yeksan olunduğu, əsgərlərin isə qırıldığı barədə məlumat verdilər. Bəlkə də Allahın mənə yazığı gəlmişdi və mən ordan sağ çıxmışdım…”

O, 1966-cı ildə Gürcüstanda doğulsa da Bakıda böyüyüb boya-başa çatıb. İqtisad Universitetini və Polis Akademiyasını bitirib. Müharibənin ilk günlərindən döyüşün ön sıralarında olub. Onun döyüşdə olduğunu “Bakinskiy raboçi” qəzetində çıxan şəklindən sonra biliblər. Daxili İşlər orqanlarında 1987-ci ildən xidmət edir.     

Zabit rütbəsini də döyüşlərdə fərqləndiyinə görə alıb. Şuşanın, Ağdamın, Laçının, Goranboyun müdafiəsində iştirak edib.  Murovda 63 gün qarın içində qalıb. “Bu gün adı Azərbaycanın Milli Qəhrəmanı kimi tariximizə düşmüş, Azərbaycanı bütün varlığı ilə sevən, milliyyətcə rus olan Yuri Kovalyovun adını iftixarla çəkirəm. Çünki Çaykəndin alınmasında onun böyük əməyi var. Çaykənd iki dəfə düşməndən azad edilib. Biz ermənilərin içinə məhz həmin oğulların sayəsində girirdik. Çünki rus olduqlarına görə ermənilər həm onlardan qorxur, həm də onları özlərinə xilaskar bilirdilər. Beləcə bəzi kəşfiyyat məlumatları da əldə edirdik”.

1992-ci ildə DİN-ə Baş İctimai Təhlükəsizlik İdarəsinə inspektor təyin olunub, sonra müxtəlif vəzifələrdə çalışıb. 2016-cı ildən BMİ-də Xidmətin Təşkili İdarəsinin rəis müavinidir. 2005-ci ildə “İgidliyə görə” medalı ilə təltif edilib.

Onun da deyiləsi, yazılası daha çox sözü var. Adətən deyirlər ki, şəhər uşaqları ağır şəraitə dözümsüz olurlar. Ancaq bu heç də belə deyil. Polis polkovnik- leytenantı Zakir Salamov Bakıda doğulub, “dünyanın poliqonu” olan Əfqanıstanda ağılasığmaz çətinliklərə dözən, 1988-ci il hadisələrindən sonra Vətənimizin bütövlyü uğrunda yenidən döyüşlərə atılan oğullardandır.

1983-cü ilin aprelini heç vaxt unutmur. Həmin gün hərbi xidmətə yola düşüb. Dəniz vağzalından gəmi ilə Vətəndən ayrılıb. Krasnovodskdan Düşənbəyə, Düşənbədən isə Termes şəhərinə yola düşəndə vəziyyətin nə yerdə olduğunu anlayıb. Çünki o yerlərə Əfqanıstan “havası” daha yaxın idi. Əfqanıstandan gəlmiş kursantların dağlıq ərazilərdə onlara təlim keçmələri qarşıda nələrin olacağından xəbər verirdi. Kundus şəhərində Daşkurqana yola düşüblər və elə ordaca hərbi biletlərini təhvil verib “həyatın və komandirlərin” ixtiyarına veriliblər. İki il altı ay hərbi xidmətdə olub və Palixomruda döyüş maşınının minaya düşməsi nəticəsində ayağından yara alıb.

İndi zarafatla xatırlasa da, diqqət çəkən məqamlardan biri də o idi ki, onları Çexoslovakiyada xidmət adı ilə sonradan Əfqanıstana aparıblar. Türkmənistanda deyiblər ki, sizlər Əfqanıstana gedirsiniz. 1985-ci ildə Vətənə qayıdıb.

Həmkarımız 1988-ci ildə daxili işlər orqanlarına qəbul olunub. İyirmi yanvar faciəsinin canlı şahididir. 1991-ci ildə təhsilini artırmaq üçün N.Rzayev adına Xüsusi Orta Milis Məktəbinə göndərilib. 1993-cü ildə məktəb akademiya statusu alanda təhsilini orda davam etdirib. Kursant olarkən də DİN-in əmri ilə Goranboya ezam olunublar. Döyüş yolu beləcə başlayıb…

Zabit kimi ilk xidmət yeri Xəzər Rayon Mühafizə İdarəsi olub. Səbaildə, Sabunçuda xidmət edib. Hazırda BMİ Xidmətin Təşkili İdarəsinin baş inspektorudur. İki övladı var. Böyük oğlu Polşada, kiçiyi isə Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alır.

Torpaqlarımız uğrunda döyüşən oğullar bu Vətənin ən qiymətli sərvətidir. Gəlin, onları qoruyaq, şəhidlik zirvəsinə ucalanları isə hər zaman xatırlayıb yad edək. O zaman yenilməz və qalib olarıq.

Hafiz TƏMİROV
polis mayoru



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ