çərşənbə günü, 11 noyabr 2026
     

Şəhid Məhərrəm Səmədov - FOTO

Image


İllər boyu düşmən tapdağında olan torpaqlarımız, nəhayət, igid övladlarımızın qanı bahasına azad oldu. Minlərlə şəhid verdik. Minlərlə atanın beli büküldü, minlərlə ana ağlar qaldı, minlərlə bacı başına qara bağladı, minlərlə qardaş arxasız qaldı, minlərlə körpə atasız qaldı. Amma Azərbaycan xalqı sınmadı. Xalq bir gözündə qələbə sevinci, bir gözündə şəhid kədəri qəhrəman oğullarımızı dəfn etdi. Uğrunda sevdiklərinə, xoşbəxtliklərinə arxa çevirib, “Vətən sağ olsun” deyib, canlarını qurban verdikləri torpaq igidlərimizi qoynuna aldı. Hamının ziyarət edəcəyi müqəddəs məkanlar “Şəhidlər Xiyabanı” oldu. Birdimi, beşdimi, yüzdümü, mindimi?..

Azərbaycanın hər bölgəsində olduğu kimi bizim Maştağa kəndində də sakinlərin hər cümə axşamında, hər bayramda ziyarət etdikləri Şəhidlər Xiyabanı var. Burada həm 90-cı illərin şəhidləri, həm də II Qarabaq müharibəsi şəhidləri uyuyur...

Maştağa Şəhidlər Xiyabanında şəhid məzarlarından başqa  xiyabanın divarına vurulmuş şəhid şəkilləri də diqqəti çəkir. Bu şəkillər Maştağa ilə əlaqəsi olan, lakin bu xiyabandan kənar yerlərdə dəfn olunmuş şəhidlərimizin şəkilləridir. Bu igidlərimizdən biri də Maştağa Seyyidlər qəbris­tan­lığında uyuyan II Qarabağ Müharibəsi şəhidi Məhərrəm Elxan oğlu Səmədovdur...

Şəhid Məhərrəm 2001-ci il martın 27-də Maştağada dünyaya göz açmışdır. 2008-2017-ci illərdə 209 saylı məktəbdə təhsil almış, Xəzər rayonunda 101 saylı peşə litseyində avtoelektrik peşəsinə yiyə­lənmişdir. 2019-cu il aprelin birində hərbi xidmətə getmiş, Goranboyun Ballıqaya yüksəkliyində xidmətə başlamışdır. 3 aydan sonra manqa başçısı təyin edilmişdir. Bir il Tülküdərədəki hərbi hissədə xidmət etmişdir...

Şəhidlərimizin böyüyüb boya-başa çatdığı evləri tapmaq çətin olmur, çünki həmin evin qapısından əvvəl o evə gedən küçənin başında şəhidlərin şəklini görürsən. Şəhid Məhərrəmin şəkli də bizi elə döngənin əvvəlində salamladı. Əsgər paltarında, döyüşən əsgər kimi...

Evlərində kimsə olmadığından, qonşu Sənayə Məlikzadə bizi evinə dəvət etdi. Sənayə xanım gəlişimizin məqsədini bildiyindən, elə evə keçə-keçə Məhərrəmdən danışmağa başladı: “Çox yaxşı uşaq idi. Tərbiyəli idi, oğlum Mirsamirlə peşə məktəbində oxuyublar.

Həmişə məni yüklə görəndə, o saat gəlib əlimdən alardı. Özləri üçün bazarlıq edərdi, kiçik qardaşlarını məktəbə aparardı. Gülərüz, ünsiyyətcil idi. Oktyabrda əsgərliyi bitirdi, müharibə başladı. Atası qoyun almışdı, qoyun hey mələyirdi. Soruşduq ki, bu qoyun niyə mələyir. Dedi ki, bilmirik. Məhərrəm şəhid olan gün qoyunun mələməsi dayandı...”. Bu da bir təqdiri-Xudadır.

Sənayə xanım sanki qonşunun oğlu haqqında deyil, öz oğlu haqqında danışırdı. Yana-yana danışırdı. Kövrəlirdi, ağlayırdı, yenə eyni sözləri deyirdi. Bəlkə Məhərrəmi tərif etmək üçün söz tapa bilmirdi, ya da onun tapdığı sözlərdən daha gözəinə, daha yüksəyinə layiq olduğunu bildiyi üçün nə axtarırdı. Sənayə xanım oğlunun telefonunu verdi bizə. Mirsamirlə əlaqə saxladıq, o da anası kimi danışdı. “Biz qonşu yox, dost yox, qardaş olmuşuq” dedi. Sonra vaxt təyin etdik, qərara aldıq ki, Məhərrəmin atası və qardaşı evdə olanda elə onlarda görüşək...

Qərarlaşdığımız vaxtda Məhərrəmgilin qapısını bir də döydüm. Şəhid qapısı döymək sizə o qədər də asan gəlməsin. Şəhid qapısı döymək, o evdə olanlarla şəhid acısını, oğul itkisini bölüşmək deməkdir. Şəhid qapısı döymək, ağlayan gözlərin yaşını silə bilmək, sızlayan ürəkləri ovuda bilmək deməkdir. Şəhid qapısı döymək... Bunun nə demək olduğunu o qapıları döyənlər bilir...   

Evdə Məhərrəmin qardaşı Şahin idi. Şahin suallarımı dinlədi, amma heç birinə cavab vermədi. Bir azdan atası Elxan gəldi. bir müddət susdum, düzü nə deyəcəyimi bilmirdim. Mənim şəhidlər haqqına ilk sualım həmişə onların uşaqlıqları barədə olur. Bu mənada şəhid analarını dinləmək maraqlı gəlir. Məhərrəmin anasını görə bilmədiyimizdən, bu sualı atası Elxana verdik, onun uşaqlığı haqqında danışmasını istədik. ata oğul haqqında o qədər hərarətlə danışdı ki: “Uşaqlıqdan zirək uşaq idi. Nə desəydin, “eləmirəm” deməzdi. Hara göndərirdim gedirdi. İşdən yorul­maz­dı. Hətta qonşulara da, qohumlara da kömək edərdi. Uşaqlıqdan pişik kimi, yolu yaxın olsun de­yə, damlarüstü gəzərdi. Gecə ikən evlərin damıyla gedib haralara çıxardı, heç kim də onu görməzdi...”.

Söhbətə qoşulan Mirsamir deyir: “13-14 yaşlarınfda olardıq. Bir dəfə Sabunçuda bazarda quşsatanla rastlaşdıq. Quşun biri çıxıb yüksək bir yerə oturub. Sahibi də nə qədər edir, quş ordan düşmür. Məhərrəm dedi ki, bu quşu sat mənə, mən çıxıb onu götürüm. Nəsə danışdılar. Məhərrəm dedi ki, yanımda 12 manat var. Razılaşdılar, kişi pulu aldı. Məhərrəm pişik kimi ora dırmaşdı, quşu götürdü. Biz baxdıq ki, kişinin fikri başqadır, düşünür ki, Məhərrəm yerə düşən kimi quşu ondan alsın, desin ki, satmıram. İndi qalmışıq ki, bunu Məhərrəmə necə başa salaq. Sən demə, Məhərrəm bizdən qabaq bunu başa düşüb. Bir də gördük ki, quşu pencəyinin altına saldı, o biri tərəfdən fırlanıb, “Mən getdim, Maştağada görüşərik” deyib götürüldü. Kişi də mat-məəttəl baxa-baxa qaldı...”. 

Elxan kişi yenidən sözünə davam etdi: “Məhərrəm çox qaynayıb-qarışan idi. Çoxlu dostu vardı. Hamısına yol tapırdı, hamı xətrini istəyirdi. Öz yaşıdı olan dostları da vardı, özündən kiçik də, böyük də.  Hətta lap yaşlı dostları vardı, 74 yaşında kişi ilə dostluq edirdi. Hamıya yaxşılıq etməyə çalışırdı, ona görə də çox istəyirdilər onu. Bir xasiyyəti var idi, hara getsəydi, tapşırdığın işini yarımçıq qoymazdı, işini görüb gedərdi... ”.

Mirsamir yenə də maraqlı bir əhvalat danışır: “Məhərrəm çox mərd uşaq idi. Yaşı az olsa da, kişi kimi idi. Bir dəfə 16-17 yaşımız olardı, avtobusda kəndə gəlirdik. Sürücünün kim olduğunu deməyəcəyəm. Bir uşaqlı qadın avtobusdan düşəndə sürücü qapını tez bağladı, uşaq qaldı. Camaat əhvalatdan xəbər tutana kimi, Məhərrəm sürücünü düşürtdü, getdik onu elə günə qoyduq ki, uşağın adamları gələndə gördülər daha döyüləsi halı qalmayıb. Onun belə işləri var idi, haqsızlığa dözməzdi, yerindəcə o adamın cavabını verirdi...” 

Elxan kişi növbəti sualımızın cavabında dedi: “2019-cu ildə hərbi xidmətə çağırıldı, yola saldıq, Goranboyun Ballıqaya yüksəkliyinə düşmüşdü. Manqa başçısı idi. Tülküdərəyə göndərdilər, bir il idi ki, orada xidmət edirdi. Evə buraxılmağına az qalmışdı. Sentyabrın 13-də paltarlarını göndərmişdik. Oktyabr buraxılışında gəlməliydi...

Sentyabrın 27-də müharibə başladı. Eşidəndə çox nigaran olduq. Hər gün zəng vurub deyirdi ki, biz arxadayıq, amma əslində ön cəbhədə imiş. Axırıncı dəfə oktyabrın 6-da zəng vurub danışmışıq. Dostlarının dediyinə görə, oktyabrın 7-də Ağdərəyə göndəriliblər. 9 gün döyüşlərdə iştirak ediblər, oktyabrın 15-də döyüşərkən artilleriya atəşindən şəhid olub. Ordan Yevlaxa aparıblar. Oktyabrın 23-də bizə xəbər verdilər, gedib gətirdik...”

Şəhid atası fəxrlə, qürurla danışsa da, hiss edirdim ki, içində şimşəklər çaxır, ürəyindən qara qanlar axır. Zarafat deyil, bir qarın tox-bir qarın ac oğul böyüt, əsgər yola sal, yol gözlə, fikirləş ki, bir neçə günə gələcək, qurbanlıq qoyun al, qulluq elə, birdən hər şey alt-üst olsun, arzuların ürəyində qalsın...  

Şəhid atasından şəhidimizin döyüş yoldaşlarının telefonunu istədim, “bilmirəm” dedi, amma döyüş yoldaşlarının dediklərini bizə danışdı: “Könüllü cəbhəyə gedən uşaqlar var, Məhərrəmlə bir yerdə vuruşublar. Onlar Məhərrəm haqqında çox şey bilirlər, Şüvəlandan olan Elməddin Məhərrəmin yanına gedib, ona telefon bağışlayıb. Məhərrəmin ləqəbi “Maştağa” olub. Elməddin deyir ki, Məhərrəm bizim kazarmaya gəldi, bizə yemək-işmək gətirdi. Telefonlarımızın enerjisi bitmişdi. Bilmirdik necə dolduraq. Bir də gördük Məhərrəm getdi, yanan maşının akkumulyatorunu gətirdi, dedi ki, gəlin telefonlarımızı doldurun...

Hücum əmri verilib, komandir deyib ki, Məhərrəm, bir neçə günə evə gedəcəksən, sən arxada get, Məhərrəm deyib ki, mən manqamı buraxa bilmərəm. 500 metr gedəndən sonra qayıdıb telefonu Elməddinə qaytarıb deyib ki, əmanətinizi alın. Yəqin şəhid olacağını hidss edibmiş...

Uşaqlar deyir ki, Məhərrəm od parcası idi, onun kimisi yox idi. Bir dəfə zəng edəndə, yarızarafat dedi ki, mən qayıdandan sonra deyəcəklər ki, burda bir maştağalı vardı, onun kimisini görmədik. Dedim, yaxşı, bəsdi, daha özünü tərifləmə...

Bir dəfə də dedi ki, gecə postda olmuşam, səhərə kimi ermənilər tərəfə 3100 dənə güllə atmışam. Yəqin ki, onların hamısı boşa getməyib, hədəfə dəyəni də olub...

Hər dəfə Seyidlər qəbristanlığına gedəndə Məhərrəmin məzarını da ziyarət edirəm. Şəkillərdən körpə bir uşaq boylanır, elə baxır ki, ağlamaya bilmirsən... Allah şəhidimizə rəhmət eləsin, ruhu şad olsun, Allah ailəsinə səbr versin...

Sona XƏYAL



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ