Cümə axşamı günü, 12 noyabr 2026
     

Əliabad qəsəbəsinin sönməz ulduzu... - FOTO

Image


...44 günlük İkinci Vətən ğüharibəsində tarixi və əbədi düşmənimiz, faşist xislətli ermənilərə qan udduran cəsur oğullarımız, millət seçimi etmədən döyüşlərdə birlik, əzmkarlıq və bir-birinə dayaq, dəstək nümayiş etdiriblər. Müharibə zamanı ən çıxılmaz, çətin, mürəkkəb vəziyyətlərdə isə bir-birinin ən yaxın köməkçisi və yardımçısı olublar... Respublikamızın bütün bölgələrindən olan valideynlərin alın təri ilə qazandıqları halal çörəklə böyütdüyü bu sadə gənclər bir-birinə arxa olaraq, təsəlli verərək, inamla, hətta ağır yaralı vəziyyətdə bir-birilərini  xilas etməyə çalışırdılar. Bu oğullar bir yumruq kimi birləşərək, o azğınlara hər an kəsərli cavablarını veriblər...

 

Və Zəfər Qələbəsinin qazanılmasında Azərbaycanda yaşayan azsaylı xalqların, millətlərin, etniklərin nümayəndələri ancaq bir amal uğrunda, Azərbaycanımızın bütövlüyü və Qarabağ torpaqlarının düşməndən təmizlənməsi uğrunda döyüşüblər...

Yazılarımda qeyd etdiyim kimi, cəbhə bölgəsindən çox-çox uzaqda yerləşən qədim Zaqatala diyarında tarixən yaşayan bütün millətlərin cəngavərləri düşmənə öz hünərlərini göstəriblər...

Əliabad qəsəbəsi Zaqatala rayonunun ən çox yengiloyların yaşadığı yaşayış məntəqəsidir. Qəsəbənin əhalisi 10 min nəfərdən çoxdur. Zaqatala Rayon İcra Hakimiyyətinin qəsəbə üzrə nümayəndəsi, təcrübəli ziyalı Həsən Həsənov söhbət zamanı bildirdi ki, Birinci Qarabağ Savaşında da Əliabad qəsəbəsindən onlarla vətənpərvər gənc Vətənimizin bütövlüyü və Qarabağ torpaqlarının azad edilməsi naminə vuruşublar. Onlardan bir qismi Qazi olub, 6 nəfəri isə şəhidlik statusunu alıb.

Həsən müəllimin söylədiyinə görə, İkinci Qarabağ müharibəsində qəsəbədə yaşayan 50-dən yuxarı yengiloylu gənc həm könüllü, həm də səfərbərliklə və həmin zaman həqiqi hərbi xidməti keçirən hərbiçilərdən Azərbaycanımızın bütövlüyü uğrunda qəhrəmanlıqla döyüşüblər...

Qəsəbə icra nümayəndəsi Həsən Həsənovun verdiyi məlumata görə, İkinci Vətən Müharibəsində qəsəbədən 1 nəfər şəhadətə qovuşub, 8 nəfər isə yaralanaraq Hüquqi Qazi olublar.

Bu savaşda Əliabad qəsəbəsindən ağır döyüşlərdə mərdlik edərək, həlak olan igid yengiloylu kimdir? Onun keçdiyi qısa və şərəfli ömründən danışaq, qəsəbənin “Kürə” adlanan. obasında yaşamış, uşaqlıq, yeniyetməlik dövrünü və məktəb illərini bu obada yaşıdları ilə mənalı keçirmiş, İsmayıl Nəsrullah oğlu İrapov haqqında... Zaqatala rayonu Əliabad qəsəbəsinin sönməz ulduzu barəsində...

...Əlbəttə ki, Əliabad qəsəbəsində olduğum zaman rayonun torpaqlarımızın işğaldan azad olunmasında cəsur, şəhid oğulları barədə ətraflı məlumatlar toplamaqla yanaşı, Həsən müəllimlə birlikdə şəhid İsmayıl İrapovu da xalqımıza tanıtmaq üçün onun ailəsi ilə görüşdük. Yenə də sadə, zəhmətkeş, nümunəvi bir ailə ilə elimizin-obamızın fəxrini Vətənə bağışlayan Nəsrulla kişi və Naimə xanımla. İsmayıl kimi ağıllı, tərbiyəli, vətənpərvər, zəhmətsevər, ağsaqqalın, ağbirçəyin hörmətini saxlamış, qəsəbə sakinlərinin sevimlisi olmuş bir gəncin valideynləri ilə...

...İkinci Vətən Savaşından sonra şəhidlik statusuna yüksəlmiş Nəsrulla və Naimə İrapovalar üçün söz yox ki, 18 yaşlı oğullarını bu çağlarda itirmək ağır itkidir, dərddir və sağalmaz yaradır... Bəli, nə qədər təsəlli versək də onlara zamansız övladın düşmən gülləsinə tuş gələrək həlak olması nə deməkdir...

...Bu ailənin iki övladı vardı: İsmayıl və onun bacısı Havva. Valideynlərinin söylədiklərinə görə, İsmayıl İrapov 23 fevral 2002 –ci il tarixində Əliabad qəsəbəsində dünyaya gəlib. Qəsəbədəki Birinci Qarabağ savaşında həlak olan qəsəbənin cəsur oğlu Adil Hacıyev adına 1 nömrəli tam orta məktəbinin 9 –cu sinfini müvəffəqiyyətlə bitirib.

- “Məktəbdə yaxşı oxuyurdu, məktəbin 9 –cu sinfini bitirəndə elə bilirdilər ki, o, harasa təhsilini davam etdirməyə gedəcək, dərs fənlərinin hamısına ciddi hazırlaşırdı. O, eyni zamanda Birinci Qarabağ Müharibəsində Əliabad qəsəbəsindən şəhid olan gənclərin həyatı və döyüş yolları ilə maraqlanır, öyrənər və onların qəbrlərini ziyarət edərdi” deyərək hələ də əynidən qara libasını çıxartmamış Naimə xanım çox mülayim səslə, təmkinlə söhbətini davam etdirdi: “Məktəbi bitirəndə oğlumdan soruşdum ki, “...Bala niyə oxumağını davam etdirmirsən, ürəyin hansı sənəti istəyirsənsə seç və oxu... Gələcəkdə həmin sənət sənin əlindən tutacaq...” Dedi ki, “Ana oxumaq heç vaxt gec deyil, hərbi xidmətdən qayıdandan sonra oxuyub sənət sahibi olaram, bir də ki, işğal altında olan Qarabağ torpaqlarımızı işğaldan azad edək... sonra”... Elə bil oğlum əvvəlcədən müharibə olacağını hiss etmişdi... Çox işgüzar uşaq idi, mənə də, atasına da ev və təsərrüfat işlərində yaxından köməklik edərdi. Boş vaxt keçirməzdi... Doqquzuncu sinifi bitirib, qəsəbədəki fındıq zavodunda işlədi, ailəmizə maddi cəhətdən köməklik etdi... İşdən qayıdandan sonra isə bizə əl tuturdu, biz hələ bir dəfə də olsa İsmayılı küçənin başında, yaşadığımız obada boş dayanaraq söhbət edəni görməmişik. Həqiqi hərbi xidmətə çağırılanda da oğlumuz böyük həvəslə Milli Ordu sıralarına xidmətə getdi... və...”

Şəhidin atası Nəsrulla İrapov isə söylədi ki, oğlu İsmayıl 2020 –ci ilin aprel ayında Azərbaycanın Silahlı Qüvvələrinə, yəni Milli Ordu sıralarına hərbi xidmətə gedib. Əvvəlcə oğlu Müdafiə Nazirliyinin Ağcabədidəki “N” saylı hərbi hissəsində xidmətə başlayıb.

Nəsrullah kişinin dediklərindən: “Oğlum hərbi xidmətinin ilk günlərindən vicdanla, qeyrətlə əsgərliyə başlayıb. Komandirlərinin tapşırıqlarını yerinə yetirib. Onlar oğlumun hərbi xidmətindən daima razılıq ediblər. Vaxtaşırı keçirilən hərbi təlimlərdə xüsusi ilə seçilən İsmayıl sərrast atıcı kimi birinci yer tutmuşdur. Oğlum dəfələrlə hərbi hissə komandirinin təşəkkürünü də almışdır. Hətta oğlum nümunəvi hərbi xidmətinə görə məzuniyyətə də buraxılmışdır. Ancaq evə gəlməkdən imtina etmişdir. Həmin vaxtlar artıq ermənilərin təxribatları səngimək bilmirdi. İsmayılla danışanda hər gün təlimlərdə olduğunu deyirdi... Onlar müharibənin qaçılmaz olduğunu bilirdilər. Ancaq bizə heç bu barədə heç nə bildirmirdi... Çünki azğımlaşmış mənfur düşmən Beynəlxalq qaydaları, şərtləri, danışıqları, atəşkəsi kobudcasına pozaraq, Milli Ordumuzun mövqelərini, sərhəd boyu yaşayış məntəqələrimizi daha müasir silahlardan, artileriya qurğularından mütəmadi atəşə tuturdular... Necə deyərlər, azğınlaşmış erməni köpəkləri gecə-gündüz hürürdülər...”

İsmayıl hərbi xidmətdə olduğu dövrdə and içmə mərasimindən sonra İsmayılın atası, anası və bacısı Havva onu görüşünə gediblər. Naimə xanım söyləyir ki, İsmayıl həmin görüşümüzdən çox məmnun qalmışdı, çox-çox sevinmişdi. Hərbi xidmətinin əla getdiyini söyləmiş,  müharibə barədə də heç nə bildirməmiş və tezliklə məzuniyyətə gəlib görüşəcəyini demişdi. Sevimli bacısını bizə tapşırmışdı. “Bacımdan möhkəm muğayat olun, onu qoruyun, xətrinə dəyməyin, işlətməyin, qoy dərslərini oxusun, məktəbi bitirən kimi ali məktəbə oxumağa aparacağam. Yeganə bacımı mənim əvəzimə də tez-tez əzizləyin, ürəyi nə istəyirsə onu da alın. “Qardaşı” ölməyib ki, əsgərlikdən qayıdanda əvəzini çıxaram. Qayıdan da...”

...Söhbət zamanı şəhid atası qeyd etdi ki, onların oğulları ilə bu görüş son görüşü oldu. Belə ki, İrapovlar ailəsi bir də 2020 –ci ilin sentyabr ayının əvvəllərində İsmayılla telefonla danışıblar. Anası Naimə xanım daha sonra dedi: “Oğlumuz danışanda yenə də “narahat olmayın, vəziyyətimiz yaxşıdır, sakitçilikdir, özüm də, hərbiçi yoldaşlarım da yaxşıdırlar, siz özünüzdən muğayat olun, məndən nigaran olmayın, bu mənim vətəndaşlıq borcumdur. Lazım gələrsə, komandir əmr verəndə düşmənin başını da əzməyə hazırıq...” – demişdi. Oğlumuzla sonuncu dəfə 28 sentyabr 2020 –ci il tarixdə qısaca danışdıq. Artıq 27 sentyabr 2020 –ci ildə müharibə başlamışdı. Danışanda İsmayıl dedi ki, “Biz irəli  gedirik; Allah sizi də, bizi də qorusun, tezliklə sağ-salamat qayıdacağıq – Qələbə müjdəsi ilə...”

...Amma, oğlum bu ölüm – dirim müharibəsində bizim üzümüzü ağ etdi, bizim təlqin etdiyimiz vətənpərvərlik ruhunu kişi oğlu kimi yerinə yetirdi...”

Bütöv Azərbaycanın, qədim Zaqatalanın, dünyaya göz açdığı Əliabad qəsəbəsinin, yengiloyların adını uca etdi - şəhid el oğlumuz İsmayıl...

Onun cəbhədə komandiri olmuş, mayor Anar Quliyev İsmayıl İrapovun müharibədə göstərdiyi qəhrəmanlıqlarındna danışdı: “Müharibə başlayan ilk gündən biz, İsmayılla birlikdə döyüşə başlamışıq. O, gənc olmasına baxmayaraq, qorxu nə olduğunu bilmirdi, əlindəki “TSKA” pulemyotu ilə erməniləri dənləyirdi... Əvvəlcə Cəbrayıl rayonu istiqamətindən döyüşə-döyüşə Füzuli rayonunu düşmən tapdağından azad etməyə başladıq. Bu bölgə də daha ağır döyüşlərimiz oldu. Çünki, düşmən bu əraziyə daha çox canlı qüvvə, texnika toplamışdılar. Bütün çətinliklərə baxmayaraq, üstümüzə mərmi, raket yağışı yağmasına baxmayaraq, döyüşçülərimiz mərdliklə döyüşərək düşmənin həmlələrini dəf etdilər. Bizim cəsur döyüşçümüz İsmayıl İrapov 4 dəfə məni ölümdən xilas etdi, döyüş meydanından daha təhlükəsiz əraziyə çıxartdı. 2 oktyabr 2020 –ci il tarixində Füzulinin Qaraxanlı kəndini İkinci Vətən Müharibəsində ən ağır döyüşlərimiz oldu. Həmin vaxt düşmən hücumunu Ağdam istiqamətindən gözləyirdik. Lakin, faşist ermənilər Füzuli rayonunun hər tərəfindən hücuma keçərək, artileriyadan, minaatanlardan, digər iri çaplı silahlardan bizim mövqelərimizi ardıcıl atəşə tutmağa başladılar. Həmin gün elə bil göydən od ələnirdi... Biz, rayonun “Vodpad” adlanan yerdə və Qaraxanlı kəndində düşmənin dağıtdığı evlərin xarabalıqlarlarında yerləşmişdik. Düşməni ərazidən qovub, torpaqlarımızı onlardan təmizləmək istəyirdik. Daha güclü istehkamlar qurmuş erməni azğınları havadarlarının köməyi ilə əks hücumlarımızın qarşısını həmin anda dəf edirdilər. Həmin döyüşdə düşmən tərəf əsasən 82 –lik və 120 –lik minaatanlardan istifadə edirdilər. Mərmi yağışı altında tez-tez yerimizi dəyişməli olurduq. Mən, digər döyüşçülərimizlə, İsmayıl və Elvin Məlikovdan 30-40 metr aralıda idim. Düşmənin atdığı mərmilərin əksəriyyəti onların yaxınlığına düşdü...Düşmənin minamyot 82 –nin mərmisi bu dəfə onların yerləşdiyi mövqenin lap yaxınlığına düşdü. Artıq onların silahları susmuşdu... Çox çətinliklə də olsa özümü döyüşçülərimi yanına yetirdim. Artıq gec idi... Çünki, hər ikisi ağır yaralanmışdılar. Son nəfəsdə idilər. Yaralarını bağlasam da, təəssüflər olsun ki, onları xilas edə bilmədim. İsmayılın göz qapaqlarını bağladım, həmin döyüşdə daha 6 nəfər hərbiçimiz də ağır yaralandı. Şəhid və yaralıları çox çətinliklə də olsa döyüş meydanından çıxarda bildik... Heyf belə mərd döyşçülərimizdən...”

Qeyd edək ki, mayor Anar Quliyev növbəti döyüş zamanı ağır yaralanaraq 40 gün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında komada qalıb...

Bu məqamda İsamyılın altıncı sinifdə oxuyan bacısı Havvanın söylədiyi sözləri xatırlamaq istədim: “Mənim şəhid, əziz, şirin qardaşım hamımızın xilaskarıdır, o, əvəzolunmaz qəhrəmandır, yeganə qardaşımın ömrünün bahar çağlarında bu həyatdan köçdüyünə görə kədərlənsəm də, şəhadətə qovuşduğuna görə fəxarət, qürur hissləri keçirirəm. Axı, o, heç vaxt unudulmayacaq, daima qəlbimizdə yaşayacaqdır...”

...Yengiloy millətindən olan şəhid İsmayıl İrapovun atası Nəsrulla kişi də Birinci Qarabağ Savaşının iştirakçısı olub. Söylədiyinə görə, o, Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin taborunda Tərtər və Ağdam rayonlarında erməni işğalçılarına qarşı döyüşüb, şücaət göstərib, qəhərmanlıq salnaməsi yaradıb...

...İkinci Qarabağ savaşında Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda gedən ağır döyüşlərdə 18 yaşında həlak olan sərrast atıcı İsmayıl Nəsrulla oğlu İrapov isə 4 oktyabr 2020 –ci il tarixində Əliabad qəsəbəsindəki qəbristanlıqda son mənzilə əsil elin böyük xilaskarı kimi, elliklə yola salındı. Ruhun şad olsun, Vətən oğlu. Qüssələnməyin, kədərlənməyin, başınızı dik tutun Nəsrulla Ata, Naimə Ana və Havva balamız! Siz qəhrəman İsmayılın əzizlərisiniz...

Ölkə başçısının sərəncamı ilə İsmayıl Nəsrullah oğlu İrapov ölümündən sonra “Vətən uğrunda” medalla tltif edilib.

Elman MALIYEV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ