çərşənbə günü, 04 noyabr 2026
     

Münhendə Qarabağ debatına beynəlxalq reaksiyalar da Ermənistan liderini “yerlə bir etdi”…

Image


Dağlıq Qarabağ münaqişəsi tarixində ilk dəfə olaraq Azərbaycan və Ermənistan rəhbərlərinin beynəlxalq ictimaiyyətin gözü önündə açıq debatı Dağlıq Qarabağ münaqişəsi ətrafında maraqlı bir vəziyyət yaradıb. Bu barədə danışmazdan öncə qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən debatda dünya Qarabağ məsələsində  Azərbaycanın tam haqlı tərəf olduğuna bir daha şahidlik etdi.

Digər tərəfdən, debat fonunda daha bir vacib nüans özünü qabarıq şəkiləd büruzə verdi. Çünki masanın bir tərəfində Azərbaycan, digər tərəfində Ermənistan əyləşmişdi. Bu da o demək idi ki, münaqişə tərəfləri masa ətrafında əyləşənlərdir və İrəvanın “Qarabağ münaqişə tərəfidir” iddiası elə bu debat formatı fonunda  tam sıradan çıxmış oldu. Məsələni dəyərləndirən beynəlxalq ekspertlər də bildirir ki, Münhen debatı Qarabağ münaqişəsinin sonrakı gedişinə mütləq mənada öz təsirini göstərəcək. Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev bu xüsusda bildirir ki, erməni tərəfi uzun illər problemin birbaşa konstruktiv müzakirəsindən boyun qaçırıb: “Münhendəki panel diskussiyası bunun səbəbini göstərdi. Rəsmi Ermənistanın birinci şəxsi Nikol Paşinyan işğal olunmuş ərazilərə öz ölkəsinin iddiasını əsaslandırmaqdan ötrü az qala çox tələsik uydurulmuş tarixi faktları səsləndirməyi özünə rəva görür və coğrafi səhvlər buraxırdı. Bununla belə, Azərbaycan prezidenti İlham Əliyev son dərəcə əsaslı və dəqiq idi, hamıya məlum olan faktları ciddi şəkildə əsaslandırırdı, bizim eradan əvvəl guya mövcud olan presedentlərə istinad etmirdi. Erməni qanunsuz birləşmələrinin Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi, qəddarlığına görə misli görünməmiş Xocalı soyqırımını törətməsi faktdır. Ermənistan hökumətinin beynəlxalq hüququn Azərbaycan ərazilərini geri qaytarmağı tələb edən normalarını yerinə yetirməməsi faktdır. Bu da faktdır ki, Paşinyan, guya Dağlıq Qarabağın müstəqilliyini müdafiə etməkdən ötrü onu erməni torpağı adlandırır. Münhendə hər kəs Ermənistan hökumətinin mövqeyinin nə qədər etibarsız, Ermənistanın rəsmi hakimiyyətinin öz iddialarında nə qədər inamsız olduğuna bir daha əmin oldu. Öz tərəfimdən şəxsən onu əlavə etmək istəyirəm ki, nəhayət, dövlətin ərazi bütövlüyünün bərpa edilməsi üçün işğal olunmuş bütün ərazilər dərhal və hər hansı əlavə şərt olmadan Azərbaycana qaytarılmalıdır”.

Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun direktor müavini Darya Qrevtsovanın da məsələyə yanaşması kifayət qədər maraqlıdır. O bildirir ki, Münhen konfransında məlum debat “siyasi boks” üslubunda duel idi: “Müşahidəçilərin mütləq əksəriyyəti qeyd edirlər ki, xalların sayına görə Azərbaycan prezidenti İlham Əliyev inamlı qələbə qazandı. İlham Əliyev bir neçə dəfə Nikol Paşinyanın səhvlərini tutub. O bunu Stalinin heç də Dağlıq Qarabağı Azərbaycanın tərkibinə vermədiyini və Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalacağını təsdiq etməklə etdiyini dedi. Həmçinin İlham Əliyev Şaumyan rayonunun sovet dövründə Dağlıq Qarabağa məxsus olması barədə Paşinyanın iddiasını da ifşa edib. O qeyd edib ki, bu rayon heç vaxt Dağlıq Qarabağın tərkibində olmayıb. Hətta Nikol Paşinyan tələsik və çaşqın vəziyyətdə öz səhvini etiraf etməli olub”.

Ekspert vurğulayıb ki, bu cür mötəbər tədbirlərdə faktlarla bağlı səhvlərə yol verilməsi tamamilə qəbuledilməzdir: “Hər hansı lider bir dəfə səhvə yol verə bilər, lakin bütün dünya arenası qarşısında, mühüm siyasi diskussiya zamanı, dünya təhlükəsizliyi üzrə əsas tədbirdə bunu etmək sadəcə bağışlanmazdır. Bu, onu göstərir ki, İlham Əliyevlə müqayisədə Paşinyan dünya siyasətçilərinin sadəcə başqa, ən aşağı kateqoriyasına daxildir“. Macarıstanın Dunayvaroş Universitetinin tədqiqatçısı Oleksandr Boyko da eyni mövqeni sərgiləyir:“Azərbaycan liderinin çıxışında çoxillik təcrübə özünü göstərirdi. Bunu öz inqilabları haqqında dünyaya car çəkən erməni baş nazir haqqında söyləmək mümkün deyil. Onun fikirləri müzakirə olunan mövzuya aid deyildi. Bu kimə maraqlı idi ki? Hiss olunurdu ki, Paşinyan bu cür yüksək beynəlxalq podiumlara çıxmağa hazır deyil. Çar Tiqranın və ya Paşinyanın bəhs etdiyi digər sülalələrin dövrünün münaqişənin həllinə dəxli yoxdur. Ümumiyyətlə deməliyəm ki, bu cür uzaq zamanlara ekskursiyalar sırf diletantların işidir. Çünki onlar deməyə söz tapmırlar və beynəlxalq hüquq çərçivəsində söhbət apara bilmirlər. Adətən, bu cür söhbətləri parkda oturan təqaüdçülər, taksi sürücüləri, tumsatanlar aparır. Paşinyanın bir mövzudan digərinə, müasir dövrdən qədim vaxtlara amplituda sıçrayışları onunla yekunlaşdı ki, baş nazir çox danışmasına rəğmən ciddi heç bir şey söyləmədi və bununla da Azərbaycan prezidentinə dəqiq arqumentli zərbələr endirmək imkanı verdi. Bu səbəbdən Paşinyanın Münhendəki çıxışı Ermənistan üçün müsbət heç bir şey gətirmədi. Bu onun tarixində qara gün oldu”. Ukrayna Analitika Mərkəzinin rəhbəri Aleksandr Oxrimenko isə bildirir ki, Paşinyan ayrı-ayrı ekspertlərin, o cümlədən Ermənistan ekspertlərinin gözündə belə zəif siyasətçidir. Onun sözlərinə görə, Dağlıq Qarabağ haqqında hər hansı diskussiya ən əsas məsələyə əsaslanmalıdır: “Paşinyanın üzərinə çox ağır yük qoyulub və bu yük nə onun, nə də bütövlükdə Ermənistan siyasətinin qaldıra biləcəyi yük deyil”. Rusiyalı politoloq Yevgeni Mixaylov da məsələni maraqlı rakursdan şərh edir: “Münhendə keçirilən bu qarşılaşma baş nazir Nikol Paşinyanın tutduğu vəzifəyə qətiyyən uyğun gəlmədiyini bütün dünyaya göstərdi. Görüş zamanı bir siyasətçinin bundan daha acınacaqlı vəziyyətə düşməsini təsəvvürə gətirmək mümkün deyil”. Rusiyalı politoloq vurğulayıb ki, Azərbaycan prezidentinin Dağlıq Qarabağla bağlı inamlı və qətiyyətli nitqi ilə müqayisədə Ermənistan baş nazirinin dedikləri dünya ictimaiyyətinin nəzərində son dərəcə sönük və acizdir:“Kimin hansı savada sahib olduğu dərhal sezildi. Diplomatik münasibətlərdən ali təhsil almaq hara, iki milyonluq respublika səviyyəsindəki qəzetlərdə cızma-qaralar dərc etdirmək hara”. Mixaylov qeyd edib ki, Azərbaycan prezidenti öz nitqini beynəlxalq hüquq müddəalarına əsasən qurduğu halda, Ermənistanın baş naziri yalnız “böyük Ermənistan nağılları”ndan dəm vurdu:“Onun acizliyi tamamilə məntiqli olaraq diqqət çəkdiyi İrəvanda belə Münhen konfransında göstərdiyi zəifliyə görə çox sərt tənqidlərə tuş gəldi. Hətta Əliyevlə Paşinyanın əl sıxdıqları fotoşəkildə belə Azərbaycan prezidentinin Paşinyandan istər fiziki, istərsə də ovqat sarıdan nə qədər üstün olduğunu sezmək üçün böyük psixoloq olmaq vacib deyil. Azərbaycan xalqının haqlı olduğuna əmin olan liderinin yanında Paşinyan kiminləsə tanış etmək istədikləri utancaq qız kimi nəzərlərini kənara yayındırır, üzə şax baxmağa cürət etmidi”. Rusiyalı tanınmış tarixçi Oleq Kuznetsov bildirir ki, Münhen Təhlükəsizlik Konfransı Azərbaycan və Ermənistan xalqlarının yaddaşında İlham Əliyevlə Nikol Paşinyan arasında Dağlıq Qarabağ ətrafında gedən müzakirələrlə qalacaq: “İlham Əliyev və Nikol Paşinyan təşkilatçılar tərəfindən bilərəkdən üz-üzə oturdulmuşdu, aralarında isə “hakim” yer almışdı. Diskussiya barədə uzun danışmağa ehtiyac yoxdur, cəmi iki sözlə onu xarakterizə etmək olar – “uşağı döymək”. Rusiyalı tarixçi həmçinin əlavə etdi ki, İlham Əliyevin qələbə çalacağı əvvəlcədən bəlli idi. Çünki o, hər bir göstəriciyə - istər ingilis dili biliyi, ümumi erudisiyası, istərsə də özünü aparmaq qabiliyyəti və özünü auditoriyaya təqdim etmək bacarığına görə opponentini üstələyirdi: “Paşinyanın intellektual mövqeyinin zəif cəhəti ondan ibarət idi ki, o, tutarlı arqumentlərə deyil, Ermənistanın daxili auditoriyası üçün nəzərdə tutulmuş və beynəlxalq normalara zidd ideoloji stereotiplərin və təbliğat doqmalarının kompleksinə əsaslanırdı. Lakin bu, prezident Əliyevi heç narahat etmirdi, çünki o, rəqibinin bacarıqsızlığını dərhal anlamışdı və onu məntiqi arqumetlərlə çıxılmaz vəziyyətə salırdı. Şübhəsiz, “Əliyev - Paşinyan” intellektual duelində birmənalı qalib, hətta texniki nokautla qələbə qazanan Azərbaycan prezidenti oldu”.

Beynəlxalq ekspertlərin bu yanaşmalarını ermənilər özləri də qəbul edir. Bütöv Erməni Milli Tərəqqi təşkilatının həmsədri Lusine Aroyan-Dəlləkyan bu fonda  Paşinyanın biabırcasına məğlub olduğunu bəyan edib: "Biz biabırcasına uduzduq. Erməni olmasaydım, Əliyevə inanardım. O yaxşı hazırlaşmışdı, jestlərin dili savadlı seçilmişdi. Paşinyan nə bir suala tam cavab verdi, nə də əks-zərbələr vurdu. Əliyev öz xeyrinə onu oynadı ki, Qarabağ Azərbaycanın tərkibindədir. Paşinyan bu sahədə lazımlı biliklərə malik deyildi və yarımçıq cavabları onu gülməli vəziyyətə qoydu. O, həmçinin, Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanmasının qeyri-mümkünlüyü barədə heç nə deyə bilmədi. Yaxşı ki, sonra köməyinə Böyük Tiqran yetişdi. Amma qələbə artıq Əliyevin tərəfində idi". Siyasətçi əlavə edib ki, Paşinyan Xankəndinin tarixi ilə bağlı da heç bir söz deməyib və izləyicilərdən ona "mikroinqilabları" barədə sual vermələrini istəməklə özü haqda yazıq zəif elçi təəssüratı yaradıb. Digər erməni ekspert Artak Vardanyan isə qeyd edir: “Bizim baş nazirə istənilən rəsmi tədbirdə ingiliscə danışmaq qanunvericilik səviyyəsində qəti qadağan edilməlidir! Bilirəm ki, heç onun ruscası da yaxşı deyil. Çünki dinləmək məcburiyyətində qalmışam, ona görə deyirəm. Lakin onun ingiliscəsi sadəcə olaraq qorxuncdur! Yarımçıq frazalar. Uyğun sözün əzablı axtarışı, öz bədəninin müxtəlif hissələrini qeyri-ixtiyarı qurdalama. Onun münaqişənin tarixçəsi və mahiyyəti barədə bilikləri, baxmayaraq ki, iki ilə yaxındır ölkəyə rəhbərlik edir, tamamilə səthidir və Paşinyan hələ də sarı bulvar qəzetinin üçüncü növ reportyoru səviyyəsində qalıb”. Politoloq Andranik Tevanyan isə belə yazıb: “Paşinyan yenidən sübut etdi ki, dövlət başçısı kostyumu onun əyninə çox böyükdür”. Ermənistanın “Antifeyk” nəşri yazır ki, Paşinyan Münhendə məsxərə obyekti də oldu və “çar Tiqran dövrü” onu daha rəzil duruma saldı. Bütün bunlar bir daha təsdiq edir ki, əslində, Münhen Təhlükəsizlik Konfransı Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini əhəmiyyətli dərəcədə gücləndirən yeni bir səhifə açıb.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ