şənbə günü, 07 noyabr 2026
     

Qarabağ münaqişəsi Paşinyan iqtidarının da axırına çıxır –“Nikolu inkar et!” yazıları Ermənistanı bürüyür...

Image


Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması fonunda Ermənistanda davamlı şəkildə pisləşməkdə olan sosial-iqtisadi vəziyyət Nikol Paşinyan iqtidarı üçün də ciddi problemə çevrilir.

Məsələ bundadır ki, İrəvanın sosial-iqtisadi sahədə istənilən təşəbbüsü iflasa uğrayır. Yeni hökumət də bu fonda aydın görür ki, Azərbaycan və türkiyə ilə münasibətlər qurulmadan, ölkə regionda həyata keçrilən layihələrə qoşulmadan Ermənistanda hansısa inkişafdan söhbət gedə bilməz. Bütün bunlar üçün isə  Qarabağ münaqişəsinin çözümü əsas şərt qismində çıxış edir.

İndilikdə isə məhz sözügedən konfliktin həllinin uzanması səbəbindən Ermənistan ciddi problemlər məngənəsində boğulur və hətta hadisələrin indiki inkişaf axarı daha sürətlə Paşinyanın əleyhinə işləyir. Xüsusən də Ermənistanın Azərbaycanla sərhəd İcevan rayonunda bu günlərdə baş vermiş hadisələr Nikol Paşinyan və hökuməti üçün ölkəni bürümüş yoxsulluq və işsizlik problemlərindən qaynaqlanan ilk ciddi siqnal hesab edilə bilər. Xatırladaq ki, burada meşə təsərrüfatında özəl biznes fəaliyyəti ilə məşğul olanların hökumətin qərarına qarşı keçirdikləri etiraz aksiyası iğtişaşlarla nəticələnib. Bundan əvvəl Ermənistan parlamenti meşələrin qeyri-qanuni yarılması üçün cinayət məsuliyyəti nəzərdə tutan qanunvericiliyə dəyişiklər edib. İşsizlikdən gileylənən İcevan sakinləri isə jurnalistlərə odun satmağı yeganə qazanc yeri adlandırıblar. İcevan hadisələri Ermənistan hökumətinin son iclasının əsas məsələsi olub. Paşinyan öz doğma şəhərindəki etiraz aksiyasının meşələrdə qeyri-qanuni ağacları kəsib odun satmaqla məşğul olanlar tərəfindən təşkil edildiyini bildirib. Paşinyan etirazçıların tələblərini əsassız adlandırıb və meşə ağaclarını qırmaq məsələsində güzəşt edilməyəcəyini bildirib: "Heç bir kompromis, qeyri-qanuni kompromis olmayacaq. Mən hüquq-mühafizə sistemi qarşısına çox aydın tapşırıq qoyuram və burada söhbət Polis, Milli Təhlükəsizlik Xidməti və başqa hüquq-mühafizə orqanlarının funksionallığından gedir. Qeyri-qanuni fəaliyyətlə heç bir kompromis olmayacaq. Heç kəs Ermənistan hökuməti ilə şantaj dilində danışa bilməz və bunun praktik tətbiqi hüquq-mühafizə sisteminin borcudur".  Reallıq isə göstərir ki, Ermənistanın Azərbaycanla sərhəd bölgələrində ölkənin digər yerlərində olduğu kimi total yoxsulluq və səfalət hökm sürür. Doğrudur, yaşayış məntəqələrinin çoxunda təbii qaz va və hökumət sərhədyanı kəndlərin sakinəri üçün güzəştli tarif tətbiq edir. Lakin əhali olduqca yoxsul olduğundan istifadə edilən təbii qazın haqqını güzəştli tariflərlə də ödəyə bilmir və nəticədə yanacaq kimi odundan istifadə edir. İcevan meşələri həm də əhalinin dolanışıq mənbəyidir, onlar meşələrdən indiyədək maneəsiz odun tədarük edərək satırdılar. İndi isə hökumətin tətbiq etdiyi qadağalar əhalini əsas dolanışıq mənbəyindən məhrum etmiş olur. Paşinyanın hökuməti isə əhaliyə dolanışıq üçün alternativ imkanlar yaratmaq, yeni iş yerləri açmaq və kənd təsərrüfatının inkişafını stimullaşdırmaq imkanında deyil. Onun hakimiyyətə gələrkən verdiyi populist vədləri reallaşdırmaq elə də asan deyil, bütün cəhdlərə və “məxməri inqilab”la bağlı təbliğata baxmayaraq Ermənistana sanballı investisiyalar cəlb etmək mümkün olmur.

Belə vəziyyətdə daha bir insident Gümrüdə qeydə alınıb. Ermənistanın “Qraparak” nəşri yazır ki, üzləşdikləri böyük çətinliklər üzündən Gümrü sakinlərinin çoxu Paşinyana nifrət edir və onu baş nazir kimi görmək istəmirlər. bunu Paşinyan da yaxşı bilir. Qeyd edək ki, Paşinyan bu günlərdə Gümrüdə olub. Onun gəldiyi Gümrü Texnologiya Mərkəzinin ətrafının öncədən blokadaya alınması Gümrü sakinlərini qəzəbləndirib. Məhz bu səbəbdən xalq Paşinyanla görüşüb problemlərini birbaşa onun özünə çatdıra bilməyib. “Qraparak” yazır ki, bu da əhalidə baş nazirə qarşı nifrəti artırır: “Əgər maneələr aradan qaldırılmazsa, xalq daha da qəzəblənəcək. Bloklanmış küçələrlə təsadüfi insanlar keçə bilməz. Gümrü sakinlərinin fikrincə, öncədən hazırlanmış adamalar var ki, Paşinyanın simasını qoruyub saxlamaq üçün onlara bu bloklardan içəri daxil olmağa icazə verəcəklər. Paşinyanın səfərindən əvvəl Gümrünün bir çox küçələrində “Nikolu inkar et” yazıları peyda olub. Bununla da vətəndaşlar Paşinyanın yürütdüyü siyasətlə razı olmadıqlarını ifadə edirlər. Faktiki olaraq Gümrüdə xalq-baş nazir arasında maneələr qoyulub. Xalqın baş nazirə yaxınlaşmaması üçün Gümrü Texnologiya Mərkəzinin ətrafı tamamilə maneələrlə bloklanıb. Əslində Paşinyan başa düşür ki, çoxları ondan narazıdır və vətəndaşlara ona yaxınlaşma imkanı verilərsə, bu zaman Paşinyanın əsl siması ortaya çıxacaq, o halda çoxlarının reallıqda onu qəbul etmədiyi məlum olacaq”.

Daha bir problem isə Göyçə gölündə balıq ovlamağa qadağa qoyulması iəl bağlıdır. Ətrafda yaşayan insanlar indiyə qədər Göyçə gölündə balıq ovlamaqla dolanşıqıların ıtəmin ediblər. Amma hökumət ratıq bunu da qadağan edib. Hakimiyyət tərəfindən əhalinin qanunsuz fəaliyyətinə mane olmaq cəhdləri xalq müqaviməti dərinləşdirir. Beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov bütün bunların Ermənistan hakimiyyəti üçün ciddi problemlərə gətirib çıxardığını bildirir: “İcevanda hakimiyyətin və sadə xalqın qarşıdurması ondan xəbər verir ki, Nikol Paşinyan sağ qalmaq üçün istənilən şansdan istifadə edən əhaliyə qarşı çıxıb. Məhz sağ qalmaq üçün. Bu vəziyyətdə Paşinyanın xalqın etimadını itirməsi tam aydın fakt olaraq üzə çıxır. Hərçənd o, ermənilər əvvəlki rüşvətxorlardan bezəndə xalqın dəstək dalğası ilə ölkə rəhbərliyinə gəlmişdi. İndiki baş nazir insanlara inkişaf və iqtisadi yüksəliş vədi vermişdi. Lakin bunlar yoxdur və üstəlik, vəziyyət yalnız pisləşir. Hətta Rusiyadakı ermənilər Paşinyanın onları məyus etdiklərini hər yerdə dilə gətirirlər. Heç nə dəyişməyib. Oğruları digər oğrular əvəzlədi və sadə əhali ümidlərində yenidən yanıldı. Burada İrəvanın siyasi isteblişmentinin müzakirə etməyi xoşlamadığı köhnə və hamının bildiyi ifadəni xatırlamaq yerinə düşərdi. Bütün tarix boyu erməni xalqının satqınları hər şeydən əvvəl onun siyasi elitaları olublar. Onlar öz maraqlarına nail olmaq üçün öz ölkə və xalqını təqib və səfalət fəlakətinə düçar ediblər.

Tamamilə aydındır ki, İrəvanda klanların qarşıdurması öz pik həddinə çatır və Paşinyan respublikanı idarə etmək qabiliyyətini itirir. Hakimlərin əlaqələrinə və məvaciblərinə nəzarət etmək cəhdləri, bunu ictimaiyyət qarşısına çıxarmaq ona bərpaolunmaz zərərlər vurub. Aydındır ki, hakim kastası qapalı birlikdir və baş nazir kütlələr üzərində nəzarətin çox vacib sahəsini özünə qarşı kökləyib. Keçmiş sovet məkanının bütün ölkələrində hakimlər zəngin insanlardır. Onların fəaliyyətlərində korrupsiya tərkibi ehtimalı olduqca böyükdür. Və bu birliklə tədricən mübarizə aparmaq, zəruri nəticələrə çatmaq üçün taktikanı bir-bir dəyişmək lazımdır. Sənin özündə hakimiyyət yalnız xəyalidirsə, onilliklər ərzində qurulmuş məhkəmə korpusuna qarşı müharibə elan etmək lazım deyil. Bu, yalnız Baş nazirin onsuz da laxlayan mövqelərini pisləşdirib”. Yaranmış durumda Paşinyanın mövcud daxili siyasi və sosial şəraitdə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması istiqamətində dolğun işləmək iqtidarında olub-olmamasına gəlingə, ekspert qeyd edir: “Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması baxımından qabiliyyətinə gəlincə, bu barədə illüziyalara qapılmaq lazım deyil. Hazırda Paşinyanın əsas məqsədi onu hakimiyyətdən məhrum etmək üçün xalqın yenidən küçələrə çıxmamasıdır. Müvafiq olaraq, Qarabağ problemi onun üçün birinci yerdə deyil. Bu, onun bir-birinə zidd bəyanatlarından da aydın görünür. O, gah sülh və danışıqlara hazırdır, gah da onun ətrafı hərbi əməliyyatlar aparmağa və yeni ərazilər tutmağa hazır olduqlarına dair bəyanat verirlər. Amma istənilən halda Qarabağ münaqişəsinin davam etməsi Ermənistana sosial-iqtisadi sahədə getdikcə daha böyük zərər vurur. Bunu Paşinyan ötən bir ildə hakimiyyət rəhbəri kimi getdikcə daha yaxşı görür”.

Digər ekspertlər də bu fikri bölüşür ki, Ermənistandakı sosial-iqtisadi böhran və onun nəticələri yalnız sülh, sabitlik və təhlükəsizlik şəraitində aradan qaldırıla bilər. Münaqişənin həll olunmaması və İrəvanın bu münaqişənin dinc yolla nizamlanması üzrə danışıqlar prosesini süni şəkildə uzatması regional inkişafı əngəlləyir, təcavüzkar ölkənin özünün inkişafını iflic edir. Belə olan halda Ermənistanın münaqişənin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həllinə razılıq verməsindən başqa yolu yoxdur. Yalnız konstruktiv mövqe sərgiləməklə münaqişənin həllinə zəmin yaradacağı halda Ermənistan regional layihələrə qoşula bilər. Iqtisadi layihələrin iştirakçısına çevrilməklə təbii ki, İrəvan öz iqtisadiyyatını tənəzzüldən xilas edə bilər. Digər tərəfdən, işğal siyasətindən əl çəkməklə Ermənistan Türkiyə ilə sərhədlərin açılmasına da nail ola bilər. Bu da bu ölkənin uzun illərdən bəri iqtisadi böhranın əsas səbəblərindən biri olan blokada vəziyyətindən çıxması deməkdir. Azərbaycanın təklifi isə ondan ibarətdir ki, işğal olunmuş ərazilər azad edildikdən sonra Dağlıq Qarabağın hüquqi statusu hazırlana, gələcəkdə Azərbaycan və erməni icmalarının dinc, birgə yaşayışı, regionun iqtisadi, sosial, mədəni inkişafının mexanizmləri hazırlana bilər. Bütün bunlardan tam aydın görünür ki, Qarabağ münaqişəsinin həllindən faydalana bilən əsas tərəflərdən biri məhz Ermənistanın özü olacaq. Əks təqdirdə indiki Ermənistan hakimiyyəti də daxil olmaqla gələcəkdə iqtidara gələn istənilən qüvvə üçün Qarabağ məsələsi sosial-iqtisadi problemlərin başlıca mənbəyi olaraq qalmaqda davam edəcək.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ