Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Tramp “dünya sülhünə” görə 16-cı yeri tutdu - Fələstin sülhü “dünya sülhünə” aid deyil?...

Image


Abutalıb Səmədov: “Bu səbəbdən, təbiidir ki, Trampın sülhpərvər prezident olmaq istəyi müəyyən suallar doğurur”

Ağ Ev Donald Trampın 50 gün ərzində Ukraynadakı müharibəni həll etmək üçün Səudiyyə Ərəbistanında apardığı danışıqlardan ibarət 50 “qalibiyyət” siyahısını dərc edib.

“Qələbə heç vaxt dayanmır və Prezident Tramp yeni başlayır. Budur, Trampın prezidentliyinin ilk 50 günündə Amerika xalqının 50 qələbəsi”, –Ağ Evin bəyanatında deyilir. “Qələbələr” siyahısında 16-cı yerdə Trampın dünya sülhünə nail olmaq səyləri dayanır. “Prezident Tramp Rusiya və Ukraynanı danışıqlar masasına oturtdu, Səudiyyə Ərəbistanında tarixi sülh danışıqları apardı və sülhün ardınca getdi” – deyə Ağ Evin bəyanatında digər “qələbələrdən” söhbət gedir.

Martın 11-də Ciddədə Ukrayna və ABŞ nümayəndə heyətləri arasında Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı danışıqlar başlayıb. Onlar Amerika tərəfi ilə ruslar arasında fevralın 18-də Ər-Riyadda keçirilən danışıqlar fonunda baş verir. Yəqin ki, bu görüş də Ağ Evin qələbələr siyahısına daxil ediləcək.

D.Trampın dünya sülhünə nail olmaq üçün cəhdləri nə qədər yetərlidir ki, 50 qələbədən birini onun dünya sülhü üçün göstərdiyi cəhdlərə görə müəyyən ediblər? Deyək ki, yaxşı, Ukraynada müharibəni dayandırmaq istəyir. Bəs Yaxın Şərqdə İsrail-Fələstin müharibəsinin bitməsi, bura sülhün gətirilməsi üçün nə kimi fəaliyyət göstərir? Qəzzanı almaq istəyir. Gərək müharibə bitsin ki, Qəzzanın bərpası ilə məşğul olunsun. Müəyyən edilsin ki, Qəzzanı Trampa satacaqlar, ya satmayacaqlar. Əvvəlcə ora sülh gətirmək lazımdır ki, Qəzzanı bərpa etmək mümkün olsun. Qəzzada, Fələstində sülhün bərqarar olmasına heç bir çaba göstərmədiyi halda onun dünya sülhünə göstərdiyi fəaliyyətə belə yüksək qiymət vermək nə dərəcədə ədalətlidir?

Dünya sülhünə nail olmaq məsələsində Tramp qalib sayıla bilərmi? Bəs Yaxın Şərqdə niyə belə addımlar atmır?

“Trampın tarixə ən böyük sülh yaradan Amerika prezidenti kimi düşmək istəyi göz qabağındadır”

"Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Tramp prezident seçildikdən, ancaq hələ andiçmə mərasimi olmadan əvvəl İsraillə HƏMAS arasında atəşkəs razılığı əldə olundu və girovların azad edilməsi qərara alındı. “Hələ Bayden hakimiyyətdə idi, bu uğuru öz adına çıxmağa çalışdı, ancaq elə inauqurasiya mərasimində Tramp hamının qarşısında bu uğurun baş verməsində əsas rolu özünün oynadığını dedi və hamı onu ayaq üstə alqışladı, o cümlədən, Bayden də ayağa qalxmaq məcburiyyətində qaldı. Yəni hələ rəsmi prezident kimi fəaliyyətə başlamazdan əvvəl İsrail-Fələstin qarşıdurmasının həllində müəyyən addımlar atdı. Amma təbiidir ki, əsas iş hələ qarşıdadır və Tramp yəqin ki, bu istiqamətdə də əlavə işlər görməyə çalşacaq. Trampın tarixə ən böyük sülh yaradan Amerika prezidenti kimi düşmək istəyi göz qabağındadır. Aktiv şəkildə Ukrayna müharibəsinin də dayandırılmasına çalışır. Bunun üçün Rusiya ilə Səudiyyə Ərəbistanının Əl-Riyad şəhərində danışıqlar getdi. Düzdür, bu danışıqlar sülhdən daha çox ABŞ-la Rusiya arasında diplomatik münasibətlərin bundan sonrakı səviyyəsi barədə aparılan müzakirələr idi. Ancaq eyni zamanda Ukrayna məsələsi də müəyyən qədər müzakirə olundu. Sonra da Ciddə şəhərində Ukrayna nümayəndələri ilə danışıqlar aparıldı və Ukrayna Amerikanın təklif etdiyi atəşkəs planını qəbul etdi. İndi Rusiya buna necə yanaşacaq? Əvvəlki bəyanatları nəzərə alsaq, Rusiya bu cür atəşkəsə etiraz edirdi və məsələnin birdəfəlik həll olunmasını tələb edirdi. Yəni müvəqqəti atəşkəs yox, dayanıqlı sülh olmalıdır və Ukrayna bundan sonra hərbi yolla nəyəsə nail olmağa cəhd göstərməməlidir. Rusiyanın mövqeyi bundan ibarət idi. Eyni zamanda konkret tələblər də qoymuşdu - Rusiyanın özününkü elan etdiyi 4 vilayətin yerdə qalan hissəsindən Ukrayna hərbiçilərinin çıxarılması, sanksiyaların götürülməsi, Ukrayna ordusunun əsgər sayı, hərbi texnika sayı barədə Rusiyanın tələblərinin qəbul olunması və ən əsası da Ukraynanın neytrallığı və NATO-ya üzv olmaması və qeyri-nüvə dövləti olması. Bu, təbiidir ki, sülh planından daha çox ultimatumu xatırladırdı və aydın idi ki, Tramp da bunun hamısını qəbul edə bilməz. Baxmayaraq ki, əsas kimi Rusiyanın planı götürüldü, Ukraynanın təklif etdiyi sülh planına Tramp, demək olar ki, əhəmiyyət vermədi, ordan yalnız iki maddə onun üçün maraqlı idi. Biri Ukraynanın təbii sərvətlərinin birgə istismarı, digəri isə Ukrayna ordusunun gələcəkdə Avropada Amerika əsgərlərini əvəz etməsi. İndi aydındır ki, Rusiya dərhal atəşkəsə getməyəcək, çünki artıq Kurskda, demək olar ki, Ukrayna ordusunu mühasirəyə almaq üzrədir və Kursk ərazisinin böyük ərazisi azad olunub. Bu şəraitdə atəşkəsə getmək də Rusiyanın maraqlarına cavab vermir. Üstəlik, Rusiyanın Ukrayna ərazisində də mühüm yaşayış məntəqələrini tutmaq planı var. Hələlik o məqsədə də çata bilməyib. Bu səbəbdən yəqin ki, atəşkəs məsələsində ən azından vaxt qazanmağa çalışacaq. Çox güman ki, Trampla münasibətlərini qorumağa cəhd göstərəcək, qarşıdurmaya getməyəcək. Çünki Trampın xarakterini bilir və onun Baydendən fərqli olaraq ən kəskin addımlar ata biləcəyinə də bələddir. Söhbət sanksiyalardan, daha çox silahların Ukraynaya verilməsindən gedir ki, bu, Rusiya üçün arzuolunmazdır. Ancaq Trampın da bu cür addımlar atmaqda maraqlı olmadığı göz qabağındadır. Bax, belə gərgin vəziyyət yaranıb. Yaxın günlərdə Rusiyanın mövqeyi aydın olacaq. Çalışacaqlar ki, bir qədər uzatsınlar. Mənə elə gəlir ki, bu ən çox ehtimal olunan variantdır”.

A.Səmədovun fikrincə, Trampın sülhə bu qədər əhəmiyyət verməsi bizim üçün də müsbət nəticələr verə bilər və Ermənistan sülh sazişinin imzalanmasını ləngidir, Ermənistana zəruri təzyiqlər göstərilməsinə ehtiyac var, Tramp bu işi hamıdan yaxşı bacarır. “Tamamilə mümkündür ki, Tramp öz qələbələrin sırasına Azərbaycan-Ermənistan sülh sazişinin imzalanmasını da salmaq istəyir. Burda da çox böyük məsafə qət olunduğuna görə, yəqin ki, Tramp bu istiqamətdə də addımlar atacaq. Bütövlükdə, Trampın dünyada sülhə nail olmaq cəhdləri, təbiidir ki, təqdirəlayiqdir. Çox böyük enerji ilə işləyir. Bu da qeyd olunmalıdır. Ancaq sülh yaratmaq istəyən dövlət başçısı Qrenlandiyanı ələ keçirmək, Kanadını ABŞ-ın 51-ci ştatı etmək və digər məsələlər barədə, yəqin ki, bəyanatlar verməməli idi. Çünki bu, yeni qarşıdurma ocaqları yaratmağa yönəlmiş bəyanatlardır. Əgər sülh istəyirsənsə, digər dövlətlərin ərazisinə gərək göz dikməyəsən. Bu səbəbdən təbiidir ki, Trampın sülhpərvər prezident olmaq istəyi müəyyən suallar doğurur. Ancaq qarşısına qoyduğu hədəflərə çatmaq üçün ardıcıl fəaliyyəti bütün dünya tərəfindən təqdir olunur və ilk növbədə Ukrayna ilə bağlı onun atdığı ardıcıl addımlar bölgəyə sülh gətirə bilər”.

A.Səmədovun sözlərinə görə, bu, təbiidir ki, Ukraynanın xeyrinə olmayacaq, ancaq əsas məsələ qanlı qarşıdurmaya son qoyulmasıdır. “Güman edirəm ki, İsrail-Fələstin qarşıdurmasında da Tramp real addımlar atmağa cəhd göstərəcək. Tramp Qəzza barədə verdiyi bəyanatdan imtina edəcəkmi? Güman edirəm ki, əgər dünyada həqiqətən də yeni gərginlik ocağı yaratmaq istəmirsə bu cür bəyanatlar verməməlidir, bu cür mövqe tutmamalıdır. Milyonlarla insanı Qəzza zolağından çıxarmaq, qonşu ölkələrə köçürmək və həmin ərazini götürüb “abadlaşdırmaq” nə yaxın Şərqə, nə də ABŞ-a yaxşı heç nə vəd etmir” - deyə A.Səmədov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ