Cümə günü, 13 noyabr 2026
     

Xəzər hövzəsində sülhün gələcəyi Azərbaycandan asılı durumda…

Image


Bu gün Xəzər hövzəsi əvvəlki dövrlərlə müqayisədə dünyanın diqqətini daha çox özünə cəlb edir. Bu da səbəbsiz deyil. Dəniz enerji resursları ilə olduqca zəngindir və Azərbaycan sayəsində dünya bu ehtiyatlara çıxış əldə edib. Lakin Rusiya-Ukrayna müharibəsi fonunda bəlli olur ki, dünyanın, indiki halda Qərb dünyasının daha çox həcmdə Xəzərin enerji resurslarına ehtiyacı var.

Bu şəraitdə Xəzəryanı ölkələrin qarşılıqlı əməkdaşlığını daha da dərinləşdirməsi zəruri şərt kimi çıxış edir. Elə prezident İlham Əliyev də I Xəzər Zirvə görüşündə çıxışı zamanı bu məqama xüsusi diqqət etdi. Bir daha bəlli oldu ki, Azərbaycan Xəzərdə qarşılıqlı fəaliyyətə böyük əhəmiyyət verir. Xüsusən də dənizin statusunun müəyyn edilməsi bunun üçün əlverişli zəmin yaradır. Xatırladaq ki, 2018-ci ilin avqust ayında Xəzəryanı dövlətlərin prezidentlərinin Qazaxıstanın Aktau şəhərində gerçəkləşən V Zirvə toplantısında dənizin hüquqi statusu haqqında Konvensiya imzalanıb. Sözügedən sənəd neft və qaz yataqlarının məxsusluğu, Xəzərin dibi ilə boru kəmərlərinin çəkilməsi və dənizdə üçüncü ölkələrin hərbi qüvvələrinin mövcudluğu məsələlərinin aydınlaşmasında mühüm addım oldu. Beləliklə, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi hövzə ölkələri arasında yaranan iqtisadi, enerji, siyasi, hərbi, ekoloji və geosiyasi risqləri aradan qaldırdı. Xatırladaq ki, Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistan prezidentlərinin toplaşdıqları Aktau sammitində uzun illər davam edən müzakirələrin nəticələrini təsdiqləyən bir sıra mühüm əhəmiyyət daşıyan sənədlər imzalandı. Həmin sənədlərdə mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlıq, iqtisadi-ticari, nəqliyyat sahələrində əməkdaşlıq, münaqişələrin aradan qaldırılması, sərhəd qurumlarının əməkdaşlığı kimi məsələlərin həlli öz ifadəsini tapdı. Sammitdə imzalanan Xəzər Konvensiyası ilə yanaşı, yekunda qəbul edilən “Beşinci Xəzər sammitinin Kommünikesi” daha mühüm əhəmiyyətə malik oldu. Çünki Xəzərlə bağlı keçirilən 2002-ci il Aşqabad, 2007-ci il Tehran, 2010-cu il Bakı və 2014-cü il Həştərxan sammitlərində nəticəsiz qalan müzakirələr bu tədbirdə, Aktau sammitində uğurla yekunlaşdı. Beş ölkə lideri tərəfindən beynəlxalq müqavilə – Xəzərin hüquqi statusu haqqında beynəlxalq Konvensiya konsensus və bütün tərəflərin qarşılıqlı maraqları nəzərə alınmaqla təsdiqləndi. Sənəddə xüsusi vurğulanırdı ki, bu sənəd Xəzərin müasir tələblərə cavab verən və sahilyanı dövlətlərin hərtərəfli qarşılıqlı əlaqələrinin bundan sonra da intensivləşməsinə imkan yaradan hüquqi rejimini müəyyənləşdirir. Sammitdə Xəzəryanı dövlətlərin hökumətləri tərəfindən ticari-iqtisadi əməkdaşlıq, nəqliyyat, energetika, innovasiya, turizm, informasiya və başqa sferalarda əlaqələrin gücləndirilməsinə dair razılaşmalar böyük məmnunluq doğurduğu diqqətə çatdırıldı. Kommünikedə dəniz nəqliyyatı üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə ortaq fikrin formalaşmasına da böyük qiymət verildi. Bu sferada beştərəfli müqavilənin işlənib hazırlanması barədə qərar qəbul edildi. Sənəddə Xəzəryanı ölkələr arasındakı anlaşılmazlığın həlli, təhlükəsizlik, ekoloji sferada əməkdaşlıq və hərbi sahədə qarşılıqlı etimadın yüksəldilməsi məsələləri xüsusi vurğulandı. Sözügedən Xəzər dənizi region ölkələri arasında ticari-iqtisadi əlaqələrin dərinləşdirilməsi, enerji ehtiyatlarının mənimsənilməsi və beynəlxalq bazarlara nəql edilməsi üzrə investisiya şəraitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyalar yaradılması, yüksək rentabelli, ekoloji təmiz texnologiyaların cəlb olunması baxımından mühüm önəm daşıyır. Məhz bütün bunlardan sonra ötən il yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması reallaşdı. Beləliklə, Xəzərdə praktiki əməkdaşlığın uğurlu nümunəsi ortaya qoyuldu.

O da məlumdur ki, Rusiya-Ukrayna müharibəsi fonunda dünyanın hər yerində beynəlxalq yükdaşımalar sahəsində rəqabət daha da yüksəlib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tam istifadəyə verilməsi isə Asiya ilə Avropanın, Şimalla Cənubun, Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanın nəqliyyat dəhlizi kimi önəmini daha da artırıb. Azərbaycan özünü təkcə neft və qaz ixrac edən ölkə kimi deyil, həm də beynəlxalq nəqliyyat qovşağı və logistika mərkəzi kimi təqdim edir. Azərbaycanın tranzit imkanlarının artırılması istiqamətində bu məsələ də daim diqqət mərkəzində saxlanılıb. Təsadüfi deyil ki, Azərbaycan Xəzər dənizində 260 gəmidən ibarət ən böyük donanmaya malikdir. Azərbaycanın malik olduğu infrastuktur, digər tranzit imkanları Mərkəzi Asiya ölkələri üçün kifayət qədər cəlbedicidir. Elə bunun nəticəsidir ki, sözügedən regionda yer alan ölkələr Azərbaycan üzərindən daha çox həcmdə məhsul ixracı istiqamətində aktiv fəaliyyətə start veriblər. İndi Qazaxıstan və Türkmənistan öz enerji məhsullarının Azərbaycan vasitəsilə dünya bazarlarına çatdırılmasına böyük maraq göstərir. Bu məsələ Gürcüstanın Batumi şəhərində “Neft və neft məhsullarının Cənubi Qafqaz nəqliyyat dəhlizi ilə nəqli” adlı beynəlxalq konfransda əsas diqqət mərkəzində olub. Konfransda Qazaxıstan və Türkmənistanın neft, neft məhsullarının Azərbaycan, Gürcüstan ərazisindən nəqli, bu yüklərin ötürülməsi imkanları müzakirə edilib. Aparılan müzakirələrdə Xəzər dənizindəki Qazaxıstan, Türkmənistan və Azərbaycanın limanlarının və neft terminallarının yükburaxma qabiliyyəti, onların imkanları, dəmir yollarının imkanları diqqət mərkəzində olub. Qeyd etmək lazımdır ki, son illər ərzində yükdaşımalar üçün infrastukturunu təkmiləşdirən, inkişaf etdirən Azərbaycan ərazisindən daha böyük həcmdə tranzit məhsullarını ötürməyə hazırdır. Bu, Batumi şəhərində keçirilən konfransda da diqqətə çatdırılıb. Nəticə etibarı ilə Azərbaycan vasitəsilə Mərkəzi Asiyadan daşınan enerji məhsullarının həcmində ciddi artım olması gözlənilir. Mərkəzi Asiya-Qafqaz-Avropa marşrutu təkcə neft və neft məhsulları yox, digər yükləri daşınması baxımından da Qazaxıstan, Türkmənistan üçün olduqca cəlbedicidir. Belə ki, Azərbaycanın əsas iştirakçlılarından biri olduğu Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi üzərindən hazırda ən müxtəlif yüklərin daşınması mümkündür. Azərbaycanın tranzit imkanları Mərkəzi Asiyanın aparıcı ölkələri sırasında yer alan Özbəkistanın da ixrac imkanlarının genişləndirilməsinə böyük töhfələr vermək iqtidarındadır. Özbəkistan üçün nəqliyyat əlaqələrinin inkişafı və davamlılığı xüsusi önəm kəsb edir. Bu məsələyə xüsusi diqqət yetirən Özbəkistan artıq Xəzər dənizindəki Türkmənbaşı limanından istifadə edə bilməsi üçün Türkmənistanla razılığa gəlib. İndi rəsmi Daşkənd üçün əsas prioritet Bakı limanına çıxış əldə etməkdir. Bu məsələ də Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri fonunda artıq öz həllini tapıb. Qarşıdakı dövr ərzində Türkmənbaşıdan Bakı limanına çatdırılan özbək yükləri Bakı-Tiflis-Qars dəmir yolu ilə Türkiyəyə, oradan da Avropaya aparılacaq. Eyni zamanda bu kontekstdə görülən işlər belə qənaətə gəlməyə əsas verir ki, Azərbaycan mühüm beynəlxalq nəqliyyat qovşağı statusunu daha da möhkəmləndirəcək. Mövcud marşrutlarlarla yanaşı, Azərbaycan yenə belə tranzit dəhlizlərinin yaradılması istiqamətində də intensiv iş aparır. Bu xüsusda Zəngəzur dəhlizi, eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında reallaşdırılan müxtəlif istiqamətli layihələr indi daha çox diqqət cəlb edir. 

Bütün bunlar bir daha təsdiq edir ki, Xəzərin təhlükəsizlik və əməkdaşlıq dənizinə çevrilməsində Azərbaycan müvafiq addımlar atır, elə region ölkələri tərəfindən də buna böyük diqqət yetirilir, qarşıya çıxan problemlərin həlli istiqamətində uğurlu addımlar atılır. Elə Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı bunun növbəti təsdiqi oldu.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ