çərşənbə axşamı günü, 13 oktyabr 2026
     

Qarabağda iki yüz il əvvəl erməniləşdirilmiş alban-xristian irsini əsl sahibinə qaytarmaq vaxtıdır - Prezident çox maraqlı tarixi fakt açdı

Image


“...Kəlbəcər bizim qədim torpağımızdır. Qədim Azərbaycan torpağıdır. Kəlbəcər ərazi baxımından bizim ən böyük rayonlarımızdan biridir. Kəlbəcərin tarixi abidələri bizim böyük sərvətimizdir. Həm məscidlər, həm kilsələr bizim tarixi sərvətimizdir. Azərbaycan xalqı onu yaxşı bilir və bütün dünya bilməlidir ki, Kəlbəcərdə mövcud olan kilsələr qədim Qafqaz Albaniyası dövlətinə məxsusdur.

Bunu təsdiqləyən bir çox tarixi sənədlər var. Bu, heç kəsə sirr deyil. Sadəcə olaraq, erməni “tarixçiləri” və saxtakarlar qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər, öz yazılarını oraya əlavə ediblər və bu kilsələri özününküləşdiriblər. Tarixə baxmaq kifayətdir, hər kəs görsün ki, 1830-cu illərdə Çar Rusiyası alban kilsəsini ləğv etdi, alban kilsəsinin bütün mülkiyyətini erməni Qriqorian kilsəsinə verdi və erməni keşişləri, onların havadarları bu kilsələri mənimsəməyə başladılar. Qafqaz Albaniyasının tarixini silmək, unutdurmaq onların başlıca vəzifəsi idi. Amma biz imkan vermədik. Azərbaycanda bu məsələ ilə bağlı kifayət qədər böyük elmi baza var, əsərlər var. Bu əsərlər nəinki elm ictimaiyyətinə, bütövlükdə, dünya ictimaiyyətinə çatdırılır və çatdırılmalıdır. Qafqaz Albaniyası böyük dövlət olub. Onun paytaxtı Qəbələ şəhəri olub. Qafqaz Albaniyasına aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir. Biz bu kilsələri qoruyuruq. Mən bu kilsələrdə dəfələrlə olmuşam, Şəki şəhərində, Qəbələ rayonunda, Udi kilsəsində. Bildiyiniz kimi, müharibə dövründə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nic qəsəbəsində qədim Udi Qafqaz Albaniyası kilsəsinin təmir işləri yekunlaşdı və bu kilsənin açılışı oldu. Biz bu kilsələri mədəni sərvətimiz kimi qoruyuruq. Ona görə heç kim narahat olmasın. Bu kilsələr bundan sonra da dövlət tərəfindən qorunacaq. Azərbaycanın multikulturalizmlə, dinlərarası münasibətlə bağlı apardığı siyasət bütün dünya tərəfindən, dünya liderləri tərəfindən təqdirlə qarşılanır...”. Bu fikirləri Prezident İlham Əliyev Kəlbəcərin işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində bildirib.

  • Alban kilsəsi Eçmiədzinin əsarətindən xilas edilməlidir

Prezident İlham Əliyev tariximiz üçün olduqca vacib bir məsələni gündəmə gətirib. Bu həm də o deməkdir ki, xristian Alban kilsəsinin Qriqorian-Eçmiədzin kilsəsinin tabeliyindən çıxarılmasına və onun müstəqilliyinin bərpa edilməsinə yaxınlaşırıq.

Məlum olduğu kimi, Qarabağda Alban memarlığını özündə əks etdirən IV-XVI əsrlərə aid bir neçə Alban kilsəsi bizim dövrə qədər gəlib çatıb. Bildiyimiz kimi, işğal dövründə Qafqaz Albaniyasının xristian kilsəsinə aid bütün kilsə, məbəd və monastırları “erməni abidələri” kimi qələmə verilib. Həmin abidələr sırasında Laçın rayonunda yerləşən Ağoğlan monastırı, Kəlbəcər rayonunda Gəncəsər, Xudavəng monastırları, Xocavənd rayonunda Amaras monastırı, Ağdərədə Müqəddəs Yelisey məbəd kompleksi də var.

Ekspertlər hesab edirlər ki, Çar Rusiyasının Alban kilsəsini ləğv etməsi alban xristianlığının səhnədən silinməsinə xidmət edib. 200 ildir Eçmiədzinin tabeliyində olan Alban xristian kilsəsinin artıq onlardan alınmasının vaxtının çatdığını deyən ekspertlər hesab edirlər ki, gec-tez, biz buna nail olacağıq.

  • Azərbaycanda xristianlıq necə yaranıb?

Tarix elmləri doktoru, professor Kərim Şükürovun qeyd etdiyinə görə, Eçmiədzində meydana gələn erməni kilsə tarixi ədəbiyyatından fərqli olaraq, keçmiş İstanbul patriarxı Malaxiya Ormanian fransız dilindən rus dilinə tərcümə edilmiş kitabında (1913) Alban kilsəsi haqqında yazır ki, Xəzər Albaniyası taxtı XIX əsrin əvvəllərində ləğv olunub, yəni o, Alban kilsəsinin ləğvini etiraf edir. “Albaniyada xristianlığın meydana gəlməsi, Alban kilsəsinin təşəkkülü, tarixinin bir sıra problemləri tədqiqat obyekti olub. Burada əsas diqqət Alban kilsəsinin son mərhələsi, yaxud onun ləğvi və ya məhv edilməsi tarixinin bəzi məsələlərinə yönəlib. Alban xalqı Qafqazın yerli əhalisi olub, azərbaycanlıların etnogenezisində özünəməxsus yerə malik idi. Alban dilində zəngin ədəbiyyat yaradılmış, alban tarixi-coğrafi ədəbiyyatı meydana gəlmiş, albanların tarixi antik dövrün ən məşhur tarixçi və coğrafiyaşünaslarının diqqət mərkəzində olub. Minillik Albaniya dövləti (e.ə. IV – e. VII əsrlər) Azərbaycanın dövlətçilik tarixində dərin iz buraxmış, onun yaratdığı irs sonrakı Azərbaycan dövlətlərinin həyatında da mühüm rolunu davam etdirib.

Dünyada ilk xristian kilsələrindən olan Alban kilsəsi (313-cü ildən dövlət dini olub) meydana gəldikdən sonra albanların və Albaniyanın həyatının ayrılmaz tərkib hissəsini təşkil edib. Alban kilsəsi Albaniyada dövlətin mövcudluğu şəraitində siyasi dəstək görmüş, cəmiyyət həyatında geniş nüfuz qazanıb. K.V.Trever yazır ki, Albaniyada xristianlığı daha çox qətiyyətlə yayan çar III Vaçaqan (487-510) olub. Onun tərəfindən feodal iyerarxiyasına uyğun təsis edilən kilsə iyerarxiyası zaman keçdikcə, bəzən dünyəvi hakimiyyətin ziyanına, geniş hüquqlardan istifadə etmişdi. Kilsə hakimiyyəti kilsə-inzibati vahidləri – yeparxiyalar/yepiskopluqlar üzrə bölünürdü. V-VIII əsrlərdə Albaniyada 12 yepiskopluq (Qəbələ, Amaras, Şəki, Girdiman, Bərdə və b.) var idi.

Alban kilsəsi yarandığı vaxtdan etibarən dünya xristian aləmi ilə əlaqədə olub, onun əsas hadisələrində iştirak edib…”.

  • Ermənilərin Alban kilsələrini mənimsəməsinə Çar Rusiya necə dəstək göstərib?

K.Şükürovun qeydlərinə görə, 1828-1829-cu illər Rus-Türk müharibəsində qələbə və Ədirnə müqaviləsinin bağlanması da Rusiyanın mövqeyini gücləndirdi. “Rusiya hökuməti Osmanlı ermənilərinin yeni işğal edilmiş torpaqlara köçürülməsi ilə birgə, gələcəkdə Osmanlı ermənilərindən də siyasi məqsədləri üçün istifadə planını gündəliyə gətirdi. Belə bir şəraitdə erməni-qriqorian kilsəsinin imperiyadakı yerinin müəyyənləşdirilməsi istiqamətində addımlar atılmağa və əsasnamə hazırlanması üçün tədbirlər görülməyə başlandı. Son zamanlar erməni tarixşünaslığının bu məsələyə diqqəti artıb. Bu işlər erməni kilsəsinin mövqeyini müdafiə etməkdən irəli getmir, faktlar bu qəlibə pərçimlənir, Alban kilsəsinin ləğvi üzərindən keçilir. Alban kilsəsinin hüquqi baxımdan ləğvi və sonrakı taleyi erməni-qriqorian kilsəsi haqqında 1836-cı il 11 mart əsasnaməsi ilə bağlı olub. Bundan əlavə, Azərbaycan gerçəkliyi ilə bağlı bir sıra məsələlər də əsasnamədə əksini tapmış və təhrif edilib. Ona görə də bu əsasnamənin qəbulu, əsas müddəaları və həyata keçirilməsi Azərbaycan tarixi üçün də vacibdir, halbuki, bu məsələlər indiyədək diqqətdən kənarda qalıb.

Bu əsasnamənin hazırlanması ərəfəsində erməni kilsəsinin vəziyyəti, qəbulu və s. mühüm məsələlər haqqında Rusiya Dövlət Tarix Arxivində mühafizə olunan xüsusi tapşırıqlar üzrə məmur A.V.Petrovun erməni-qriqorian kilsəsinin müasir vəziyyətinə dair qeydlərində (1911) maraqlı məlumat verilir. Petrov yazırdı ki, 1836-cı il əsasnaməsinin tərtibinədək erməni kilsəsinin işi tam pozulmuşdu. Bu haqda tam inamla qraf Paskeviç 1830-cu ildə daxili işlər nazirinə aşağıdakıları yazırdı ki, qriqorian kilsəsində az da olsa, nizam yoxdur, hər şey həqiqi hakimiyyəti ələ keçirməyə nail olmuş bir neçə adamın özbaşınalığından asılıdır. Patriarx yalnız adda kilsənin başçısıdır, sinodun ancaq adı var, məlum olduğuna görə, hətta yazılı qərarları belə yoxdur. Hər halda, onlar heç vaxt ali ruhani üzvlərin özləri üçün də aşkar deyildi, yeparxiya yepiskopları və digər ruhani və kilsə xadimlərinin hüquq və hakimiyyəti də müəyyən edilməmişdi. Bir sözlə, müsbət bir şey yoxdur, bütün fəaliyyət bir neçə ali ruhani şəxsin müstəsna iradəsindən asılıdır. Keçmiş qaydalar ermənilərdə həmin zamanda digər xristianlardakı kimi olub və buna görə də çox halda Yunanıstan, Rusiya kilsəsi idarəsinin qaydalarına uyğundur…”.

  • Alban kilsəsi 1836-cı ildə Çar Rusiyası tərəfindən əsassız olaraq erməni qriqorian kilsəsinin tabeliyinə verilərək, fəaliyyətini tam dayandırıb

Azərbaycanın işğal olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılovun sözlərinə görə, Azərbaycanda Alban kilsəsinin müstəqilliyi bərpa edilməli, alban kilsəsi erməni təsirindən çıxmalıdır. O qeyd etdi ki, Qafqaz Albaniyasında mövcud olan Alban kilsəsi I Nikolayın 11 mart 1836-cı il tarixli fərmanına əsaslanan Rusiya Senatının 10 aprel 1836-cı il tarixli əsasnaməsinə görə, erməni-qriqorian kilsəsinin idarəçiliyinə daxil edilib. Mütəxəssisin bildirdiyinə görə, Alban kilsəsi 1836-cı ildə Çar Rusiyası tərəfindən əsassız olaraq erməni qriqorian kilsəsinin tabeliyinə verilərək, fəaliyyətini tam dayandırıb. O vurğuladı ki, 2003-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Alban-udi xristian icmasını qeydiyyata alıb və Qafqaz Albaniyası dövründə mövcud olan 26 tayfadan indi udilər qalıb və udilər Azərbaycan dövlətinə, dövlətçiliyinə bağlı olan, onun müdafiəsində dayanan bir xalqdır. Biz yaxın gələcəkdə Alban kilsəsini erməni kilsəsinin tabeliyindən çıxarmalıyıq, onu onlardan almalıyıq. Ekspert hesab edir ki, Azərbaycana aid olan alban dövrü mədəni irsi, monastırları birbaşa erməni kilsəsinin tabeliyindədir, kilsə qanunlarına görə, alban kilsələri onların ərazisidir. “Biz onu geri qaytarmalıyıq. Azərbaycanda Alban kilsəsinin müstəqilliyi bərpa edilməli, kilsə erməni təsirindən çıxmalı və onun statusu bərpa edilməlidir. Azərbaycan böyük Albaniyanın şəriksiz varisidir və sözsüz, orada xristianlıq abidələri, kilsələr birbaşa Azərbaycanın əsas mədəni irsidir, Azərbaycan bu irsin əsl sahibidir” - deyə ekspert bildirdi.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb" - Prezident

13.10.2026 / 11:49
Fələstinin erməni naziri Bakıya gəlir...

13.10.2026 / 11:48
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

13.10.2026 / 11:45
"Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək" - Prezident İlham Əliyev

13.10.2026 / 11:39
Prezident: "Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir"

13.10.2026 / 11:36
"Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək" - Prezident

13.10.2026 / 11:33
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO

13.10.2026 / 11:31
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib - FOTO/ YENİLƏNDİ

13.10.2026 / 11:29
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:20
Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR...

13.10.2026 / 11:01
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub - FOTO

13.10.2026 / 10:52
Britaniyanın Fairford hərbi hava bazasına hücum iddiası... 29 ölkə İrana sərt xəbərdarlıq etdi - hərəkətə keçəcəyik…

13.10.2026 / 10:43
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO

13.10.2026 / 10:07
NİİM-dən motosiklet və skuter sürənlərə xəbərdarlıq - bu sizə məsuliyyətdən yayınmaq hüququ vermir... VİDEO

13.10.2026 / 09:53
“Mercedes” qatarla toqquşdu - sürücü son anda qurtuldu...

13.10.2026 / 09:36
Novak Avropanı ifşa etdi – sanksiyalar hara, 320 milyardlıq ticarət hara…

13.10.2026 / 09:23
Ukrayna ilk dəfə Rusiyanı öz ballistik raketi ilə vurdu…

13.10.2026 / 09:11
“44” bədii filmi ilə bağlı mətbuat konfransı keçirildi

13.10.2026 / 06:42
Finlandiya XİN-dən Aİ ölkələrinə çağırış - “ruslara vizaları dayandırın…”

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

12.10.2026 / 17:38
Ukraynalılar Trampın yaxınları ilə Mayami danışıqlarını vaxtından əvvəl tərk etdilər...

12.10.2026 / 17:06
Bismillah adlı şəxs - “Təkböyrəklilər ölkəsində baş verən dəhşət" ...

12.10.2026 / 16:50
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - FOTO

12.10.2026 / 16:29
Kallas Trampın Rusiya ilə dizel anlaşmasına çox aqressiv cavab verdi...

12.10.2026 / 16:20
Laos Prezidenti Bakıya gəldi - FOTO

12.10.2026 / 16:17
"Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir" - Vüqar Rəhimzadə

12.10.2026 / 16:04
Bakıda məktəb direktorunun avtomobili yandırıldı

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 15:19
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

12.10.2026 / 15:16
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqləndi

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 14:17
MŞ-nın komissiya sədri Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib - FOTO

12.10.2026 / 13:50
Prezident İlham Əliyev və Mehriban Əliyevanın adından Kambocanın Baş naziri və Birinci xanımının şərəfinə rəsmi nahar verilib - FOTO

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ