şənbə günü, 24 oktyabr 2026
     

Ədəbi irsimizdə azərbaycançılıq ideyasının daha bir önəmli mənbəyi - Bakıxanov...

Image


Azərbaycan şairi, yazıçısı, alimi, mütəfəkkiri, tərcüməçisi, Azərbaycanın ilk tarixçisi hesab olunan Abbasqulu ağa Bakıxanov (Bakıxanov Abbasqulu Mirzə Məhəmməd oğlu, Qüdsi) XIX əsrdə yetişmiş maarifçilərimizdən biri kimi azərbaycançılıq ideyasının, bütövlükdə isə azərbaycanşünaslığın inkişafında özünəməxsus rol oynayıb.

Azərbaycan tarixşünaslıq elminin əsasını qoymaqla Bakıxanov xalqımızın təşəkkül tarixinə, milli düşüncəsinə, şüuruna əvəzsiz töhfələr bəxş edib.

Tədqiqatçı Zöhrə Əliyevanın “Azərbaycan maarifçiliyi və dünya ədəbi-nəzəri fikri” əsərində qeyd edilir ki, Azərbaycan ədəbi-bədii fikri və mədəniyyəti Şərq və Qərbin səmərəli və mənəvi dəyərlərinin sintezidir. Tədqiqatçılar vurğulayırlar ki, XIX əsrdə yaşayıb-yaratmış Azərbaycan ziyalılarının əksəriyyəti, o cümlədən də Bakıxanov Şərq və Qərb sivilizasiyaları arasında mənəvi körpü rolunu oynayıb.

Fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərov qeyd edir ki, bir milli ideoloji hərəkat kimi maarifçilik öz böyük tarixi-tipoloji funksiyasını Yaxın və Orta Şərqdə, eləcə də, Azərbaycanda da icra etmiş olur: “İctimai və bədii təfəkkürün məhz maarifçilik mərhələsində Azərbaycanda da antifeodal məfkurənin və realist metodun müstəqil milli tipi yarana bilir. Məhz bu zaman - XIX əsrin ortalarından ümummilli ədəbi dilin təşəkkülü prosesi başa çatır, demokratizm ideologiya kimi formalaşır, rus və Qərb mədəniyyəti ilə əlaqələr güclənir, klassik romantik poeziyanın, həmçinin, Vaqif, Zakir, Vazeh və Bakıxanovun timsalında “yeni dövr” ədəbiyyatının təşəkkülü üçün bilavasitə bədii-estetik ənənələr də öz tarixi keçid və zəmin rolunu icra etməyə başlayır.

Maraqlıdır ki, bədii fikrin həm tam müstəqil, xalis milli realist təfəkkür mədəniyyətinin ümumi sistemindən (regionlar və ədəbi məhəllələr müstəvisindən) kənara çıxaraq, daha böyük genişliyə qədəm qoyması XIX əsrin ikinci yarısına təsadüf edir”.

“Bakıxanovun milli ruhda “Gülüstani-İrəm” əsərini qələmə alması...”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, Bakıxanov irsinə dair saysız tədqiqatın müəllifi Faiq Ələkbərli “Bakı-Xəbər”ə

bildirdi ki, o, “Milli ideologiyaya tarixi-fəlsəfi baxış” əsərində Abbasqulu ağa Bakıxanovun azərbaycançılıq ideyasının təfəkküründə oynadığı rolu geniş təhlil edib.  “Fikrimizcə,  A.Bakıxanov Azərbaycan elmi   tarixşünaslığının banisi olmaqla yanaşı, həm milli ideyalılığı ilə seçilən milli tarixi, həmçinin, milli ideologiyanın ilk yaradıcılarından biri olub. Bizim bu fikrimizi XX əsr Azərbaycanın görkəmli ziyalılarından biri, türkçülük ideologiyasının daşıyıcısı Y.V.Çəmənzəminlinin A.A.Bakıxanovun tarix əsərinə verdiyi qiymət də təsdiq edir: “Gülüstani-İrəm” indiyə qədər mövzumuza dair (söhbət “Azərbaycan tarixi” haqqında  yazılmış  əsərlərdən  gedir - F.Ə.)  qələmə  alınan əsərlərin ən qüvvətlisidir. Qüdsi tarixi yalnız siyasi hadisə kimi deyil, daha geniş olaraq təsəvvür edir. Coğrafiya, etnoqrafiya və ədəbiyyatımızı belə unutmur. Bizə görə, etnoqrafın məlumatı son dərəcə maraqlıdır...”.

F.Ələkbərli qeyd etdi ki, A.Bakıxanov öz fəaliyyətilə azərbaycançılığın inkişafında mühüm rol oynayıb: “Mənim düşüncəmə görə, A.Bakıxanov XIX əsrdə Azərbaycan-türk mütəfəkkirləri arasında milli ruhlu maarifçilərdən biri kimi milli ruha dönüşə başlamışdı. Düzdür, Bakıxanov islam dininə xeyli dərəcədə bağlı insan olub. Bunu hələ 1903-cü ildə “Azərbaycan türklərinin ədəbiyyatı” əsərində Firudin bəy Köçərli də qeyd edirdi. Həmin əsərində Firudin bəy yazırdı ki, Bakıxanov nə qədər islam dininə bağlı olsa da, ancaq o, öz müasirlərindən fərqlənir və bir çox cəhətinə görə milli maarifçi adına layiq olan bir şəxsiyyətdir. Birincisi, Bakıxanov Azərbaycan türkləri arasında ilk dəfə qəzet çıxarmağa cəhdlər edən bir şəxsiyyətdir. Hətta “divar qəzeti” formatında bir neçə səhifəlik qəzetin yaranmasının təşəbbüskarı olmuşdu. Amma o, rus dilində olmalı idi. Ancaq çox təəssüflər olsun ki, onun qəzet çıxarmaq ideyası gerçəkləşmədi.

Sonradan bilirik ki, Həsən bəy Zərdabi Azərbaycan türkcəsində qəzetin nəşrinə nail oldu. Bakıxanov da buna cəhd göstərmişdi, amma alınmamışdı. Müasir ruhlu milli məktəbin yaranması məsələsində də Bakıxanovun böyük əməyi olub. O, məhz Azərbaycan türklərinə məxsus milli ruhda məktəblərin açılmasına cəhdlər göstərir, xüsusi layihə ilə çıxış etsə də, lakin təəssüf ki, Çar Rusiyası onun bu təşəbbüsünün gerçəkləşməsinə imkan verməyib. Bilirsiniz ki, o dövrdə rus-tatar məktəbləri açırdılar, bu məktəbin də məqsədi, əslində, ruslaşma siyasəti aparmaqla, bu məktəbə daxil olan gənclərimizi sonradan rus siyasətinə xidmət etməyə yönəltmək idi. Bütün hallarda, Bakıxanov Çar Rusiyasının polkovniki, zabiti olaraq fəaliyyət göstərsə də, “Türkmənçay” müqaviləsinin bağlanmasında birbaşa iştirak etsə də, o, bütün həqiqətləri görmüşdü. O bütün bunları gördüyü üçün millətinə gün ağlamaq istəyirdi. Onun həm qəzet nəşrinə, həm də milli məktəbin yaranmasına göstərdiyi cəhdlər Bakıxanovun milli ruhlu bir maarifçi olduğundan xəbər verirdi. Ən əsası da maraqlıdır ki, Çar Rusiyası onun bu cür milli ruhlu olmasından ehtiyatlanırdı. A.Bakıxanovun milli ruhunu saxlaması, ruslaşmaya məruz qalmaması Çar Rusiyasını çox narahat edirdi. Hətta onu 1837-ci ildə Quba üsyanında belə ittiham etməsələr də, ondan şübhələnirdilər. Çünki bilirsiniz ki, o, bir tərəfdən Quba ilə də bağlı idi. Qubanın Əmsar kəndi Bakı xanları ilə bağlı olan Bakıxanovların kəndi idi. Bu səbəbdən ondan da şübhələnirdilər ki, Quba üsyançılarına o rəhbərlik edir, yaxud onlara ideya verir. Ona görə də Bakıxanovu ciddi nəzarət altında saxlayırdılar. Bütün bunlara baxmayaraq, o, haqqın və ədalətin, başlıcası, öz xalqının yanında olan bir şəxsiyyət kimi Quba üsyançılarının da yanında idi.

Buna heç bir sübut tapa bilmədikləri üçün Bakıxanovu istefaya göndərməklə kifayətləndilər. Artıq o, istefada olan bir polkovnik kimi fəaliyyət göstərirdi. Mənim düşüncəmə görə, Bakıxanovun azərbaycançılıqla, Azərbaycan türkçülüyü ilə bağlı ən böyük işlərindən biri məhz “Gülüstani-İrəm” adlı tarixi əsəri yazmasıdır. Əslində, onun bu əsəri Azərbaycan türklərinin yenidən oyanışında, yenidən birləşməsində mühüm rol oynayıb. Çünki bir xalqın varlığı məhz iki şüurdan asılıdır - tarixi şüur və mədəni-əxlaqi şüur. Bu ikisi də bir yerdə milli ictimai şüuru təşkil edir. Bakıxanovun da azərbaycançılıq ideyasının formlaşmasında ən böyük əməyi yazdığı “Gülüstani-İrəm” əsəridir. Bildirim ki, o bu əsərin adını formal olaraq seçmişdi. Bu əsərdə Azərbaycan türklərinin ən qədim dövrdən başlayaraq qədim dövlətçilik tarixi, adət-ənənələri, hətta fəlsəfi fikir tarixi də öz əksini tapıb. Mənə elə gəlir ki, onun bu əsəri yazmağı təsadüfi olmayıb. Onun bu əsəri yazmağa, birincisi, o, 1833-1834-cü illərdə Avropa ölkələrinə səyahət etməsi və Qərb mədəniyyətilə yaxından tanışlığı, ikincisi, 1830-cu illərdə Quzey Azərbaycanda, o cümlədən, 1837-ci ildə Qubada baş verən üsyanlar və Şeyx Şamil hərəkatının təsiri, üçüncüsü, çarizmin Qafqaz müsəlmanlarının türk mənşəyini, dilini, mədəniyyətini “tatar” adı altında assimilyasiya etməsi, erməni, gürcü, polyak və başqa xalqların ziyalılarında, alimlərində gördüyü millət və vətən təəssübkeşliyi sövq edib. A.Bakıxanov anlayırdı ki, bu pərakəndəliklə bir şey əldə etmək olmaz, ən düzgün yol millətin tarixini yazıb onun milli tarixi şüurunu bərpa etməkdir. Düzdür, o özü bəzən qeyd edirdi ki, millət təəssübkeşliyindən uzaq bu tarixi yazıb, daha çox obyektiv yanaşma sərgiləyib. Şübhəsiz ki, onun yazdıqlarında obyektivlik var idi. Özü deyirdi ki, mən bu əsəri yazarkən millət və vətən təəssübkeşliyindən çəkindim. O bu əsəri tamamladıqdan bir neçə il sonra öz əsərinə münasibətində yazırdı: “Bu ananın hiss etdiyi ləzzət gəlməz hesaba, bənzər ancaq o ləzzət bu təravətli kitaba”. Yaxud da ki, başqa bir mənbədə göstərilir: “bu kitab yarandısa, xayişeyi-museyi zaxar için yazılmalı oldu, lakin bu əsərim xalq için”. Yəni, gördüyümüz kimi, o bu əsəri məhz xalq üçün yazmışdı. Sonradan o bu əsərin kitab halında çap olunması üçün Birinci Nikolaya müraciət edir. Birinci Nikolay da akademiklərdən M. Brosse və B. Dornun həmin kitab haqqında rəylərini öyrənməyə çalışır. Həmin alimlərin kitab haqqında müsbət rəy yazmasına baxmayaraq, Birinci Nikolay “Bakıxanovun əsəri Avropa alimlərinin tənqidinə davam gətirə bilməz” deyə kitabın dövlət hesabına nəşr edilməsinə icazə vermir. Buna səbəb isə kitabda Bakıxanovun milli ruhunu əks etdirməsi və yenidən Azərbaycan türklərini bir araya gətirmək təşəbbüsləri idi. Əslində, “Gülüstani-İrəm”i diqqətlə oxuduqda görürük ki, məhz Bakıxanov qədim dövrlərdən bütün türk dövlətlərini - Xəzərləri, Albaniyanı, Şərqi və Qərbi türk dövlətlərini türk ruhunda göstərir. Bakıxanovun həmin əsərində, açıq-aşkar, Azərbaycanın və ətrafının qədim türk yurdu olduğu öz əksini tapıb. Burada Bakıxanovun ən önəmli məsələsi Şirvan və Dağıstan xalqlarının mənşəyinin türk olduğunu və bizlərin burada lap qədim dövrlərdə  yaşadığımızı göstərir. Xarəzmdən, Nizami Gəncəvidən, Qəzvinidən, başqa şəxsiyyətlərdən sitatlar gətirərək buranın qədim bir türk yurdu olduğunu irəli sürür. Həmçinin, əsərdə Azərbaycan xalqının və Azərbaycan xalqına bağlı olan digər xalqların dillərini də araşdıranda qeyd edir ki, burada əsas dil Azərbaycan türkcəsidir. Bu əsərində açıq şəkildə göstərir ki, buranın əsas əhalisi türklərdir və danışıq dili də türk dilidir. Hesab edirəm ki, bu önəmli məsələ də göstərir ki, Bakıxanovun məsələni bu cür qoyması, şübhəsiz ki, Çar Rusiyasını razı salmayıb. Düzdür, o, türk sözü ilə yanaşı, Çar Rusiyasının təzyiqi altında “tatar” sözündən də istifadə edir. Hətta onun “Tatar nəğməsi” adlı şeiri də vardı. Sonradan həmin şeiri bizimkilər Sovet dövründə “Azərbaycan nəğməsi” adlandırdılar. Bütün hallarda, biz görürük ki, Bakıxanov türk ruhunu həmişə daha çox qoruyub. Yeri gəlmişkən, Bakıxanovun bu əsəri yalnız 1926-cı ildə rus dilində nəşr edilmişdi. Bu nəşrdə müəyyən qədər ixtisarlar olsa da, yenə müəyyən qədər milli ruh qorunub saxlanmışdı. Orada göstərilir ki, Bakıxanov “mən dörd dildə yazmışam - türk, ərəb, fars və rus dilində yazmışam” deyir. Maraqlıdır ki, 1951-ci ildə onun kitabı Azərbaycan dilində nəşr olunanda  türk dili sözü də Azərbaycan dili sözü ilə əvəzlənib” - deyə F.Ələkbərli qeyd etdi.   

F.Ələkbərlinin sözlərinə görə, Bakıxanovun Azərbaycan xalqı qarşısında gördüyü ən böyük iş, birincisi, “Gülstani – İrəm” əsəri ilə Azərbaycan xalqının tarixini sistemli şəkildə dövrlərlə kompleks şəkildə yazmaq olub. F.Ələkbərli qeyd etdi ki, Bakıxanovdan əvvəl də Azərbaycan tarixinin yazılması ilə bağlı fikirlər var: “Məsələn, XIII əsrdə yaşamış Əbülhica əl-Rəvvadinin Azərbaycan tarixinə aid “Tarixi-Azərbaycan” adlı əsərinin olduğu iddia olunur. Lakin o bizə hələ gəlib çatmayıb. Ona görə də akademik Ziya Bünyadov haqlı olaraq yazırdı ki, Bakıxanov Azərbaycan elmi tarixşünaslığının banisidir və onun yazdığı “Gülüstani-İrəm” isə akademik, planlı ilk monoqrafik tədqiqat əsəridir. Doğrudan da Bakıxanovun milli ruhda “Gülüstani-İrəm” əsərini qələmə alması və Azərbaycan xalqının tarixini yazması məhz azərbaycanşünaslıq, azərbaycançılıq baxımından çox mühüm əhəmiyyət kəsb edir. Əlbəttə, Bakıxanovla bağlı çoxlu fikir və ideya səsləndirə bilərik. Fikrimcə, yeni dövrdə Bakıxanov milli ideologiyamızın, azərbaycançılığın ilk nümayəndələrindən biridir, çağdaş anlamda ilk millilik, milli özünüdərk, milli özünəməxsusluq kimi keyfiyyətlər Bakıxanovda özünü büruzə verib. Əgər kimlərsə iddia edirlərsə ki, milli ideologiyanın ilkin mərhələsi Mirzə Fətəli Axundzadə ilə başlayır, məncə, bu bir qədər mübahisəlidir. Doğrudur, Axundzadə də Azərbaycan fəlsəfi-ictimai fikir tarixində bir sıra reformaları ilə yadda qalıb. Ancaq apardığım tədqiqatlar nəticəsində belə bir qənaətə gəlmişəm ki, Axundzadədən öncə, ondan fərqli olaraq yalnız qiyabi deyil, əyani şəkildə Qərb dünyası ilə tanış olan Bakıxanov öz dövrünün – XIX əsrin ilk milli ideoloqu və milli maarifçisidir. Şübhəsiz, burada milli ideoloqluq və milli marifçilik nisbi xarakter daşıya bilər. Ancaq, mahiyyət etibarilə, Bakıxanovda bu ruhu görməmək mümkün deyil. Biz də bu mənada Bakıxanovu ilk milli ideoloq hesab edirik”.   

“Gülüstani-İrəm”də vətənpərvərlik hissi olduqca çoxdur. A.Bakıxanov özü həmişə öz vətənini, öz xalqını sevdiyi və onunla fəxr etdiyini qeyd edib. “...Bu ölkədən olmağımla fəxr edirəm”. Bu da  Bakıxanovun vətənpərvərliyinin ölməz bir örnəyidir.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ