şənbə günü, 10 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Yarımçıq ömür dastanının işıqlı səhifələri
Tarix: 03.10.2014 / 03:00
Bölmə: Mədəniyyət
Qarşımda tanınmış ifaçı və yaradıcı aşıq Aydın Çobanoğlunun "Ömrün etməyəcək vəfa dedilər" kitabı, içimdə qarışıq duyğular var, fikrimdə nakam ömrün yarımçıq dastanını çözələyirəm. Könlü bahar buludu kimi gah gülən, gah ağlayan bəndələr niyə qara torpağa belə tez qovuşur, niyə arzuları çiçək çağında əcəlin kəməndində boğulur? Anlaya bilmirəm bu sirri.
Bəlkə mənim anlaya bilmədiyim, hələ açar sala bilmədiyim o bağlı aləmdə daha dərin mənalar yatır. Bunu ancaq Uca Tanrı bilir. Aydın Çobanoğlunun adını uşaq vaxtı eşitmişəm, sazının səsini də elə o çağlardan dinləmişəm. Şəxsən tanımasam da, ifasına hər zaman maraqla dinşək kəsilmişəm. Hərdən düşünürəm ki, görəsən, belə istedadlı aşıqlar olmasaydı, aşıq sənəti necə görünərdi? Kasıb və miskin...
Cüt balanın boynuna dolanan həsrət...
Ömrün bahar çağını hələ bitirməmişdi, ilk baharla vidalaşsa da, taleyinin yeni baharını yaşayırdı. Ancaq ucaboylu çinarlar kimi, ömrünün yazında tufana tuş gəldi aşıq. Taleyin tufanı onun ömür ağacını sındırdı...Ancaq sazını sındıra, qıra bilmədi. Qırılan gerçək ömrü oldu, mənəvi ömrü isə tutu dilli sazının simlərinə köçdü. Simlərdə yaşayır Aydın Çobanoğlu, simlərə təzanə dəydikcə Aydın öz hekayətini danışır. Həyatdan, balalarından doymadı getdi. Heç Aytənlə Səyyad da atalarından doymadı. Ata qolları əvəzinə boyunlarına nisgil nəğməli bir həsrəti dolandı, ata qucağına tamarzı qaldı cüt balası Aydın Çobanoğlunun.
Həyat şirindir, yaşamaq gözəldir, qəlbindəki arzuların zərrə-zərrə həqiqətə çevrilməsindən könül sevindirən başqa bir şey yoxdur. Ancaq arzular da həmişə qanadlana bilmir.
Qırx iki yaşın astanasından keçə bilsə də, qırx üçə addımlamağa nəfəsi çatmadı, nəfəsini əcəl kəsdi Çobanoğlunun. Adı qaldı, çalıb oxuduğu, yaradıb pərvazlandırdığı havaları qaldı. Aydın Çobanoğlunun çalıb oxuduğu havaların çoxuna qulaq asmışam. Onun repertuarı zəngindir, maraqlıdır, söz seçimində mahir olub sənətkar. Aşığın gözəl çalmağı və məlahətli oxumağı kifayət deyil, o, oxuyacağı sözü də sərraf dəqiqliyi ilə seçməlidir. Çobanoğlu bu mənada çox mahir bir aşıq olub.
Vəfasız həyatın nakam aşığı...
Repertuarına baxanda gördüm ki, o ancaq dinləyici tələbatı olan havaları deyil, minillərlə yanışı olan ağır, sanballı saz havalarını da özünə xas incəliklə ifa edib. "Bəhməni", "Kərəmköçdü" ("Atüstü Kərəm"), "Zarıncı Kərəm", "Köhnə gözəlləmə", "Yanıq Kərəm", "Cığalı təcnis" kimi zəngin havalarını çalıb-oxuyub-yanğı ilə, yana-yana. Etiraf edim ki, bu havaların bəzilərini aşıqların çoxu çalıb oxuya bilmir. Bu gün çox az istisnalarla "Bəhməni" havasını oxuyan aşıq var. Mürəkkəb çalğıya və oxu quruluşuna malik olan bu havacatı ifa etmək üçün aşığa dolu ürək lazımdır. Aydın Çobanoğlu belə ürək sahibi olub. Aşığın repertuarında "Baş dübeyti", "Azaflı dübeytisi", "Ovşarı", "Hüseyni", "Göyçəgülü", "Orta müxəmməs", "Baş sarıtel" kimi məşhur saz havaları ayrıca yer tutur. O bu havaları doğrudan da öz dəst-xətti çərçivəsində ifa edib, əlbəttə, bu ifaların hər biri sazsevərlər üçün arzuedilən və seviləndir. Aydın Çobanoğlunun bir çox nəsildaşlarından fərqli olaraq auditoriyaya, tamaşaçı və dinləyiciyə təsir etmək imkanları geniş olub. Mübaliğəsiz deyərdim ki, o əsl səhnə adamı, əsl el aşığı olub. Çünki səhnədə boş qalan yeri həmişə onu xatırladır, el-oba da ki, nakam aşığını heç vədə yadından çıxarmır. Demək, Tanrı onu öz dərgahına-cənnət evinə aparmaqla Çobanoğluna əbədi mənəvi ömür bəxş edib. Aşığın diqqətimi çəkən üstünlüklərindən biri də səhnədə qoşalaşdığı aşıqlara sonsuz hörmətlə yanaşmasıdır. Onun nakam aşıq Xanlar Məhərrəmovla, çağdaş qadın aşıqları arasında xüsusi çəkisi olan Zülfiyyə İbadova ilə səhnədə qoşa oxuduması dediklərimə nümunədir. O, duet ortağına diqqətlə yanaşıb. Bunu lentlərin yaddaşına hopan ifaları sübut edir.
Azərbaycan aşıq sənətinin tarixi qədim olduğu kimi, həm də çox zəngindir, bu sənət bitib-tükənməyən bir xəzinədir. İstedadı, biliyi, fəhmi olan aşıq bu xəzinədən öz yükünü tutur və onu ləyaqətlə öz bazarında xırd edir. Aşıq Aydın Çobanoğlu bu xəzinədən götürdüyü qiymətli yükünü tamaşaçıya, dinləyiciyə zərgər dəqiqliyi ilə təqdim edə bilib.
Çobanoğlunun kitabı...
Eşitmişdim ki, aşığın qızı Aytən xanım atasının kitabını nəşrə hazırlayır. Onu xeyli vaxtdır tanıyıram, qonşu otaqlarda işləyirik. Ancaq onun kimin qızı olduğunu bilmirdim. Bir dəfə soruşdum ki, atanız kim olub? Başını dik tutub çox qürurla "aşıq Aydın Çobanoğlunun qızıyam" cavabını verdi. Sevindim ki, Aydın Çobanoğlunun yurdunda gur çıraq yanır. Düzdür, Səyyadın ifasını eşitmişdim, istedadlı gəncdir. Aydın Çobanoğlunun qızının da sənət yanğılısı olduğunu duyanda aşıq sənətinin sabahına ümidim xeyli dərəcədə artdı. Həm də nə gizlədim, aşıq övladlarının el-oba üçün gərəkli olması ilə həmişə öyünürəm. Sevinirəm ki, nə yaxşı aşıq ailələrində cəmiyyətin, dövlətin, milli mədəniyyətin, elmin yeni bayraqdarlar nəsli yetişir.
Aytən xanım "Ömrün etməyəcək vəfa dedilər" kitabını artıq çap etdirib. Bu da o deməkdir ki, atasına böyük bir heykəl ucaldıb. Var olsun. Onu da bilirəm ki, kitab üzərində qardaşı Səyyadla birlikdə çox gərgin işləyib. Kitab Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun 1 iyul 2014-cü il tarixli qərarı ilə çapa tövsiyə olunub.
Kitabın tərtibçisi və ön sözün müəllifi filolgiya elmləri doktoru, professor Qəzənfər Paşayev, redaktoru tanınmış şairə, ictimai xadim Məlahət Yusifqızı, rəyçiləri isə Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub və əməkdar mədəniyyət işçisi, görkəmli folklorşünas alim, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədlidir.
Onu da qeyd edim ki, kitab maraqlı məlumatlarla zəngindir və burada aşığın keçdiyi sənət və həyat yolu, respublikamızda, eləcə də keçmiş ittifaq respublikalarında, xarici ölkələrdə verdiyi konsert təəssüratları ilə dolu xatirələrlə cilalanıb. Kitabda həmçinin aşıq Aydın Çobanoğlunun aşıq şeirinin müxtəlif şəkillərində yazdığı şeirləri, onun haqqında zamanında və hazırda yazılan məqalələr, deyilən fikirlər də yer alıb.
Aşığın yaratdığı havalar...
"Ömrün etməyəcək vəfa dedilər" kitabına "Ömrün vəfa etmədiyi şair-aşıq" adlı ön söz yazan hörmətli professorumuz Qəzənfər Paşayev aşığın ömür dəftərini çox həssaslıqla və həyəcanla vərəqləyib.
Professor yazır":1951-ci ildə dünyaya göz açan Aydın 1993-cü ildə faciəli şəkildə dünyasını dəyişdi və cəmi qırx iki il ömür sürdü. Lakin insan üçün qısa olan ömür payında çox iş gördü. Tarixdə qalacaq iz qoyub getdi. Aydın bir neçə aşıq havası bəstələmişdi. "Səyyadı", "Aygünüm", "Çobanoğlu", "Niyazı", xalq şairi Zəlimxan Yaqubun sözlərinə bəstələnmiş "Ana laylası", Məmməd İsmayılın "Yaman darıxmışam səninçün, ana" şeirinə bəstələdiyi hava belələrindəndir. Toylarda indi də oxunan gözəl şairimiz Məmməd İsmayılın "Gözəldi" qoşmasına bəstələdiyi, oğlu Səyyada həsr etdiyi "Səyyadı" havası onun bəstəkarlığından, musiqi duyumundan xəbər verir..."
Uğur gətirən festivallar...
Qəzənfər müəllim aşıq Aydın Çobanoğlunun qısa, lakin zəngin ömür və sənət yolundan danışarkən qeyd edir ki, o bütün ictimai-mədəni tədbirlərdə, yerli və beynəlxalq folklor festivallarında iştirak edib, laureat adı alaraq saz sənətini şöhrətləndirib. Bundan başqa, kitabda aşıq Aydın Çobanoğlunun qırx gün çəkən Hindistan səfəri haqda da danışılır. Bu səfərin nağıllarımızdakı, dastanlarımızdakı kimi qırx gün davam etməsi böyük bir məna daşıyır.
Aydın Çobanoğlu 1989-cu ildə İsveçin Falun şəhərində Beynəlxalq Musiqi Festivalına qatılıb, burada xalq artisti Canəli Əkbərov, kamança ustası Elman Bədəlov, tarzən Vamiq Məmmədəliyev, qarmon ifaçısı Vaqif Əsədovla birlikdə yüksək səviyyəli çıxışlar edib. Bundan iki il sonra aşığın yolunu Türkiyənin Konya şəhərində başqa bir uğur gözləyirdi. Konya şəhərində keçirilən "Konya aşıqlar bayramı"na dəvət alıb və qarslı aşıq Murad Çobanoğlu ilə yarışmada festivalın baş mükafatına-Atatürk qızıl medalına layiq görülüb.
Bəxtiyar Vahabzadənin arzusu...
Q.Paşayevin qeyd etdiyinə görə, aşıq "Günay" və "Aygün" ailə ansamblı və "İncəgülü" aşıqlar ansamblı yaradıb":1982-ci ildə Filarmoniyada respublikada ilk dəfə olaraq "Alı xan və Pəri xanım" (Pəri xanımın sözlərini Məlahət Yusifqızı ifa edirdi) dastanını tamaşaçılara çatdırıb. İlk aşıq qızlar ansamblı "Aygün" bu dastan gecəsinin davamı kimi fəaliyyətə başladı. O, 1983-cü ildə Azərbaycan Aşıqlar Birliyinin üzvü və IV qurultayın (1984) nümayəndəsi olub. Aydın Çobanoğlunun Azərbaycan Aşıqlar Birliyinin qurultaydan sonrakı fəaliyyətində böyük xidmətləri olub. O, ömrünün sonuna qədər Aşıqlar Birliyində Hüseyn Arifin müavini kimi çalışmışdı. Bu təsadüfi deyildi. Aşıq Aydın Çobanoğlu aşıq sənətini dərindən bilir və ona yaradıcılıqla yanaşırdı. Ona yeniliklər gətirirdi. Yaxşı yadımdadır, o, ADU-nun filologiya fakültəsini bitirəndə görkəmli folklorşünas alim, professor Vaqif Vəliyevin rəhbərliyi ilə "Aşıq Nəcəfin həyat və yaradıcılığı" mövzusunda diplom işi yazmışdı. Diplom işinin müdafiəsində xalq şairi Bəxtiyar Vahabzadə demişdi: "Bu diplom işi həcminə və mövzu əhatəsinə görə namizədlik işinə layiqdir. Mövzunun adını dəyiş, "II Dünya müharibəsi illərində Tovuz aşıqları" adı ilə müdafiə et". Təəssüf ki, ecazkar aşıq sənəti aşıq Aydını elmdən ayırmış, Bəxtiyar müəllimin arzusu arzu olaq qalmışdı..."
Kövrək xatirələr...
Kitabda tanınmış şairə Məlahət Yusifqızının "Şaha baş əyməyən Çobanoğlu" yazısı da çox maraqlıdır. Xanım şairənin həssas və könül tərpədən fikirləri çox dəyərlidir":Aydının idealı zövq idi. O, idealını zövqdə axtarırdı. Qələbəni təmin etmək üçün yüksəkdən deyil, aşağıdan getməyə üstünlük verən Aydın pis adamların yaxşılardan qat-qat çox olduğunu görür və bilirdi..."
Gözüm yaşı axdı dən-dən,
Söyləmə ki, acizəm mən.
Aydın, hicranın əlindən
Dad-aman çəkib, ağladım!
Əlbəttə, aşığın ömrünü el uzadar. Aşıq Aydın Çobanoğlunun da saz ömrü qədər ömrünün olması el məhəbbətinə bağlıdır. El öz aşıq oğlunu unutmur, unutmaz da. Bir məqamı da deyim ki, aşıq Aydın Çobanoğlu Tovuzun Əlimərdanlı kəndində aşıq Nəcəfin elində doğulub. Əlimərdanlı tarixlər boyu aşıq-ozan ocağı olub, o ocağın da bir gur şöləsi Aydın Çobanoğlu idi.
Aşıq Aydın Çobanoğlunun külliyatını özündə əks etdirən "Ömrün etməyəcək vəfa dedilər" kitabı Tovuzun xeyirsevər övladı Namazəli Məmmədovun maliyyə vəsaiti ilə işıq üzü görüb. Tanrı bütün xeyirsevər insanlara yardımçı olsun!
Aşıq Aydın Çobanoğlu dastanı yarımçıq olsa da, mənalıdır. Bu onun zəngin ömür və sənət yoludur. Bu, Aydın Çobanoğlunun özündən sonra yaşayan mənəvi yaşam dastanıdır! Mübarək olsun!
Allah nakam aşığın yerini cənnət eləsin!
DİGƏR XƏBƏRLƏR
Tarix: 10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...
Tarix: 10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi
- məsuliyyətli davransınlar...
Tarix: 08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...
Tarix: 08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək
- XƏBƏRDARLIQ...
Tarix: 07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ:
SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ
Tarix: 07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək
Tarix: 06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...
Tarix: 06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu:
Tarixi irslik və müasir parametrlər...
Tarix: 05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...
Tarix: 03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim
Tarix: 30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
Tarix: 29.09.2026 / 11:02
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...
Tarix: 08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
SON XƏBƏRLƏR
10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…
10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...
10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi
- Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…
10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj
- ya hər şeyi bizə verəcəksiz, ya da yox olacaqsız…
10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...
10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...
10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
- FOTO
10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar
- FOTO
10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi
- FOTO
10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi
10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...
10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib
10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...
10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub
10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi
- məsuliyyətli davransınlar...
10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi
- SƏRƏNCAM
10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib
10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır
- ABŞ administrasiyasına çağırış edildi...
10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi"
- ABŞ Prezidenti
10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı -
terrorçu Hassuna görə
10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi -
Ukrayna şokda…
10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış -
11 sentyabr örnəyi…
09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur...
Hicab yalnız məsciddə və məişətdə uyğundur...
09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı
09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…
09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi
– bu əxlaqsızlıqdır…
09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...
09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi...
"əks halda məhvə gedirsiniz"...
09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb
- Deputat əla dedi...
09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...
09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...
09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb
09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...
09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...
09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...
09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...
09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...
09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...
09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb
- Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...
09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI
09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir
09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub
09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...
09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək
09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər
09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...
09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib
09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...
09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…
09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək
09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır
09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…
09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...
09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib
- FOTO/YENİLƏNDİ
09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir"
- Prezident
09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"
09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...
09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər"
Prezidentdən xəbərdarlıq...
09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…
09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir"
- Prezident
09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"
09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar
09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib
- FOTO/YENİLƏNDİ
09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub
- FOTO
09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır
- qanun layihəsi Milli Məclisə təqdim olundu...
09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb
09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb
09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"
09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
- YENİLƏNİB
09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...
09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu
– qırıcılar İran dəstəkli üsyançıları bombaladı…
09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır”
- Paşinyan
09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı…
DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...
09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"
- Prezident
09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"
09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
- Prezident
09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"
09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib -
həm də seçki öncəsi…
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
XƏBƏR ARXİVİ