şənbə günü, 10 oktyabr 2026
     

Bakı kinoteatrları əcnəbi filmləri hələ də səsli dublyajda təqdim etmir...

Image


Kino mədəniyyəti bütün dünyanın diqqətində olan bir dəyərdir. XIX yüzilliyin sonlarına yaxın meydana gələn kino insanları öz cazibəsinə salıb. Deyərdim ki, kino artıq illərdir insanların yaxın dostuna, hətta istəyinə, qarşısıalınmaz tələbatına çevrilib. Azərbaycan kinosu da öz mövcudluğu ilə bizi hər zaman sevindirib. Ötən illər ərzində kino fondumuza yüzlərlə film daxil edilib və bu filmlərin də böyük əksəriyyətinə sevgi hissi bəsləyirik.
Bu fakt bizi heç də dünya kinosuna bağlılıqdan uzaqlaşdırmır. Əksinə, bu imkan verir ki, biz öz filmlərimizlə o filmləri müqayisə edək. Bir neçə ildir televiziyalarda xarici filmlər, əvvəlki illərdə olduğu kimi, rus dili vasitəsilə deyil, ana dilimizdə nümayiş etdirilir. Məlum olduğu kimi, bir neçə il əvvəldən başlayaraq Milli Televiziya və Radio Şurasının qərarı ilə yerli televiziyalar bütün əcnəbi filmləri Azərbaycan dilində dublyaj edərək nümayiş etdirir. Bu, dilimizin uğuru olmaqla bərabər, həm də dövlətimizin ana dili siyasətinin davamıdır. Televiziyaların göstərdiyi əcnəbi filmlərin hansı şəkildə dublyaj edilməsi, dil və tərcümə qüsurları zaman-zaman mətbuatda geniş müzakirə olunub. Mövcud olan bu problemin həlli yolları təklif edilib. Bu qüsurlara baxmayaraq, Azərbaycan tamaşaçısının heç bir tərcüməçiyə ehtiyacı olmadan xarici filmləri ana dilimizdə seyr etmək imkanı əldə etməsi nəyə desən dəyər. Televiziyalar artıq bu yolu tutub və kino tərcüməsi sahəsində irəliləməyə can atmaqdadır. Deyim ki, ortada xeyli uğurlu dublyaj nümunələri də var.
Azərbaycan filmlərinin böyük əksəriyyətini çıxmaq şərtilə, uzun illər Bakıda fəaliyyət göstərən kinoteatrlarda əcnəbi filmlər rus dili vasitəsilə təqdim edilib. Elə bizim bəzi filmlər də bu dildə tamaşaçılara göstərilib. Son bir-iki ilə qədər də yerli kinoteatrlarda bütün xarici kino və cizgi filmləri rus dili vasitəsilə nümayiş olunurdu. Televiziyalarda əcnəbi filmlərin hamısı ana dilimizdə nümayiş etdirilsə də, Bakıdakı işlək kinoteatrlarda xarici filmlərin nümayişində bu problem hələ də qalmaqdadır.
20-25 il əvvələ qədər kütləvi fəaliyyət göstərən və yüzlərlə tamaşaçının zövqünü ödəyən kinoteatrların son illər iflic vəziyyətə düşməsi hər kəsə məlumdur. Bildiyimiz kimi, bu kinoteatrların çoxu artıq özəlləşdirilərək öz profilindən uzaq fəaliyyət göstərir. Hazırda paytaxtın yalnız üç kinoteatrı dövlətin qərarı ilə öz profilinə uyğun fəaliyyət göstərir. "Azərbaycan", "Araz" və "Nizami", "28 May Snema" mərkəzləri fəaliyyət göstərir və bu mərkəzlərdə həm Azərbaycan, həm də əcnəbi filmləri nümayiş olunur. Bu kinoteatrlardan aldığımız məlumata görə, gündə 5-8 seans olur və nümayişi izləmək üçün kifayət qədər tamaşaçı gəlir.
Müasir kino mütəxəssisləri bildirir ki, əcnəbi filmlərin ana dilimizə dublyaj edilərək nümayiş olunması böyük hadisədir. Onlar bu məsələdə televiziyaların daha öndə getdiyini qeyd etsələr də, kinoteatrlar haqda nikbin deyillər. Kinoteatrlarda əcnəbi filmlərin Azərbaycan dilində nümayişi ətraflı şəkildə həyata keçirilmir.
Tanınmış səs rejissoru Əsəd Əsədovun sözlərinə görə, Milli Televiziya və Radio Şurasının bir neçə il əvvəl verdiyi məlum qərarı yalnız televiziyalarda icra edilməməlidir. Onun fikrincə, bu bütün kino sahəsini əhatə etdiyi üçün, həmçinin, kinoteatrlarda da tətbiq edilməyə başlanıb":Amma bu, subtitr vasitəsilə həyata keçirilir. Artıq əcnəbi filmlər orijinal dildə - rus, ingilis, fransız və s. dildə gedir, subtitrlə isə tərcüməsi verilir. Yəni tamaşaçı filmdə söhbətin nədən getdiyini bilir. Burada həm ana dilimizin tələbi qorunur, həm də tamaşaçılar razı qalır. Subtitr üsulu bütün dünya kinoteatrlarında qəbul edilən bir ənənəvilikdir".
Ancaq ekspert hesab edir ki, bu məsələdə daha irəli gedib keyfiyyətli səs dublyajı ilə əcnəbi filmlər təqdim edilməlidir.
Kino mərkəzlərindən bizə bildirdilər ki, yerli prodakşnlar tərəfindən dublyaj edilərək nümayişi onlara həvalə edilən əcnəbi filmlər ana dilimizdə, qalan filmlər isə subtitr üsulu ilə rus dilində nümayiş olunur. Əlbəttə, bu işlə peşəkarlar məşğul olmalıdır. Yerli prodakşnların təqdim etdikləri dublyaj nümunələrinin də qüsursuz olmadığı bildirilir. Bu da onu deməyə əsas verir ki, kino dublyajı təsadüfi adamlar tərəfindən idarə olunmamalıdır, bu iş vahid mərkəzdən idarə olunmalıdır. Çünki bu işin effekti daha müsbət nəticə verə bilər.
"Nizami" Kino Mərkəzində çalışan tanışlarımızdan birinin dediyinə görə, xarici filmlər rus dilində subtitr vasitəsilə təqdim edilir, bu da əsasən tamaşaçıları qane etmir":Biz cizgi filmlərini 3D formatında təqdim edirik. Xarici bədii filmlərə gəlincə, biz filmləri rus dilində subtitr vasitəsilə nümayiş etdiririk. Tamaşaçıların filmlərə marağı haqda onu deyə bilərəm ki, bəziləri bundan razı, bəziləri isə narazı qalır. Artıq filmlərin Azərbaycan dilində subtitrlə göstərilməsi ənənə halını alsa da, düşünürəm ki, səsli dublyaja keçməyin vaxtıdır. Çünki elə tamaşaçı olur ki, çatdırıb subtitri oxuya bilmir, amma səsli dublyaj olsa, onu eşidər".
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin kinoteatrlarla iş sahəsinə rəhbərlik edən Yusif Şeyxovun da məsələyə münasibətini öyrəndik. Y.Şeyxovun dediyinə görə, kinoteatrlar subtitr dublyajına 2011-ci ilin avqustunda keçib. Kinoteatrların özəl olduğunu deyən nazirlik rəsmisinin sözlərinə görə, onlar nazirliyin iştirakı olmadan öz siyasətini, əlaqələrini qururlar. Nazirliyin yalnız kinoteatrlara istiqamət verdiyini bildirən Y.Şeyxov dedi ki, kinoteatrlar əcnəbi filmləri xarici kino şirkətlərinin distribütorlarından müqavilə əsasında alır: " Xarici film sahibləri MDB ölkələrinə filmləri rus dilinə çevirərək göndərirdi. Onların hansısa respublikada öz nümayəndəlikləri vardı. Əvvəllər bütün MDB respublikalarında filmlər rus dili vasitəsilə göstərilirdi. Artıq keçən ildən bizim kinoteatrlarda filmlərin ana dilimizdə təqdim olunmasına başlandı. Bizim kinoteatrların əməkdaşlıq etdiyi xarici kino şirkətləri qarşısında tələbləri dəyişdi. İndi artıq filmlərin mətni Azərbaycana gətirilir, burada rus, ingilis, fransız və digər dillərdən Azərbaycan dilinə çevrilir. Sonra o geri göndərilir. Filmlər subtitr vasitəsilə Azərbaycan dilinə çevrilir. Bu da uzun prosesdir".
Kinoteatrlarda nümayiş etdirilən filmlərin subtitr dublyajından çıxaraq səsli dublyaja keçəcəyinə ümid etdiyini bildirən Y.Şeyxov artıq kinoteatrların buna səy göstərdiyini deyir: "Subtitr dublyajı kinoteatrların həyatında bir keçid mərhələsidir. Hesab edirəm ki, kinoteatrlar nə vaxtsa əcnəbi filmləri səsli dublyaj vasitəsilə təqdim edəcək. Çünki bu məsələ ətrafında artıq araşdırmalar başlanıb. Mənə belə gəlir ki, səsli dublyaj prosesinə keçid, texniki məsələlərdən çox, səylə bağlıdır. Yəni bu işə nail olmaq üçün ciddi səy göstərilməsi tələb olunur. Filmlər xaricdə dublyaj olunur. Bizdə yalnız onun tərcüməsi həyata keçirilir. Səsli dublyaja keçmənin bir çətinliyi də ondan ibarətdir ki, səsli dublyaj güclü maliyyə vəsaiti tələb edir. Bu da kinoteatrlarımızın tərəfdaşlarının əlavə xərc çəkməsi deməkdir. Heç şübhəsiz bu, biletlərin qiymətinə də təsirsiz ötüşməyəcək. Yəni qiymətlərin artmasına səbəb ola bilər. Hazırda araşdırma aparılır. "Nizami" Kino Mərkəzinin rəhbərliyi səsli dublyaja nail olmaq üçün səylər göstərir".
Gənc kinoşünas Aydan Şükürlünün sözlərinə görə, artıq dünya kinoteatrlarının böyük əksəriyyəti səsli dublyaja keçib. Kinoteatrlarımızın bu işdə lənglik göstərməsinin səbəbini izah edən A.Şükürlü hesab edir ki, bu olduqca bahalı və vaxt tələb edən iş olduğu üçün hələ kinoteatrlar bu işə maraq göstərmir":Subtitrlə kinoların nümayişi nisbətən ucuz başa gəlir. Ona görə də kino mərkəzləri buna üstünlük verir. Ancaq deyim ki, artıq bu mərhələ geridə qalmalıdır. Səsli dublyaja keçid prosesi baş verməlidir. Kino mərkəzlərinin rəhbərləri hesab edir ki, səsli dublyaj edilən əcnəbi filmlər onlara baha qiymətə başa gəlir. Bu da, istər-istəməz, qiymətlərə də təsir göstərəcək. Səsli dublyaj edilən xarici filmləri kinoteatr baha qiymətə alacaqsa, istər-istəməz, biletin qiymətini də qaldıracaq. Bu isə indiki halda arzuedilən deyil. Bu mənada ki, tamaşaçılar hələ kinoteatrlara yeni-yeni maraq göstərir. Qiymət artımı tamaşaçı itkisi deməkdir. Düşünürəm ki, gələcəkdə bu məsələ öz həllini tapacaq".







VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiz, ya da yox olacaqsız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ