02/10/2023 08:50
728 x 90

Cənubi Azərbaycanda Azərbaycan milli musiqisi xüsusi metodla yayılırdı - rejimlərin əməlləri...

img

"Guney Azərbaycanın tarixi irsi" rubrikasında Azərbaycanın Güneyində musiqi mədəniyyətimizin, el havalarımızın  hansı çətinliklər hesabına yaşadıldığından danışacağıq.

Güneyli bəstəkar, musiqiçi və müğənnilərin musiqimizi yaşatmaq üçün hansı məhrumiyyətlərə sinə gərdiyi məlumdur. Pəhləvi rejiminin hər cür əzabını görən sənət adamlarımız sonrakı mərhələdə molla rejiminin hiyləgər, ikiüzlü, məkrli siyasətinin şahidi oldular. Azərbaycan musiqisi, xalq yaradıcılığı, el nəğmələri xalqımızın dilini yaşatdığı üçün rejimlər ona daim düşmən kəsilib. Amma cəfakeş insanlarımız o nəğmələri, türküləri ölməyə qoymayıb. Güneydən əsən yellər bizə yeni mahnılar, əsərlər uydurub. İllər boyu Güney Quzeyə, Quzeyi Güneyə bu mahnılar bağlayıb.

Güney Azərbaycan müğənniləri öz şirin və gözəl ləhcələri ilə xalq musiqimizi, xalq mahnılarımızı ifa edib. O səslər dilimizi yaşatmaq uğrunda mübarizədə həmişə öndə olub.

Güney Azərbaycanın musuqi mədəniyyətindən yazan mütəxəssislər qeyd edirlər ki, Azərbaycan türkcəsindəki radio verilişlərinin proqramına, əsasən bu tayda bəstələnmiş və orada yayılmış bir sıra xalq mahnıları və havaları "məhəlli nəğmə" adı altında daxil edilirdi. Bu yolla Azərbaycan musiqisi xalq arasında yayılır və qorunurdu. Əlbəttə, bu məsələdə yerli musiqiçilər çox böyük rol oynayırdılar. Onlar çətinliklər hesabına bu musiqini saxlayırdılar.

Tanınmış bəstəkar Əli Səliminin bəstələdiyi mahnılar keçən əsrin 90-cı illərədək Şimali Azərbaycanda anonim qalmışdı. Bəzi tədqiqatçılar yazır ki, 1979-cu ildən bu tərəfə Azərbaycan musiqisində bir sıra irəliləyişlər baş verib. Ekspertlər qeyd edir ki, daim sənətkar kimi formalaşmış bəstəkar Əli Səliminin bu illərdə "Fantaziya", "Elim, günüm, şövkətim", "Ceyran sevgilim" və s. filmlər üçün bəstələdiyi musiqi əsərləri nəinki Güneydə, eləcə də bütün dünyada məşhurlaşdı. Onun "Aman, ayrılıq", "Sizə salam gətirmişəm" mahnıları bütün dünya azərbaycanlıları arasında çox məşhurdur. Orta musiqi təhilini Bakıda alan Ə. Səlimi sonralar Tehran radiosunda işləmiş, Təbrizdə orkestr rəhbəri və musiqişünas olmuşdur. O, 1988-ci ildə İslam Mədəniyyəti və İrşad Nazirliyi tərəfindən İranın ən yaxşı bəstəkarı kimi tanınmış, qızıl lövhəyə və medala layiq görülmüşdür.

Məlumatlara görə, güneyli Həsən Ənami Bülbül adına Uluslararası Musiqi Festivalının qaliblərindən biri olub. O, 1999-cu ildə Bakı Musiqi Akademiyasının III kurs tələbəsi ikən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Sevil" operasında baş rolda çıxış edib. Vətənpərvər muğənni Araz Elsəs, vaxtilə, Almaniyada, ABŞ-da yaşayan və gözəl səsi olan mərhum əməkdar artist Yaqub

 Zurufçu azərbaycanlılar arasında çox populyar olub. Onlar Azərbaycanın səsini dünyaya yayıblar. Azərbaycan xalq və bəstəkar mahnılarınln tanıdılmasında Yaqub Zurufçunun əməyi danılmazdır. Təbii, əslən azərbaycanlı olan və hazırda ABŞ-da yaşayan müğənni Ququş da Azərbaycan mahnılarının mahir ifaçısı olub. O xalq mahnılarını gözəl şəkildə ifa edir. Hazırda molla rejiminin zülmündən ABŞ-a sığınıb.

Məlumdur ki, Avropa və Amerikanın bir çox şəhərlərində muhacirət həyatı yaşayan çoxlu cənublu sənətçilər vardır. Onların arasında Ə. Bekkalam, İ. Əhrari dünyanın sayılan rəssamlardandır.

Cənubi Azərbaycan mövzusu Şimali Azərbaycan musiqisində xüsusi yer tutur.

Qeyd edək ki, Cahangir Cahangirov "Demokratik Azərbaycan himni" (şair Etimadın sözlərinə), "Təbrizim" valsı, "Arazın o tayında" vokal-simfonik poeması, "Səttarxan" poeması, "Azad (opera)" operasını yazıb.

Niyazi "Mənim Təbrizim" (1941, Süleyman Rüstəmin sözlərinə),

Səid Rüstəmov  "Təbriz", Əşrəf Abbasov "Gələcək gün",

İsmayıl Məhəmmədəlizadə  "Yaşa Azərbaycan", "Şanlı Vətən", "Vətənim", "Qızılbaş marşı", "Bu gün", "Azərbaycan" əsərlərini bəstələyib.

Güney Azərbaycan əsilli xalq artisti Rübabə Muradova isə "Qaragilə" xalq mahnısını, "Heydər babaya salam" mahnısını çox məharətlə ifa edib. Güney Azərbaycanın havasını, suyunu, adını yaşadan el mahnıları və bəstəkar nəğmələri bütün çətinliklərə baxmadan hər zaman yaşayır. Xalqımızın unikal sənəti, dili güneylilərin əzəməti nəticəsində yaşayır. Heç bir rejimə boyun əymədən xalqımız öz musiqisini yaşadır...

İradə SARIYEVA

Peşə etikası

Son xəbərlər