çərşənbə günü, 07 oktyabr 2026
     

Molla rejiminin Təbrizdə Çillə təntənəsini pozmaq cəhdləri iflas etdi...

Image


Güney Azərbaycandakı soydaşlarımız qandan-ilikdən, adət-ənənədən gələn və milli yaddaşımızı yaşadan bütün bayramları, mərasimləri, müqəddəs günləri xüsusi təntənə ilə qeyd edir. Məsələn, xalqımızın məişət mədəniyyətində, həyat tərzində elə ənənəvi mərasimlər, günlər var ki, onlar hazırda əsasən Güney Azərbaycanda yaşayır, yaşadılır.

Baxmayaraq ki, uzun illərdir molla rejimi soydaşlarımızı milli mədəniyyətimizdən, dilimizdən, adət-ənənələrimizdən qoparmağa çalışır, amma bunları heç cür xalqımızın yaddaşından silə bilmir, onlar bəzən aşkar, bəzən də gizli şəkildə bu günləri qeyd edirlər. Fars molla rejiminin təpkilərinə baxmayaraq, soydaşlarımız bu dəfə də milli adət-ənənələrimizə sadiq qalıb Çilləni böyük təntənə ilə qeyd ediblər. Məsələn, götürək 21 dekabrda keçirilən Çillə gecəsini. Molla rejiminin təpkilərinə baxmayaraq, hər il olduğu kimi bu il də Təbrizdə və Güney Azərbaycanın başqa şəhərlərində 21 dekabr Çillə gecəsi keçirilib. Onlar hər ocaqda süfrə açıblar, Çillə qarpızı kəsiblər, süfrəyə bişmişlər düzüblər, bayram ediblər. Bütün bu faktlar göstərir ki, Güney Azərbaycanda milli adət və ənənələrimiz qorunur, təbliğ edilir.

Məlumat üçün bildirək ki, Çillə gecəsi Yer kürəsinin Şimal yarımkürəsində 365 günün ən uzun gecəsidir.

Bu gecə milad tarixi ilə dekabrın 21-dən 22-nə keçən gecədir.

21 dekabr Azərbaycan təqvim inancları və mərasimləri 40 gün davam edən böyük Çillənin (21 dekabr-29 yanvar) ilk günüdür. Sonra 20 günlük kiçik Çillə (29 yanvar-18 fevral) gəlir.

Qeyd edilənlərə görə, Çillə gecəsi əsasən, Azərbaycanın güneyində və  quzeyində, eləcə də Türkiyədə keçirilir.

Soydaşlarımız, Çillə gecəsi də daxil olmaqla, bu mərasimləri hansı çətinliklər hesabına qoruyub saxlaya biliblər? Necə olub ki, rejim bunu onlara unutdura bilməyib? Çillə gecəsini Güneydə hansı özəlliklərə qeyd edirlər? Vaxtilə bütöv Azərbaycan coğrafiyasında mövcud olan Cillə gecəsi nəzərə alsaq ki, çox yerlərdə silinib gedib, bu halda niyə əsasən daha çox Güney Azərbaycanda yaşadılır?

  • “...Fars rejiminin qoyduğu qadağalara, etdiyi təzyiqlərə baxmayaraq, xalq bu mərasimləri qoruyub saxlayıb”

AMEA-nın Folklor İnstitutunun Cənubi Azərbaycan Folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Mətanət Abbasova “Bakı-Xəbər”ə şərhində həm Çillə mərasimi ilə bağlı maraqlı məlumat verdi, həm də soydaşlarımızın onu hansı məhrumiyyətlər bahasına yaşatdığına aydınlıq gətirdi. “Çillə mərasimi bu gün Qüzey Azərbaycanda elə də geniş qeyd edilmir, çox nadir hallarda keçirilir. Amma Güney Azərbaycanda Çillə mərasimini xüsusi olaraq qeyd edirlər. Bir məsələni nəzərinizə çatdırmaq istəyirəm ki, fars rejiminin qoyduğu qadağalara, etdiyi təzyiqlərə baxmayaraq, xalq bu mərasimləri qoruyub saxlayıb. Əslində bu mərasimlərin keçirilməsində, qorunub-saxlanılmasında da bir məqsəd olub. Yəni xalq öz adət-ənənələrini, gələnəklərini xüsusi olaraq rejimə qarşı qoymaq üçün xalqın mərasimləri, oyunları ilə çıxış ediblər, mübarizəni bir növ onları qorumaqla, yaşatmaqla aparıblar. Həqiqətən də Çillə mərasimi çox geniş şəkildə Güney Azərbaycanda bayram olaraq qeyd olunur. Bir məsələni də qeyd edim ki, Çillə sözünün mənası ilə bağlı Güney tədqiqatlarımızda, xüsusilə orada yaşayan ziyalılarımızın tədqiqatlarında müxtəlif fikirlər səsləndirilir. Əvvəla qeyd edim ki, Çillə sözünün mənası bəzən müxtəlif lüğətlərdə, ədəbiyyatlarda farscanın “qırx” yəni “çehil” sözü ilə əlaqələndirilir. Bu da kontekstdə dərvişlərin dini ritual ruhuna uyğun olaraq 40 gün müddətində ibadət və pəhriz saxlamaqla mənəvi sıxıntıdan qurtarması anlamında izah olunurdu. Bəzən bu “çilləsi dolma” anlamını da ifadə edirdi. Amma  farscanın çehil sözündən fərqli olaraq, çillə məişətdə “çilləyə düşüb”, “çiləsini çəkir”, “çiləsini kəsmək”, “çilədən çıxarmaq” kimi mənalarında geniş işləklik qazanıb. Bu baxımdan “Çillə” sözünün də məhz “çəhil” - “qırx” mənasında deyil, bizim dədə-baba dilində desək, “çiləyə düşmək”, “çilədən çıxmaq” mənalarında işlədilməsi daha məqsədəuyğundur. Bu o demək deyil ki, bu mərasim təkcə güneydə yayılıb. Mən bir məsələni nəzərinizə çatdırım ki, bu, başqırdlarda, tatarlarda, çuvaşlarda xüsusi bayram olaraq qeyd edilib. Məsələn, tatarlarda bu bayrama kuyaş tuva  deyirlər, günəş doğan mənasında işlənilir. Bu barədə çox geniş məlumatı bizə Güney Azərbaycan folklorunun toplanması üzrə böyük əmək sərf edən Əlirza bəy Sərrafi verib. Məsələn, başqırdlarda nardoğan, mordoğan, çuvaşlarda nartavan mənasında olub. Süryani dilində çillə sözünün yelda, assur dilində bekyılda mənası var... Bu, aylara görə də fərqləndirilir. Bilirsiz ki, Böyük Çillə, Kiçik Çillə, car-car, Çillə gecəsi, Xıdır, Kürdoğlu gecəsi, Gürdoğlu günləri, qarı küləyi. Yəni Çillə gecələri təqvimdə qış aylarına uyğun bu şəkildə adlandırılır. Güneydə də bu şəkildə geniş yayılıb”.

Güneydə qışın son aylarının el arasında fərqli şəkildə adlandırıldığına diqqət çəkən M.Abbasovanın sözlərinə görə, bunlar “ağlar gülən”, “Boz ay”, “Alaçalpo”, “çillə beçələr” adlandırılır. Bu da fevral ayının 20-dən mart ayının 20-nə qədər davam edir. M.Abbasova qeyd etdi ki, Güneydən topladıqları materiallar da Böyük və Kiçik Çillə arasında yaranan əfsanələrə əsaslanır. “Əfsanələrə, həmçinin, “Qoca qarının övladları” və “Kürdoğlu” obrazı daxil edilib. Əfsanələr daha çox leylək, Kürdoğlu və Böyük və Kiçik Çillənin üzərində qurulub. Qeyd edim ki, bu haqda da Güney Azərbaycan ədəbiyyatında və xalq arasında çox geniş şəkildə yayılan əfsanə və rəvayətlər var. Çillə ilə bağlı onu da deyim ki, bəzən fars dilində bunu “yelda gecəsi”, “şəbi yelda” adlandırırlar. Mərasimə iki-üç gün qalmış Güney Azərbaycanda evlər təmizlənir, səliqə-sahmana salınır, süfrə üçün müxtəlif yeməklər hazırlanır. Xüsusilə süfrəyə quru meyvələr, qovurğa, qarpız, noxud və xüsusi olaraq qatıq qoyulur. Ən başlıcası isə, Çillə süfrəsi üçün əvvəlcədən tədarük edilən Çillə qarpızı süfrəyə gətirilib kəsilir. Çillə gecəsi qarpız kəsilməsi həm uyğun falların qeyd olunmasına, həm də özünün simvolik mahiyyətinə görə də ayrıca yer tutur. Məsələn, qarpızın oval şəklində olması, üzərindəki zolaqlar günəş şüalarını, qırmızı dilimlər odu, toxumları, artımı-törəyişi ifadə edir. Güney Azərbaycanda Çillə gecəsi mərasimlərində xüsusi təntənə ilə nişanlı qızlara ayrıca quru meyvə ilə bərabər qarpız aparılır. Bizdə Çillə Gecəsinin necə keçirilməsi ilə bağlı görüntülər çoxdur. Quru meyvələr süfrəyə düzülür. Qarpız gətirilir və müxtəlif mahnılar oxunur. Mahnılardan sonra isə nağıllar söylənilir. Yəni evin xanımı başda əyləşir və müəyyən nağıllar söyləməyə başlayır. “Səng səbir daşı” adlı nağıl var ki, bu mərasimlərdə daha çox bu nağıllar söylənilir”.

M.Abbasova qeyd etdi ki, Novruz bayramında olduğu kimi, Güney Azərbaycanda Çillə gecələrində də xüsusi fallar açırlar. O vurğuladı ki, bir kasaya su doldurulur və həmin kasaya ayrı-ayrı predmetlər, üzük, sancaq və başqa nişanələr salınır, daha sonra kasa başında çillə nəğməsi oxunur, növbə ilə nişanələr çıxarılır. M.Abbasova Çillə gecələrində oxunan nəğmələrə də diqqət çəkdi:

A Çillə, Çillə qardaş,

Atın qamçıla qardaş.

Bir gəlib danışmadın

Qəlbim açıla, qardaş.

 

Bir qız gördüm biçində,

Sarı sünbül içində,

Burda bir toy olacaq

Gələn ayın içində.

 

Gedən getmə işim var,

Zərgərdə gümüşüm var

Qərib-qərib ölkədə

Qolu bağlı quşum var.

 

Qapıdan biri gəldi,

Ağamın nuru gəldi

Bir arxı kim bəkləyib

Suyu çox duru gəldi.

 

“Çillə gecəsi falların açılmasının çox nadir bir forması var. Əslində  41 təsbehin seçilməsi kimi bir fal nümunəsi var ki, bu 41-lik adlanır, falda 1 Allahın adı təkliyi, 40 rəqəmi isə onun müqəddəsliyini ifadə edib. Mərasim xüsusi olaraq kürsü ətrafında sayılıb-seçilən bir ağıbirçək tərəfindən həyata keçirilir. Bu təsbehdən 41 dənə ayrılır və bunlar gizlin saxlanılır. Daha sonra üç dənə Allah, Məhəmməd, Əlinin adı ilə ayrılır, sonrakı dənələr üzərində sıra ilə bayatılar söylənilir, fal tutulur. Xüsusilə sadə Qum şahsevənlərinin fal bayatıları var ki, biz onları Güney Azərbaycan mühitindən toplamışıq. Bu bayatılar ayrıca olaraq bu fallarda istifadə olunur. Məsələn:

Ağ at biçində gəzər,

Buxov qıçında gəzər

Mən qurbanam qardaşa

Xanlar içində gəzər.

 

Qarşıda İmamzada,

Gəlmişəm sənə dada.

Əl məndən, ətək səndən

Sevdiyim vermə yada.

 

Qızıl üzük, ləl daşı,

Dur gəl igidlər başı.

Adın deyə bilmirəm

Xal qəynimin qardaşı”.

M.Abbasova bu mövzuda olduqca məzmunlu və maraqlı şərh verdi, fikirlər bildirdi. Sonda onu da vurğuladı ki, Güney Azərbaycan folkorunun toplanılması sahəsində böyük işlər görülüb, AMEA-nın Folklor İnstitutunda 15 cildlik Güney Azərbaycan kitabı çıxıb, ayrıca olaraq şöbə müdirinin özü  “Təbriz folklor mühiti” adlı kitab da çıxarıb...

İradə SARIYEVA

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Nacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ