Bazar ertəsi günü, 09 noyabr 2026
     

Qazdan sonra Qərbin Rusiya nüvə yanacağından da asılılığı üzə çıxdı

Image


Rusiya-Ukrayna müharibəsi başlanandan sonra nüvə silahlarının mümkün tətbiqi barədə xəbərlərin sayı əhəmiyyətli dərəcədə çoxalıb. Kreml birmənalı şəkildə belə silahdan istifadə edilməyəcəyini bildirsə də, Qərb mənbələri əks iddialarını davam etdirir.  

Bu günlərdə “The Times” qəzeti yenidən yazıb ki, NATO bloka üzv olan ölkələrə Rusiyanın Qara dənizdə nüvə sınaqları keçirə biləcəyi barədə xəbərdarlıq edib. Nəşrin məlumatına görə, bununla da Moskva guya kütləvi qırğın silahlarından istifadə etməyə hazır olduğunu nümayiş etdirəcək. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya Silahlı Qüvvələrinin Qara dənizdə nüvə silahından istifadə etmə ehtimalı ilə bağlı mediada yayılan xəbərlərə münasibət bildirib: “Qərb mediası, Qərb siyasətçiləri, dövlət başçıları indi nüvə ritorikası üzrə çoxlu təlimlər keçirirlər. Biz bu işdə iştirakçı olmaq istəmirik”. Buna rəğmən, Almaniyanın xarici işlər naziri Annalena Berbok qeyd edir ki, Rusiyanın nüvə hədələrinə ciddi yanaşılmalıdır: “Bu ilk dəfə deyil ki, Rusiya rəhbərliyi belə hədələri dilə gətirir, bunlar məsuliyyətsiz bəyanatlardır, amma biz bunu çox ciddi qəbul etməliyik”. “Reuters” agentliyi yazır ki, burada əsas məsələ prezident Vladimir Putinin Rusiya dövlətinə təhlükəni necə qavratmasıdır. Putin bildirib ki, Ukraynadakı müharibə əslində Rusiya ilə Qərb arasında “ölüm-dirim” mübarizəsidir. Onun sözlərinə görə, Qərb Rusiyanı məhv edərək, onun nəhəng təbii sərvətlərini qəsb etmək istəyir. “Reuters” yazır ki, bəzi təhlilçilər Putinin blef etdiyini desə də, Vaşinqton Kreml rəhbərinin hədələrini ciddi qəbul edir: “Şərhçilər bildirir ki, Ukrayna ərazisinin 18 faizini işğal etməsi Putinə nüvə silahından məhz bu ərazidə istifadə etmək imkanı verir. Rusiyanın hərbi doktrinası, onun varlığına təhlükə yaranarsa, hətta adi silahlarla hücuma da nüvə silahı ilə cavab verməyi nəzərdə tutur. İndiyədək heç bir Rusiya rəsmisi Birləşmiş Ştatlarda, Rusiyada, Avropa və Asiyada şəhərləri dağıdacaq strateji nüvə silahlarının adını çəkməyib. Taktiki nüvə silahlarından adətən döyüş meydanlarında taktiki məqsədlərlə istifadə edilir. Bunlar Moskva, Vaşinqton və London kimi şəhərləri dağıda biləcək strateji bombalardan daha az gücə malikdir. Belə silahlar təyyarələrdən bombalar, yerdən, sualtı qayıqlardan və gəmilərdən raketlərlə atıla bilər. “Reuters” yazır ki, Rusiyanın ixtisaslaşmış və təlim görmüş xüsusi nüvə qüvvələri olsa da, onların, xüsusilə də könüllü, muzdlu və yeni səfərbər olunmuş qüvvələrin belə apokaliptik döyüş meydanında necə hərəkət edəcəyi məlum deyil. Qlobal supergüc kimi Birləşmiş Ştatlar Rusiyanın hər hansı nüvə zərbəsinə cavab vermək iqtidarındadır. Rusiya və ABŞ bütün dünyanın nüvə başlıqlarının 90 faizinə sahibdir. Bu iki ölkə nüvə cəbbəxanalarını Soyuq Müharibə illərində inkişaf etdirib. “Reuters” yazır ki, ABŞ prezidenti Co Baydenin cavab variantına nüvə zərbəsinə adi silahlarla reaksiya da daxildir. Belə bir hal ABŞ və Rusiya arasında birbaşa müharibə olardı. ABŞ milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın dediyinə görə, Vaşinqton Moskvaya nüvə silahından istifadənin spesifik fəlakətli nəticələri barədə xəbərdarlıq edib. Təqaüddə olan general və MKİ-nin keçmiş direktoru Deyvid Petraus deyib ki, Moskva nüvə silahına əl atsa, ABŞ və NATO müttəfiqləri Rusiyanın Ukraynadakı hərbi texnikasını, canlı qüvvəsini, habelə bütün Qara dəniz donanmasını məhv edə bilər. Amma o da qeyd edilməlidir ki, Rusiya nüvə başlıqlarının sayına görə dünyanın ən böyük nüvə dövlətidir. Amerika Alimləri Federasiyasının məlumatına görə, Rusiyanın 5977, ABŞ-ın 5428 nüvə başlığı var. Bu rəqəmlərə istifadədən çıxarılmış nüvə başlıqları da daxildir. Rusiyanın yerləşdirilmiş və ya atışa hazır 1458 starteji nüvə başlığı var. ABŞ üçün bu rəqəm 1389-dur. Bu nüvə başlıqları sualtı gəmilərdə və təyyarələrdə yerləşdirilmiş qitələrarası nüvə raketlərindədir. Lakin taktiki nüvə silahına gəldikdə, Rusiyanın belə silahı ABŞ-dakından 10 dəfə çoxdur. ABŞ-ın 200 taktiki nüvə silahlarının yarısı Avropadakı bazalarda yerləşdirilib. Ancaq nüvə məsəsləsində problem təkcə silahlarla məhdudlaşmır.

Daha maraqlısı nüvə enerjisi ilə bağlı vəziyyətdir. "Bloomberg" nəşri bildirir ki, Avropanın beş ölkəsi - Polşa, İrlandiya, Litva, Latviya və Estoniya mayeləşdirilmiş neft qazının tədarükünə qadağa, həmçinin, nüvə energetikası sahəsində əməkdaşlığa məhdudiyyətlər də daxil olmaqla, anti – Rusiya tədbirləri paketini hazırlayaraq onu qəbul etməyi təklif edib. Avropa İttifaqı “kiçik beşliy”in bu təklifi ilə razılaşarsa və bu sahədə əməkdaşlığa məhdudiyyətlər anti-Rusiya sanksiyalarının səkkizinci paketinə daxil edilərsə, o zaman nəticələr daha ciddi olacaq. Həm də Avropanın özü üçün. Məsələ burasındadır ki, nüvə sənayesinə qarşı sanksiyaların tətbiqi asan deyil, buna görə də onlar hələ də tətbiq olunmayıb. Məsələn, atom elektrik stansiyasına texniki xidmət və digər xidmətləri bu stansiyanın tikintisi ilə birbaşa əlaqəli olan tərəf həyata keçirir. Beləliklə, Bolqarıstan, Çexiya, Slovakiya, Macarıstan və Finlandiya (bu ölkələrdə sovet reaktorları var, bəzilərində isə “Rosatom” hələ də yeni stansiyaların tikintisi layihələrini həyata keçirir) həll edə bilməyəcəkləri bütöv bir problemlə üzləşəcəklər. Öz növbəsində, sadalanan ölkələrin bir neçəsinin qonşuları bu ölkələrin bəzilərinin (məsələn, Balkanlar və Yunanıstana Bolqarıstan AES-dən gələn tədarüklərdən) atom elektrik stansiyalarından enerji ixracından asılıdır ki, bu da Avropa İttifaqı ölkələrinin əhəmiyyətli bir hissəsinin enerji təhlükəsizliyini təhlükə altına qoyur. Yeri gəlmişkən, stansiyaya texniki qulluq tələb olunan miqdarda nüvə yanacağının verilməsini, həmçinin, onun reaktorlara yüklənməsini nəzərdə tutur. Nüvə yanacağı ilə bağlı məsələ daha çətindir, o, təhlükəsizlik nəzarəti orqanları tərəfindən müəyyən edilmiş lisenziyalaşdırma tələblərinə uyğun olaraq müəyyən edilmiş formaya ən yüksək dərəcədə uyğun olmalıdır. Yəni sadə dillə desək: Rusiya uranından alınmış Rusiya yanacağını hansısa analoqla əvəz etmək, demək olar ki, mümkün deyil. Çexiyanın “Seznam zpravy” nəşri daha əvvəl hətta hesablamışdı ki, Avropa atom elektrik stansiyaları üçün Rusiya yanacağının idxalı dayandırılarsa, Aİ əhalisinin, demək olar ki, dörddə biri işıqsız qalacaq. Yeri gəlmişkən, yanacaqla yanaşı, Rusiya Avropaya uran da tədarük edir. Məsələn, Fransa onu kifayət qədər fəal şəkildə alır və ondan həm sovet tipli reaktorlar, həm də Qərb reaktorları üçün yanacaq elementləri hazırlayır.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ