Cümə axşamı günü, 19 noyabr 2026
     

Ta­rix­də iz bu­ra­xan­lar: Sul­tan V Mu­rad xan

Image


Sul­tan V Mu­rad xan Os­man­lı sul­tan­la­rı­nın otuz üçün­cü­sü, İs­lam xə­li­fə­lə­ri­nin dox­san sək­ki­zin­ci­si­dir. Sul­tan V Mu­rad xan 21 sentyabr 1840-cı il­də İs­tan­bul­da ana­dan olub. Ata­sı Sul­tan Əb­dül­mə­cid xan, ana­sı Şef­kef­za sul­tan­dır. Döv­rün ta­nı­nan alim­lə­rin­dən dərs alıb. Döv­lət ida­rə­si­ni, fənn elmlə­ri­ni və ərəb­cə, farsca, fran­sız­ca­nı öy­rə­nib. Ata­sı Sul­tan Əb­dül­mə­cid xan ona Mu­rad adı ver­mək­lə döv­lə­tin is­tiq­ba­lı haq­qın­da­kı yax­şı niy­yət­lə­ri­ni ifa­də et­mək is­tə­yib...

Ata­sı­nın 25 iyun 1861-ci il­də və­fa­tın­dan son­ra Əb­dü­lə­ziz xan tax­ta ke­çin­cə V Mu­rad xan və­li­əhd olur. Nə­za­kə­ti, mə­də­niy­yə­ti, döv­rü­nə gö­rə bi­li­yi və yum­şaq­xa­siy­yət­li­li­yi ilə çox se­vi­lən V Mu­rad xan əmi­si Əb­dü­lə­ziz xa­nın 1863-cü il­də Mi­sir və 1867-ci il­də Av­ro­pa sə­ya­hət­lə­rin­də iş­ti­rak edir. Bu sə­ya­hət­lər­də dav­ra­nış­la­rı ilə Os­man­lı xa­nə­da­nı­nın əsil­za­də­li­yi­ni təm­sil edə­rək təq­dir olu­nur. Əb­dü­lə­ziz xa­nın 1876-cı il iyun ayı­nın 4-də şə­hid edil­mə­si­lə V Mu­rad xan Os­man­lı sul­ta­nı elan edi­lir. Əb­dü­lə­ziz xa­nın fa­ci­ə­vi bir şə­kil­də şə­hid edil­di­yi­ni və ana­sı Per­te­ve­ni­yal sul­ta­na çox çir­kin iş­gən­cə­lər ve­ril­di­yi­ni eşi­dən Sul­tan V Mu­rad xa­nın kə­dər­dən ağ­lı po­zu­lur. Kə­də­ri üzün­dən xəs­tə­li­yi­nin artma­sın­da hə­kim Ca­po­le­o­ne­nin ca­hi­la­nə, yan­lış di­aq­noz və mü­a­li­cə­si­nin də mü­hüm ro­lu olur. Bu ara­da V Mu­rad xa­nın be­lə xəs­tə ha­lı ilə ix­ti­lal­çı­la­rın oyun­ca­ğı ha­lı­na gə­ti­ri­lib Av­ro­pa­da­kı mü­əy­yən təş­ki­lat­la­rın da­ğı­dı­cı plan­la­rı­nın tət­bi­qi­nə cəhd edi­lir, la­kin qar­da­şı II Əb­dül­hə­mid xan bun­la­rın qar­şı­sı­nı alır.

1876-cı il av­qust ayı­nın 31-də taxtdan en­di­ri­lən, səl­tə­nə­ti cə­mi dox­san üç gün sü­rən V Mu­rad xan Os­man­lı sul­tan­la­rı­nın ən az sul­tan­lıq edə­ni­dir. Səl­tə­nət­dən uzaq­laş­dı­rıl­dıq­dan son­ra ai­lə­si­lə Çı­ra­ğan sa­ra­yı­na yer­ləş­di­ri­lən V Mu­rad xa­nın xəs­tə­li­yi son­ra­dan yax­şı­la­şır. Vax­tı­nı oxu­maq və nə­və­lə­ri­ni oxut­maq­la ke­çi­rən Sul­tan V Mu­rad xan qar­da­şı Sul­tan II Əb­dül­hə­mid xan ilə da­im yax­şı mü­na­si­bət­lər­də olub. 1904-cü il av­qust ayı­nın 29-da və­fat edən Sul­tan V Mu­rad xan İs­tan­bul­da Ye­ni ca­mi­də­ki tür­bə­də dəfn edi­lib.

Sul­tan Əb­dü­lə­ziz xan tax­ta keç­dik­dən son­ra V Mu­rad nis­bə­tən sər­bəst ya­şa­yıb. Av­ro­pa sə­ya­hət­lə­rin­də də onun ya­nın­da olub, Av­ro­pa üsu­lun­da ye­tiş­di­ril­di­yi­nə və fran­sız­ca bil­di­yi­nə gö­rə Fran­sa və İn­gil­tə­rə sa­ray­la­rın­da diq­qət­lə­ri özü­nə çə­kib və Əb­dü­lə­ziz­dən da­ha çox sim­pa­ti­ya qa­za­nıb. İn­gil­tə­rə Və­li­əh­di ilə dost olub və onun və­ka­lə­ti­lə ma­son­luq təş­ki­la­tı­na üzv se­çi­lib. Os­man­lı ta­ri­xin­də bən­zə­ri ol­ma­yan bu ha­di­sə Sul­tan Mu­ra­dın Av­ro­pa hökmdar­la­rı və on­la­rın tə­rəf­dar­la­rı ya­nın­da bö­yük şöh­rət qa­zan­ma­sı­na sə­bəb olub. Ma­son­lu­ğu sa­yə­sin­də və Tür­ki­yə­də qa­zan­dı­ğı dostlar va­si­tə­si­lə o, Av­ro­pa fi­kir hə­rə­kət­lə­ri­ni asan­lıq­la və da­vam­lı ola­raq tə­qib et­mək im­ka­nı­nı qa­za­nıb və be­lə­cə Av­ro­pa­nın qay­da və adət­lə­ri­nə, li­be­ral fi­kir­lə­ri­nə sa­hib olub. Tax­ta çı­xın­ca da məm­lə­kə­ti­nə sə­viy­yə­li bir şə­kil­də xid­mət edə bi­lə­cə­yi inan­cı var idi. Ata­sı­nın is­la­hat fi­kir­lə­ri­ni da­ha kök­lü və da­ha ge­niş bir plan da­xi­lin­də tət­biq et­mək tə­səv­vü­rün­də idi. Bu tə­səv­vür­lə­ri xalq ara­sın­da və ən çox gənc Os­man­lı­lar ara­sın­da ona bö­yük şöh­rət qa­zan­dır­mış­dı. Bi­lin­di­yi ki­mi, Sul­tan Əb­dü­lə­ziz xan döv­rü­nün son il­lə­rin­də İm­pe­ra­tor­luq­da qor­xu, sə­fa­lət və əm­niy­yət­siz­lik hökm sü­rür­dü. O üz­dən Sul­tan Əb­dü­lə­ziz xa­nın taxtdan en­di­ril­mə­si və V Mu­ra­dın sul­tan elan edil­mə­si se­vinclə qar­şı­lan­mış­dı. Bu se­vin­cin da­şı­dı­ğı mə­na bu idi: des­po­tizm döv­rü so­na çat­mış, hür­riy­yət döv­rü baş­la­mış­dır. Hür­riy­yət im­pe­ra­tor­lu­ğu düş­müş ol­du­ğu uçu­rum­dan qur­ta­ra­caq və hər kə­sin ümid et­di­yi­ni hə­ya­ta ke­çi­rə­cək­di.

Sul­tan V Mu­rad xan ar­tıq mil­lət de­yə ifa­də edil­mə­yə baş­la­yan xal­qı se­vir­di və ona xid­mət et­mək is­tə­yir­di. Fə­qət bu xü­sus­da özü­nü tax­ta çı­xa­ran və­kil­lə­rin yar­dı­mı­na eh­ti­ya­cı var­dı. Və­kil­lər isə hə­lə də tu­tu­la­caq yol haq­qın­da an­laş­ma­mış bir hal­da idi­lər. Sul­tan Əb­dü­lə­ziz xa­nı taxtdan en­di­rər­kən des­po­tiz­mi ara­dan qal­dır­maq xü­su­sun­da bir­lik ya­ra­dıl­mış­dı. Sul­tan V Mu­rad xa­nı tax­ta çı­xa­rın­ca məş­ru­tiy­yə­ti elan et­mək nöq­tə­sin­də ay­rıl­dı­lar: Səd­rə­zəm Məh­məd Rüş­tü Pa­şa na­mus­lu və sə­da­qət­li bir zat idi. Fə­qət o, bö­yük döv­lət ada­mın­da ara­nan ət­raf­lı fi­kir və sağ­lam ira­də­yə sa­hib de­yil­di. Bu sə­bəb­lə də Məh­məd Rüş­tü Pa­şa məş­ru­tiy­yət ida­rə­si­nin Os­man­lı İm­pe­ra­tor­lu­ğun­da tət­biq edi­lə bi­lə­cə­yi­nə inan­mır və mil­lə­tə hür­riy­yət ve­ril­mə­si­nin zə­rər­li ola­ca­ğı­nı id­dia edir­di. Hərb na­zi­ri Hü­seyn Av­ni Pa­şa isə ida­rə­nin köh­nə şək­li­ni mü­ha­fi­zə şər­ti­lə is­la­hat tə­rəf­da­rı idi. Hü­seyn Av­ni Pa­şa­ya gö­rə, müs­bət hə­rə­kət edil­di­yi və əda­lət­dən üz dön­də­ril­mə­di­yi təq­dir­də des­po­tiz­min qar­şı­sı alı­na bi­lər­di.

Na­zir­lər ka­bi­ne­ti­nin üz­vü Mit­hat Pa­şa­ya gə­lin­cə, ya­ra­nan fə­na­lıq­la­rın an­caq məş­ru­tiy­yət ida­rə­si ilə ara­dan qal­dı­rı­la bi­lə­cə­yi fik­rin­də idi. Na­zir­lər ka­bi­ne­ti­nin di­gər üzvlə­ri də bu üç fi­kir­dən bi­ri­nə uy­ğun ba­xır­dı­lar. Xal­qın mü­ha­fi­zə­çi qis­mi səd­rə­zə­mi, ay­dın­lar isə Mit­hat Pa­şa­nı dəs­tək­lə­yir­di. Or­du za­bit­lə­ri də, məş­ru­tiy­yət tə­rəf­dar­la­rı ol­maq­la ya­na­şı, Hü­seyn Av­ni Pa­şa­nın əm­rin­də idi. Av­ro­pa­nın ümu­mi tə­rəf­dar­la­rı isə Tür­ki­yə­də məş­ru­tiy­yə­tin elan edi­lə­cə­yi­nə müt­ləq nə­zə­ri­lə ba­xır­dı­lar. Os­man­lı döv­lə­tin­də bir pad­şa­hın şə­ri­ət tə­ləb­lə­ri­nə gö­rə taxtdan en­di­ril­mə­si üçün onun ya sö­yüş söy­mə­si, ya da on­da də­li­lik əla­mə­ti­nin ol­ma­sı la­zım gə­lir­di. Sul­tan Əb­dü­lə­zi­zə sö­yüş is­nad edil­mə­di­yi­nə gö­rə on­da də­li­lik əla­mə­ti­nin ol­du­ğu, dok­tor ra­por­tu­na gö­rə de­yil, fət­va ilə təs­bit edil­miş və o, taxtdan en­di­ri­lə­rək ye­ri­nə Sul­tan V Mu­rad xan se­çil­miş­di. Sul­tan V Mu­rad xa­nın sul­tan ola­ca­ğı za­man on­da də­li­lik əla­mət­lə­ri­nin ol­ma­dı­ğı­nı qə­bul et­mək la­zım gə­lir­di. Sul­tan V Mu­rad xan, əv­vəl­cə­dən açıq­lan­dı­ğı ki­mi, çox həs­sas və zə­if ira­də­li bir sul­tan idi. Bu sə­bəb­lə də o, sul­tan olar-ol­maz, də­li­lik əla­mət­lə­ri özü­nü gös­tər­mə­yə baş­la­mış­dı. Bu su­rət­lə də o, bir ne­çə ay­dan iba­rət olan, fa­ci­ə­lər­lə do­lu döv­rü­nün son fa­ci­ə­si­i­ni qur­ba­nı şəx­sən özü ol­du.

Sul­tan V Mu­rad xa­nın də­li­li­yi­nə tə­sir edən ha­di­sə­lər bun­lar­dır: Əb­dü­lə­ziz döv­rü­nün son il­lə­rin­də səl­tə­nət va­ris­li­yin­də də­yi­şik­lik şa­i­yə­lə­ri or­ta­da do­laş­ma­ğa baş­la­mış­dı. Sul­ta­nın özün­dən son­ra tax­ta oğ­lu, şah­za­də Yu­suf İz­ze­ti­nin çıx­ma­sı­nı tə­min et­mək üçün ça­lış­dı­ğı de­yi­lir­di. Be­lə bir hal­da isə Sul­tan V Mu­rad xan taxt üzə­rin­də­ki haq­la­rı­nı iti­rə­cək­di. Bax, səl­tə­nət haq­la­rı­nı itir­mə qor­xu­su on­da ağıl po­zuq­lu­ğu­na əl­ve­riş­li şərtlə­ri mey­da­na gə­tir­mə­də ilk amil ol­du.

Sul­tan V Mu­rad xan bu qor­xu­nun tə­si­ri ilə, nə­za­rət al­tın­da tu­tul­ma­sı­na bax­ma­ya­raq, Gənc Os­man­lı­lar­la və Əb­dü­lə­ziz xa­nın və­kil­lə­ri ara­sın­da­kı düş­mən­lə­ri­lə mü­na­si­bət­lə­ri­ni ya­xın­laş­dır­maq məc­bu­riy­yə­tin­də idi. Hü­seyn Av­ni Pa­şa ilə Mit­hat Pa­şa­nın Əb­dü­lə­ziz xa­nı bi­hal et­mək üçün ha­zır­lan­dıq­la­rı or­ta­ya çıx­dı­ğı an­dan eti­ba­rən Əb­dü­lə­ziz xan son də­rə­cə şüb­hə­li və qor­xu­lu gün­lər ke­çir­mə­yə baş­la­dı. Çün­ki o, tər­ti­bin mü­vəf­fəq ol­ma­ma­sı ha­lın­da öl­dü­rü­lə­cə­yi­ni zənn edir­di. Qor­xu onun ağ­lın­da təx­ri­bat­lar tö­rət­di. Əb­dü­lə­ziz xa­nın taxtdan en­di­ril­mə­si­nə da­ir təs­bit edi­lən ta­ri­xin onun özü­nə xə­bər ve­ril­mə­dən bir gün ön­cə­yə alın­ma­sı və dra­ma­tik bir şə­kil­də "bar­da­ğı da­şı­ran dam­la" öz və­zi­fə­si­ni ye­ri­nə ye­tir­di.

Sul­tan V Mu­rad xa­nın da taxtdan en­di­ril­mə­si el­mi bir fət­va ma­hiy­yə­tin­də idi. Bu əs­na­da Sul­tan V Mu­rad xa­nın Baş ka­ti­bi Sə­dul­lah bəy cə­na­bı­na taxtdan en­di­ril­di­yi­ni və Dol­ma­bax­ça­dan Çı­ra­ğan sa­ra­yı­na kö­çü­rül­mə­si üçün ye­ni sul­ta­nın ira­də­si­ni təb­liğ et­di. Fə­qət bir şah­za­də üçün tax­ta çıx­maq və taxtda möh­kəm­lən­mək çə­tin ol­du­ğu qə­dər taxtdan ay­rıl­maq da çox çə­tin idi, hət­ta çox da­ha çə­tin idi. Sul­tan V Mu­rad xan qı­sa sul­tan­lı­ğı əs­na­sın­da iz­ti­rab­dan baş­qa bir şey gör­mə­di və hət­ta ağ­lı­na otur­dul­ma­sı­na bax­ma­yaq, o, taxtdan ay­rıl­maq is­tə­mə­di. Çı­ra­ğan Sa­ra­yı­na get­mə­mək üçün di­rən­di. Be­lə ol­duq­da bir əş­ya ki­mi o, zor­la ara­ba­ya min­di­ril­di və ağ­lı taxtda qal­ma­sı­na bax­ma­ya­raq, sür­gün edil­di­yi ye­rə apa­rıl­dı.

Üç ay da­vam edən Sul­tan V Mu­rad xa­nın döv­rün­də kim­sə mu­ra­dı­na na­il ola bil­mə­di. Sul­tan V Mu­rad xa­nın döv­rü fa­ciə ilə baş­la­dı, fa­ci­ə­lər­lə da­vam et­di və fə­ciə ilə bit­di. Əb­dü­lə­ziz xa­nın və­fa­tı və ya in­ti­ha­rı, Sə­rəs­gər Hü­seyn Av­ni Pa­şa ilə bə­zi na­zir­lə­rin qətl edil­mə­lə­ri, nə­ha­yət Sul­tan V Mu­rad xa­nın ağ­lı­nı itir­mə­si və taxtdan en­di­ril­mə­si tra­ge­di­ya ro­man­çı­la­rı­nı be­lə hey­rə­tə gə­tir­di. Hö­ku­mət üs­ya­nı, qan, xə­ya­nət, sui-qəsd bu döv­rün nə­ti­cə­si­dir.

Bü­tün bun­lar nə­yə gö­rə baş ve­rir­di? Bu su­a­lı ca­vab­lan­dır­maq üçün bir çox sə­bəb­lə­ri sı­ra­la­maq olar. Fə­qət bü­tün sə­bəb­lə­ri tək bir və­ziy­yə­tin ya­ra­dıl­ma­sı üçün gö­rül­müş fə­a­liy­yət­lər ki­mi qə­bul et­mək də olar. Bu da par­ça­lan­maq­da olan Os­man­lı İm­pe­ra­tor­lu­ğu ne­cə xi­las edil­mə­li­dir su­rə­tin­də qu­rul­muş­du. Döv­lət adam­la­rı ça­rə və təd­bir xü­su­sun­da iki züm­rə­yə ay­rı­lır­dı. Mü­ha­fi­zə­kar züm­rə ida­rə­çi­lik­də şə­ri­ət və şid­dət üsu­lu­na tə­rəf­dar idi. İn­qi­lab­çı züm­rə isə məş­ru­tiy­yət və mə­də­niy­yət te­zi­nə üs­tün­lük ve­rir­di. Mü­ha­fi­zə­kar züm­rə or­ta çağ zeh­niy­yə­ti­ni mü­ha­fi­zə et­mək, in­qi­lab­çı züm­rə isə mo­dern zeh­niy­yə­ti­ni gə­tir­mək is­tə­yir­di. Mü­ba­ri­zə bu iki züm­rə ara­sın­da da­vam edir­di. Ta­ri­xin heç bir döv­rün­də keç­miş zeh­niy­yə­tin ye­ri­ni asan­lıq­la ye­ni zeh­niy­yə­tə tərk et­di­yi gö­rül­mə­yib.

İn­kar­çı züm­rə, baş­da Mit­hat Pa­şa ol­maq­la, bir ovuc zi­ya­lı­dan tə­şək­kül edir­di. Xalqdan on­la­ra qo­şu­lan­la­rın bö­yük bir qis­mi nə məş­ru­tiy­yət­dən, nə də hür­riy­yət­dən bir şey an­la­yır­dı. Fə­qət keç­miş ira­də­dən ümid­lə­ri­ni kəs­miş­di­lər. Ye­ni ida­rə bəl­kə də um­duq­la­rı­nı gə­ti­rə­cək­di. Baş­da Səd­rə­zəm Məh­məd Rüş­tü Pa­şa ilə Hü­seyn Av­ni Pa­şa­nın ol­du­ğu mü­ha­fi­zə­kar züm­rə isə məş­ru­tiy­yət­dən və hür­riy­yət­dən qor­xur­du. Xal­qın məş­ru­tiy­yə­ti və hür­riy­yə­ti pis­lik üçün is­ti­fa­də edə­cə­yi­nə eh­ti­mal ve­ri­lir­di. Xal­qın cə­ha­lət­dən bo­ğu­lan və dün­ya gö­rü­şün­dən məh­rum olan bö­yük bir qis­mi də öz­lə­ri­lə ey­ni dü­şün­cə­də idi. İki züm­rə ara­sın­da­kı bu fi­kir mü­ca­di­lə­sin­də bə­zi qur­ban­la­rın ve­ril­mə­si tə­bii idi. Bax, Sul­tan V Mu­rad xan döv­rü­nün tra­ge­dik səh­nə­lə­ri­nin bu ba­xım­dan təd­qiq edil­mə­si­nin la­zım ol­du­ğu qə­na­ə­tin­də­yik. Ölən­lər, öl­dü­rü­lən­lər boş ye­rə öl­müş və öl­dü­rül­müş de­yil­di. Tibb el­min­də bir el­mi kəş­fə çat­maq üçün bə­zən təc­rü­bə­lə­ri yüz­lər­cə dov­şan üzə­rin­də apar­maq la­zım ol­du­ğu ki­mi, bir cə­miy­yə­tin hə­ya­tın­da da ye­ni qiy­mət hökmlə­ri­ni və hə­qi­qət­lə­ri əl­də et­mək üçün şü­ur­lu və ya şü­a­ral­tı fi­kir­lə­rin zə­fər­lə­ri üçün təc­rü­bə­lər apar­maq la­zım­dır. İn­qi­lab­la­rın ha­zır­lan­ma­sı və baş ver­mə sə­hi­fə­lə­ri­nin be­lə sı­naq­lar­dan keç­mə­si la­zım­dır. İn­qi­lab­la­rın ha­zır­lan­ma və hə­ya­ta ke­çi­ril­mə sə­hi­fə­lə­ri be­lə sı­naq­lar­dır. Sul­tan V Mu­rad xa­nın döv­rü Türk mil­lə­ti­nin ta­ri­xin­də, hür­riy­yət və mə­də­niy­yət fik­ri yo­lun­da bir sı­naq­dan iba­rət­dir.

Fa­zil QA­RA­OĞ­LU
pro­fes­sor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib - FOTO

19.11.2026 / 16:55
Çində tarixi görüş - Putin, Tramp və Cinpin nələri müzakirə etdi...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı - enerjinin gücü budur bax...

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...

19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı... - VİDEO

19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri

19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları - Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...

19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik" - Hikmət Hacıyev

19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"

19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir" - Prezident

19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...

19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" - Prezident

19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi - Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...

19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi – “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”

19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...

19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...

19.11.2026 / 12:12
Xeyirxahlıq missiyası

19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...

19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...

19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? - Açıqlama

19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur" - İlqar Həbiyev

19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır" - DTX rəis müavini

19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...

19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi

19.11.2026 / 10:05
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi

19.11.2026 / 09:41
ABŞ-ın üç aviadaşıyıcısından biri Yaxın Şərqi tərk etdi - nə baş verir?

19.11.2026 / 09:12
Vəkil Orxan Kəngərli saxlanıldı

19.11.2026 / 08:50
Azərbaycan Fransanı regionda sülh prosesinə mane olan qərəzli mövqeyindən əl çəkməyə çağırdı

19.11.2026 / 06:02
Çexiya da rus idmançıların ölkəyə girişini yasaqladı

18.11.2026 / 22:36
Ukraynada "ikinci Çernobıl" təhlükəsi... Avropada nüvə qəzası risqi son 40 ilin ən yüksək səviyyəsinə çatdı - 38 ölkədən XƏBƏRDARLIQ...

18.11.2026 / 22:10
İtaliyada İsraili tənqid etmək qadağan edildi...

18.11.2026 / 21:44
Kaya Kallası Rusiya ilə danışıqlarda iştirakdan kim (lər) məhrum etdi...

18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...

18.11.2026 / 21:11
Tramp ölkənin “bütün” hərbi gücünü İranın üstünə tökdü...

18.11.2026 / 20:53
Spiker Rubinyan sülh sazişinə Paşinyandan fərqli mövqe göstərdi...

18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...

18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...

18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...

18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...

18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir

18.11.2026 / 19:15
8 nəfər saxlandı, 104 kiloqram narkotik ələ keçirildi - DİN-dən irimiqyaslı əməliyyat...

18.11.2026 / 19:06
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə REAKSİYA

18.11.2026 / 18:53
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

18.11.2026 / 18:49
Türkiyədə AK Parti iqtidarı “Sözcü TV”-ni də bağladı, müxalifətə qarşı cəza yürüşləri davam edir...

18.11.2026 / 18:34
Din xadimləri dövlət qulluğunda işləyə bilməyəcəklər...

18.11.2026 / 18:19
“Türkiyə və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir” - Yaşar Gülər

18.11.2026 / 18:01
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

18.11.2026 / 17:50
Rusiya Kalininqraddakı qoşunları çıxarmaq müqabilində NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb edir...

18.11.2026 / 17:26
“Ermənistan və Azərbaycan transsərhəd su ehtiyatlarının idarə olunması üzrə işçi qrupları yaradır” - Paşinyan

18.11.2026 / 17:12
Putin və Tramp Çində görüşdü...

18.11.2026 / 17:06
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib - FOTO

18.11.2026 / 16:50
İnstitut direktoru 6 min, müavinləri 5 min maaş alacaq – Əli Əsədov qərar verdi

18.11.2026 / 16:35
İrəvan Moskvanın dəmir yolu siyasətinə qarşı mövqeyini sərtləşdirdi...

18.11.2026 / 16:20
İran Qars-Gümrü keçidinin açılmasına qarşı çıxdı...

18.11.2026 / 16:19
Azərbaycan Cənubi Qafqazın qapılarını Qərbə açır...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ