şənbə günü, 15 avqust 2026
     

Dualarımız qəbul olunmadı, Adil Mirseyid...

Image


El arasında əhya gecəsi bütün niyyətlərin, diləklərin hasil olması üçün edilən duaların qəbul edildiyi müqəddəs gecə kimi qəbul edilir. Deyirlər ki, əhya gecəsində Tanrı səbrlə bəndələrinin duasını dinləyir, sonra isə onu həyata keçirir. Bir də dan üzü, qaranlıqla işığın mübarizə apardığı o xoş çağda duaların ünvanına çatdığı haqda inanc var... Əhya gecəsində çox dualar etdik, Tanrıdan ölüm yatağında olan Adil Mirseyidin sağ qalmasını dilədik, ancaq niyyətimiz hasil olmadı. Sübhü Adil Mirseyidin ölüm xəbərilə açdıq...Təəssüf...
Mən bir devdim, bir devdim,
gözlərinə baxdım, dünyanı sevdim.
Rəsm çəkdim, şeir yazdım,
şərab içdim, yuxu yozdum,
qəhr oldum...
Dünən gecə hamımız (qələm əhlini nəzərdə tuturam) Tanrı dərgahına əl açıb yer üzünün saf bəndəsinə sağlıq dilədik...Dilədik ki, ömrünü sözə, rəsmlərə hopduran Mirseyidə şəfa versin. O qədər ümidsizə ümid verib ki, Tanrı...O bir dev idi, nəhəng idi, içi, daxili sevgiylə, yaxşılıqla dopdoluydu, aşıb-daşırdı. Haqq aşiqiydi Adil Mirseyid. Haqqa aşiq olanlar isə sözə, təsvirə aşiq olur. O, işıq idi başdan-başa. Adamın bircə kəlməsindən daxilini görürdü, kim olduğunu, hansı yola qulluq etdiyini hiss edirdi, duyurdu.
Adil Mirseyidi uzaq tələbəliyimin bitməsindən təxminən bir il sonra tanımışam. Dərbənddə yaşayan bir xanım haqda yazı yazmışdım, onu çap etdirmək istəyirdim. Tanınmış alim, professor Məhərrəm Qasımlı mənə məsləhət gördü ki, yazını "Palitra" qəzetinə aparıb orada Adil Mirseyidə verim, o çap edəcək. Getdim...Sözün düzü, Adil müəllimi tamam başqa cür təsəvvür edirdim, amma qarşıma tamam başqa bir adam çıxdı...Sadə, üzündə işıqlı təbəssüm olan bir adam. Mən onu xeyirsevər bir dərvişə bənzətdim, bu duru adamı başqa kimə bənzədə bilərdim ki...Yazını götürdü, baxdı, sonra üzümə baxıb dedi ki, sən şeirlərini də gətir çap edim...Duruxdum. Təəccübləndim ki, o mənim şeir yazdığımı hardan bilir? Günlərin birində şeirlərimi apardım və o çap etdi...Sevincim yerə-göyə sığmırdı, zarafat deyildi, Adil Mirseyid mənim kimi bir arxasız-dayaqsız kəndçi qızının şeirlərin, bəyənmişdi...        
Şəhərdə, əsasən də "Sahil" metrosu ətrafında, "Sahil" parkında Adil Mirseyidi tez-tez görürdüm. Qayğılı, fikirli dolaşırdı, deyəsən işsiz günləri idi. Çox fikirli olardı, çantası çiynində parkda var-gəl edirdi. Elə bil kiminləsə, nə iləsə haqq-hesab çürüdürdü. Bəlkə də Tanrısı ilə danışırdı, ondan taleyinin niyə belə yazıldığının, yuxularının tərs yozulduğunun səbəbini soruşurdu.
Adil müəllimlə bir dəfə də həmsöhbət olmuşuq. Tanınmış şair, publisist Hüseyn Əfəndi haqda yazı hazırlayırdım. Təsadüf nəticəsində Azərbaycan Yazıçılar Birliyinin foyesində Adil müəllimlə qarşılaşdıq. Sevindim, dedim ki, Adil müəllim, sizinlə Hüseyn Əfəndi haqda danışmaq istəyirəm. Gülümsəyib razılıq verdi. Hüseyn Əfəndi barədə böyük yanğı ilə danışdı və yazını çox qəribə bir fikirlə tamamladı: "Federiko Fellininin bir sözü var. Deyir ki, şəhərə çıxıram-tanış üzlər azalıb, deyəsən ölüm yaxınlaşıb"...O, "ölümün yaxınlaşdığını" müjdə verəndə hələ onun ömrünün sonuna bir neçə il qalırdı. Demək o öz ölümünə doğru getməyə hazırlaşırmış. Əlbəttə, öz ölüm gününü düşünməyən adam nadan adamdır, ancaq onun kimi adamlar aqil olduqları üçün qara günlərini daha tez duyurlar.     
"Güzgüdəki adam"ın gözüylə boylandı qara günlərə, elə ölümü tərəfə də güzgüdən baxdı, orda əcəlini əli qoynunda intizarda gördü...Dedi, əziz ölüm, səni çox gözlətmərəm, gələcəm, çıxar əlini qoynundan...
Adam öz adını unudur bəzən,
Bir saat güzgüyə baxıb görür ki
Gözləri qan çəkib güzgüdəki adamın.
Güzgüdəki adam, çıx güzgüdən,
Çıxmasan güzgünü sındıraram mən.
Amma inanma sözümə,
Gücüm çatmaz bu güzgüyə,
Gücüm çatsa da, əl qaldırmaram,
Güzgüdəki adam, bağışla məni,
Çap etdirə bilmədim sənin şeirlərini.
Satmadım satılmadım,
Bir də, satmaq üçünmü, söylə, öz-özünə oxunan dualar?
Əhya gecəsində çox yerdə adamlar öz-özünə, içində dualar etdi, Adil Mirseyid, Sizə...Amma dualar keçmədi fələyin dəmir hasarından, çatmadı Tanrıya. Çatsaydı, bəlkə Allah bağışlayardı şairi...
Saralmış qızılı yarpaqlar kimi
Boyanıb həyatım payız rənginə,
Ömrümün sonuncu aşırımında
Payız alıb məni xoş ahənginə.
Payızdan yazıb yayın cırhacırında dünyadan vədəsiz köç etdi bu dünyanın sonuncu halal adamlarından biri...
Adil Mirseyidin ölüm xəbəri sözə könül verən hər kəsi yandırdı.
Tanınmış yazıçı-tərcüməçi Kənan Hacı da Adil Mirseyidin ölümünə sarsılıb. Demə ki, Adil Mirseyid can verən məqamlarda Kənan bəy Allaha dua edə-edə onun haqqında yazı yazırmış... "1937.az"-da yer alan "Bu yazını yazanda Adil can verirmiş" yazısı içimi titrətdi...Bu misralar da həmin yazıdandır:
Daha təsəllinin bir önəmi yox,
İçimdə ayrılıq sızıntısı var.
Açıldı yaralar, ölürəm, ox,ox,
Durna olmaq istəyirəm bu bahar.
Adil Mirseyid durnaya dönüb göylərə uçdu, göy üzündə buludların dostu oldu daha. Çünki yer üzündə onu dərdin əlindən qoparmağa heç bir dostun gücü çatmadı. Yaxşı baxın göy üzünə, qəm içində olan dostlar, bu gün artıq sıranızda yeri boş qalan bu saf insanı yəqin bir gün orda görərsiniz. Görəndə təəccüblənməyin, şairlərin ruhu quşa çevrilə bilir axı...




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycandan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi... - YENİLƏNDİ

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ