şənbə günü, 10 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Ömrün 85 fəsli...
Tarix: 02.07.2014 / 11:52
Bölmə: Mədəniyyət
Səhnəyə vüqarla gəlib, onu ləyaqətlə tərk edən xanım
Roza Cəlilova: "Xoşbəxtliyimi tapdığım rəqs sənəti mənə ancaq alqışlar qazandırdı..."
O rəqs edəndə uçurdu, elə uçurdu ki, o ənginliyə quş quşluğu ilə qanad çala bilməzdi. Ürəyi uçurdu fəzaya, göyün yeddinci qatına, ruhu orda gəzirdi. Bu insan haqda düşünəndə gözlərim önünə ilk olaraq onun barmaqları gəlir, barmaqları ilə dünyanı görür o, barmaqlarının incə, zərif tərpənişinə görə tanıyırlar onu. Onun rəqsləri Azərbaycan boyda bir aləmdir, rənglidir, əlvandır, özünə yaraşandır. Milli rəqslərimizi qu quşu məhəbbəti ilə sevir, dünən olduğu kimi, bu gün də könlü rəqslərimizlə pərvazlanır.
Ürəyimdə bu insanın ayrıca yeri var, elə bir yer ki, ora ancaq ona məxsusdur. Düşünürəm ki, o yer hər zaman onun yeri olaraq qalacaq... O oynayanda ürəyim riqqətə gəlib həmişə, lent yaddaşına hopan ifaları, zərif, duyğulu, danışan, ürəkləri dilləndirən rəqsləri məni valeh edib hər zaman. Maestro Niyazi onun haqqında deyirdi ki, bu qız nə qədər kökəlsə də, dəyişsə də, səhnədə uçur, yenə də uçur. Hər rəqsi səhnədə bir uçuş, bir yüksəliş olub onun üçün. Onu səhnədə qanadlandıran milli rəqslərimizə könül vurğunluğu olub. Rəqs adlı sevdaya mübtəla olandan özünü bu incə sənətə həsr edib. Rəqs sənətlərin ən incəsidir, bu isə incə ruhlu, saf ürəkli insanların təqdimatında özünü daha ifadəli göstərə bilir... Azərbaycan Respublikasının xalq artisti, görkəmli rəqs ustadı, xoreoqraf-baletmeyster, "Şərəf" ordenli, Prezident təqaüdçüsü Roza Cəlilovadır haqqında danışdığım xanım...O Roza Cəlilova ki, Azərbaycan və dünya səhnəsində milli rəqslərimizi ləyaqətlə təmsil edə bilib.
Ata arzusu...
Roza Cəlilovanın atası tanınmış partiya xadimi olub. İsmayıl kişi qızını balerina görmək istəyirdi. Onun ürəyindən keçirdi ki, balaca Rozanı balet məktəbinə qoysun. Elə də edir, 9 yaşlı Rozanı balet məktəbinə yazdırır, ata balasını böyük, işıqlı səhnələrdə görürdü, alqış, gül-çiçək yağışında görürdü fidanının gələcəyini... İsmayıl kişinin qızı əlçatmaz səhnələri fəth etdi, hər yerdə birinci oldu, amma milli rəqs sənətini təbliğ etməklə.
Roza xanım haqda indiyə qədər bir neçə yazı yazmışam, səhnəyə gəlişi, burada qarşılaşdığı yaxşı və pis hadisələr haqda bilgiləri onun özündən eşitmişəm. Həmişə deyib ki, milli rəqsi uşaqlıqdan sevib. Amma milli rəqsə yolu baletdən düşüb. Deyim ki, o, milli rəqsdən əvvəl 9 il balet rəqsinin sirlərini öyrənib. Roza xanım deyir ki, baletlə məşğul olduğu dövrdə dövlət tərəfindən ona təqaüd verilib. Burada məqsəd o olub ki, o, balet sənətinə barlansın, milli balet rəqqasəsi kimi özünü göstərə bilsin. Uzun illər səhnə təcrübəsinə malik olan Roza Cəlilova sənətinin başlanğıcından böyük maraqla danışır: "Məni balet məktəbinə atam yazdırmışdı. O vaxtlar valideynlərin çoxu övladlarının baletə getməsini istəmirdi. Elə bir vaxt idi ki, heç milli rəqsə getməyə qoymurdular, qaldı ki baletə. Amma mənim atam ziyalı idi. 36 yaşında professor olmuşdu. Atam görürdü ki, mən oynayıb-eləyirəm, rəqs etməyə həvəsim var. Deyirdi ki, mən qızımı baletə qoyacam. Mənim baletə getməyimin təşəbbüskarı atam olub. 12 yaşım olanda məktəbdə istedadlı uşaq və gənclərə aid olimpiada keçirilirdi. Müharibə dövrləri idi. Gecələr müharibə idi, gündüzlər müsabiqə keçirilirdi. Orada gəlib rəqs qurdular və o rəqsdə məni seçdilər. Dedilər ki, sən birtəhər oynayırsan, rəqsə getmisən? Dedim yox. Dedilər bəs necə yaxşı oynayırsan? Dedim balet məktəbinə gedirəm. Həmin festivalda "Azərbaycan" rəqsini ifa etdikdən sonra aşiq oldum milli rəqs sənətinə. Elə bu yaşımdan da milli rəqslərimizi ürəyimdə saxladım. Baleti qurtarana qədər ürəyimdə qaldı. Qorxumdan da anama deyə bilmirdim ki, baletdən ayrılmaq istəyirəm. Ancaq bu istəyimi anamın yanında dilə gətirməkdən çəkinirdim. Çünki məni ora atam qoymuşdu, baleti atmağım anama pis təsir edə bilərdi. 9 il balet məktəbinə getmişdim və məktəbi uğurla bitirmişdim. Amma könlümcə deyildi, ürəyimdəki milli rəqs idi. Bəlkə də mənim yerimə başqa biri olsaydı, baleti atmazdı, ancaq mən qərarımda qəti idim. Arzumu anama dedim, o mənim baletdən ayrılmağımı istəmirdi təbii. Birincisi, ona görə ki, atam 1942-ci ildə Böyük Vətən Müharibəsində Kerç cəbhəsində həlak olmuşdu... Mənim yeni seçimim onun arzusuna zidd idi... Xoşbəxtliyimi tapdığım rəqs sənəti mənə həyatda alqışlar qazandırdı, yalnız alqışlar..."
Hökumə Sultanovanın tövsiyəsi...
Roza xanım bildirdi ki, incəsənət aləminin əbədi sakini olduğu üçün ruhuna minnətdar olduğu insanlar var, onların önündə isə atası İsmayıl Cəlilov durur":Atama minnətdaram ki, baletə qoydu və mən də orda öz yolumu tapdım. Milli rəqsə gələnə qədər Akademik Opera və Balet Teatrında balerina kimi işlədim, o vaxt baletdə azərbaycanlı qızlar çox az idi. Qəmər Almaszadə başda olmaqla dörd nəfər azərbaycanlı qız vardı. İki il burada işlədikdən sonra Mədəniyyət İşləri İdarəsinin rəhbəri Hökumə Sultanovanın yanına getdim. O, həmid Sultanovun bacısı idi. Hökumə xanım atamın tələbəsi olmuşdu, bizi yaxşı tanıyırdı. Hökumə xanıma dedim ki, mən milli rəqsə getmək istəyirəm. O mənə tərs-tərs baxıb dedi ki, sən nə danışırsan, biz səni balet üçün oxutmuşuq, qayğına qalmışıq. Mən də ona dedim ki, ya baletdən çıxacağam, ya da milli rəqsə gedəcəyəm. Beləliklə 1949-cu ildə Üzeyir Hacıbəyovun yaratdığı və indi də onun yadigarı kimi yaşayan Mahnı və Rəqs Ansamblına qəbul olundum. Bilirsiz, indi çoxları bilmir ki, Mahnı və Rəqs Ansamblını Üzeyir bəy yaradıb. Elə həmin ildən başlayaraq burada çalışmağa başladım. Rəqsə gəlməyimdən bir xeyli sonra xaricə qastrol səfərinə getdim. 1953-cü ildə Berlin Festivalında qızıl medal aldım..."
Moskvadan teleqram... qorxu, göz yaşı və sevinc...
Roza xanım deyir ki, Berlində festivalda iştirak edərkən qəfil Moskvaya çağırıldığı haqda xəbər alır. Festival qalibi kimi qala konsertə hazırlaşan rəqqasə Moskvadan gələn çağırışı qorxu və sarsıntı ilə qarşılayır":Mənə dedilər ki, təcili Moskvaya qayıtmalısan, səni ora çağırırlar. Elə qorxurdum ki, deyirdim nə etmişəm görəsən, məni geri çağırırlar. Mənə nə üçün çağırılmağımın səbəbini heç kəs demirdi. Qatarla gəldim Moskvaya, gecə səhərədək qatarda ağladım... Moskvaya gəlib çatandan sonra mənə dedilər ki, hazırlaş, bir aylığa səni Albaniyaya göndəririk. Yenə gözümün yaşı qurumurdu ki, niyə məni festivaldan yarımçıq qaytarmısınız... O vaxt Zəki Səfərov vardı, Hökumə xanımın müavini idi. Dedi ki, ay qız, gör səni hara göndəririk. O səfərdə "Bolşoy Teatr"ın solistləri və SSRİ-nin digər şöhrətli sənətkarları iştirak edirdi. Beləliklə, biz Odessaya gəldik, oradan isə paraxodla yola düşdük. Düz doqquz gün yol getdik və sahildə hansı sürrprizlə qarşılaşsam yaxşıdır... Bizi Üzeyir Hacıbəyovun "Koroğlu" opersından üvertura ilə qarşıladılar... Bununla da göz yaşlarım qurudu, sevincimin həddi-hüdudu olmadı. Demə onlar bizim Azərbaycandan gəldiyimizi bilirmişlər. Bakıya qayıtdıqdan sonra mənə dedilər hardaydın, itmişdin? Dedim itməmişəm o boyda Berlin Festivalından təkcə məni çağırıb Albaniyaya göndərdilər. Bundan böyük sevinc olar? Sənətdə, səhnədə belə uğurlu, xoşbəxt hadisələrlə çox qarşılaşmışam. Bilirsən ki, mənə fəxri adı çox gec verdilər... Mən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında keçirilən 85 illik yubileyimdə də dedim ki, əziz tamaşaçılar, mənim üçün ən gözəl qiymət sizin yadınızdan çıxmamaqdır. Doğrudan da belədir. Əsas tamaşaçı sevgisi qazanmaqdır. Mən bu sevgini və alqışı zamanında qazanmışam və bu gün də onu qoruyub saxlayıram. Yubileyimin qeyd edilməsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev başda olmaqla bütün əməyi keçən insanlara təşəkkür edirəm. Xalq artisti Təranə Muradovaya da minnətdarlığımı bildirirəm ki, o tədbirin araya-ərsəyə gəlməsində böyük iş gördü. O, qardaşımın həyat yoldaşıdır və gözəl də rəqqasədir. Mənim nəvələrim-Lenay Seyidəlizadə, Aslana Seyidəlizadə və Lalə Aslanova da yolumu davam etdirir. Onlara rəqs sənətində böyük uğurlar arzulayıram".
Rəqsləri onun həyatdakı izləridir
Deyirlər ki, hər bir insanın barmaq izləri fərqli olur. Roza xanımın sənətdə qoyduğu izlər də başqa izlərdən fərqlənir. O kiminsə açdığı cığırla getməyib heç vaxt, sənətdə, səhnədə özünün açdığı cığırla irəliləyib. Ona görə də uğurlara tuş gəlib. Daxili aləmi ilə xarici aləmi arasında ciddi oxşarlıq olan Roza Cəlilova nə paxıllıq bilir, nə də pislik. Bu xanım dünyaya yaxşılıq üçün gəlib. Azərbaycanın müxtəlif yerlərində Roza Cəlilovanın əməyinin bəhrəsi var. Müqtədir bir rəqs ustadı kimi Naxçıvan Muxtar Respublikasında folklor rəqs kollektivlərinin yaradıcısı olub. Onun müəllimlik fəaliyyəti Naxçıvanla məhdudlaşmır, başqa rayonların da rəqs kollektivlərinin yaradılmasında, ayağa durmasıda əməyi olub. Sənətşünaslar deyir ki, Roza Cəlilovanın rəqqasə kimi ən üstün cəhəti professional rəqslə folkloru məharətlə birləşdirməsində olub. Lirik süjeti, bədən plastikası və kəpənək uçuşunu xatırladan zərif əl hərəkəti ilə rəqqasə hər bir rəqsində mükəmməl, bitkin bir sənət əsəri yaradıb. Rəqqasə parlaq ifaları ilə yanaşı, uzun illər xoreoqraf kimi də fəaliyyət göstərib. 1989-cu ildə həyata vəsiqə alan "Gülüstan" Mahnı və Rəqs Ansamblı isə tam mənada Roza Cəlilovanın sənət övladıdır. Yüksək professional səviyyə və tərkibinə görə "Gülüstan" ansamblı qısa zamanda populyarlaşaraq xarici ölkələrdən dalbadal dəvətlər almağa başlayır. "Gülüstan" ansamblı ilə bərabər Roza Cəlilova Bakı Dövlət Universiteti nəzdində olan "Sevinc" rəqs ansamblına da rəhbərlik edib.
Yollar yormadı onu...
Roza xanım haqda çox yazmaq olar, çünki bu xanım ömrünü sənətə həsr edib və böyük xidmətlər göstərib. Roza Cəlilovanın mənzilində onun müxtəlif illərdə səhnədə çəkdirdiyi şəkillərə tamaşa etməyin ayrı sevinci var. Divarda bir şəkil var-rəqqasə burada "Hind rəqsi"ni oynayır. Qaragöz, qaraqaş Azərbaycan gözəli səhnəmizə öz dövründə yeni rəqs gətirmişdi. Roza xanım deyir ki, 1957-ci ildə Həbəşistanda olan zaman, məşhur bir hind rəqqasəsi səhnədə oynayarkən onu gizli olaraq səhnənin arxasından böyük maraqla izləyib.
Rozanın bu həvəsini görən xarici rəqqasə hind rəqsini ona öyrədəcəyini deyib və öz paltarlarını, ayaqlarındakı zəncirlərini də ona verib. Hind rəqsini ondan öyrənən Roza Cəlilova Azərbaycanda bu rəqsin bir növ təmsilçisi olub: "Azərbaycan səhnəsinə hind rəqsini ilk mən gətirdim. İndiki hind rəqslərini oynayan rəqqasələr hind kasetlərinə baxıb hərəkətləri oradan götürürlər. Onlar rəqs hərəkətlərinin mənasını da anlamırlar, beyinlərinə gələn hərəkəti edirlər. Elə hesab edirlər ki, hind rəqsi oynayırlar. İndiki hind rəqqasələrinin heç biri peşəkar deyil".
Roza xanım səhnəyə, səhnə də Roza xanıma yaraşıb həmişə. Hətta 85 yaşında səhnəyə çıxanda belə öz şuxluğunu, kübarlığını, zəngin insanlıq xüsusiyyətlərini bir daha göstərdi böyük sənətkar. O, səhnəyə vüqarla gəlib, səhnəni də ləyaqətlə tərk edib.
DİGƏR XƏBƏRLƏR
Tarix: 10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...
Tarix: 10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi
- məsuliyyətli davransınlar...
Tarix: 08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...
Tarix: 08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək
- XƏBƏRDARLIQ...
Tarix: 07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ:
SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ
Tarix: 07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək
Tarix: 06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...
Tarix: 06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu:
Tarixi irslik və müasir parametrlər...
Tarix: 05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...
Tarix: 03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim
Tarix: 30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
Tarix: 29.09.2026 / 11:02
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...
Tarix: 08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
SON XƏBƏRLƏR
10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…
10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...
10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi
- Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…
10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj
- ya hər şeyi bizə verəcəksiz, ya da yox olacaqsız…
10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...
10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...
10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
- FOTO
10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar
- FOTO
10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi
- FOTO
10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi
10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...
10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib
10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...
10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub
10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi
- məsuliyyətli davransınlar...
10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi
- SƏRƏNCAM
10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib
10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır
- ABŞ administrasiyasına çağırış edildi...
10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi"
- ABŞ Prezidenti
10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı -
terrorçu Hassuna görə
10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi -
Ukrayna şokda…
10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış -
11 sentyabr örnəyi…
09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur...
Hicab yalnız məsciddə və məişətdə uyğundur...
09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı
09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…
09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi
– bu əxlaqsızlıqdır…
09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...
09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi...
"əks halda məhvə gedirsiniz"...
09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb
- Deputat əla dedi...
09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...
09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...
09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb
09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...
09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...
09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...
09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...
09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...
09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...
09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb
- Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...
09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI
09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir
09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub
09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...
09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək
09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər
09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...
09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib
09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...
09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…
09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək
09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır
09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…
09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...
09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib
- FOTO/YENİLƏNDİ
09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir"
- Prezident
09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"
09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...
09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər"
Prezidentdən xəbərdarlıq...
09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…
09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir"
- Prezident
09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"
09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar
09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib
- FOTO/YENİLƏNDİ
09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub
- FOTO
09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır
- qanun layihəsi Milli Məclisə təqdim olundu...
09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb
09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb
09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"
09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
- YENİLƏNİB
09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...
09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu
– qırıcılar İran dəstəkli üsyançıları bombaladı…
09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır”
- Paşinyan
09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı…
DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...
09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"
- Prezident
09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"
09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
- Prezident
09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"
09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib -
həm də seçki öncəsi…
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
XƏBƏR ARXİVİ