şənbə günü, 10 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Oljas Süleymenov Anarı seçdi
Tarix: 18.06.2014 / 07:34
Bölmə: Mədəniyyət
İyun ayının 17-də Azərbaycan Milli Akademik Dram Teatrında Azərbaycan Yazıçılar Birliyinin (AYB) XII qurultayı keçirildi. Qurultayı AYB sədri Anar açaraq mərasim iştirakçılarını salamladı. O, çıxışının əvvəlində məlumat verdi ki, qurultaya 439 nəfər nümayəndə heyəti dəvət edilsə də, onlardan ancaq 361 nəfəri qeydiyyatdan keçib. Anar, həmçinin, həyatdan köçən Birlik üzvlərini də xatırladı və onların vəfatından təəssüf hissi ilə danışdı.
AYB sədri sonra TÜRKSOY-un medal və müxtəlif mükafatlarla təltif etdiyi yazıçı və şairləri təbrik etdi.
Qeyd edək ki, TÜRKSOY xalq şairləri Vaqif Səmədoğlunu, Fikrət Qocanı, xalq yazıçıları Mövlud Süleymanlını, Çingiz Abdullayevi, Ramiz Əsgəri, Arif Əmrahoğlunu, Elçin Hüseynbəylini, İntiqam Qasımzadəni, Adil Cəmil və Rəşad Məcidi mükafatlandırıb.
Anar müəllim bildirdi ki, AYB-nin nizamnaməsinə dəyişikliklər olunub və onlar qurultayda təsdiqlənəcək. Birlik sədrinin sözlərinə görə, yerli yazarlarla yanaşı, dünyanın bir çox ölkələrinin yazarları qonaq qismində qurultaya qatılıb. Bura ABŞ-dan, Rusiyadan, Türkiyədən, İrandan, Serbiyadan, Ukraynadan, Özbəkistandan, Qırğızıstandan, Qazaxıstandan, Tatarıstandan, Gürcüstandan və digər ölkələrdən görkəmli qələm adamları gəlib. Türk dünyasının görkəmli qələm ustadı, qazax şairi və ictimai xadimi Oljas Süleymenovun qurultaya qatılması da mərasimi maraqlı etdi.
Qurultayda ilk söz deyən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev oldu. O bildirdi ki, son illər Azərbaycan mədəniyyətində, ədəbiyyatında xeyli irəliləyişlər var və bu sahələr dövlət başçısının qayğısı sayəsində daha da inkişaf edir. O, həmçinin, qeyd etdi ki, inkişafla bərabər müəyyən gözdən qaçmayan problemlər də var, həmin problemlərin aradan qaldırılması vacibdir":Çox istəyərdim ki, Yazıçılar Birliyinin üzvləri olan yazıçı və şairlər uşaq ədəbiyyatının inkişafına çalışsın, dramaturgiyaya üz tutsunlar".
Nazirin sözlərinə görə, kitab satışı məsələsində də irəliləyişlər olmalıdır.
Nazirdən sonra Oljas Süleymenov danışdı. Anara böyük dəstək verdiyini deyən böyük şair bildirdi ki, o, Bakıda gedən quruculuq-tikinti işlərini bəyənir. Onun sözlərinə görə, bu inkişafın içində ədəbiyyatın da yeri var. O.Süleymenovun bildirdiyinə görə, Anarın rəhbərliyi ilə Azərbaycan Yazıçılar Birliyi xeyli işlər görüb: "Azərbaycan Yazıçılar Birliyi böyük ədəbiyyatın inkişafına xidmət edir. Mən öz səsimi əziz dostum Anara verirəm".
Qurultayda türkiyəli yazar Atoul Bəhramoğlu, Ukraynanın xalq şairi İvan Draç, Avrasiya Yazarlar Birliyinin rəhbəri Yaqub Öməroğlu, Serbiya Yazıçılar Birliyinin sədri, Tatarıstan Yazarlar Birliyinin rəhbəri Renat Alisov da çıxış edərək Azərbaycan ədəbiyyatını yüksək qiymətləndirdilər. Onlar, eyni zamanda, Anara dəstək olduqlarını bəyan etdilər.
AYB nizamnaməsinə hansı dəyişiklik olunub?
Birliyin təftiş komissiyasının sədri, professor Qəzənfər Paşayev kiçik hesabatla çıxış etdi. Qəzənfər müəllimin sözlərinə görə, nizamnaməyə edilən dəyişikliyə görə, təftiş komissiyası üzvlərinin sayı 9-dan 7-yə endirilib":Mənim vəzifəm və komissiya üzvlərinin işi büdcə gəlirlərini yoxlamaqdan ibarətdir. Yoxlayıb gördük ki, 14 nəfər üzvlük haqqı verməyib. Birlik üzvlərinin bir qismi illik üzvlük haqqını ödəməyib. Bu məsələni özümüz həll etdik. Yəni bunu azaltmaq qərarına gəldik. Yazıçılar Birliyinin digər gəliri "Bayatı" kitab mağazasındandır. Bu da o qədər böyük məbləğ deyil, yəni kitabların satışından asılıdır. Digər gəlir isə AYB orqanı olan qəzet və jurnallardandır ki, bu da çox cüzidir. Məndən əvvəl təftiş komissiyasının sədri yazıçı Yusif Kərimov idi. O, keçən qurultayda dedi ki, gördüyümüz işlər o qədər azdır, danışmağa xəcalət çəkirəm. Biz də elə. Mən öz hüququmdan istifadə edərək istərdim ki, yeni seçiləcək sədr Anar müəllim olsun. Bilirsiz, bizim çox istedadlı yazıçı və şairlərimiz var, amma onların arasında çox az sayda adamı Biləcəridən o yanda tanıyırlar. Yəni ölkə sərhədlərimizdən kənarda tanınmırlar. Ancaq Anar müəllimi hər yerdə tanıyırlar. O yenidən sədr seçilərsə, bundan Yazıçılar Birliyi qazanar".
Onu da bildirək ki, Anar AYB sədrliyinə tək namizəd idi, onun alternativi olmadı. Qurultay iştirakçıları arasında şair Elxan Zal Qaraxanlının Anara alternativ olacağı barədə söhbətlər dolaşırdı, amma sonra məlum oldu ki, Elxan Zal namizədliyini verməkdən imtina edib.
Nəriman Həsənzadənin ədəbi gəncliyə xeyir-duası...
Xalq şairi Nəriman Həsənzadə də çıxışında Anara dəstək olacağını bildirdi. Onun sözlərinə görə, o, bütün məziyyətləri ilə bu posta layiqdir. Bundan başqa, xalq şairi qeyd etdi ki, ədəbiyyatımız inkişaf edir və güclü ədəbi gənclik yetişir: "Bu gün çox sevinirəm, burada şair və yazıçı dostlarımı gördüm, ürəyim açıldı. Sevinirəm ki, ədəbiyyatımızda çox istedadlı, eyni zamanda da tərbiyəli gənclər var. Mən onlara xeyir-dua verirəm".
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli son 10 ildə Azərbaycan ədəbi prosesini təhlil edərək bildirdi ki, ədəbiyyatımız güclü şəkildə inkişaf edib. İ.Həbibbəyli hesab edir ki, ədəbiyyatımız bütün dünyada özünə böyük nüfuz qazanıb.
Anarı dəstəkləyəcəyi ilə bağlı bir neçə gün əvvəldən açıqlamalar verən xalq şairi Sabir Rüstəmxanlı ədəbiyyatımızın təbliği ilə bağlı danışarkən regionlarda kitab mağazalarının olmadığını bildirdi. O, üzünü Əbülfəs Qarayevə tutaraq nazirdən soruşdu ki, 200 min əhalisi olan Tovuzda bir dənə kitab evi yoxdursa, camaat necə kitab oxumalıdır?
"Bakıda rus kitab evi var, Azərbaycan kitab evi yoxdur. Kitabı bazarın ümidinə qoymaq olmaz"-deyə bildirdi.
Milli Məclisin üzvü Elmira Axundova isə çıxışında bildirdi ki, Yazıçılar Birliyinin özünün də maliyyə resursları olmalıdır ki, onlar dövlət büdcəsinə arxayın olmasın: "Yazıçılar Birliyi menecmentlik, piar barədə düşünməlidir ki, ədəbiyyatı adamlara çatdıra bilsin".
Qəfil gələn qonaq
Anar müəllim qurultayın əvvəlində bildirmişdi ki, Vaqif Səmədoğlu xəstə olduğu üçün gələ bilməyəcək, TÜRKSOY-un şairə verdiyi mükafat ailəsinə təqdim ediləcək. Lakin heç gözlənilmədən Vaqif Səmədoğlu zala daxil oldu.
Qurultayda Vaqif Səmədoğluna da söz verdilər. Xalq yazıçısı Çingiz Abdullayevin köməkliyi ilə tribunaya gələn Vaqif Səmədoğlu "görün, nə günə qalmışam ki, Çingiz mənə fiziki cəhətdən kömək edir" - deyə bildirdi. O, çıxışında daha çox YB-nin yerləşdiyi binanın üzərində dayandı. Dedi ki, Anar olmasa idi, o binanı çoxdan yazıçıların əlindən almışdılar:
"Mən təkcə Anara səs vermirəm, həm də o binaya səs verəcəyəm, öz xatirələrimə, uşaqlığıma səs verəcəyəm".
Qurultayda Vaqif Səmədoğlu 15 dəqiqəlik bir çıxış etdi. Onun bildirdiyinə görə, AYB-nin binasının Birliyin əlindən alınmamasında Heydər Əliyevin, Anarın və Yusif Səmədoğlunun rolu olub. AYB Ağsaqqallar Şurasının sədri olan V.Səmədoğlu "Mən AYB-də Ağsaqqallar Şurasının sədriyəm. Qurultayda hamı hesabat verir, gərək mən də buna əməl edim. Ağsaqqallar Şurası hər gün 7-8 saatlıq iclas keçirir. İclaslarda siyasi məsələlərdən tutmuş, ədəbiyyata qədər hər mövzu müzakirə olunur... Hamısı ölüb, bircə mən qalmışam. Xərçəng ağzımda deyil, mədəmdədir. İstənilən qədər danışa bilərəm" - deyə bildirdi.
Seyran Səxavət Anarla dost deyil, ancaq onun namizədliyini dəstəkləyir...
Qurultayda fasilə zamanı bir neçə şair və yazıçının da fikirlərini öyrəndik.
Seyran Səxavət alternativ namizdlərin olmamasına təəccüblə yanaşmadı, bildirdi ki, qurultayın birinci hissəsi hələ yeni başa çatıb, ola bilsin qəfil bir nəfər çıxıb Anara alternativ olsun":Anarın alternativi olmayacaqsa, bu çox yaxşı. Mən Anara səs verəcəyəm. Düzü, mən Anarın yerinə başqa bir adam da görmürəm. O burada təxminən 25 ilə qədər vaxtdır işləyir, hər şeyi bilir, təcrübəsi var. İşləyə bilirsə, qoy işləsin. Mən Anarla dost deyiləm, ancaq onun sədr olmağını istəyirəm. Yox, gəlin oranı bəzi uşaqlara verək dağıtsınlar, axşamlar getdikləri yerlərə çevirsinlər Yazıçılar Birliyini?"
S.Səxavət hesab edir ki, AYB-nin XII qurultayı yazıçıların bayramıdır: "Qurultay deyəndə, bunun adı qurultaydır, əslində bu, yazıçıların ad günü kimi bir şeydir. Bu heç nəyi həll etməyən bir yığıncaqdır. Hamı burada bir-biri ilə görüşür. Mən özüm də burada xeyli vaxtdır görmədiyim adamları görüb sevindim. Bu bizim bayramımızdır. Bəzən deyirlər ki, qurultaydan nə gözləyirsiz? Qurultay məhsul bölgüsü deyil ki, biz ondan nə isə gözləyək".
"Anara böyük sevgim var, ancaq..."
Türkiydə yaşayan, çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Məmməd İsmayıl da qurultaya dəvət edilənlər sırasında idi. Məmməd İsmayıl qurultayla bağlı "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, AYB üzvü kimi qurultaya gəlib":Sözün doğrusu, dünyada hər şey dəyişdiyi kimi, Yazıçılar Birliyində də dəyişiklik olmalıdır. Bu qurultayda Yazıçılar Birliyi sədri postuna başqa namizədlər olsaydı, bu mənim üçün çox maraqlı olardı. Mənim Anar müəllimə sayğım var, bu səmimi münasibətdir, "xala xətirin qalmasın" deyil. Amma qurultaydır, hər yazıçı fərddir və özünün düşüncəsi, məsələlərə yanaşması var. O anlamda, Anar müəllim tək namizəddir, durub-durub onu tərifləmək olmaz. Anara mənim çox böyük sevgim olsa da, onu tərifləmək doğru deyil".
Elxan Zal müəmması...
Qurultay iştirakçıları arasında Anara alternativ olacağını dəfələrlə bəyan edən və AYB sədri vəzifəsinə iddialı olduğunu vurğulayan Elxan Zal Qaraxanlıya yaxınlaşıb ondan "Elxan bəy, siz bir neçə vaxtdır ki, Anara alternativ olacağınızı bəyan edirdiniz. Ancaq qurultay günü gözlənilmədən namizədliyinizi verməkdən imtina etdiniz. Bu nə ilə bağlıdır" deyə soruşduq.Elxan Zal Qaraxanlı "Bakı-Xəbər"ə açıqlamasında bunları dedi: "Mən namizədliyimi verəndə Anar müəllim hələ öz namizədliyini verməmişdi. Ancaq Anar müəllim namizəd olacağını bəyan etdikdən sonra düşündüm ki, Anar müəllim olan yerdə mən namizədliyimi geri götürməliyəm. Vaqif Səmədoğlu da bayaq dedi, biz hesab edirik ki, bu gün Anar müəllim Yazıçılar Birliyinin sədri olmalıdır. Bu da onunla bağlıdır ki, Birlik parçalanmasın. Yəni AYB-nin parçalanmaq təhlükəsi var, bu səbəbdən Anar müəllimin qalmasını istəyirəm"...
Qurultayda Fikrət Qoca tərəfindən Anarın sədrliyə namizədliyi irəli sürülüb. Qurultay nümayəndələri yekdilliklə Anarı növbəti müddətə AYB sədri postuna seçiblər. Onun sədrliyinin əleyhinə səs verən və bitərəf qalan olmayıb. Qurultay AYB-nın hazırkı katiblərinin də vəzifələrində qalmasına qərar verib.
DİGƏR XƏBƏRLƏR
Tarix: 10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...
Tarix: 10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi
- məsuliyyətli davransınlar...
Tarix: 08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...
Tarix: 08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək
- XƏBƏRDARLIQ...
Tarix: 07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ:
SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ
Tarix: 07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək
Tarix: 06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...
Tarix: 06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu:
Tarixi irslik və müasir parametrlər...
Tarix: 05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...
Tarix: 03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim
Tarix: 30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
Tarix: 29.09.2026 / 11:02
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...
Tarix: 08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
SON XƏBƏRLƏR
10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı
- nəyə nail oldunuz…
10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər...
- VİDEO
10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…
10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...
10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi
- Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…
10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj
- ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…
10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...
10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...
10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
- FOTO
10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar
- FOTO
10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi
- FOTO
10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi
10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...
10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib
10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...
10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub
10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi
- məsuliyyətli davransınlar...
10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi
- SƏRƏNCAM
10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib
10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır
- ABŞ administrasiyasına çağırış edildi...
10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi"
- ABŞ Prezidenti
10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı -
terrorçu Hassuna görə
10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi -
Ukrayna şokda…
10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış -
11 sentyabr örnəyi…
09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur...
Hicab yalnız məsciddə və məişətdə uyğundur...
09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı
09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…
09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi
– bu əxlaqsızlıqdır…
09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...
09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi...
"əks halda məhvə gedirsiniz"...
09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb
- Deputat əla dedi...
09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...
09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...
09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb
09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...
09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...
09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...
09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...
09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...
09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...
09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb
- Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...
09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI
09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir
09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub
09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...
09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək
09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər
09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...
09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib
09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...
09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…
09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək
09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır
09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…
09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...
09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib
- FOTO/YENİLƏNDİ
09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir"
- Prezident
09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"
09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...
09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər"
Prezidentdən xəbərdarlıq...
09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…
09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir"
- Prezident
09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"
09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar
09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib
- FOTO/YENİLƏNDİ
09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub
- FOTO
09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır
- qanun layihəsi Milli Məclisə təqdim olundu...
09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb
09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb
09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"
09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
- YENİLƏNİB
09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...
09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu
– qırıcılar İran dəstəkli üsyançıları bombaladı…
09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır”
- Paşinyan
09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı…
DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...
09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"
- Prezident
09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"
09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
- Prezident
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
XƏBƏR ARXİVİ