şənbə günü, 10 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Şair Kamandar Eyvazlı-54
Tarix: 12.06.2014 / 11:43
Bölmə: Mədəniyyət
Sözü yaradan Tanrıdır, ancaq onu yazıya çevirib dünya ilə bir edən şairdir, yazıçıdır, qələm adamıdır. Şairin həyatda ən böyük var-dövləti, qazancı şeirləri və onları oxuyub ibrət götürən oxucularıdır.
Şair-jurnalist Kamandar Eyvazlı sözünün sahibi olan şairlərdəndir. Özünü yazan və daxilindən keçənləri ifadə edən şairin şeirləri həmişə maraq doğurur. Hər şairin sözü özünə oxşayır. Elə Kamandar Eyvazlının da sözünü özünə tən görmüşük həmişə. Bu gün istedadlı şair, təəssübkeş vətəndaş, kəsərli publisist Kamandar Eyvazlının doğum günüdür. 54 yaşının tamam olması münasibətilə şairi təbrik edir, ona can sağlığı, yeni şeirlər yazmasını arzulayırıq.
Onu da deyək ki, son zamanlar Kamandar Eyvazlının səhhətində ciddi problemlər yaranmışdı. Artıq ağrı-acı şairi tərk edib, şair də ki, öz can hücrəsinə çəkilib yeni şeirlər yaradır. O şeirlərdən də bir neçəsini "Bakı-Xəbər"ə təqdim edib Kamandar Eyvazlı.
Gələrmi
Dedilər xəstəsən, nədən xəstəyəm,
Onu söyləməyə dilim gələrmi?
Gedir, əldən gedir bədən, xəstəyəm,
Bu sözü yazmağa əlim gələrmi?
Kasıblıq sarıdan dərdim olmadı,
Qoçağım, igidim, mərdim olmadı.
Evim tikilmədi, yurdum olmadı,
Boş qalan yerimə gülüm gələrmi?
Yaşadım, dolandım, adıma layiq,
İş gördüm dostuma, yadıma layiq.
Dad gəzdim ağzımın dadına layiq,
Bir daha o ayım, ilim gələrmi?
Dönüb kəndimizə uzaqdan bir də,
İçəydim dupduru bulaqdan bir də.
Dərədən, təpədən, o dağdan bir də
Şimşəyim çaxarmı, selim gələrmi?
Sarsıldım doğrumu, düzü biləndə,
Üşüdüm alnımdan təri siləndə.
Günahım nə idi? Görən gələndə
Bir sona bu qədər zülm gələrmi?
Belimdə şələm var, çiynimdə yüküm,
Onları nə qədər aparım, çəkim?
Desələr daşı da şumlayım, əkim,
Göylərdən külüngüm, bilim gələrmi?
Üz tutub Tanrıdan pay istəyirəm,
Köməyə çatmağa hay istəyirəm.
Öləndə dünyanı titrədən vay istəyirəm,
Məni ağlamağa elim gələrmi?
Yalannan sevməyib doğrular məni,
Kamandar deyəsən çağrırlar məni.
Başqa cür incidir ağrılar məni,
Allah, bu yaşda da ölüm gələrmi?
Eyni ağlayır
Titrəyir əlləri dodaqlarında,
Göz yaşı iz açır yanaqlarında.
Solur təravəti yanaqların da,
Qızların hamısı eyni ağlayır.
Durulur su kimi, sudan içəndə,
Açılır gül kimi, güldən seçəndə.
Bəzənib-düzənib gəlin köçəndə
Qızların hamısı eyni ağlayır.
Ürək isindirib, könül vermişəm,
Bağ salıb, bar tutub, meyvə dərmişəm.
Mən də eşitmişəm, mən də görmüşəm,
Qızların hamısı eyni ağlayır.
Ağlayır ürəkdən, bəsimi olmur,
Yanında bir doğma kəsimi olmur.
Görəsən ayrıca səsimi olmur,
Qızların hamısı eyni ağlayır.
Ayırıb seçənin fərqini bilmir,
Nə cürün, necənin fərqini bilmir.
Gündüzün-gecənin fərqini bilmir,
Qızların hamısı eyni ağlayır.
Həsrətdən qövr edib könlü dolanda,
Qəlbində bir arzu, istək solanda,
Atadan-anadan yetim olanda,
Qızların hamısı eyni ağlayır.
Sözündə amandı, kəlməsində ah,
Dünyada bir dəfə etdimi günah?
Elə ki, ağlayır, inanın vallah,
Qızların hamısı eyni ağlayır.
Ötən günlər sorağında
Qarşımda şəkil var, sənə oxşayır,
Başımda duman var, çənə oxşayır.
Saçına ağ düşüb, dənə oxşayır,
Tanıya bilmirəm həmin gözləri-
Mən necə qaytarım ötən günləri?
Yadına düşürmü, biz görüşərdik?
Verib bir-birinə söz, görüşərdik,
Vaxtına-vədinə düz, görüşərdik,
Bölüb saatları-dəqiqələri-
Mən necə qaytarım ötən günləri?
Səni qısqanardım deyib-güləndə,
Dərsə mənsiz gedib, mənsiz gələndə.
Sən sağa baxanda, sola dönəndə
Cırıb dağıdardım kitab-dəftəri-
Mən necə qaytarım ötən günləri?
Biri elm öyrənib, dərs oxuyardı,
Biri dostlarıyla birgə olardı.
Mənim bir adətim, bir işim vardı-
Gəzərdim arxanca bütün şəhəri,
Mən necə qaytarım ötən günləri?
Budur həmin guşə, həminki təhər,
Səni gözləmişəm burda hər səhər.
Mindiyin avtobus gələnə qədər
Sayardım yığdığım son qəpikləri-
Mən necə qaytarım ötən günləri?
Dağların dərmanı
Günlərim aylara, illərə döndü,
Çəmənim saralmış güllərə döndü.
Göz yaşım sellənib sellərə döndü,
Dağların dərmanı hardadı, Allah?
Kəlbəcər, Zəngilan, Laçın, Xocalı,
Bu dərdim hər dərddən, qəmdən ucalı.
Fikrim dolaşıqdı, yolum haçalı,
Dağların dərmanı hardadı, Allah?
Məcnun dağlarındı, Leyli dağların,
Ən zərif, ən kövrək layla dağların.
Yüz dəfə harayla, hayla, dağların,
Dağların dərmanı hardadı, Allah?
Ovu barəsində vurulmur daha,
Çeşməsi qaynayıb durulmur daha.
Məclisi düzəlib qurulmur daha,
Dağların dərmanı hardadı, Allah?
Yerini bilsəydim, mən gətirərdim!
Tapıb dimdiyində dən gətirərdim.
Yağış gətirərdim, çən gətirərdim,
Dağların dərmanı hardadı, Allah?
Yarpızı dərilmir, otu yığılmır,
Sürüsü mələmir, südü sağılmır.
Yarası göz-gözdü hələ sağalmır,
Dağların dərmanı hardadı, Allah?
Obası elindən ayrı düşübdü,
Ocağı külündən ayrı düşübdü.
Zirvəsi selindən ayrı düşübdü,
Dağların dərmanı hardadı, Allah?
Bu kəndin o kəndə yolu olubmu?
Bu çayın sərhədi, qolu olubmu?
Burda şimşək çaxır, dolu olubmu?
Dağların dərmanı hardadı, Allah?
Hər tərəf qaranlıq, zülmət içində,
Durub, düşünürəm dəhşət içində.
Dağların özüdü dövlət içində,
Dağların dərmanı hardadı, Allah?
Kamandar qəlbində ayrılıq bəslər,
Bu qismət mənimdi, onu kim istər?
Mən tapa bilmirəm, sən mənə göstər,
Dağların dərmanı hardadı, Allah?
DİGƏR XƏBƏRLƏR
Tarix: 10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...
Tarix: 10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi
- məsuliyyətli davransınlar...
Tarix: 08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...
Tarix: 08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək
- XƏBƏRDARLIQ...
Tarix: 07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ:
SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ
Tarix: 07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək
Tarix: 06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...
Tarix: 06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu:
Tarixi irslik və müasir parametrlər...
Tarix: 05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...
Tarix: 03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim
Tarix: 30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
Tarix: 29.09.2026 / 11:02
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...
Tarix: 08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
SON XƏBƏRLƏR
10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı
- nəyə nail oldunuz…
10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər...
- VİDEO
10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…
10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...
10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi
- Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…
10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj
- ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…
10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...
10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...
10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
- FOTO
10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar
- FOTO
10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi
- FOTO
10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi
10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...
10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib
10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...
10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub
10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi
- məsuliyyətli davransınlar...
10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi
- SƏRƏNCAM
10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib
10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır
- ABŞ administrasiyasına çağırış edildi...
10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi"
- ABŞ Prezidenti
10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı -
terrorçu Hassuna görə
10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi -
Ukrayna şokda…
10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış -
11 sentyabr örnəyi…
09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur...
Hicab yalnız məsciddə və məişətdə uyğundur...
09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı
09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…
09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi
– bu əxlaqsızlıqdır…
09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...
09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi...
"əks halda məhvə gedirsiniz"...
09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb
- Deputat əla dedi...
09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...
09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...
09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb
09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...
09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...
09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...
09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...
09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...
09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...
09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb
- Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...
09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI
09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir
09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub
09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...
09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək
09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər
09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...
09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib
09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...
09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…
09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək
09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır
09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…
09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...
09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib
- FOTO/YENİLƏNDİ
09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir"
- Prezident
09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"
09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...
09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər"
Prezidentdən xəbərdarlıq...
09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…
09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir"
- Prezident
09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"
09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar
09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib
- FOTO/YENİLƏNDİ
09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub
- FOTO
09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır
- qanun layihəsi Milli Məclisə təqdim olundu...
09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb
09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb
09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"
09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
- YENİLƏNİB
09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...
09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu
– qırıcılar İran dəstəkli üsyançıları bombaladı…
09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır”
- Paşinyan
09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı…
DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...
09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"
- Prezident
09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"
09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
- Prezident
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
XƏBƏR ARXİVİ