şənbə günü, 10 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Elxan Cəfərov Azərbaycan kinosunun sabahından əmindir...
Tarix: 02.08.2016 / 02:35
Bölmə: Mədəniyyət
"Bugünkü Azərbaycan kinosu ilk növbədə dövlətçilik maraqlarını təqdim edən kinodur"
"Xalq sənətkarı qiymətləndirirsə, bu böyük dəyərdir"
2 avqust təqvimə Milli Kino Günü kimi daxil edilib. Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli Sərəncamı ilə ənənəvi olaraq hər il avqustun 2-də kino ictimaiyyəti öz peşə bayramını qeyd edir. Sevindirici haldır ki, kino günü tamaşaçıların da bayramına çevrilir. 1898-ci ildə əsası qoyulan 118 yaşlı milli kinomuz son illər yeni inkişaf mərhələsinə qədəm qoyub desək, yəqin irad bildirən olmaz.
Bilirik ki, Azərbaycan Prezidenti kinematoqrafiyanın inkişafı ilə bağlı 10 illik proqram imzalayıb və bu da kinematoqrafiya sahəsində həm texniki, həm də maddi bazanın inkişafına böyük dəstək olub. Bundan əlavə, Prezident İlham Əliyev hər il Kino Günü ərəfəsində kinematoqrafiya işçilərini təltif edir. Bu il də istisna olmadı. Belə ki, ölkə başçısının 29 iyul 2016-cı il tarixli Sərəncamı ilə bir qrup kino işçisinə fəxri adlar verildi. Prezidentin kino işçilərinə fəxri adlar verməsi həqiqətən də o sənətkarların fəaliyyətinə ciddi stimul verir. Fəxri ad alanlardan biri də tanınmış kinorejissor, quruluş verdiyi "Dolu" filmi ilə sənətkar kimi özünü bir daha təsdiq edən Elxan Cəfərovdur. Elxan Cəfərov ölkə başçısının Sərəncamı ilə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Əlbəttə, layiq olan sənətkarın təltif edilməsi onun tamaşaçılarının da ürəyindən xəbər verir. Özünü uşaqlıqdan kinoya həsr edən Elxan Cəfərov kinomuzda az iş görməyib. Sözsüz ki, sənətkarın dövlət başçısı tərəfindən qiymətləndirilməsi onun yaradıcılığına böyük təkan verir. Həm Milli Kino Günü, həm də fəxri ad alması münasibətilə Elxan Cəfərovla əlaqə saxlayıb keçirdiyi hisslərlə oxucularımızı da tanış etmək istədik.
-Elxan müəllim, müasir kino sənətinin inkişafındakı xidmətlərinizə görə ölkə başçısı tərəfindən əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüsünüz. Təbrik edirik. Hansı hisslər keçirirsiz?
- Ölkə başçısı tərəfindən fəxri ada layiq görülməyimi sevinc hissi ilə qarşıladım. Buna görə Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Eyni zamanda fəxri ad almağımda rolu olan bütün insanlara minnətdaram. Təbii ki, çox gözəl hisslər keçirirəm. Fəxri ad aldığım bu iki-üç gün ərzində saysız təbriklər almışam. Deyim ki, bu çox sevindirici və fərəhli haldır. Azərbaycan kinosu artıq inkişaf mərhələsindədir və bu sahədə faydalı işlər görülüb. Tamaşaçıların kinoya cəlb edilməsi vacib məsələdir. Artıq Azərbaycan kinosunun dizləri bərkiyib və kinomuz dünya kino aləmində boy göstərməyə başlayıb.
- Quruluşçu rejissoru olduğunuz "Dolu" filmi 2015-ci ildə "Ən yaxşı rejissor işi" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülüb...
- Bilirsiz, hər bir yaradıcı insan iş gördükdə istəyir ki, onun həyata keçirdiyi iş maraqla qarşılansın. Təkcə mən yox, yaradıcı qrup, çəkiliş heyəti var gücümüzlə çalışdıq ki, Azərbaycan tamaşaçısının Azərbaycan kinosuna inamını yenidən qaytaraq. Azərbaycan tamaşaçısı Azərbaycan kinosuna yenidən baxıb ona inanmalıdır. Çox şadam ki, çəkilmiş bir neçə film artıq müstəqil Azərbaycanın kino sahəsindəki uğurlu, müsbət addımlarının təsdiqidir. Hesab edirəm ki, kinomuza xalq maraq göstərir. Sənətkara ən çox qalan isə xalqın, tamaşaçının verdiyi qiymətdir. Əgər xalq qiymətləndirirsə, bu böyük dəyərdir.
- Bir vaxtlar Azərbaycan tamaşaçısı milli kinomuzdan uzaq düşmüşdü. Siz də başda olmaqla, son illər bir çox rejissorlarımızın çəkdiyi filmlər tamaşaçıların kinoya dönüşünə təkan oldu. "Dolu" filmi də tamaşaçılara böyük təsir göstərdi. Bildiyim qədər, filminiz Azərbaycanı qarış-qarış gəzdi, xarici ölkələrdə nümayiş olundu...Hesab etmək olarmı ki, dünyada Azərbaycan kinosunun yeni siması göründü?
- Bəli, doğrudur. İş görəndə sən gələcək uğurlar haqqında düşünmürsən, gücünü səfərbər edib işin keyfiyyəti, eləcə də səhnənin doğru, inandırıcı olması haqqında düşünürsən.
İnsan bir işin uğurlu nəticəsi haqqında düşünürsə, buna nail olmaq üçün çalışırsa sonda məqsədinə çatır. Əlbəttə ki, şəxsi ambisiyalardan çıxış etmək olmaz. Çünki Qarabağ mövzusu elə bir mövzudur ki, burada şəxsiyyət mövzusu ola bilməz, burada ancaq ümumən Azərbaycan xalqının münasibətini bildirə bilərsən. Çalışdıq ki, öz adımızı önə çəkmədən bütün xalqın bu məsələyə olan münasibətini göstərək.
- Elxan müəllim, müasir Azərbaycan kinosu nə qədər dövlətçidir, azərbaycançıdır?
- Bugünkü Azərbaycan kinosu ilk növbədə məhz dövlətçilik maraqlarını təqdim edən kinodur. Azərbaycan dövləti maliyyələşdirir Azərbaycan kinosunu. Dövlətçilik, Azərbaycan cəmiyyəti quruculuğu olduqca vacib bir faktordur. Hazırda Azərbaycanda kommersiya filmi də inkişaf edir. Bütün dünyada norma kimi qəbul edilib ki, hər hansı bir dövlətin kinosunun inkişafı kommersiya kinosunun inkişafı ilə başlayır. Amma çox gözəl ki, dövlət kinosu var. Dövlət kinosu bu gün əyləndirməklə məşğul deyil, dövlətçilik maraqlarından çıxış edir, tərbiyəvi əhəmiyyətli nümunələr təqdim edir. Şadam ki, bizim kino ancaq kommersiya filmləri ilə inkişaf etmir, bu sahə dövlət kinosu ilə paralel inkişaf edir. Deyərdim ki, mən özümü həm kommersiya filmlərinin rejissoru kimi görə bilirəm, həm də dövlət filmlərinin. Əslində bu normal inkişaf prosesidir.
- Belə demək olar ki, Sizin üçün janr fərqi yoxdur?
- Bəli. Kino maliyyəyə bağlı sənətdir. Elə incəsənət növləri var ki, onlar maliyyədən elə də asılı deyil, yəni kino qədər maliyyə tələb etməyən sənətlərdir. Məsələn, ədəbiyyat, rəssamlıq, bədii qiraət və s. Amma kinoda külli miqdarda vəsait xərclənir. Nəzərə alsaq ki, bu gün dünya kinosu inkişaf edir, biz hamımız dünya kinosu nümunələrini görürük, Azərbaycan kinosu çəkildikcə biz onu xarici filmlərlə müqayisə edirik. Əlbəttə ki, kinonun maliyyəsi də işlək olmalıdır, kinoda işləyən adamların peşəkarlığı da yüksək olmalıdır. Yəni bunlar maliyyə ilə çox sıx bağlı məsələlərdir. Bu gün dövlət tərəfindən kinoya maliyyə ayrılır. Ancaq biz istərdik ki, Azərbaycan kinosu sadəcə dövlətin verdiyi pulla kifayətlənməsin, özü də pul qazansın, özü özünü maliyələşdirmək imkanları əldə etsin. Bu istiqamətdə işləri davam etdiririk. Düşünürəm ki, gələcəkdə bu proses öz müsbət nəticəsini verəcək. Sağlıq olsun. Təbii, hər bir inkişafın astanasında, əvvəlində mütləq çətinliklər olur. Bu mütləq çətinlikləri keçən insan və yaxud cəmiyyət, yaxud hansısa bir sənətlə məşğul adam birmənalı olaraq hansısa bir zirvəyə gəlib çata bilir. Və ilk növbədə onu demək istərdim ki, həm kinonun, həm də mədəniyyətin digər sahələrinin ilk növbədə işi Azərbaycanı xaricdə təmsil etmək deyil. Azərbaycan kinosunun, mədəniyyətinin ilkin vəzifəsi Azərbaycan cəmiyyətini inkişaf etdirməkdir, azərbaycanlılara nümunə göstərməkdir. Bu və digər məziyyətlər, mənəvi qaydalar, mənəvi məsələlər kinodan təbliğ edilməlidir. Daxili problemləri həll edən, daxilimizlə bağlı sənət əsəri yarada biləcəyiksə, ondan sonra dünya haqqında düşünmək olar.
- Tarixən kinonun ilk missiyası maarifçilik olub...
- Sənət mütləq maarifçiliklə bağlıdır. Cəmiyyət, insan kütləsi bilirsiz necədir? Mən onu bir neçə dəfə demişəm, yenə təkrar edirəm: Cəmiyyətlə bir iş lazımdı. Təsəvvür edin, cəmiyyət uşaq kimidir, sənətin boynunda valideyn kimi bu uşaqları tərbiyə etmək missiyası da var. Çünki cəmiyyət sadəcə iqtisadiyyat və sosial rifah üstündə qurula bilməz. Mütləq mənəvi dəyərlərin aşılanması həyata keçirilməlidir. Mənəvi dəyərlər önə keçməlidir. Çünki bu iki paralelin üstündə normal cəmiyyət inkişaf edir. Çox istərdim ki, bu gün Azərbaycan cəmiyyəti sənəti sadəcə əyləncə kimi qəbul etməsin və sənətdən əyləncə tələb etməsin. Demirəm ki, sənət əyləndirməməlidir, sənətin bu istiqaməti də var. Ancaq ilk növbədə sənətin tərbiyəvi əhəmiyyəti olmalıdır. Bax, bu daha vacib və daha önəmli məsələdir...
İradə SARIYEVA
DİGƏR XƏBƏRLƏR
Tarix: 08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...
Tarix: 08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək
- XƏBƏRDARLIQ...
Tarix: 07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ:
SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ
Tarix: 07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək
Tarix: 06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...
Tarix: 06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu:
Tarixi irslik və müasir parametrlər...
Tarix: 05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...
Tarix: 03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim
Tarix: 30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
Tarix: 29.09.2026 / 11:02
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib
Tarix: 29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub
- FOTO
Tarix: 26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...
Tarix: 08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
SON XƏBƏRLƏR
10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı -
terrorçu Hassuna görə
10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi -
Ukrayna şokda…
10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış -
11 sentyabr örnəyi…
09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur...
Hicab yalnız məsciddə və məişətdə uyğundur...
09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı
09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…
09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi
– bu əxlaqsızlıqdır…
09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...
09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi...
"əks halda məhvə gedirsiniz"...
09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb
- Deputat əla dedi...
09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...
09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...
09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb
09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...
09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...
09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...
09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...
09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...
09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...
09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb
- Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...
09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI
09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir
09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub
09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...
09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək
09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər
09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...
09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib
09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...
09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…
09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək
09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır
09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…
09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...
09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib
- FOTO/YENİLƏNDİ
09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir"
- Prezident
09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"
09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...
09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər"
Prezidentdən xəbərdarlıq...
09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…
09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir"
- Prezident
09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"
09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar
09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib
- FOTO/YENİLƏNDİ
09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub
- FOTO
09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır
- qanun layihəsi Milli Məclisə təqdim olundu...
09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb
09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb
09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"
09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
- YENİLƏNİB
09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...
09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu
– qırıcılar İran dəstəkli üsyançıları bombaladı…
09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır”
- Paşinyan
09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı…
DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...
09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"
- Prezident
09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"
09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
- Prezident
09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"
09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib -
həm də seçki öncəsi…
09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı
- 133 dollar...
09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib
- FOTO/YENİLƏNdİ
09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib
- FOTO
09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər
09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı
09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq -
ABŞ-də…
08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...
08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..
08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı
08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb
08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub?
- Tramp inanmır, ancaq…
08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib
- FOTO
08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış
- öncə oğul, saatlar sonra isə ata minaya düşdü...
08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...
08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər
08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...
08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı
08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir
- Rusiyadan xəbərdarlıq…
08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü
08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir
- İllərdir belədir...
08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
XƏBƏR ARXİVİ