Tanınmış müğənni, aktyor Ramal Əsədzadə son günlər şəxsi həyatı ilə gündəmə gəlib. Axır günlər müğənni ətrafında müxtəlif söz-söhbətlər dolaşır. Muğənni baki-xeber.com-a açıqlamasında bildirib ki, son günlər onun adı müğnni Alsu və Almaz Ələsgərli ilə birlikdə hallanır: "Televiziya verilişlərində və mediada son günlər bu haqda məlumat yayılır. Sizin vasitənizlə bildirmək istəyirəm ki, mənim adları çəkilən xanımlarla aramda heç nə yoxdur. Bu sənətçilərə böyük hörmətim var. Alsunu cəmi bir dəfə toy məclisində görmüşəm. Almaz Ələsgərli isə ən yaxın dostlarimdan biridir. Etiraf edirəm hələ ki, sevgilim yoxdur. Namuslu, gözəl, əsl Azərbaycan xanımı qarşıma çıxarsa inşallah mən onunla ailə həyatı quraram”.