Bazar ertəsi günü, 05 oktyabr 2026
     

Ehtiyatda olan mayor, şair, Əməkdar jurnalist Rəşid Faxralıya…

Image


Elə bilməyin ki, unudulmusunuz, qətiyyən və qətiyyən sizi unutmamışıq. Ürəyində Vətən sevdası, başında Vətən havası olanlar unudularmı heç? Saz- qılınc qardaşlığından, savaş-barış amalından yoğrulanlardansınız, qanını qələminə mürəkkəb edənlərdənsiniz, Rəşid müəllim! İgidlər oylağı, şairlər məskəni, ozanlar mahalı Borçalıdan, ağır elli Faxralıdansınız.

Bir qılıncdı bu Borçalı deyilən,

Bu qılıncın tiyəsidi Faxralı!

Söz meydanı bu obaya ad olub,

Keçmişini öyəsidi Faxralı.

İndilikdə – havam-suyum, ölərsəm,

Sümüyümün yiyəsidi Faxralı!..

Bəli, halal süd əmmişlərin sümüyünün yiyəsi doğulduğu torpaq, el-ulus olur. Ulusuna, yurduna bağlı olan oğulların ana südü ilə sümüklərinə hopan hallalıq eldən aldığınız halallıqdır.

Səngər dağının döşündə binələnən, aranlı-yaylaqlı güzəran keçirən bir eldə doğulan adamın ruhu da, qəlbi də ayna kimi təmiz olur.

“Bu kənd Faxralı” şeirində doğma kəndinizi elə oxşamısınız, onu elə biçimdə tanımayanlara tanıtmısınız ki, adam heyran qalır. Heyranlıq və heyrətin nişanəsidir bu şeir.

Uca dağdır, göy yaylaqdı,

Sıx meşədir, gur bulaqdı.

Odu sönməz bir ocaqdı,

Sehr dolu gözdür bu kənd.

Sığınıb söz çırağına,

Gəlməyib dost qınağına.

Tarixin çox sınağına,

Kişi kimi dözdü bu kənd.

Nifrəti gurdu bilənə,

Ocağı pirdi bilənə.

Hər sözünü zər bilənə,

Özü boyda sözdü bu kənd.

Qələmin qüdrətindən, ürəyin təpərindən, ürəyin sevgisindən doğan şeiriniz oxuyanın gözünə də nur verir, qləbinə fərah çiləyir.

Bəlkə də Rəşid Faxralı imzasının təqdimata heç ehtiyacı yoxdur, çünki biz bu imzanı yaxından izləmişik. Ancaq 70 illik yublieyiniz olduğu üçün sizin ömür yolunuzdan söz açmaq istərdim. 70 yaş elə-belə yaş deyil, kifayət qədər böyük yaşdır və mənalı bir ömrün dastandır.

Şair, jurnalist, ehtiyatda olan mayor, Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, “Gürcüstan Yazıçılar Akademiyası”nın üzvü, 45 kitabı nəşr edilən, Tbilisidə gürcü dilində şeirlər kitabı işıq üzü görən Əməkdar jurnalist Rəşid Faxralı (Hüseynov Rəşid Məmməd oğlu) 1954-cü il yanvar ayının 21-də Gürcüstan Respublikası Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1960-cı ildə Bolnisi rayonu Faxralı orta məktəbinə daxil olub. 1970-ci ildə həmin məktəbi bitirib. 1970-ci ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun (indiki Pedoqoji Universitetin) riyaziyyat fakültəsinə daxil olub, oranı 1975-ci ildə bitirib. 1975-ci ildən 1982-ci ilə kimi Bolnisi rayonu Faxralı orta məktəbində riyaziyyat müəllimi işləyib. 1982-ci ildən 1989-cu ilə kimi rayon icraiyyə komitəsində, “Qələbə bayrağı” rayon qəzetində (müxbir, redaktor müavini - Azərbaycan bölməsinin redaktoru) vəzifələrində işləyib. 1990-cı ildən Bakı şəhərində yaşayan R.Faxralı 1990-cı ildən 1992-ci ilə kimi “Ədalət” qəzetində müxbir, məsul katibin müavini vəzifələrində işləyib. Müdafiə Nazirliyinin orqanı olan “Xalq Ordusu” (indiki “Azərbaycan Ordusu”) qəzetində məsul katib vəzifəsində çalışıb. Həmin ildən Azərbaycan Ordusu sıralarında hərbi xidmətdə olub. Tərbiyəvi işlər idarəsinin zabiti, Kadrlar İdarəsinin zabiti, “Hərbi Bilik” jurnalının redaktoru, Hərbi tele-studiyanın müxbiri, Hərbi Nəşriyyatın bölmə rəisi vəzifələrində xidmət edib. 2005-ci ildə səhhəti ilə əlaqədar tərxis olunub. II qrup əlildir, istefada olan mayordur.

Rəşid müəllim ikinci ali təhsilini Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində alıb və 1992-ci ildə məzun olub.

2006-cı ildən 2016-cı ilə kimi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Hərbi İnstitut) işləyib. 2016-cı ildən indiyə kimi “Azərbaycan Ordusu” qəzetinin müxbiri vəzifəsində çalışır.

Prezident İlham Əliyevin sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb. “Qızıl kəlmə”, “Altun media”, “Həsən Bəy Zərdabi”, “Rəsul Rza”, “Mikayıl Müşfiq” ədəbi mükafatları laureatıdır, bir neçə ədəbi müsabiqənin qalibidir.

Rəşid müəllim, sizin həyatınıza, yaradıcılığınıza, fəaliyyətinizə nəzər salanda aydın görsənir ki, siz 70 illik həyatınızın çox böyük bir hissəsini sözə, ədəbiyyata, jurnalistikaya həsr etmisiniz. Eyni zamanda hərbi jurnalist kimi müzəffər ordumuzun şücaətindən, igid əsgər və zabitlərimizin rəşadətindən, ordumuzun gücündən, qüdrətindən yüzlərlə yazılar yazmısınız, oçerklər, esselər, şeirlər, ədəbi-bədii yazılar qələmə almısınız. Həm Birinci, həm də İkinci Qarabağ Müharibəsində əlinizdə qələm, ürəyinizdə sevgi dayanmadan fəaliyyət göstərmisiz, neçə-neçə igid əsgərimizə, zabitimizə dastanlar yazmısınız, döyüşən ordumuzu ruhlandıran qələm nümunələri ərsəyə gətirmisiniz. Təbii, bir yazıda sizing fəaliyyətinizə ayna tutmaq çətindir, mən müəyyən məqamlara toxundum.

Bir məsələni də unutmamış deyim ki, siz gözəl ailə başçısı, sədaqətli ömür yoldaşı, balalarına, nəvələrinə hədsiz sevgi və qayğı bəsləyən bir atasınız, babasınız. Üstəlik də gözəl qonşu, dəyərli eloğlusunuz. Dostluğunuz da ki, bir örnəkdir, həm Borçalıdakı, həm də istənilən yerdəki dostlarınıza sədaqətiniz də bizə bəllidir. Atam Murad Kövrəklə də sıx dostluğunuz var, zarafatınız da ki, öz yerində. Uşaqlıqdan bilirəm ki, atamın Rəşid Faxralı kimi bir dostu var, sədaqətli, dəyanətli…

Sizinlə “Borçalı”İctimai Birliyinin İdarə Heyətində təmsil olunuruq. Bu da ayrıca bir məqamdır ki, siz Gürcüstan və Azərbaycan əlaqələrinin, dostluğunun daha da möhkəmlənməsinə, soydaşlarımızın həyatına öz töhfənizi verirsiniz.

Bir insan kimi də, bir yaradıcı şəxs olaraq da faydalısınız və yeni nəslə örnək bir həyat yolunuz var. Faxralıdan başlayan həyat yolunuz Bakıda davam edir və siz Bakıda da bir Faxralı adamısınız, Borçalı insanısınız, Qarapapaq kişisisiniz. Böyük Səməd Vurğun “deyiən söz yadigardır” deyirdi, doğrudan da elədir. Həmişə yazın, yaradın, ömrünüz də həyatın təbədüllatlarından üzü ağ çıxaraq sizi yüz yaşatsın.

70 illik yubileyiniz mübarək!

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ