çərşənbə günü, 07 oktyabr 2026
     

Göyçəli Miskin Abdal - 500 illik tariximizdə məşhur Qərbi azərbaycanlı...

Image


Aşıq olub söz qoşanlar, söz desin sözüm kimi,
Miskin Abdal, məkrur istə hamını özün kimi.
Arifi, mətləb qananı bilirəm özüm kimi,
Sinəm üstən mərd yeridi, nadana yol vermədim.

“Mən Qərbi azərbaycanlıyam” rubrikasının bu sayında Səfəvilərin böyük ideoloqu, görkəmli dövlət xadimi, diplomat, Şah İsmayıl Xətainin mürşidi, "Ricalül-Qeyb" ("Qeyb Ərəni"), böyük Övliya, Sufi şeyxi, sərkərdə, sufi-şair, ozandan aşığa (Haqq aşiqliyinə), qopuzdan saza keçidin banisi, çoxsaylı aşıq havalarının müəllifi, Ocaq-Pir sahibi Miskin Abdaldan danışacağıq. Miskin Abdalın adı, şöhrəti əsrlərdir ki, türk ellərində anılır, duyulur.

Görkəmli folklorçu alim, professor mərhum Qara Namazov yazılarından birində Miskin Abdal baradə diqqət çəkən məqamlara toxunub. Professor Namazov yazırdı ki, adı sənətsevərlər arasında əfsanələşən, haqqında bir-birinə bənzəyən və bənzəməyən, bir-birini təsdiq və inkar edən saysız-hesabsız rəvayətlər bu qədim ustadın həyat yolunun öyrənilməsini mürəkkəbləşdirib. “Ulu Göyçənin söz bilənlərinin yaddaşında Miskin Abdalın həyatına dair bəzi məqamlar qorunub yaşanıb. Onun əsl adı Hüseyn, atasının adı Məhəmmədcəfər olub. Ustadların söyləmələrinə görə, Hüseyn XV yüzilin ortalarında Göyçənin Sarıyaqub kəndində doğulub, yüz ildən artıq ömür sürüb.
Göyçənin özünəməxsus ozan-aşıq mühiti Hüseynin də qəlbinə yol tapıb, onu sazın-sözün vurğunu edib. Hüseyn ərsəyə çatdıqca həyat yolu onu get-gedə çətin imtahanlardan keçirib, quzeydə Dağıstan, güneydə Azərbaycan, İran, Osmanlı, Şam və başqa islam məmləkətlərinə səfərləri qarşısında yeni üfüqlər, yeni fəzalar açır. Bu o zaman idi ki, Ağqoyunlu, Qaraqoyunlu dövlətlərinin arasında ixtilaflar dərinləşir. Səfəvi xanədanı bu fürsətdən istifadə edib öz hakimiyyətini tədricən bərqərar edir. Gənc İsmayıl bu məqamlardan istifadə edib ətraf ölkələrə yürüşlər edir. Bu yürüşlər zamanı yolu Göyçədən düşən gənc şahzadə bir neçə gün Göyçədə dayanıb bu yurdun mötəbər adamları ilə görüşür, aşıqlarına qulaq asır. Onların arasında Hüseyn şahın diqqətini daha çox cəlb edir, öyrənir ki, sınaqlardan çıxmış və Qafqazda geniş yayılmış Miskinlilər tayfasından Məhəmmədcəfərin oğludur və Göyçədə böyük nüfuz sahibidir. Məclisdə Hüseynin sinədən söylədiyi hikmətli sözlər də şahzadənin çox xoşuna gəlir. Şah: "Ey mömin insanlar, Miskin Abdal mötəbər şəxsdir, ona inanın, mətləbiniz varsa ondan diləyin" – deyib Göyçəni də Miskinə tapşırır. Şah İsmayıl özünün bir sıra siyasi missiyasını Miskin Abdal vasitəsilə həyata keçirir. Elə ömrünün çox hissəsini səfərlərdə keçirdiyi üçün də Hüseyn Miskin Abdal kimi məşhurlaşır. Yalnız şah dünyasını dəyişdikdən sonra Miskin Abdal uzun illər Sarıyaqubda yaşamalı olur. Onun ölümü də rəvayətlər içərisində dolaşmaqdadır. Deyilənlərə görə, bir neçə il Dağıstanda yaşayıb geri dönərkən yolda qadını və oğlu borana düşüb ölürlər.
Miskin Abdal Şah İsmayılın hakimiyyəti illərində onun bir sıra tapşırıqlarını yerinə yetirməklə bərabər, Göyçənin də adını, nüfuzunu qoruyub, ona hörmət və şöhrət gətirib. Bütün bunlarla yanaşı, Miskin Abdal bizə ozan-aşıq-saz şairi kimi gəlib çatıb. Onun Göyçə aşıqlarından əldə edilən şeirləri göstərir ki, Miskin Abdal irsini XVI yüzilin əvvəllərində Göyçə aşıq məktəbinin təkamül yolunda yeni bir mərhələ adlandırmaq olar. Miskin Abdaldan öncə hələlik iki ozan aşığının adı xatırlansa da (Ozan Heydər və şəyirdi İbrahim), aşıq sənəti haqqında etibarlı məlumat çox azdır.
Miskin Abdalın bizə gəlib çatan şeirləri də göstərir ki, o, ərəb və fars dillərinə, islam bilgilərinə, şəriət və təriqət qanunlarına dərindən bələd olan çox mötəbər şəxsiyyət olub. Yazılanlardan bu nəticəyə gəlmək olur ki, Azərbaycanın bir sıra bölgələrində məskunlaşan miskinlilər Miskin Abdal soyundandırlar”-deyə professor yazırdı.

Tədqiqatçılarının yazdığına görə, Miskin Abdal adı ilə tarixə düşən Seyid Hüseyn Məhəmməd oğlu 1430-cu ildə Göyçə mahalının Sarıyaqub (Zərgərli) kəndində anadan olub. Hüseynin mənsub olduğu "Zərgərli" tayfası o dövrün tanınmış tayfalarından biri idi. Hüseynin ulu babası Yaqubla Şeyx Səfi arasında qırılmaz dostluq əlaqələri olmuş, bu mənəvi yaxınlıq sonralar hər iki nəslin törəmələri arasında davam etmişdir. Hüseynin babası Cəfər, atası Məhəmməd Ərdəbil şeyxlərinin ən sınanmış müridləri kimi Göyçədə sufiliyin təriqət ideyalarının yaranmasına hamilik etmişdilər. Tədqiqatçılar yazırlar ki, belə bir mühitdə böyüyən Hüseyn müqəddəs nəslin tarixi və mənəvi-dini missiyasını ləyaqətlə daşıyır. Qeyd edilənə görə, Miskin Abdal adı ilə aşıq-sufi ədəbiyyatının binasını qoyur, Zərgərli şəcərəsinin Mövlana Miskin Abdalı - ruhun memarı kimi tanınıb şöhrət tapır. Təriqət ideologiyası ilə ədəbiyyata, aşıq sənətinə büllurluq, müqəddəslik gətirir. “Əksər Haqq Aşiqləri kimi Miskin Abdala da yuxusunda Təbriz şəhərindən olan Sənubər adlı qıza buta verilmiş, Təbrizə gedib, butasına qovuşmuş, onunla evlənmişdir. Bir müddət sonra bədbəxt hadisə nəticəsində Sənubər vəfat etmiş, bundan sonra o uzun müddət evlənməmiş, yalnız 50 yaşından sonra İrəvandan tacir qızı Həlimə ilə evlənmiş, bu nigahdan onların 4 övladı – Şadman, Əli və Həsən adlı oğulları, Məleykə adlı qızı olmuşdur. Əli və Həsən adlı oğulları Dağıstan dağlarında baş vermiş faciədə həlak olmuşlar. Bir əsrlik ömrü saraylarda, səfərlərdə, həyatın ağrılı-acılı yollarında keçən Miskin Abdal əsrlərdən keçə-keçə rəvayətlərə, əsatirlərə büründü. Miskin Abdalın həyat və fəaliyyəti ilə bağlı sağlığında və ya vəfatından sonra aşıqlar tərəfindən "Miskin Abdal və Sənubər" və "Miskin Abdal və Şah İsmayıl" dastanları yaradılmışdır. Həmçinin, Miskin Abdalın özü tərəfindən Şeyx Heydər övladlarının acı taleyinə həsr olunmuş "Aslan şah və İbrahim" dastanı və "Yetim Hüseyn" dastanı yaradılmışdır. "Miskin Abdal və Sənubər" dastanı şairin ömür yolundan bəhs edən məhəbbət dastanıdır. Dastanın ruhundan aydın duyulur ki, Miskin Abdal dünyasını dəyişəndən sonra bu dastan onun xalq arasında dolaşan şeirləri əsasında yaranmışdır. "Şah İsmayıl və Miskin Abdal" dastanı isə öz ideya-bədii xüsusiyyətlərinə görə məhəbbət və qəhrəmanlıq dastanlarından fərqlənir. Bu dastanın süjetində real tarixi hadisələr dayanır. "Aslan şah və İbrahim", eləcə də "Yetim Hüseyn" dastanları isə Göyçənin saz-söz ustadlarının söylədiklərinə görə Miskin Abdal tərəfindən yaradılmışdır. Miskin Abdal öz dövründə «Abdal» ilə yanaşı «Pir», «Ata», Şeyx» kimi sufi titullarını da daşımışdır”. Bu barədə Miskin Abdal haqda olan vikipediya məqaləsində deyilir.  Məlumatlara görə, 1524-cü ilə qədər Təbrizdə sarayda müxtəlif yüksək dövlət vəzifələrində çalışmış Miskin Abdal Şah İsmayılın vaxtsız vəfatı ilə əlaqədar bərk sarsılır və saraydan birdəfəlik üz döndərib, doğma Göyçəsinə qayıdır, orada ilk məktəb açıb, maarifçilik işləri ilə məşğul olur. Onun Zərgərlidə (Sarıyaqubda) açdığı ilk məktəb Göyçənin elm, irfan, sənət dünyasında mühüm rol oynayır. 1535-ci ildə Göyçə mahalının Sarıyaqub kəndində 105 yaşında vəfat edir və doğma kəndində dəfn olunur. Onun yaşadığı ev, uyuduğu məzar müqəddəs ocaq kimi uzun əsrlər ziyarət edilir. Onun şəcərəsini yeganə oğlu Şadmanın ("ŞADMANLI" tayfası) və qızı Məleykənin ("OCAQLI" tayfası) nəslinin nümayəndələri davam etdirir. Miskin Abdalın yeganə oğlu Şadmanın nəslinin tanınmış nümayəndəsi Göyçə mahalının Basarkeçər rayonunun Sarıyaqub kəndindən olan pedaqoq, jurnalist, şair, publisist, folklorşünas-tədqiqatçı alim Tofiq Hüseynzadədir (1946-2006). Tofiq Hüseynzadə ulu babası Miskin Abdal haqqında 2005-ci ildə "Səfəvilərin böyük övliyası - Miskin Abdal" kitabını nəşr etdirmişdir. 13.11.2006-cı ildə onun vəfatından sonra, 2017-ci ildə "Aşıq deyişmələrinin poetikası" dissertasiya işi monoqrafiya qismində nəşr olunmuşdur. 2018-ci ildə T.Hüseynzadənin "Xəyal cığırı" adlı 3 cildlik kitabı nəşr olunmuşdur. Bu kitaba onun 750-dən çox şeiri, hekayələri, hikmətli kəlamları, habelə, Sufizmin ən yüksək pillə və məqamlarını simvolizə edən "Miskin" və "Abdal" sufi-təsəvvüf anlayışlarının ədəbiyyatımızda ilk dəfə elmi əsaslandırılmış izahına həsr edilmiş, doktorluq dissertasiyası səviyyəsində yazdığı "Miskin Abdal - Qeyb Ərəni, Təsəvvüf Piri" elmi-tədqiqat əsəri daxil edilmişdir. Həmin əsər 2018-ci ildə ayrıca kitab şəklində yenidən nəşr olunmuşdur. Tofiq Hüseynzadənin oğlu Avropa Uroloqlar Assosasiyasının üzvü, tanınmış uroloq, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının müəllimi, dosent Rafiq Hüseynzadədir. Gədəbəydə "Miskin Abdal" ədəbi məclisi yaradılmışdır.

Dərviş gərək bu meydanda qurban olsun baş-başa,
Mürşüdündən üzü dönməz, dünya gəlsə baş-başa,
Ayıq olan uzaq olsun, yetsin gərək baş-başa,
Fələk nə vaxt sökər üzüm, narın üzə bilmərəm. 

Qeyd edilir ki, Tarixdə «Miskin Abdal» kimi məşhurlaşan, əsl adı Seyid Hüseyn Məhəmməd oğlu olan bu görkəmli şəxsiyyəti atası Məhəmməd Cəfər oğlu onu uşaq yaşlarından Göyçəli Ozan Heydərin tələbəsi olmuş Ozan İbrahimin yanına şəyird kimi qoymuş, gənc Hüseyn ustadından qopuz çalmağı və ozan sənətinin sirrlərini öyrənmiş, gənc yaşlarından Göyçə və ətraf bölgələrdə böyük ad-san qazanmışdır. Hüseynin ulu babası, XIII əsrdə yaşamış Yaqub ilə Şah İsmayılın ulu babası Səfiəddin arasında sarsılmaz dostluq, silahdaşlıq olmuş, Yaqub və onun nəsil davamçıları Səfiəddin tərəfindən əsası qoyulmuş sufi cərəyanı olan «Səfəviyyə» təriqətinin Göyçə və ətraf bölgələrdə yayılması ilə məşğul olmuş, bu cərəyanın tanınmış nümayəndələri olmuşlar. Bu məqsədlə Göyçədə Hüseynin babaları tərəfindən fəlsəfi məktəb sayılan sufi (dərviş) camiəsi – icması olan «Təkyə» yaradılmış, burada çoxsaylı sufi müridləri, tələbələri yetişmiş və ətraf bölgələrə missioner olaraq göndərilmişlər. Miskin Abdal bir neçə şeirində «Seyid», həmçinin «Ocaqzadə» (yəni, İmam Əlinin oğlu Hüseynin nəslindən) olduğunu vurğulayır: «Seyid Miskin Abdal mənəm, söz mənim, meydan mənim», yaxud «Ocaqzadə bir təb əhli nökərəm» və sair. O, həmçinin şeirlərində «Qırxlar Piri özü verib dərsimi ümman mənim», yaxud «Qırxlar Piri özü düzüb ayağıma atəşi» deyə, məhz sufi mürşidlərinin ocağı, təsəvvüf iyerarxiyasının ali Divanı – 40 müqəddəs Abdalın olduğu «Qırxlar piri»ndən (Qırx Abdal Pirindən) dərs aldığını göstərir.

Ey dost, sənin bağın cənnət, narın üzə bilmərəm,
Ha silkinsəm, dəryan dərin, narın üzə bilmərəm.
Qırxlar piri özü süzüb ayağına atəşi,
Alışıram Səməndərtək, narın üzə bilmərəm. 

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ