çərşənbə günü, 07 oktyabr 2026
     

Molla rejimi Nizami irsinə qarşı yeni farslaşdırma hücumuna başladı...

Image


Molla rejimi uzun illərdir ki, dahi Azərbaycan şairi, mütəfəkkiri Nizami Gəncəviyə və onun irsinə qarşı əsassız iddiasını davam etdirir. Əlləri çatan bütün yerlərdə Nizmini “fars şairi”, əsərlərini isə “fars ədəbiyyatı” nümunəsi kimi qələmə verməyə cəhdlər ediblər.

Biz İranın Nizami Gəncəviyə qarşı təxribatının dəfələrlə ən yüksək səviyyədə şahidi olmuşuq.
Teleqram kanallarında yayılan məlumata görə, İran rejimi “İqtisadi Əməkdaşlıq Təşkilatı regionunda fars ədəbiyyatının ən böyük şairlərindən olan Nizami Gəncəvinin anım mərasimi” adlı tədbir keçirəcək.

Qeyd edilənə görə, Güneydəki soydaşlarımız tədbirin İran rejimi və İƏT Mədəniyyət İnstuitutunun birgə təşkilatçılığı ilə 7 mart 2023-cü ildə keçiriləcəyini bildirib.

Teleqram kanalları yazır ki, Tehrandakı Azərbaycan səfirliyinin məlum xain terror olayından sonra fəaliyyətini dayandırmasından sui-istifadə edən İran rejimi Azərbaycanın iştirakı olmadan dahi Nizami Gəncəvini fars şairi kimi təqdim edərək tədbir keçirməklə yenidən növbəti məkrli siyasətini ortaya qoyur.

  • Elyar İslamoğlu: “Dünya alimlərinin, şairlərinin yazdıqları sübut edir ki, Nizami Gəncəvi türk şairidir, bu baxımdan onu farslaşdırmaq qətiyyən doğru deyil”

Filologiya üzrə fəlsəfə doktoru Elyar İslamoğlu “Bakı-Xəbər”ə şərhində bildirdi ki, molla rejimi öz ənənəvi təxribatlarını davam etdirir. Uzun illərdir Nizamini mənimsəməyə çalışan molla rejiminin məqsədinin aydın olduğunu deyən E.İslamoğlu hesab edir ki, rejim bununla öz məkrli niyyətlərini büruzə verir. “Nizami Gəncəvinin şəxsiyyəti və irsi ilə bağlı zaman-zaman mübahisəli məqamlar olur. Əsas məsələlərdən biri Nizami Gəncəvinin fars, yoxsa türk şairi olması ilə bağlıdır. Biz görürük ki, farslar mütəmadi olaraq Nizami Gəncəvini əsassız olaraq “fars şairi” kimi qələmə verməyə çalışırlar. Amma Nizami Gəncəvi 1141-ci ildə Gəncə şəhərində anadan olub. Gəncəvi təxəllüsü də onun gəncəli olması ilə bağlıdır. Təxminən 1209-cu ildə onun Gəncədə vəfat etməsi ilə bağlı məlumatlar var. Nizami Gəncəvinin farsca yazması o demək deyil ki, o fars şairidir. Çünki o dövrdə əsasən fars dilində əsərlər yazılırdı, bu da həmin dövrün tələblərindən biri idi. Farsca yazıbsa onun “fars” olduğunu iddia etmək qətiyyən düzgün deyil. Əsərlərin bir çoxunda o özünün türk olduğuna işarə edib. Molla rejiminin əsassız iddialarını dünya alimləri öz fikirləri ilə alt-üst edir. Dünya alimlərinin əksəriyyəti Nizami Gəncəvinin türk olması ilə bağlı öz fikirlərini bildirib. Alman alimi İohan Şerrin “Nizami ata tərəfdən türk idi” fikirləri ilə rastlaşırıq. 3 aprel 1939-cu ildə Ukrayna şairi Nikolay Bajanın “Pravda” qəzetində məqaləsi çıxır. O, məqaləsində Stalinlə görüşdən danışır. “Yoldaş Stalin mənə azərbaycanlı şair Nizami ilə bağlı danışdı, onun əsərlərindən sitat gətirdi, o bu sözlərlə onu əsaslandırmağa çalışırdı ki, Nizamini İran ədəbiyyatına vermək lazım deyil. Ona görə yox ki, farsca şeirlər yazıb, ona görə ki, o öz poemalarında farsca şeir yazmağa məcbur olduğunu və öz xalqıyla doğma dilində əlaqəyə icazə verilmədiyini göstərir”.

Görürsüz, o dövrdə də bu məsələ aktual olub və Stalin də buna mövqe göstərib ki, Nizamini farslara vermək olmaz. Bir çox digər alimlər də Nizamini Gəncədən olan türk adlandırıb. Çoxlu sitatlar gətirmək olar. Dünya alimlərinin, şairlərinin yazdıqları sübut edir ki, Nizami Gəncəvi türk şairidir, bu baxımdan onu farslaşdırmaq qətiyyən doğru deyil” - deyə E.İslamoğlu qeyd etdi.

  • Sayman Arzu: “...Düşmənin xisləti düşmənçilik etməkdir”     

Azərbaycan Yazıçıar Birliyi sədrinin müşaviri, Güney Azərbaycan Komissiyasının sədri Sayman Aruz  ilə bu məsələ ətrafında danışdıq. S.Aruz bizimlə söhbətində bildirdi ki, İran molla hakimiyyəti özü Azərbaycanın tarixi torpaqlarında öz rekimini qurub: “Yəni onların bu gün  hakimiyyət sürdüyü o torpaqlar tarixi Azərbaycan torpaqlarıdır. Təbii, tarixi Azərbaycan torpaqlarında olan bütün milli, mədəni, mənəvi, maddi, yaxud qeyri-maddi irsi təhrif etməyə, saxtalaşdırmağa, öz adlarına çıxmağa çalışırlar. Eynən erməni xislətidir. Eyni siyasət son yüz ildə müxtəlif formalarda davam etdirilib, bu gün də davam etdirilir. Xaqanini, Şəhriyarı, Saibi və bir çox şairlərimizi, tanınmış ədəbiyyat, mədəniyyət xadimlərimizi, rəssamlarımızı, musiqiçilərimizi və sair “fars” kimi təqdim edirlər. Sizə deyim ki, onlar təkcə Nizamini “fars” kimi qələmə vermirlər, eyni zamanda Xaqani ilə də bağlı İranda cəhdlər var, onu “fars şairi” kimi təqdim etməyə çalışırlar. Eyni cəhd Nəsimi, Nəimi, Şəms Təbrizi, Mövlanə ilə də bağlı oldu. Bunlar hamısı sistemli bir şəkildə Azərbaycana qarşı edilir. Nizami Azərbaycanın şairidir, buna heç kəsin şübhəsi yoxdur. Necə ki, Şəhriyar Azərbaycan şairidir, buna heç kəsin şübhəsi yoxdur. Şəhriyar Azərbaycan dilində yazıbsa da, onun kənarında fars dilində də yazırdı. Amma bu o demək deyil ki, o fars şairidir. Bunu iranlıların özləri də yaxşı bilirlər. Bəzi məsələlər var ki, onları Azərbaycana qarşı siyasi kart kimi istifadə edirlər. Özləri də bilirlər ki, bundan uzağa gedə bilməzlər, gücləri də bundan o tərəfə deyil. Ona görə də, birmənalı şəkildə bu məsələlərdən siyasi, ictimai, mədəni kart kimi istifadə edirlər. Bunu bizi qıcıqlandırmaq, narahat etməkdən, təxribata çəkməkdən  və təbii ki, öz murdar, mənfur xislətlərini  göstərməkdən ötrü edirlər. Əsas odur ki, biz özümüzdən soruşaq - Nizami ilə bağlı nələr etmişik? Nizamini Azərbaycan, türk şairi kimi göstərməkdən ötrü kifayət qədər gərəyi olan addımlar atılıbmı? 2019-cu, 2020-ci  ildə Nizami Gəncəvi adına Beynəlxalq Mərkəz və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə beynəlxalq konfranslar keçirildi. Uğurlu tədbirlər idi. Könül istərdi ki, o tədbirlər davamlı olsun. Bir əhəmiyyətli detalı deyim: Həmin dönəmdə Nizami Gəncəvi irsinin yenidən Azərbaycan dilinə tərcüməsi ilə bağlı komissiya yaradıldı. Mən də komissiyanın üzvü idim. Amma çox təəssüflər olsun ki, bu gün üstündən 2 il keçməsinə baxmayaq ortada nəticə yoxdur. O komissiya faktiki olaraq işləmədi, heç bir büdcə ayrılmadı, əsərlər tərcümə olunmadı, işlər qaldı. Sözüm budur ki, bizim yaratdığımız bu boşluqlardan təbii olaraq düşmən qüvvələr əleyhimizə istifadə edəcəklər, onlar bu boşluğu doldurmağa cəhdlər edəcəklər. Çünki onlarda antitürk təfəkkürü o qədər dərindən kök salıb ki, istənilən boşluqdan istifadə edib bizim əleyhimizə hücuma keçirlər. Onlar da bu boşluqdan istifadə etdilər və bu gün də Nizamini “fars şairi” kimi dünyaya təbliğ etmək istəyirlər. Həmişə etdiklərini edirlər. Bu davamlı olacaq. Bu məsələ bizi narahat etməməlidir, əslində bizi düşündürməlidir ki, biz onun qarşısında nə edə bilərik ki, gələcəkdə bu problemi yaşamayaq. Niyə deyirəm narahat etməməlidir? Çünki düşmənin xisləti düşmənçilik etməkdir. Biz onu dəyişə bilmərik. Mühüm odur, biz özümüz böyük ictimai, siyasi, ədəbi, mədəni fikrimizi, ziyalılarımızı, ədiblərimizi, mütəfəkkirlərimizi qorumaq naminə elə addımlar atmalıyıq  ki, İran kimi molla hakimiyyətini, fars şovinist təfəkkürünü özünə əsas götürən dövlətlər, quruluşlar, toplumlar, qruplaşmalar boşluqlardan bizim əleyhimizə istifadə etməsinlər.

İranın bu cəhdini Azərbaycan Yazıçılar Birliyinin Cənubi Azərbaycan Komissiyasının sədri olaraq şiddətlə qınayıram. Azərbaycan ədəbiyyatını, mədəniyyətini, tarixini təhrif etməklə onlar heç nə əldə etməyəcəklər. Onsuz da həqiqətin üzərinə pərdə çəksən də o günəş kimi bir gün mütləq o pərdənin, o buludun arxasından çıxacaq. Heç kəs Nizaminin Azərbaycan şairi olmağına şübhə etmir. Azərbaycanda kifayət qədər güclü bir dövlətdir və öz ziyalılarına sahib çıxa biləcək bir ölkədir. Biz də ziyalılar olaraq çalışırıq ki, gələcəkdə Nizamini Azərbaycan şairi kimi sübut eədn faktları detallı şəkildə cəmiyyətə və dünyaya təqdim edək ki, bizim böyük mütəfəkkirimiz üçün cəfa olmasın. Ona görə təklif edərdim ki, Türk Dövlətləri Təşkilatında Nizaminin Azərbaycan, türl şairi olması ilə bağlı mütləq şəkildə toplantılar, konfranslar keçirilsin. Həmin Türk Dövlətləri Təşkilatına türk dövlətlərindən tanınmış Nizamişünaslar dəvət edilsin və orada Nizaminin Azərbaycan şairi olduğu təsdiqlənsin. Beləcə də dünyaya təqdim eidilsin. Düşmənin qarşısında əlimizdə olan kartlardan istifadə etməliyik. İkinci təklifim odur ki, Nizami Gəncəvi irsinin tərcüməsi ilə bağlı o tərcümə komissiyasının işi aktivləşsin, ona büdcə ayrılsın, Nizaminin əsərləri yenidən tərcümə olunsun, təhlil edilsin, şərh olunsun. O şərhlər tərcümə olunub dünyaya yayılsın. Arzu edərdim ki, təkliflərimi işıqlandırasınız”.

S.Aruz dedi ki, bu məsələni mətbuat geniş şəkildə ictimailəşdirməlidir.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ