Bazar günü günü, 22 noyabr 2026
     

Dünya muzeylərində Mirzə Qədim İrəvaninin dahi rəsm əsərləri - “İrəvan da Azərbaycandır...”

Image


“İrəvanda izim qaldı” rubrikasında tarixi Azərbaycan-türk şəhəri İrəvanda doğulub boya-başa çatan, burada ilk əsərlərini, dünya şedvrlərini, unikal fırça nümunələrini yaradan Mirzə Qədim İravanidən danışacağıq.

XIX əsrdə yaşayan Azərbaycan portretçisi və ornamentalist rəssamı Mirzə Qədim İrəvani Azərbaycan panel rəssamlığının əsasını qoyub. Sənətşünasların təhlilinə görə, yaradıcılığı Azərbaycanın yeni dövr təsviri sənətində vacib dəyişikliklə yadda qalıb.  

  • Mirzə Qədim İrəvani, yaxud Qədim bəy…

Tədqiqatçıları yazır ki, İrəvani, əsasən, tikmə üçün olan trafaret rəsmləri, divar naxışları, zərgərlik məmulatları, lakla çəkilmiş rəsm əsərləri və şüşə rəssamlığı  ilə tanınır. Demək olar ki, İrəvani, bir qayda olaraq, bütün əsərlərini azərbaycan və ya rusca imzalayaraq özünü “Mirzə Qədim İrəvani”, ya da bəzən “kollec asessoru” sözlərini əlavə edərək, özünü sadəcə “Qədim bəy” adlandırırdı.

Mirzə Qədimin ən çox tanınan əsərlərindən olan “Gənc qadının portreti”, “Gənc oğlanın portreti”, “Fətəli şahın portreti”, “Rəqqasələr”, “Molla” Azərbaycan Milli İncəsənət Muzeyində, “Mah Tələtin portreti” Gürcüstan Dövlət İncəsənət Muzeyində, “Quş və çiçəklər”  Sankt-Peterbruqun Dövlət Ermitajında saxlanılır, nümayiş etdirilir.

Mirzə Qədim İrəvani eyni zamanda 1850-ci illərdə, İrəvandakı Sərdar sarayının divarlarında, yağlı boya ilə çəkilmiş dörd böyük (1 m x 2 m) portretin müəllifidir.

  • Mirzə Qədim İrəvani - rəssam, yoxsa teleqrafçı?

İnternet resurslarından araşdırıb öyrəndik ki, Mirzə Qədim Məhəmmədhüseyn oğlu İrəvani 1825-ci ildə İrəvan xanlığının paytaxtı İrəvan şəhərində anadan olub. O, xarrat Məhəmmədhüseynin ailəsinin yeganə uşağı olaraq qeyd edilir. Elmi ədəbiyyatda, adı ilk dəfə 1954-cü ildə, sənətşünas Natalya Miklaşevskayanın İrəvaniyə həsr olunan məqaləsində hallanıb. Miklaşevskayanın sözlərinə görə, Mirzə Qədimin atası Məhəmmədhüseyn adi xarrat yox, bədii ağac işlənməsi üzrə usta olub. Mikloşevskaya təxmin edir ki, Məhəmmədhüseyn ornament sənətini öz yeganə oğluna lap kiçik yaşlarından öyrədib. Məhəmmədhüseynin oğluna təhsil vermək imkanı var idi və onu Tbilisi progimnaziyasına yollayıb. Erkən yaşlarından rus mədəniyyəti ilə yaxın təmasda olan Mirzə Qədim rəssamlıq bacarıqlarını dərinləşdirmək imkanını alıb. Progimnaziyanı bitirdikdən sonra 15 yaşlı gənc Mirzə Qədim İrəvana dönüb və teleqrafçı vəzifəsində poçta qəbul olub orada 35 il ömrünün sonunadək çalışıb. Qeyd edilir ki, Mirzə Qədim gənc yaşından rəsm çəkməyə başlayıb. Ailə əhvalatlarına əsasən, yeniyetmə dövründə güzgü üzərində boya ilə çəkdiyi “Qadın” portreti onun ilk işi olub. O, xidmətdən ayrı olduğu bütün zamanını rəsmə ayırırdı. Özü tərəfindən edilən naxışlar onun işlədiyi otağın divarlarını bəzəyirdi. Ancaq onun yaşadığı ev dövrümüzə gəlib çatmayıb. Peşəkar rəssam təhsili olmasa belə, anadangəlmə zövqü və istedadı sayəsində, Mirzə Qədim geniş məşhurluq qazanıb. Artıq tanınmış rəssam olandan sonra, Sərdar sarayının divar naxışlarının restavrasiyası işlərinə cəlb olunur. Bu XIX əsrin 50-ci illərinin əvvəllərində baş verir. Bu sarayda o Güzgülü zalı bərpa edirdi. Rus, Fransız, Fars dillərini bilən İrəvani dövrünün savadlı insanı olub, eləcə də, musiqini sevib, Qərbi Avropa, rus, şərq müəlliflərinin əsərlərindən ibarət kitabxanaya sahib olub.

1875-ci ildə kollec asessoru rütbəsində doğma şəhəri İrəvanda vəfat edib və İrəvanda da dəfn edilib, amma məzarı günümüzə gəlib çatmayıb.

  • Fətəli şahdan Abbas Mirzəyə qədər…

O, fırçası ilə həm də real tarixi şəxsiyyətlərin şəkillərini çəkirdi və  Fətəli şahın, Abbas Mirzənin, Mah Tələt xanım və Vəcdullah Mirzənin təsvir olunduğu dörd portret yaradıb. Bu əsərlərdən başqa, “Naməlum savaşçı”nın portretini də çəkib. Mirzə Qədim İrəvani işlərinin tarixini qeyd etmirdi, amma onları imzalamağa, eləcə də üzərlərində portreti çəkilənin adını yazmağı xoşlayırdı. Buna baxmayaraq, onun rəsmlərinin müqayisəli təhlili əsasında, rəssamın yaradıcılıq dövrlərinin ikişafını müəyyən etmək mümkün oldu. Beləliklə, İrəvavaninin yaradıcılığı 3 dövrə ayrılır : birinci dövr – rəssamın gənclik illəri, ikinci dövr – bu İrəvanda Sərdar sarayında işlədiyi dövrdü (XIX əsrin 50-ci illəri) və üçüncü dövr – yetişkinlik dövrünün yaradıcılığı (XIX əsrin 60-70-ci illəri).

  • Sərdarların portretləri…

Mirzə Qədim İrəvani restavrasiya olunan Sərdar sarayı üçün, təbii ölçüdə, yağlı boya ilə şah və sərdarların (şahın canişinləri) təsvir edildiyi dörd böyük (1 m x 2 m) portret yaradıb. Portretlər sarayın böyük zalının ikinci yarusunun divar oyuqlarında yerləşdirilib. Portretlərdə Fətəli şah Qacar, Abbas Mirzə, Hüseynqulu xan Sərdar və Rüstəm Zal təsvir olunur. Qohumlarının xatirələrinə əsasən, bunlara bənzər, Mirzə Qədimin otağında yerləşmiş, üzərlərində silahlı döyüşçülərin təsvir olunduğu (Sərdarların portletlərinin, rəssamın əlində qalan variantları olduqları təxmin edilir) daha dörd portret mövcüd olub. Rəssamın ailəsində bu cür rəsmləri “Pəhləvan” adlandırırdılar. Həmin rəsmlər yağlı boyalar ilə qalın kətan üzərində yaradıldığlarından, faktiki olaraq Azərbaycan panel rəssamlığının ilk nümunələri hesab olmaqdadırlar.

Tərzlərinə görə bu portretlər, XIX əsr İran panel rassamlığı üslubuna yaxındılar. Beləcə, Fətəli şahı yastığın üstündə oturduğunu təsvir edən portret “Xalçanın üstündə oturmuş Fətəli Şahın” ın ikonoqafik tipini təkrarlasa da, rəsmin keyfiyyəti onun IXI əsrin 50-ci illərində Mirzə Qədim İrəvani tərəfindən Sərdar sarayı üçün işləndiyini göstərir. Rəssamın ustalığının böyüməsini onun əsərlərini öyrəndikcə izləmək olur, əsasən Sərdarların portretlərində, hansılar ki Mikloşevskayanın sözlərinə görə həvəskar-rəssam üçün bir növ rəssamlıq məktəbi olub.

Fətəli şah, Hüseynqulu xan və Rüstəm Zalın (soldan sağa) İrəvani tərəfindən Sərdar sarayı üçün çəkilmiş portretləri Tiflisdə Gürcüstan Dövlət İncəsənət Muzeyində, Azərbaycan Milli İncəsənət Muzeyində isə dəbilqələrdə təsvir olunmuş “Döyüşçü”nün portreti saxlanılır.

  • Əsərlərinin ölümündən sonrakı taleyi

Mirzə Qədim İrəvaninin "Güllər və quşlar" adlı trafaret-rəsmi BakıdaAzərbaycan Milli İncəsənət Muzeyində saxkanılır. Vurğulanır ki, ölümündən sonra İrəvaninin ailə arxivində onun yüzdən artıq əsərləri saxlanılırdı. Rəssamın böyük oğlunun arvadı Fatimə xanım Qədimbəyovanın 1921-ci ildə İrəvandan Bakıya köçməsindən sonra rəssamın əsərləri və kitabxanası İrəvanda qaldı. Bir müddət sonra onların itməsi məlum oldu. Sənətkarın əsərlərinin az bir hissəsini Bakıya gətirmək mümkün olub.  20 dən çox portret, tikmə və naxışlar üçün şəkil və eskizlər Rüstəm Mustafayev adına Azərbaycan Milli İncəsənət muzeyi tərəfindən 1939-cu ildə əldə edilib. XX ci əsrin ortalarında İrəvaninin sadəcə 23 orijinal əsəri haqqında məlumat var idi, bunlardan iyirmisi R.Mustafaev adına Azərbaycan Milli İncəsənət Muzeyində (Bakı), ikisi Dövlət Ermitajında (Sankt-Peterburq) və biri Gürcüstan Dövlət İncəsənət Muzeyində (Tbilisi) yerləşir.

1914-cü ildə İrəvandakı Sərdar sarayının tamamilə dağıdıldığı dövrdə, orada olan portretlər divarlardan çıxarılıb və hazırda Gürcüstan Dövlət muzeyində yerləşirlər. Gürcüstanın dövlət və incəsənət muzeylərində saxlanılan portretlər haqqında dəqiq məlumat olmadığından, onların arasında İrəvaninin müəllifi olduğu bütün portretləri müəyyənləşdirmək çətindi. Bəzi böyük portretlərin İrəvanin orijinal əl işi olduğunu, rəsm və eskizlər, eləcə də şərqşünas və fotoqraf Dmitriy Yermakovun albomundakı (albom Gürcüstan Dövlət Muzeyinin fondlarında saxlanılır) Sərdar sarayının interyerlərini nümayiş etdirən səkillər təsdiqləyir. Onlardan birinin üzərində, onun öz imzası var. Bu portretlər tərzinə görə XIX əsr İran panel-rəssamlığı stilinə yaxındılar. Fətəli şah Qacarın, Abbas Mirzənin, Hüseynqulu xan Sərdarın və Rüstəm Zalın portretlərinin həqiqətən İrəvani tərəfindən işlənməsi təsdiqlənib.

  • Mikloşevskayanın gərgin axtarışları…

1938-1939-cu illərdə Azərbaycan Milli İncəsənət Muzeyi Mirzə Qədim İrəvaninin bir neçə maraqlı əsərini əldə etdi. Araşdırılan kolleksiyanın materialları “XIX əsrin Azərbaycanlı rəssamları” adlı məqalənin dərc edilməsi üçün qaynaq oldu. İlk dəfə olaraq XIX əsr Azərbaycan incəsənətinin öyrənilməsi haqqında məlumatlar verən məqalə böyük maraqa səbəb oldu. Müəlliflər oxucunu İrəvani yaradıcılığında yönləndirərkən, onu rus mədəniyyətinin təsiri altına düşərək, dekorativizmin dar çərçivələrini aşmağa çalışan, Azərbaycan təsviri sənətində yaranmaqda olan realizm cərəyanının ilk təmsilçilərindən biri kimi təqdim edirdilər. Ancaq məqalədə bəzi qeyri-dəqiqliklər yer almışdı. Rəssamın bir çox əsrləri məqalənin müəlliflərinə deyil di onları sonradan müəyyənləşdirmək mümkün oldu. Məqalə İrəvaninin işlərinin üç yaxşı reproduksiyaları ilə illüstrasiya olunub.

1940-cı ildə ədəbiyyat tənqidçisi Orucəli Həsənovun yalnız Mirzə Qədim İrəvaninin yaradıcılığına həsr etdiyi işi nəşr olunub. Müəllif orada rəsmlə, eləcə də rəng və kompozisiya ilə bağlı bir sıra məsələlərə toxunub, amma məqalə xüsusi xarakter daşımayıb.

1947-cu ildə Ermitaj fondlarının İran lakları və cökə qabığından rəsmləri arasında sənətşünas Natalya Miklaşevskaya Qatlama-güzgünün içəri tərəfindən Mirzə Qədim İrəvaninin əl işi olan minyaütrü aşkara çıxardıb. 1950-ci ilin yayında Mişkloşevskaya Mirzə Qədimin həyatı və yaradıcılığı ilə bağlı daha çox məlumat toplamaq məqsədi ilə rəssamın vətəni İrəvana səfər edib. Ancaq bu təşəbbüs uğursuz olub. Tbilisiyə edilən səfər isə daha uğurlu olub. Belə ki Gürcüstan SSR-nin Dövlət İncəsənət Muzeyində XIX əsr miniatürləri arasında Mikloşevskaya tərəfindən Mirzə Qədim İrəvaninin adına yazılan üç rəsm aşkara çıxdı.

1954-cü ildə Bakıda Mikoşevskayanın “XIX əsrin rəssamları. Mizə Qədim İrəvani və Mir Möhsün Nəvvab” adlı məqaləsi çap olunur, müəllifin oradakı məqsədi imkan dairəsində Mirzə Qədim İrəvani və Mir Möhsün Nəvvabın həyat və yaradıcılığını işıqlandırmaq, R.Mustafaev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində, Dövlət Ermitajı və Gürcüstan SSR-nin Dövlət İncəsənət Muzeyində (“Metexi”) saxlanılan əsərlər kolleksiyasını ilk dəfə olaraq təsvir etmək olub. Məqalənin əhəmiyyətli yerini müəllifin Dövlət Ermitajı və Gürcüstan SSR-nin Dövlət İncəsənət Muzeyinin şərq fondlarında aşkara çıxartdığı, Mirzə Qədimin əvvəllər naməlum olan əsərləri tutur. Rəssam haqqında olan bioqrafik məlumatları Mikloşevskaya onun nəvələri Əfşan və Kamal Qədimbəyovlar ilə etdiyi söhbətlər əsasında artırmışdır. Mirzə Qədim haqqında bir sıra maraqlı məlumatları onun böyük oğlunun arvadı, 1950-ci ildə 77 yaşında Bakıda vəfat edən Fatimə xanım Qədimbəyova vermişdir. İrəvaninin yaradıcılığına həsr olunan əsərlər Mikloşevskayanın Azərbaycan incəsənət tarixi ilə bağlı ciddi araşdırmalarının nəticəsi hesab olunur. Mikloşevskaya rəssam haqqında bioqrafik bilgilərin əhəmiyyətli dərəcədə genişləməsinə, keçən əsrin 40-cı illərin axırlarında Dövlət Ermitajı və Gürcüstan Dövlət İncəsənət Muzeyində İrəvanin bir sıra qiymətli əsərlərini ortaya çıxarmağa nail oldu...

Mirzə Qədim İrəvani doğulduğu şəhərdə yaşayıb-yaradıb, tarixi əsərlər meydana çıxarıb. Tarixi ərazimiz İrəvanı talan edib dağıdanlar, ona qanunsuz şəkildə yiyələnənlər rəssamın əsərlərini də doğma şəhərindən didərgin salıb. Amma Qərbi Azərbaycan torpaqlarına qayıdış başlayandan sonra Mirzə Qədim İrəvaninin də tarixi irsinin  doğma şəhərinə qaytarılacağı gün kimi aydındır…

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ