çərşənbə günü, 07 oktyabr 2026
     

Ermənilər Piterdə “Koroğlu” dastanından “Sasunlu David” düzəltdilər...

Image


Ermənilərin qondarma “Sasunlu David” “epos”u yenidən gündəmə gətirilib. Bu dəfə Rusiyanın Sankt-Peterburq şəhərində “Sasunlu David”i çap ediblər. Erməni mediasının yazdığına görə, Sankt-Peterbruqun “Limbus Press” nəşriyyatında Sergey Maxotinin “Sasunlu David” “erməni eposu” təkrar nəşr olunub.

Əslində isə ermənilərin tarixən belə dastanı, eposu olmayıb, “Sasunlu David”in “Koroğlu” dastanından plagiat olduğu elmi dəlillərlə çoxdan sübut olunub. Buna baxmayaraq, yenə də “Sasunlu David”i “erməni qəhrəmanlıq eposu” kimi qələmə verməkdə davam edirlər.

Əlbəttə, bu gün bizim “Koroğlu”şünaslar hərəkətə keçməli və “Sasunlu David”in plagiat olduğunu, onun sonradan “Koroğlu”nun motivləri əsasında yaradıldığını, daha doğrusu, düzülüb-qoşulduğunu dünyaya yaymalıdır. Düzdür, bizim bəzi alimlərimiz faktlarla sübut ediblər ki, ermənilərin belə bir eposu yoxdur.

“Sasunlu David”in süjetinə baxanda da aydın görsənir ki, bu qondarma bir mətndir. Guya "Sasunlu Davud" “dastan”ında hadisələr X əsrdə baş verir və burada erməni xalqının öz “azadlığı və müstəqilliyi” uğrunda Bağdad xəlifəsinə qarşı apardığı mübarizə əksini tapıb.

Təsəvvür edin ki, “epos”un məzmunu adamda gülüş yaradır. Heç bir mədəniyyəti, heç bir ədəbiyyatı, irsi, dövləti, vətəni olmayan ermənilərin belə bir dastana sahib olması qətiyyən inandırıcı deyil.

  • “XIX əsrin lap son illərinə qədər bir nəfər də olsun erməni aliminin yazısında “Sasunlu David”in adı çəkilmir”

Filologiya elmləri doktoru, Koroğluşünaslıq sahəsində çox böyük işlər görən, məqalələr, kitablar nəşr etdirən İslam Sadıq “Bakı-Xəbər”ə bildirdi ki, “Sasunlu David” yalnız “Koroğlu”dan plagiat deyil, orada başqa eposlardan da oğurluqlar var. Bu barədə bir neçə dəfə yazdığını və yazdıqlarının işıq üzü gördüyünü vurğulayan İ.Sadıqın sözlərinə görə, onun çox dəyərli və təkzibolunmaz arqumentləri var. 

Alim vurğuladı ki, bu gün “Sasunlu David” kimi qondarma bir “epos”un Rusiyada çap olunmasının səbəbləri var və bunun da kökləri çox dərindir. Ermənilər tarixən qul olublar və qulun da canından başqa heç vaxt heç nəyi olmayıb, bu baxımdan, onların hər hansı bir eposunun mövcudluğundan söhbət belə gedə bilməz. “Mən bu məsələnin kökünü araşdırmışam, məqalələrimdə, yazılarımda konkret yazmışam ki, “Sasunlu David” adlı epos olmayıb. Çünki XIX əsrin erməni ziyalıları, yazıçıları bu əsərin adını çəkməyiblər. 1828-ci ilə qədər qul olublar, qul. Deyim bilin. Bu rəsmi söhbətdir. Öz kitabımda I Nikolayın fərmanını vermişəm. Ermənilərin üstündən qul adını götürmək üçün I Nikolay xüsusi fərman imzalayıb. Qulun heç nəyi olmur. Qulun Vətəni, torpağı, mədəniyyəti də olmur, dastanı da. Qulun bir canı var o canı da ağasına pulla satır. “Sasunlu David” göydəndüşmə, uydurma bir məsələdir. Bilirsiz niyə? XIX əsrin lap son illərinə qədər bir nəfər də olsun erməni aliminin yazısında “Sasunlu David”in adı çəkilmir. Əgər “Sasunlu David” adlı epos vardısa onun adını çəkərdilər. Abovyan, Qazaryan, Broşyan hamısı yazır ki, erməni xalqının dastanı yoxdur, erməni aşıqları dastanları türkcə oxuyublar, onlar türk dastanlarıdır. Əgər “Sasunlu David” adlı “erməni eposu” var idisə onda Abovyan kimi bir şovinist yazardımı ki, erməni xalqının dastanı yoxdur? Yazmazdı. Mən bunların hamısını arqument kimi yazılarımda gətirmişəm. Yazmışam ki, XIX əsrin sonlarına qədər, yəni ermənilər “Koroğlu” ilə  tanış olana qədər belə bir məsələ yox idi. O dövrdə “Koroğlu”dan ermənilər hekayələr yazırdılar. XIX əsrin birinci yarısında onlar ondan türk dastanı kimi istifadə edirdilər. Sonradan bunlarda şovinizm o qədər gücləndi ki, ermənilər hər şeyə “mənimdir” dedilər. Bu iddia da erməni xəstəliyidir”.

İ.Sadıq qeyd etdi ki,  “Koroğlu” “Tiflis nüsxəsi” deyilən bir nüsxə var və onu da ermənilər Azərbaycan “Koroğlu”sunun əsasında yazıblar.  Görkəmli tədqiqatçı, repressiya qurbanı Vəli Xuluflunun buna dair bir qeydi olduğunu vurğulayan İ.Sadiq bildirdi: “Tiflis nüsxəsi”nin aşıq repertuarından yazılmadığına, yazı­çı qələmindən çıxdığına dair bütün şübhələrə son qoymaq üçün V.Xuluflunun bir fikri bəs eləyir: V.Xuluflu “Koroğlu”­nun 1929-cu il nəşrinə yazdığı ön sözdə bu barədə çox maraqlı və dəyərli bir bilgi vermişdir. O yazırdı: Yeni aldığımız məlu­mata görə, Koroğlu haqqında ermənicə də çoxdan bir kitab yazıl­mışdır. Hal-hazırda da bəzi erməni yazıçıları tərəfindən kollektiv bir surətdə İran həyatından Koroğlu adına bir pyes hazırlan­maqdadır. Müəlliflərin fikrincə, Koroğlu iranlıdır. Hər halda bu saat mübahisəyə girişəcək deyilik”.

V.Xuluflunun verdiyi bilginin üstündən elə-belə keç­mək olmaz. Bu çox dəyərli bilgidir. Yuxarıda deyilən fikirlərin doğ­ru­luğuna inanmaq üçün V.Xuluflunun dediklərinə yaxşı fikir verin. Axtardığımız həqiqəti üzə çıxarmaq üçün V.Xuluflu yaxşı ipucu vermişdir. Dastan Koroğlu haqqındadır, movzu­su İran həyatından götürülmüşdür, Koroğlu iranlıdır (Mərv­də anadan olur). Bu əsəri erməni yazıçıları kollektiv şəkildə yazırlar. Doğ­rudan da bu əlyazmada yazıçı üslubu aydın şəkildə görünür və mətn aşıq repertuarından yazıya alınmamışdır. Bu deyilənlər olduğu kimi “Tiflis nüsxəsi”nə aiddir. Faktlar necə də üst-üstə düşür. V.Xuluflu bu fikri 1929-cu ildə söyləmişdir və əlyazma əlində olmadığına görə mübahisə etməyə girişməmişdir. Bu gün əlyaz­ma əlimizdə olduğuna görə bizim mübahisə etməyə və həqiqəti üzə çıxarmağa haqqımız da var, imkanımız da.

V.Xuluflu 1937-ci ildə güllələndi. “Tiflis nüsxəsi” 1957-ci ildə üzə çıxa­rıl­dı. Tarixlər də bir-birini izləyir. V.Xuluf­lu­nun yaz­dı­ğından aydın olur ki, əsər hələ tamamlanmamışdır və ya­xud tamam­lanmışdırsa da, üzə çıxarılmamışdır. Ola bil­sin ki, er­məni yazıçıları bu cür iri həcmli əsəri (28 məclisi) qısa vaxt­da yazıb başa gətirə bilməyiblər. Bu işi Böyük Vətən müha­ribəsi də bir qədər ləngidə bilərdi. Yaxud əsəri tamam­layıb onu üzə çı­xarmağın vaxtını gözləyərdilər. Onu da bil­mə­liyik ki, ermə­ni ya­zıçıları dastan “yazmaq” sahəsində yax­şı təcrü­bə topla­mış­dı­lar. Onlar XIX yüzilliyin sonu, XX yüz­il­liyin əvvəl­lərində “er David” dastanının 50 variantını yaz­mış­dı­lar. Bunu erməni yazıçıları özləri etiraf ediblər. Əlləri­nin al­tında heç bir material olmaya-olmaya “Sasunlu Davi­d”i yaza bilən erməni yazıçıları üçün zəngin materialdan istifadə et­məklə “Koroğlu”­nun “Tiflis nüsxəsini” yazmaq çox da çətin olmamalıydı. De­məli, “Tiflis nüsxəsi” doğrudan da erməni yazıçıları tərəfin­dən yazılmışdır. İndi belə düşünmək olar ki, bu sirrin üstü açılmasın deyə L.Q. Çlaidze əlyazmanın ilk iki səhifəsini-pasport göstə­ri­cilərini bilə­rəkdən gizlət­miş­dir. V.Xu­luflu da 1937-ci ildə gül­lələnməliydi ki, bu əlyazma üzə çı­xanda mübahisə edəcək adam olmasın. Doğrudan da bugünə qədər folklorçularımız arasında belə bir adam tapılmadı. Bunu xatırladıqca adamın ürəyi ağrıyır”.

İ.Sadıq qeyd etdi ki, bu gün “Sasunlu David”in yenidən ortaya çıxarılması təsadüfi deyil. Alimin fikrincə, xalqın, millətin millət kimi yaşamağı onun qəhrəmanlıq ruhunun ölməməyindən asılıdır, qəhrəmanlıq ruhunu yaşadan isə qəhrəmanlıq dastanlarıdır. Ermənilərin məhz bunun üçün qondarma “Sasunlu David”i ortaya atdığını deyən İ.Sadıqın sözlərinə görə, hazırda ermənilər bu yöndə təbliğata başlayıb.

“Koroğlu”, “Dədə Qorqud” kimi qəhrəmanlıq  eposlarımızın hazırda geniş təbliğinə ehtiyac olduğunu deyən alimin təklifinə görə, bu dastanlar xüsusi kitab şəklində çap olunub Azərbaycan əsgərlərinə paylanmalıdır ki, onlar bizim babalarımızın qəhrəmanlığından qürur hissi keçirib güc alsınlar.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Nacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ