çərşənbə günü, 07 oktyabr 2026
     

Cənubi Azərbaycanda molla rejiminin məhv etdiyi tarixi dəyərlərimiz…

Image


Azərbaycan dövlətçiliyinin qədim beşiklərindən biri olan Cənubi Azərbaycanda əcdadlarımız zəngin mədəni, tarixi irs yaradıb. Urmiya gölünün ətraflarından başlayıb başqa ərazilərimizi də əhatə edən və Araz çayının sahillərinə dirənən böyük bir arealda Azərbaycan türklərinin unikal mədəni irs abidələri, şəhərləri, kəndləri qurulub.

Cənubi Azərbaycanda həm arxeoloji, həm təbiət, həm də memarlıq abidələri mövcud olub ki, bunlar xalqımızın milli indentikliyini özündə ifadə edib. Lakin təəssüflər olsun ki, indi bu abidələrin bir qisminin sadəcə adları qalıb, çünki molla rejimi Azərbaycan abidələrinə qarşı amansız soyqırım aparıb. Abidələrimizi dağıdıb yer üzündən silən mollakratiyanın əsas məqsədi bizim izimizi öz yurdumuzdan silmək olub. Mübağiləsiz deyərdik ki, Tehran rejimi də Ermənistanın yürütdüyü siyasətin eynisini həyata keçirib. Əslində, onlar bir-birinin yanlış siyasətini təkrar ediblər.

Tez-tez Cənubi Azərbaycandan narahat xəbərlər alırıq ki, şah dövründə olduğu kimi, molla rejimi də Azərbaycan abidələrinə qarşı amansız davranır, onları sökür, dağıdır, məhv edir. Tarixi irsmizə qəsd mövqeyində dayanan molla rejimi əlbəttə,  bir gün buna görə cavab verəcək.

  • “…Şumerlərdən bu günə qədər gələn bütün abidələrimiz demək olar ki, artıq itibdir, yoxdurlar”

Azərbaycan Yazıçıar Birliyi sədrinin müşaviri, Güney Azərbaycan Komissiyasının sədri Sayman Aruz  ilə bu məsələ ətrafında danışdıq. S.Aruz bizimlə söhbətində bildirdi ki, Cənubi Azərbaycandakı abidələrimizlə bağlı vəziyyət heç də ürəkaçan deyil. “Cənubi Azərbaycanda bizim saysız-hesabsız tarixi abidələrimiz olub. Çox təəssüflər olsun ki, son yüz ildə onların böyük əksəriyyəti  artıq tanınmaz haldadır. Bir çoxları sökülüb, bir çoxlarının yerində hətta başqa binalar tikiblər ki, tamamilə bizim abidələrimizin izini itirsinlər və sair. Üzü Urmiyadan, Sulduzdan tutmuş ən ucqar kəndlərimizə qədər olan abidələrimiz təəssüflər olsun ki, bu gün çox acınacaqlı bir vəziyyətdədir. Mən bununla bağlı bir neçə nümunə çəkə bilərəm. Məsələn, bizim Təbrizdə yerləşən tanınmış Ərk qalamız. O boyda Ərk qalası İran İnqilabı baş verən zaman söküldü. Böyük bir opera zalı idi, lakin sökülməyə məruz qaldı. Bu gün Ərk qalasından sadəcə  olaraq bir divar qalıb. Ərk qalasının böyüründə çox böyük bir məscid tikdilər. Məhz o səbəb oldu ki, Ərk qalası demək olar itdi. Hətta deyilənə görə, tikilən o məscidin ağırlığı Ərk qalasının ortadan çatlamasına səbəb olub. Bu doğurudan da böyük faciədir. Onun sonra  Göy Məscidin adını çəkə bilərəm ki, Göy Məscidin düz yanında aparılan qazıntılar (o vaxt Təbrizdə idim və baş verənləri görürdüm-S.A) zamanı çıxan əşyaların, qədim eksponatların sayı-hesabı yox idi. Amma çox təəssüflər olsun ki, oralar qazıldı, amma yeraltından çıxarılan bütün tarixi eksponatlarımız qarət oldu. Göy Məscidin kənarında da böyük bir ticarət obyekti tikildi. O ticarət obyekti də demək olar ki, bizim Göy Məscidimizi tamamilə itirdi. Halbuki, o milli və sağlam əllərdə olsaydı yəqin ki, orada o obyektlər tikilməzdi və ərazi bir turistik məkan kimi qorunub saxlanardı.  Oradan tapılan bütün eksponatlar da qorunardı, Göy Məscidə də o böyük xəsarətlər yetirilməzdi. Çox təəssüflər olsun ki, orada da Göy Məscidin başına bu böyük faciələri gətirdilər. Urmiya gölünə baxın. Deyərdim ki, Urmiya gölü və Urmiya gölünün ətrafında olan abidələrimizin hamısı məhv oldu getdi. Urmiyanın özündə türk millətinə aid olan və Şumerlərdən bu günə qədər gələn bütün abidələrimiz demək olar ki, artıq itibdir, yoxdurlar. Məsələn, sizinlə danışa-danışa nə qədər fikirləşirəm elə bir abidə yadıma gəlmir ki, sizə onun qorunub saxlanıldığını deyəm. Bir dənə mənim doğulduğum Sulduz şəhərində 7 min ilə yaxın yaşı olan Həsənli təpəsi yadıma gəlir. Bu Həsənli adlı bir təpədir. Onun hətta Şuşerlərdən də o tərəfə tarixi var. İndiyə qədər qalan Həsənli tarixi abidəsidir ki, onun da bu günkü vəziyyəti o qədər də ürəkaçan deyil. Amerikalı arxeoloqların apardığı arxeoloji qazıntılar zamanı oradan o vaxt ən qədim qızıl şərab qabı  (farslar ona cami-zərrin deyirlər-S.A)  tapılmışdı. O ərazi saleh və milli əllərdə olsaydı bu gün ora böyük bir turistik məkan kimi fəaliyyət göstərərdi. Amma təəssüflər olsun ki, qorunmadığına görə demək olar, təpənin ətrafında qanunsuz qazıntılar aparılıb”.

S.Aruz vurğuladı ki, Həsənli təpəsi tarixi abidəsi yaxşı qorunmadığı üçün hazırda məhv olmaq təhlükəsi ilə üzləşib. Onun sözlərinə görə, digər abdələrimiz barədə də eyni şəkildə danışmaq olar. S.Aruz qeyd etdi ki, yaxın və uzaq tariximizə aid bir çox abidələrimiz, qalalarımız,  tarixi evlərimiz də var ki, onlar da eyni aqibətlə üzləşiblər: “O tarixi evlər milli qəhrəmanlarımızın ev muzeyləri kimi fəaliyyət göstərməli idilər, onlar hamısı dağıldı getdi. Təbrizin məşhur ötrülü bazarının bir çox  hissəsi demək olar ki, dağılıb gedib, baxan, təmir edən yoxdur. Halbuki, dünyada ondan qədim, ondan möhtəşəm ikinci bir belə əsər yox idi. Yəni yerdə biz bunu görə bilərik. Amma təsəvvür edin ki, bunun müqabilində İsfahanda Səfəvilər dönəmində azərbaycanlıların tikdiyi bütün tarixi abidələrin hamısı qorunub saxlanılıb, turistik bir məkan kimi də dünya turistlərinə qapısı açıqdır. Hər kəs gedir İsfahanda, Şirazda vaxtilə azərbaycanlıların tikdiyi abidələri görür, ziyarət edir, gəlir. Ancaq onlar hamısı “fars abidəsi” kimi qələmə verilir. Halbuki, Xorasandan tutmuş İsfahana, Gəngər körfəzinə qədər bizim tikdiyimiz abidələrdir. Sadəcə, o ərazidə farslaşdırma siyasəti çox ciddi getdiyinə görə “fars abidə”ləri kimi dünyaya təqdim edildilər. Lakin bu gün Azərbaycan ərazisində, faktiki olaraq azərbaycanlıların yaşadığı ərazilərdə olan abidələrin hamısı dağıdıldı, məhv edildi, gözdən itirildi. Baxın, bu İranda olan molla hakimiyyətinin anti-türk siyasətinin məhsulu idi. Mən hətta deyərdim ki, anti-insani siyasətinin məhsulu idi. Bu da onu göstərir ki, o hakimiyyət, istər şah olsun, istəyirsə də şeyx olsun, heç fərqi yoxdur siyasəti, Azərbaycan türklərinə baxışı eynidir. O baxışın kökündə də düşmənlik, assimilyasiya, oğurluq, xəyanət dayanır”-deyə S.Aruz qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Nacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ