Cümə axşamı günü, 12 noyabr 2026
     

Qonşu ölkələrdən Azərbaycanı hədələyən Hindistan ştammı nə deməkdir?

Image


Ölkəmizdə yoluxmanın dinamikası aşağı düşdükcə və gündəlik yoluxanların sayı 70-80-dən çox olmadıqca, insanlarda koronavirusla bağlı qəribə bir arxayınçılıq yaranıb. Vətəndaşlarımız səhv olaraq düşünürlər ki, artıq pandemiyanı yola salmaq üzrəyik. Virusun sönük görünməsi bizi aldatmamalıdır. Çünki üzü payıza bizi koronavirusun daha dəhşətli bir növünün gözlədiyi bildirilir. Söhbət COVID-19-un Hindistan ştammından gedir ki, bu, Azərbaycanı da təhdid edir. Artıq Rusiyada və Gürcüstanda yayılan bu virusun daha dəhşətli olduğu söylənilir.

Ekspertlər qeyd edirlər ki, Azərbaycanda 3 milyondan artıq insanın vaksinasiya olunmasının, bütövlükdə, kütləvi vaksinasiyanın və digər amillərin təsiri ilə ölkəmiz də daxil olmaqla dünyanın bir sıra ölkələrində karantin rejiminin yumşaldıldığı bir vaxtda alimlər koronavirusun Hindistan ştammının getdikcə təhlükəli xarakter aldığı barədə xəbərdarlıq edirlər. Artıq bu barədə dünya KİV-ində alimlərin fikirləri, qeydləri, xəbərdarlıqları yer alır.

“The Straits Times” nəşrinə istinadən mətbuatımızın  yazdığına görə, Sinqapurun Milli Universiteti nəzdində ictmai səhiyyə məktəbinin dekanı, professor Tek İk İn bildirib ki, COVID-19 virusunun Hindistan ştammı dünyada dominanta çevrilir və sonradan daha ciddi pandemiyaya səbəb ola bilər. Nəşrə danışan ekspertin sözlərinə görə, Hindistan ştammı “qorxunc sürətlə” yayılır və mütəxəssislərin yoluxanları vaxtında təcrid etmək, habelə virusun ötürülmə zəncirini qırmaq üçün göstərdiyi səyləri üstələyir. Professor xüsusən ictimai səhiyyənin zəif olduğu ölkələrdə virusun yeni-yeni ştammlarının meydana çıxacağı haqda xəbərdarlıq edib. “Hətta koronavirusla effektiv şəkildə mübarizə aparan Vyetnam xəstəliyin yeni dalğası ilə üzləşib və hakimiyyət orada Hindistanla Britaniya ştammlarının hibridini təşkil edən yeni variant aşkarlayıb” - deyə professor bildirib. Mütəxəssis qeyd edib ki, indiki situasiyada ən effektiv vasitə vaksindir, çünki vaksin yoluxma risqini azaldır, habelə yoluxma halında təhlükəli simptomların inkişafı risqini aşağı salır.

Mütəxəssislər deyirlər ki, Hindistan ştammının yalnız bir deyil, bir neçə variantı var.

Onu da deyək ki, mayın sonlarına olan məlumatlara görə, koronavirusun Britaniya ştammı 53 ölkədə rəsmən qeydə alınıb. Son məlumatlara görə isə bu ştammın yayıldığı ölkələrin sayı rəsmən 60-ı adlayıb.

Son həftədə Hindistan ştammının qeydə alındığı ölkələr arasında Braziliya, Əlcəzair, Keniya, Qana, Kuraçao, Rusiya, Gürcüstan və başqa ölkələr də var.

Gürcüstan parlamentinin səhiyyə komitəsinin sədr müavini Lado Kaxadze bildirib ki, Gürcüstanda yeni növ koronavirus (COVID-19) infeksiyasının Hindistan ştammı aşkarlanıb. Qeyd etdiyimiz kimi, Rusiyada da Hindistan ştammı aşkarlanıb.

Koronavirusun B.1.617 variantı ilk dəfə Hindistanda aşkarlandığı üçün Hindistan ştammı adlanır.

Bildiyimiz kimi, Hindistanda aşkar edilən koronavirus ştammı Dünya Səhiyyə Təşkilatı tərəfindən “Delta” adlandırılıb, onun daha yoluxucu, daha ağır fəsadlara səbəb olduğu və vaksinlərə, dərmanlara daha az təslim olduğu bildirilir. Bu ştamm koronavirusun digər növlərindən E484Q və L452R-in iki əsas mutasiyası ilə fərqlənir. Mütəxəssislər etiraf edirlər ki, bu variantdakı üçüncü mutasiya - P681R, potensial olaraq, “gücləndirilmiş ötürücülüyə” səbəb ola bilər.

Hindistan variantının əlamətlərinə gəlincə, əldə etdiyimiz bilgilərə görə, Hindistan ştammına yoluxmuş xəstələrdə koronavirus infeksiyası simptomları tipik deyil. Yeni ştamma yoluxan insanlar səhvən "COVID-19"a mübtəla olmadıqlarını düşünürlər. Məsələn, Hindistan ştammında qoxu hissinin itməsi yoxdur. Bu zaman xəstəlik mədə-bağırsaq probleminə, simptomları isə zəhərlənməyə bənzəyir.

Mətbuat yazır ki, Hindistanda əhalinin kütləvi şəkildə yoluxmasına, ağırlaşmaların və ölüm hallarının artmasına səbəb olan yeni ştamm Rusiyada da sürətlə yayılmağa başlayıb.

İyunun 3-də “Rospotrebnadzor”un rəhbəri Anna Popova ölkədə yeni koronavirus ştammına yoluxma hallarının 1000-dən çox olduğunu, onlardan 70 faizinin Britaniya, 24 faizinin Hindistan variantı təşkil etdiyini vurğulayıb. Rusiyanın səhiyyə naziri Mixail Muraşkonun sözlərinə görə, koronavirusun Hindistan ştammına yoluxma müalicəsi ənənəvi müalicə sxemindən fərqlənmir, lakin bu, müəyyən düzəliş tələb edə bilər.

Rusiya Səhiyyə Nazirliyinin baş pulmonoloqu Sergey Avdiyev deyir ki, “Delta” ştammına yoluxma xəstəliyin daha ağır gedişatına səbəb ola bilər.

Məlumata görə, Rusiyada "COVID-19"a yoluxmada Hindistan ştammının payı son dörd həftə ərzində 80% -i keçib. Rusiyada son sutkada koronavirusa 17 262 nəfər yoluxub. Beləliklə, ölkədə infeksiyaya yoluxanların ümumi sayı 5 281 309-a çatıb. Son dövrdə 453 nəfər, ümumilikdə isə 128 445 nəfər xəstəlikdən ölüb. Hindistan ştammının sürətlə yayılması səbəbindən artıq Moskvada bir sıra məhdudiyyətlər tətbiq edilib. Eyni zamanda, ÜST Hindistan ştammı barədə Avropa ölkələrini xəbərdar edib. Bildirilib ki, bu ştamm hətta immuniteti yüksək olanları da haqlaya bilir. ÜST keçən ilin səhvlərini təkrarlamamağa çağırıb.

Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, Hindistan ştammı ilk dəfə Şərqi Benqaliya ştatında, Genomika və İnteqrativ Biologiya İnstitutunun əməkdaşları tərəfindən aşkarlanıb.

“Müəyyən edilib ki, virusda ikili mutasiya əmələ gəlib. Bunlar B.1.617 və B.1.618 mutasiyalarıdır. Nəticədə virusun genomunda olan arxitektonika nukleotid zəncirinin quruluşu xeyli dəyişib və virus yeni bir xassə alıb. İkiqat mutasiya nəticəsində virusun immun reaksiyadan yayınma qabiliyyəti yaranıb”.

Professor qeyd edib ki, Hindistan ştammı ikiqat mutasiyaya uğrayan ştamm olduğu üçün virus xeyli dəyişikliyə uğrayıb, onun xassəsi də dəyişib:

“Onun törətdiyi COVID-19 xəstəliyinin klinikası əvvəlkilərdən xeyli fərqlənir. Daha çox mədə-bağırsaq əlamətləri ilə davam edir. Dünya mütəxəssisləri bu ştammın yayılmasından ciddi narahatdırlar. Yeni ştamm yayılarsa, qorxulu, dördüncü dalğanın yaranmasına səbəb ola bilər. Bəzi mütəxəssislər Hindistan ştammının yayılmasının yeni pandemiyanın başlanğıcı ola biləcəyini qeyd ediblər”.

Yeni növ koronavirusun insanların mədə-bağırsaq sistemini hədəfə aldığını nəzərə alaraq, insanların daha diqqətli olmalarını tövsiyə edərdik. İnsanlar bilməlidirlər ki, üzü payıza doğru virusun daha dəhşətli növü ilə üz-üzə qalarlar. Gürcüstanda və Rusiyada baş verənlər insanlarımızın qorunmasına, daha çox qaydalara əməl etməsinə səbəb olmalıdır. Mümkün qədər qorunmaq, gigiyenik qaydalara riayət etmək, sosial məsafə saxlamaq və sair vacibdir. Hindistan ştammı özündən əvvəlki Britaniya ştammından daha dəhşətlidir, əlamətləri fərqlidir və aldadıcıdır. Odur ki, insanlarımız payızda qorxunc və təhlükəli Hindistan ştammından qorunmaq üçün bütün qaydalara əməl etməli, vaksinasiya prosesinə aktiv qoşulmalıdırlar. Bütün hallarda, Gürcüstanda və Rusiyada baş verənlərdən, virusun yaşatdığı dəhşətlərdən insanlarımız nəticə çıxarmalı və Hindistan ştammı ilə mübarizəyə hazır olmalıdırlar.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ