Cümə günü, 13 noyabr 2026
     

Cumhuriyyətimizin yüz illiyində Nargin (hazırkı Böyük Zirə) adası abidəsi…

Image


Həyat Məhərrəmova: “Bu abidə ucaldılarsa, bütün dünya tarixin müxtəlif dönəmlərində Nargində baş verən qətl hadisələrindən xəbərdar olar”
Zaur Əliyev: “Daha bura “ölüm adası” kimi yox, “azadlıq adası” kimi tanıdılmalıdır”
Vaqif Abışov: “Burada abidənin ucaldılması günahsız insanların xatirəsinə ehtiram əlaməti olmaqla yanaşı…”

 

Tarixin canlı şahidi olan Nargin adası uzun illərdir insanlarda xof, həyəcan yaradan bir məkan olub. Tarixin çox sirləri açılsa da, Narginin sirri hələ də tam olaraq açılmayıb. “Ölüm, qətl adası” olaraq xatırlanan Nargində minlərlə insan qətlə yetirilib. Bura tarixin ən qanlı olaylarının törədildiyi məkanlardan biridir. Gözdən-könüldən iraq bir yer olan bu adanın adı çəkiləndə insanların üzünü kədər bürüyür. Çünki burada minlərlə insanın didərgin, sərgərdan ruhu dolaşır. 

Qeyd edək ki, hələ Birinci Dünya Müharibəsi illərində bu adada ruslar tərəfindən kütləvi qırğınlar həyata keçirilib. Tarixçilərin verdiyi bilgilərə görə, Birinci Dünya Müharibəsi illərində ruslar minlərlə artıq əsir türk əsgərini Nargində qətlə yetirib, xeyli sayda uşaq, qadın, qoca, əlsiz-ayaqsız insanları isə bu adada aclıq və səfalət içində yaşamağa məhkum ediblər.

Hazırda Böyük Zirə adası adlanan bu adanın keçmiş adı Nargin olub. Qeyd edək ki, Böyük Zirə adasının adı Azərbaycan dilində "böyük" və ərəb mənşəli "cəzirə" (Azərb. ada) sözündən yaranıb. XVII əsrdə ruslar, xüsusi olaraq da kazaklar Bakı arxipelaqına aid olan adaların əksər adlarını dəyişmişdilər. Adaya 1719-cu ildə Rusiya imperatoru I Pyotrun dövründə Nargin adı verilib. Bu ad Fin körfəzində yerləşən Nargin (estonca dar boğaz) adasına bənzədiyi üçün verilib. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ada yenidən Böyük Zirə adlandırılmağa başlanıb.

Məlum olduğu kimi, XX əsrin müxtəlif dövrlərində Azərbaycanın müstəqilliyi uğrunda mücadilə verənlər, mübarizə aparanlar, sovet rejiminə qarşı çıxan ictimai, dövlət, elm, mədəniyyət və ədəbiyyat xadimləri, fikir adamları bu adada amansızlıqla qətlə yetiriliblər. “Ölüm və qətllər adası” hesab edilən Nargin adasında qətlə yetirilən insanların xatirəsinin əbədiləşdirilməsi məsələsi hazırda çox aktualdır. “Bakı-Xəbər” qəzeti olaraq təklif edirik ki, Nargin adasında burada qətlə yetirilən insanların xatirəsinə böyük bir abidə ucaldılsın. Bu abidənin ucaldılması o insanların ruhuna böyük ehtiramın nümunəsi olardı.

Tarixçi alimlər hesab edirlər ki, qəzetimizin irəli sürdüyü təklif təqdirəlayiqdir. Onların fikrincə də “Nargin qurbanları”nın xatirəsinə abidənin ucaldılması Azərbaycan dövlətinin dünyaya ötürdüyü bir mesaj olardı. Tarixçilər bildirirlər ki, bu adada abidə ucaldılarsa, bütün dünyada “demokratiya, insan haqları” deyə səslənən dövlətlərin diqqəti Azərbaycana yönələr və onlar görərlər ki, tarixən Azərbaycan xalqının başına necə böyük bəlalar gətirilib.   

Tarixçi Həyat Məhərrəmova bizimlə söhbətində bildirdi ki, bu adada qətlə yetirilən insanların xatirəsinin əbədiləşdirilməsi olduqca vacibdir. O qeyd etdi ki, bu abidə həm ruslar tərəfindən qətlə yetirilən türk əsgərlərinin, həm 1918-ci ildə erməni-rus birləşmələri tərəfindən amansızlıqla öldürülən azərbaycanlıların, həm Azərbaycan Xalq Cumhuriyyətinin süqutundan sonra  kütləvi qətlə yetirilərək cəsədləri dənizə atılan, yandırılan şəxslərin, həm 1937-38-ci illər repressiya qurbanlarının xatirəsinə böyük ehtiramın nümunəsi olardı: “Nargin adası (Böyük Zirə) zaman-zaman ölüm saçan bir ada olub. Burada türk xalqının övladları qətlə yetiriliblər. Burada qətlə yetirilən insanların hamısı ruhən, mənən Azərbaycana, azərbaycançılığa xidmət edən insanlar olublar. Bu qətlləri erməni-rus birləşmələri həyata keçiriblər. 1937-38 illərdə repressiya qurbanlarının böyük əksəriyyətinin bu adada qətlə yetirilməsi haqqında məlumatlar var. Görkəmli şəxsiyyətlərimiz burada öldürülüblər. Hesab edirəm ki, bu adada böyük bir abidə ucaldılarsa, bunun tarixi əhəmiyyəti böyük olacaq. Bu gün bu adanın adı çəkiləndə insanlar narahat olurlar. Bu narahatlığı aradan qaldırmaq üçün orada abidə ucaldılmalıdır. Burada qətlə yetirilənlər xalqımızın oğul və qızlarıdır, türkiyəli qardaşlarımızdır. Bu abidə ucaldılarsa, bütün dünya tarixin müxtəlif dönəmlərində Nargində baş vermiş qətl hadisələrindən xəbərdar olar. Ermənilər uydurma soyqırımlarını dünyaya tanıtmaq istəyir, bəzi dünya dövlətləri də onlara inanır. Ancaq dünya görsün ki, bəzi Qərb dövlətlərinin əli ilə, erməni və rus birləşmələri tərəfindən  əsl soyqırım, faciə Nargində törədilib. Burada qətlə yetirilən insanların sayı-hesabı yoxdur. Dünya bilsin ki, 1915-ci ildən 1940-cı ilədək əvvəlcə Çar Rusiyası, sonra da SSRİ hakimiyyəti Böyük Zirə adasında on minlərlə Qafqaz cəbhəsindən əsir götürülən Osmanlı İmperiyası əsirlərini və azərbaycanlıları qətlə yetirib. Ada Birinci Dünya Müharibəsinə qədər Çar Rusiyasının həbs düşərgəsi olub. 1905-ci ildə burada həbs düşərgələri salınıb. Çar Rusiyası ona xəyanət edən, cinayət törədən əsgərini ən ağır cəzaya məhkum edəndə Böyük Zirə adasına sürgün edirdi. Birinci Dünya Müharibəsi dövründə minlərlə türk əsgəri və mülki şəxsi Nargin adası həbs düşərgəsinə gətirilib”.

Tarixçi qeyd etdi ki,  Nəriman Nərimanov Bakı Şəhər Dumasına üzv seçiləndən sonra həmfikirləri ilə Dumada komissiya yaradıb Böyük Zirə adasına göndərilməsi məsələsini tələb etdi. Dumanın "Təhqiqat komissiyası"nın üzvləri - Nəriman Nərimanov, Əbdülbağı Məmmədov, Ağaməhəmməd İbrahimov, Mürsəlov, Almaniya, Danimarka və İsveçrə səfirliklərinin əməkdaşları Böyük Zirə adasına gedir, orada əsirlərin vəziyyətindən və saxlanma şəraitindən dəhşətə gəlirlər. O bildirdi ki,  Nərimanov adada 700-ə qədər səksən yaşında qocaların, 2 yaşından 15 yaşına qədər körpə uşaqların olduğunu və bunların hamısının Qafqaz cəbhəsindən gəldiklərini bildirərək sözlərini bu cümlələrlə tamamlayıb: “Bura bir cəzirə deyil, məzardır. Elə bir məzardır ki 1000 nəfərə qədər adam qıraqda oturub ölmək üçün öz növbəsini gözləyir”.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, tarixçi-alim Zaur Əliyev “Bakı-Xəbər”in təklifinə müsbət yanaşdığını bildirdi. Z.Əliyevin sözlərinə görə, burada qətlə yetirilən insanların xatirəsinə abidə ucaldılması aktual məsələdir: “Nargin adasında bir dəfə qətl hadisəsi törədilməyib, orada dəfələrlə kütləvi qətllər baş verib. Türk əsgərlərini də, 1937-38-ci illərdə repressiya qurbanlarını da orada öldürüblər. Bu adada yalnız Birinci Dünya Müharibəsində deyil, Bakının azad olunmasında iştirak edən insanları da qətlə yetiriblər. Repressiya illərində böyük şairimiz Əhməd Cavad da daxil olmaqla bir sıra böyük şəxsiyyətlərimiz Nargin adasında güllələnib. Nargin adasında böyük bir xatirə abidəsinin ucaldılması təklifi çox müsbətdir. Bu abidə ucaldılarsa, onun əhəmiyyəti misilsiz olacaq. Bu abidənin ucaldılmasının çox müsbət tərəfləri var. O müsbət tərəflərdən biri odur ki, bu abidə onların xatirəsini yaddaşlara köçürəcək. Bilirsiniz ki, burada qətlə yetirilən insanların ruhları daim narahatdır. Bu adaya insanlarımız nifrətlə baxıb həmişə. Çünki burada günahsız insanlar öldürülüb. Digər tərəfdən, bu abidənin ucaldılması həm də ona görə vacibdir ki, Azərbaycan bununla dünyaya mesaj verəcək. Dünyaya mesaj verəcək ki, bu gün insan haqlarını, hüquqlarını ortaya atırsınız, qondarma erməni soyqırımını gündəmə gətirirsiniz, ancaq Nargin adasında qətlə yetirilən minlərlə insanın faciəsini unudursunuz. İnsan haqlarından danışan dövlətlər üzlərini Nargin adasına da çevirib baxsınlar. Bu abidənin ucaldılması həm də ona görə əhəmiyyətlidir ki, burada qətlə yetirilən insanların yaxınları bundan bir təsəlli tapar. Onlar sevinərlər ki, o günahsız qurbanlar unudulmur. Onların nəvə-nəticələri bilərlər ki, babalarının xatirəsi əbədiləşdirilib və həmin abidəni  ziyarət edərlər. Bu elə bir abidə olmalıdır ki, bütün xalq onu ziyarət etsin, xarici qonaqlar, turistlər bu abidə ilə tanış olmaq üçün adaya getsinlər. Çanakkalada şəhidlər üçün abidə ucaldılıb, ora gedənlər hamısı o abidəni ziyarət edirlər. Nargin adasında da belə bir abidə ucaldılsın ki, insanlar oranı ziyarət etsinlər. Bu abidənin ucaldılması bizim gənclər üçün də əhəmiyyətlidir. Gənclərimizin çoxu tariximizi bilmir. Çünki biz tarixi onlara yazılı şəkildə anlatmışıq, şifahi şəkildə öyrətməmişik. Tariximizi tanıtmaq üçün biz vizual nümunələr sərgiləməliyik. Gənclər o abidə ilə tanış olarlar və əyani şəkildə görərlər ki, Azərbaycanda necə qanlı hadisələr baş verib, insanlarımızı qətlə yetiriblər. Bu xatirə abidəsinin qurulması gənclərimizdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayacaq”.

Z.Əliyev qeyd etdi ki, Nargin adasını “ölüm, qətl” adasından “azadlıq adası”na çevirməyin zamanıdır. Narginlə bağlı elmi-tədqiqat qrupunun yaradılmasının aktual olduğunu qeyd edən alim bildirdi ki, bu mövzu diqqətdən kənarda qalıb: “Sanki bu mövzu bir növ blokadadadır. Burada tədqiqatlar aparılması üçün şərait yaradılmır. Orada əməlli-başlı işləmək lazımdır, arxeologi tədqiqatlar həyata keçirilməlidir. Orada arxeoloqlar işləsə, bilirsiniz nə qədər insan cəsədinin qalıqları çıxacaq…

Ümumiyyətlə, Nargin adasını yeniləşdirmək lazımdır. Daha bura “ölüm adası” kimi yox, “azadlıq adası” kimi tanıdılmalıdır. Çünki burada qətlə yetirilən insanlar azadlıq, müstəqillik uğrunda mübarizə aparan insanlar olub. 1918-ci ildə qətlə yetirilənlər Bakının azadlığı uğrunda qətlə yetirildilər. 1937-38-ci illərdə qətlə yetirilənlər mövcud ideologiyaya qarşı mübarizə aparırdılar, 1990-cı il 20 Yanvar hadisələri zamanı meyitləri Nargində dənizə atılanlar Azərbaycanın müstəqilliyi yönündə sovet imperiyasına etiraz etmək məqsədilə meydanlara çıxmışdılar. Yəni bu insanların hər biri azadlıq, müstəqillik uğrunda qətlə yetiriliblər. Məncə, bu abidənin adı “azadlıq abidəsi” olmalıdır. Bu olduqca məntiqli olardı. Nargin adası canlı tarixdir” .

Tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov da Nargin adasında xatirə abidəsinin ucaldılmasına tərəfdar olan alimlərdəndir. O bizimlə söhbətində bildirdi ki, bu abidənin ucaldılması reallaşarsa, çox müsbət hal olar: “Nargin adası çox hadisələrin canlı şahidi olub. Bu adanın adı həmişə gündəmdə saxlanıb. Burada qətlə yetirilən insanların xatirəsinə abidə ucaldılmalıdır. Bu olduqca vacib bir məsələdir. Şəhərimizə gələn qonaqları bu adaya aparıb həmin abidəni onlara göstərə bilərik. Onlar vaxtilə burada baş verən qanlı hadisələr haqqında ətraflı məlumat alarlar. Hesab edirəm ki, o ada artıq abadlaşdırılmalıdır. Orada bir mədəniyyət obyektləri qurulmalı, vətəndaşların ora gedib-gəlməsini asanlaşdırmaq üçün dəniz nəqliyyatı işə salınmalıdır. Biz bu adada abidə ucaltmaqla və oranı tarixi məkana çevirməklə bura turistləri də cəlb edə bilərik. Nargin haqqında məlumatı olan hər bir insan oranı görmək istəyir. Ümumiyyətlə, burada abidənin ucaldılması günahsız insanların xatirəsinə ehtiram əlaməti olmaqla yanaşı, həm də bu hadisələrə bir tarixi-siyasi qiymət olardı”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ