Cümə günü, 23 oktyabr 2026
     

2 saatlıq Tramp-Putin danışığının nəticəsi - sanksiyalar sərtləşəcək...

Image


Abutalıb Səmədov: “Putinə təzyiq göstərmək, sanksiyalar yolu...”

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə Ukraynada Rusiya müharibəsinin nizamlanması məsələsi ilə bağlı telefon danışığı aparıb. Beynəlxalq xəbər agentlikləri bildirirlər ki, Ukraynada Rusiya müharibəsinin nizamlanması məsələsinə həsr olunmuş danışıqlar iki saatdan çox davam edib.

Amerika tərəfi hələlik Trampla Putinin söhbətinə münasibət bildirməyib. Bu arada Rusiyanın TASS dövlət xəbər agentliyi yazıb ki, Putin bu söhbəti “açıq və mənalı” adlandırıb. O, amerikalı həmkarına Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların bərpasını dəstəklədiyinə görə təşəkkür edib və Donald Trampın atəşkəslə bağlı mövqeyini bölüşdüyünü bildirib.

Putinin sözlərinə görə, Ukraynaya qarşı müharibədə barışıq, atəşkəs müvafiq razılaşmalar əldə olunarsa mümkündür. Onun sözlərinə görə, Moskva və Kiyev hər iki tərəfə uyğun olan kompromislər tapmalıdır. V.Putin əlavə edib ki, Trampla söhbətinin təfərrüatlarını sonra ya Kremlin mətbuat katibi Dmitri Peskov, ya da Rusiya prezidentinin köməkçisi Yuri Uşakov aydınlaşdıracaq.

Ağ Evin mətbuat katibi Caroline Leavitt daha əvvəl Trampın məqsədinin bu münaqişəni həll etmək olduğunu bildirib və Amerika liderinin hər iki tərəfdən yorğun və məyus olduğunu deyib.

"Yedinıye Novosti" telemarafonunun mənbəyə istinadən verdiyi məlumata görə, Kreml və Ağ Ev arasında söhbətdən əvvəl Ukrayna prezidenti Vladimir Zelenski də Trampla telefon danışığı aparıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dialoqun İstanbuldakı görüşün nəticələri nəzərə alınmaqla baş tutacağını bəyan edib: “İstanbulda baş tutan danışıqları nəzərə alaraq söhbət vacibdir”.

Öz növbəsində ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Ağ Evin müharibəyə son qoymaq üçün göstərdiyi danışıqlar səylərinin nəticəsiz olduğunu qeyd edib. O, "Biz burada çıxılmaz vəziyyətdə olduğumuzu başa düşürük" deyib.

Reuters xatırladıb ki, bu, ABŞ və Rusiya prezidentləri arasında ilin əvvəlindən bəri rəsmi elan edilən üçüncü söhbətdir. Birincisi fevralın 12-də, Donald Trampın andiçmə mərasimindən az sonra baş verib. Daha sonra Tramp yüksək vəzifəli məmurlara Ukraynada müharibənin dayandırılmasının mümkünlüyü barədə Moskva və Kiyevlə dialoqa başlamağı tapşırıb. Rəsmi olaraq elan edilən ikinci söhbət martın 18-də baş tutub. Kremldən bildiriblər ki, söhbət iki saata yaxın davam edib. Bu, iki lider arasında ən uzun telefon danışıqlarından biri olub.

ABŞ Prezidenti mayın 19-da baş tutan danışıqların çox yaxşı keçdiyini deyib: “Rusiya və Ukrayna dərhal atəşkəs və daha da vacibi, müharibəyə son qoymaq üçün danışıqlara başlayacaqlar. Bu şərtlər iki tərəf arasında müzakirə olunacaq, çünki danışıqların heç kimin bilmədiyi təfərrüatlarını yalnız onlar bilir. Görüşün tonu və ruhu mükəmməl idi. Əgər belə olmasaydı bunu indi deyərdim, sonra deyil”.

Tramp Putinlə ticarət mövzusunu da müzakirə etdiklərini deyib. O bildirib ki, Rusiya bu fəlakətli müharibə bitdikdən sonra ABŞ-la genişmiqyaslı ticarət sövdələşməsi etmək istəyir: “Mən də bu fikirdəyəm. Rusiya üçün çox sayda iş yerləri yaratmaq və gəlir əldə etmək üçün böyük imkanlar var. Onların potensialı qeyri-məhduddur. Eyni şəkildə Ukrayna da öz ölkəsinin yenidən qurulması prosesində ticarətdə böyük bir fayda əldə edə bilər”.

Tramp bildirib ki, Rusiya ilə Ukrayna arasında danışıqlar tezliklə başlayacaq: “Putinlə danışdıqdan dərhal sonra Ukrayna Prezidenti Volodimir Zelenskiyə, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenə, Fransa Prezidenti Emmanuel Makrona, İtaliyanın Baş naziri Corciya Meloniyə, Almaniya Kansleri Fridriks Mersə və Finlandiya Prezidenti Aleksandr Stubba bununla bağlı məlumat verdim. Papanın təmsil etdiyi Vatikan da danışıqlara ev sahibliyi etməkdə çox maraqlı olduğunu bildirdi”.

Kreml də açıqlama yayaraq, Trampın Rusiya ilə münasibətlərin gələcəyinə son dərəcə emosional qiymət verdiyini bildirib. Putinin müşaviri Yuri Uşakovun verdiyi açıqlamaya görə, iki lider sanksiyalar və ikitərəfli ticarət əlaqələri kimi mövzuları ətraflı müzakirə edib. Uşakov Trampın Rusiyanı ABŞ-ın ən mühüm ticarət və iqtisadi tərəfdaşlarından biri olaraq gördüyünü ifadə edib: “Tramp bildirib ki, Senatda yeni sanksiyalarla bağlı qanun layihəsi hazırlanır, lakin o, sanksiyaların deyil, qarşılıqlı razılaşmanın tərəfdarıdır”.

Trampın Putinlə 2 saatlıq görüşü nəyi dəyişdi? Nəsə dəyişdi?

“Bu telefon danışığında heç nə dəyişmədi, ümidlər doğrulmadı, hər şey Putinin istədiyi kimi davam edir, atəşkəs yoxdur, sülh danışıqları uzanacaq...”

"Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Trampın Putinlə üçüncü telefon danışığı Avropada və təbii ki, Ukraynada çox böyük ümidlə gözlənilirdi: “Telefon danışığından əvvəl Tramp elan etmişdi ki, sülhə nail olmaq üçün Putinlə görüşməlidir. Elə İstanbul danışıqlarının arzuolunan nəticəni verməməsini də bununla bağlamışdılar. Birinci dəfə Tramp fevralın 12-də Putinlə danışanda artıq ümidlər vardı ki, atəşkəs məsələsi qısa müddətdə həll olunacaq, amma aradan üç aydan çox vaxt keçib, hələ də bu barədə bir nəticə yoxdur.

Mayın 19-dakı telefon danışığı göstərdi ki, Putinin öz mövqeyindən çəkilmək fikri yoxdur. Mövqe nədən ibarətdir? Rusiyanın ötən ilin yayında irəli sürdüyü tələblər Ukrayna tərəfindən qəbul olunmadı. Yəni Ukrayna neytral olmalıdır, NATO üzvü olmamalıdır, nüvə dövləti olmamalıdır. İşğal olunmuş ərazilər faktiki olaraq Rusiyanınkı kimi tanınmalıdır. O ərazilər, 4 vilayəti ki hələ Ukraynanın nəzarətindədir, onlar da Rusiyaya təhvil verilməlidir. Çünki Rusiya Konstitusiyasında yazılıb ki, Ukraynanın 4 vilayəti və Krım Rusiyanın ərazisidir. İndi Zaporojye, Donesk və Xerson hardasa 75 faiz Rusiyanın nəzarətindədir, yerdə qalan hissələrdə hələ Ukrayna qoşunları var və Rusiya tələb eidr ki, o ərazilərdən Ukryana qoşunları çıxarılsın. Təbiidir ki, Ukrayna da buna gedə bilməyib. Ümid edir ki, ABŞ kömək edə bilər? Nə cür kömək edə bilər? Rusiyaya təzyiq göstərər və Rusiyanı məcbur edər ki, ən azından mövcud reallıqlarla barışsın. Yəni nə qədər işğal edibsə işğal etdiyi ərazilərin onun əlində qalması ilə kifayətlənsin, əlavə ərazilər tələb etməsin. Ancaq Putin deyir ki, mən Konstitusiyada yazmışamsa, deməli o ərazilər mənə təhvil verilməlidir. Bu telefon danışığı göstərdi ki, ABŞ-ın Rusiyaya təzyiq imkanları düşünüldüyü, ən azı Avropanın düşündüyü qədər geniş deyil. Avropa bu telefon danışığından çox məyus oldu. Təbiidir ki, Ukrayna da məyus oldu, yenə də bir nəticə yoxdur. Atəşkəs barədə razılıq əldə olunmaq əvəzinə Putin ortaya yeni bir ideya atdı. Dedi ki, biz Ukrayna ilə birlikdə sülh sazişinin əsas istiqamətlərini müəyyən edən memorandum hazırlamalıyıq. Memorandum hazırlandıqdan sonra həm sülh danışıqları daha da intensivləşə bilər, həm də ola bilsin ki, atəşkəsə də getmək mümkün olar. İndi bu memorandum nə vaxta hazır olar? Yəqin ki, Putin bir ay əlavə vaxt qazanmaq istəyir. Niyə vaxt qazanmaq istəyir? Çünki hər gün 40-50 kvadrat kilometr ərazi işğal edir və 2022-ci ilin yazından bu tərəfə hələ Rusiya bu qədər sürətlə irəliləməmişdi. Yəni ən yüksək nəticələr hardasa Rusiyanın gündəlik 25-26 kvadrat kilometr irəliləməsi olmuşdu. İndi gündə 40-45, hətta bəzən 50 kvadrat kilometr Ukrayna ərazisini işğal edir”.

İndiki şəraitdə atəşkəsə getməyin Rusiyanın maraqlarına cavab vermədiyini deyən A.Səmədovun sözlərinə görə, Avropa və Zelenski ümid edir ki, bəlkə Tramp təzyiq göstərə, ancaq Tramp da təzyiq göstərmək istəmir: “Çünki başa düşür ki, bu addım nəticəsiz qala bilər və son nəticədə bu həm Trampın, həm də ABŞ-ın nüfuzuna təsir göstərər. Trampın ən əsas təzyiq rıçaqı neftlə, neftin qiymətini salmaqla bağlıdır. Neftin qiymətlərini salmaq son nəticədə ABŞ-ın özünə zərbə vura bilər. Çünki ABŞ-da çıxarılan neft maya dəyəri ən yüksək olan neft sayılır. Yəni neftin bir barelinin 50 dollardan aşağı olması ABŞ-ın özündə də çıxarılan neftin həcmini xeyli azalda bilər. Eyni zamanda digər ölkələrdə də neftin həcmi azalarsa bazarda neft azlığı yarana bilər və bu kəskin şəkildə neftin qiymətinin artmasına gətirib çıxara bilər. Hətta qiymətlər ola bilsin ki, 100 dolları keçsin. Bundan da, təbiidir ki, Tramp ehtiyat edir. Əslinə qalsa, o yolu tutacağını seçkiqabağı kampaniya dövründə bəyan etmişdi. İndi başa düşür ki, bu son nəticədə Rusiyanın neftdən gələn gəlirlərini əksinə, artıra bilər. Doğrudur, burda da elə etmək olar ki, ən azı Hindistan Rusiya neftini almaqdan imtina etsin. Belə imkanları da var. Ancaq nəsə Tramp bu oyuna girmək istəmir. Çünki sonu məlum olmayan oyundur. Tramp da bu yolu tutmaq istəmir. Çünki düşünür ki, bir müddətdən sonra Rusiya yəqin ki, əlavə ərazilər işğal edəcək və Zelenskinin vəziyyətlə barışmaqdan başqa çarəsi qalmayacaq. O şərtləri ki bu gün Zelenski xoşluqla qəbul etmək istəmir, sabah məcbur olub qəbul edəcək. Bir tərəfdən Rusiyanın yeni ərazilər işğal etməsi, çünki artıq belə hədə-qorxular da var ki, bu gün biz Krımdan və 4 vilayətdən danışırıq, sabah ola bilsin, 6 vilayətin məsələsi qoyulsun. Açıq hədə-qorxu var ki, Rusiya Sumu və Xarkov vilayətlərini də işğal edə bilər. Üstəlik, Rusiya Dnepropetrovsk vilayətinə də kifayət qədər yaxınlaşıb. Trampın Ukraynaya yardımı kəsməsi, bu da çox böyük təhlükədir. Əgər bu yardım kəsilərsə onu əvəzləmək mümkünsüzdür. Ukrayna 4-6 aydan artıq dayana bilməz. Yəni hər şey aydındır. Tramp Ukraynanın təslim olmasını, təslim aktına qol çəkməsini istəyir və açıq şəkildə deyir ki, bu gün bu addım atılmasa sabah daha ağır şərtlərlə Ukrayna sülhə getmək məcburiyyətində qalacaq. Deyəsən, artıq Avropa da bu məsələni başa düşür, digər dövlətlər də anlayır, bir Zelenski hələ təəssüf ki, anlamayıb, hələ də ABŞ-a ümid edir”.

A.Səmədovun fikrincə, telefon danışığının nəticələrinə gəldikdə isə, Tramp çox razı qaldığını deyib, Putini “xoş centlemen” adlandırıb” və deyib ki, sən nə vaxt istəsən telefonun dəstəyini qaldır və mən çox böyük həvəslə səninlə danışaram: “Eyni şeyi nədənsə Zelenskiyə deməyib. Çünki Zelenski ilə danışıqları Tramp qətiyyən xoşlamır. Adətən bu danışıqlar çox qısamüddətli olub və özü də açıq şəkildə deyib ki, Zelenski ilə danışıqlar çox çətin keçir. Yəni Tramp, belə görünür ki, danışıqlardan razı qalıb, yaxud başa düşür ki, hələ ki, onun başqa yolu yoxdur, Putinə təzyiq göstərmək, sankisyalar yolu məsələni düyünə sala bilər. Ona görə ən azından elan edir ki, sülh danışıqları davam etdiriləcək, Putinlə uğurlu telefon danışığı oldu. Putin də danışıqlardan razı qalıb. Çünki istədiyinə nail olub. Çox maraqlı bir detal da var ki, onu Putinin köməkçisi deyib. Deyib ki, nə Putin, nə də Tramp telefonun dəstəyini birinci yerinə qoymaq istəmədi. Bu çox maraqlı məqamdır. Bu bir daha onu göstərir ki, hər iki tərəf danışıqlardan razı qalıb və danışıqlar da xoş keçib. Burda ticarət məsələləri də danışılıb, amma o barədə əlavə bir arayış verilmədi. Görünür, danışıqların uğurlu keçməsinin əsas hissəsi ticarətlə bağlıdır, ticarət də Tramp üçün hər şeydən vacib məsələdir.

Konkret olaraq sualınıza gəlincə, bu telefon danışığında heç nə dəyişmədi, ümidlər doğrulmadı, hər şey Putinin istədiyi kimi davam edir, atəşkəs yoxdur, sülh danışıqları uzanacaq və bu müddətdə də Putin Ukrayna torpaqlarını işğal etməkdə davam edəcək”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ