Cümə günü, 23 oktyabr 2026
     

Avropa siyasi sammiti Azərbaycana yeni münasibət ştrixlərini ortaya çıxardı...

Image


Abutalıb Səmədov: "Cənubi Qafqazda nüfuz sahibi olmaq istəyən dövlətlər və beynəlxalq qurumlar ilk növbədə Azərbaycanla münasibətləri normallaşdırmağa çalışmalıdırlar"

Avropa Siyasi Birliyinin 6-ci zirvə toplantısında Prezident İlham Əliyev Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə üçtərəfli formatda görüşüb. Bu formatda görüş, səhv etmiriksə, yalnız Azərbaycan Prezidenti ilə baş tutub. Prezident İlham Əliyev qarşı tərəflərin təklifi əsasında Avropa ölkələrinin prezidentləri ilə də ikitərəfli görüşlər keçirib.

Avropanın Azərbaycana bu qədər böyük maraq göstərməsi, ölkəmizə əhəmiyyət verməsi və əməkdaşlığa can atmasının səbəbi nədir?

Baki-xeber.com-a məsələ ilə bağlı açıqlamasında politoloq Abutalıb Səmədov bildirdi ki, Avropa Siyasi Birliyinin Albaniyada keçirilən 6-cı zirvə toplantısında Azərbaycana göstərilən diqqətin bir neçə səbəbi var: "İlk növbədə Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Cənubi Qafqazda nüfuz sahibi olmaq istəyən dövlətlər və beynəlxalq qurumlar ilk növbədə Azərbaycanla münasibətləri normallaşdırmağa çalışmalıdırlar. Avropa Birliyi də bu məsələni, gec də olsa, artıq anlamaqdadır.

Digər tərəfdən, Azərbaycan müstəqil xarici siyasət yeridir. Heç bir dövlətin onun daxili işlərinə müdaxilə etməsinə imkan vermir. Müdaxilə etmək istəyənlərə də kəskin cavab verməkdən çəkinmir. Azərbaycanla Fransanın münasibətlərinin kəskinləşməsinə də əsas səbəb Parisin Bakıya qarşı yeritdiyi yanlış siyasətdir. Yəqin ki, artıq Fransa hakimiyyəti öz səhvini başa düşüb.

Azərbaycan Avropa Siyasi Birliyinin tədbirlərində həvəslə iştirak edir. Bu birliyin Praqa sammitində çox mühüm razılaşma imzalanıb. Ümumiyyətlə, bölgəmizdə sülh və əməkdaşlığın formalaşması istiqamətində Avropa Birliyinin və Avropa siyasi birliyinin rolu danılmazdır.

Praqada imzalanan sənəd nəticəsində Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıdığını bir daha təsdiqlədi. Sonrakı proseslərdə isə bu qərar son dərəcə mühüm rol oynadı.

Eyni zamanda, AB sülh sazişinin imzalanmasında da ciddi işlər gördü. Həm AB-nin, həm də ABŞ-nin sülh sazişinin indiki səviyyəyə gəlib çatmasında oynadığı rol danılmazdır.

Azərbaycan Prezidenti 2023-cü ilin fevralında Münhendə keçirilən təhlükəsizlik konfransında açıq şəkildə bəyan etdi ki, Qərb platformasına üstünlük verir və sülh sazişi ətrafında gedən danışıqları da bu platforma ətrafında aparmağı daha düzgün sayır. Təbiidir ki, bu, Rusiyada ciddi narazılıqla qarşılandı. Ancaq həqiqət bundan ibarət idi. Lakin çox təəssüf ki, sonradan Qərb açıq şəkildə ermənipərəst mövqe tutmaq xəttini seçdi. Bu da Ermənistanın anti-Rusiya mövqeyini gücləndirməsi ilə bağlı idi. Nəticədə Azərbaycanla Avropa Birliyi arasında ciddi problemlər yarandı və Azərbaycan Avropa Siyasi Birliyinin Qranadada keçirilən sammıtində iştirakdan imtina etdi. Bütövlükdə, həm Avropa Birliyi, həm də Avropa siyasi birliyi Azərbaycan-Ermənistan sülh sazişinin növbəti mərhələlərində iştirak imkanlarını itirdi. Azərbaycan həm Avropa Birliyini, həm Avropa siyasi birliyini, həm də ABŞ-ni vasitəçilik imkanlarından məhrum etdi.

Azərbaycan Avropa Birliyi ilə sıx əməkdaşlıq edir və ölkəmizin xarici ticarət dövriyyəsinin böyük hissəsi bu dövlətlərin payına düşür. Azərbaycanın əsas ticarət tərəfdaşları AB-yə daxil olan ölkələrdir. Xüsusilə Avropanın rus qazından xilas olması üçün Azərbaycan xeyli iş gördü, bundan sonra da bu işi davam etdirmək əzmindədir.

Məlumdur ki, müharibə ərəfəsində Rusiya ildə Avropa ölkələrinə 155 milyard kubmetr "mavi yanacaq" satırdı. Son dövrlərdə bu göstərici 50 milyard kubmetr səviyyəsinə düşüb. Bu il həmin göstəricinin 30 milyard kubmetrə qədər azalacağı gözlənilir. Təbii ki, burada Azərbaycanın rolu danılmazdır. 2027-ci ildə AB bütövlükdə Rusiya qazından imtina etməyi planlaşdırır.

Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, ölkəmiz Avropanın qazla təchiz edilməsində daha mühüm rol oynaya bilər. Bunun üçün təbii ki, TAP kəmərinin ötürücülük qabiliyyəti artırılmalıdır. AB isə bu layihəyə sərmayə qoymalıdır. Digər tərəfdən, əvvəlcədən qaz təchizatı ilə bağlı müqavilələr bağlanmalıdır. Azərbaycan hasil ediləcək qazın alınması barədə müqavilələr olmadan bu işə xərc cəkmək niyyətində deyil. Təminatlı müqavilələrin olmasını zəruri sayır. Çox təəssüf ki, Avropa bu sahədə güvənli tərəfdaş deyil, əvvəlcədən qaz alışı həcmləri ilə bağlı müqavilələr bağlamaqdan yayınırlar. Bu gün Azərbaycan dünyaňin 12 ölkəsinə qaz satır. Onun 10-u Avropa ölkəsidir. Azərbaycan ötən il Avropaya 12.9 milyard kubmetr qaz satıb. Biz bu həcmi artırmaq imkanlarına malikik. Bu bir tərəfdən əvvəlki dövrlərdə istismar edilən, digər tərəfdən yeni istismara verilən və veriləcək qaz yataqlarının hesabına mümkündür. Lakin problem Avropanın TAP kəmərinin ötürücülük qabiliyyətinin artırılmasına investisiya qoymaq istəməməsi və qaz həcmlərinin alınması barədə əvvəlcədən müqavilələrin bağlanmasında ləng davranmasındadır.

Bununla yanaşı, Azərbaycanı AB-nin Ermənistana yönəlik apardığı siyasət qane etmir. Dəfələrlə tələb edilib ki, AB-nin mülki müşahidə missiyası Ermənistandan çıxarılsın, çunki buna heç bir ehtiyac yoxdur.

Üçüncü, bu ölkələr yalnız Azərbaycanla Ermənistan arasında problemlər yaradırlar. Görünür, görüşlər zamanı bu məsələlər də müzakirə edilib.

AB Ermənistanın konstriktiv mövqe tutması üçün son illər xeyli iş görüb, bu danılmazdır. Bu işin davam etdirilməsinin zəruri olduğunu Azərbaycan tərəfi yəqin ki, AB liderlərinə izah etməyə çalışıb. Çünki sülh sazişi artıq hazırdır, imzalanmasına yalnız Ermənistan konstitusiyası mane olur. Ermənistan isə yaxın vaxtda ziddiyyəti aradan qaldırmaq istəmir. Səbəb aydındır - Ermənistanda Paşinyanın nüfuzu düşüb, ona görə də yeni konstitusiyanın qəbul edilməsinə cəsarəti çatmır. Bu səbəbdən də referendumu gələnilki seçkilərdən sonraya saxlamaq istəyir.

Amma bu cür korporativ siyasi maraqları əsas götürərək dövləti maraqlarını arxa plana atmaq sülh sazişinin imzalanmasını uzadır. AB bu işdə aktivlik göstərməlidir. Ümid edək ki, bu görüş Azərbaycanla AB arasında mövcud olan problemləri aradan qaldırmağa imkan verəcək və münasibətlərimiz bütün sahələrdə daha boyük sürətlə inkişaf edəcək".

Dəniz NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya nəzərdə tutulmur - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ