şənbə günü, 05 sentyabr 2026
     

Mərkəzi Asiya ölkələrinin diqqəti Azərbaycan üzərində fokuslanır – Avropaya ən səmərəli çıxış...

Image


Bu gün Azərbaycanın dünya birliyinə inteqrasiyası fonunda ən çox diqqət çəkən hadisələrdən biri də ölkəmizlə Mərkəzi Asiya dövlətləri arasında dünamik inkişaf edən münasibətlərdir.

Hazırda qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi, inteqrasiya prosesi hər iki tərəf üçün xüsusi diqqət mərkəzində yer alır. Azərbaycan prezidenti İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünə fəxri qonaq qismində dəvət olunması və iştirak etməsi də qeyd edilənlərin təzahürüdür.

  • Azərbaycan Mərkəzi Asiya üçün əlverişli tranzit imkanlar vəd edir

Qeyd edək ki, Mərkəzi Asiya Sovet İttifaqının dağılmasından dərhal sonra beynəlxalq səhnəyə yeni ölkələrin: Qırğızıstan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın çıxması ilə dünya miqyasında xüsusi diqqət çəkən regiona çevrilib.  Bu fonda Azərbaycan üçün Mərkəzi Asiya tarixən qarşılıqlı maraqlar zonası, hərbi-siyasi, ticarət-iqtisadi, mədəni-humanitar sahələrdə imtiyazlı əməkdaşlıq üçün mühüm tərəfdaşdır.

Azərbaycan artıq bütün Mərkəzi Asiya dövlətləri ilə strateji tərəfdaşlıq əlaqələri qurub. Ən yüksək səviyyədə müntəzəm konstruktiv siyasi dialoq da qeyd edilənlərin göstəricisdir. Yuxarıda qeyd olunduğu kimi Mərkəzi Asiya iqtisadi miqyası, inkişaf səviyyəsi, demoqrafik potensialı, dünya ticarət və inteqrasiya birliklərinə daxil olması, investisiya mühiti və tənzimləmə praktikası ilə fərqlənən beş ölkəni birləşdirir. Son illər daxili siyasi proseslərin və xarici amillərin təsiri altında region dəyişir. Tacikistan istisna olmaqla, bütün ölkələrdə posrsovet dönəmində hakimiyyət dəyişikliyi baş verib ki, bu da dövlətlərin iqtisadi strategiyalarının dəyişməsi ilə müşayiət olunub. Bir vaxtlar əlverişsiz investisiya mühitinə malik qapalı iqtisadiyyat olan Özbəkistan 2016-cı ildə siyasi rəhbərliyin dəyişməsindən sonra biznes mühitinin yaxşılaşdırılmasına və ölkəni investisiyaların açılmasına diqqət yetirməklə böyük bazar islahatına başlayıb. Hətta təcrid kursu ilə regionun ən qapalı iqtisadiyyatı olan Türkmənistan da regiondakı qonşuları ilə əməkdaşlığı inkişaf etdirməyə, iri beynəlxalq və regional layihələrdə iştirak etməyə hazır olduğunu nümayiş etdirməyə başlayıb. Bu və ya digər dərəcədə regionun bütün ölkələri cəlbedici investisiya mühitinin yaradılması, iqtisadiyyatlarının modernləşdirilməsi, onların rəqəmsallaşması ilə  qlobal tendensiyalara uyğunlaşdırılması və qlobal nəqliyyat dəhlizlərinə inteqrasiyası istiqamətində kurs müəyyən edib. Halbuki, yaxın vaxtlara qədər bölgə ciddi şəkildə bölünmüşdü. Ölkələr arasında münasibətlərdə gərginlik, inamsızlıq, rəqabət var idi. Regiondaxili ticarət-iqtisadi qarşılıqlı fəaliyyətin əhatə dairəsi məhdud idi. Bölgənin birləşməsi tendensiyası yalnız 2018-ci ildə inkişaf etməyə başladı. Qonşularının iştirakı olmadan milli inkişaf problemlərini həll etməyə üstünlük verən Mərkəzi Asiya dövlətləri bunun çətin olduğunu gördü.  Elə bundan irəli gələrək, ölkələr dövlətlərarası ziddiyyətləri aradan qaldırmaq üçün səylər göstərməyə başladılar. Nəqliyyat və logistika qarşılıqlı əlaqəsini gücləndirməyə və beştərəfli qarşılıqlı fəaliyyət formalarını inkişaf etdirməyə cəhdlər edildi. ərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri də bundan xəbər verir. Amma indi Mərkəzi Asiyanın dünya bazarlarına inteqrasiyası da ön plana çıxır və bu fonda diqqət də Azərbaycan üzərində fokuslanır. İlk növbədə o baxımdan ki, Azərbaycan Mərkəzi Asiya üçün əlverişli tranzit imkanlar vəd edir.

  • Ölkələrimiz əməkdaşlığın yeni formatını yaradırlar

Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünə Azərbaycan prezidentinin dəvət edilməsi müstəsna önəm kəsb edir. Bu, əməkdaşlığın, inteqrasiyanın yeni formatının yaranması deməkdir. Həmin tədbirdə çıxışı zamanı prezident İlham Əliyev qeyd edib: “Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir.

Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk. Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Mən Məşvərət Şurasının işində ilk dəfədir iştirak edirəm və əminliyimi bildirirəm ki, regional əməkdaşlığın bu formatı ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacaq”. Nəzərə alınmalıdır ki, ölkələrimizi çox şeylər birləşdirir: coğrafi yaxınlıq, tarixi, dinuini, mədəni və şəxsiyyətlərarası əlaqələr, eyni öklər və sair.  Dövlətlərin müstəqillik illərində iqtisadi münasibətlərin tənzimlənməsi və regionlararası əməkdaşlıq təcrübəsi sahəsində geniş qanunvericilik bazası hazırlanıb. Nəqliyyat infrastrukturunun qarşılıqlı əlaqəsi və Mərkəzi Asiya karbohidrogenlərinin xarici bazarlara tranzitinin təmin edilməsində Azərbaycanın xüsusi rolu artır. Ölkəmiz Mərkəzi Asiyanın mühüm ticarət tərəfdaşı kimi çıxış edir. Elə ikitərəfli əməkdaşlığın mühüm meyarlarından biri qarşılıqlı ticarətin və sərmayələrin artımıdır. Sevindirici haldır ki, həmin iki istiqamət üzrə göstəricilər davamlı artıma malikdir. Keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb. Mərkəzi Asiyanın xarici aktorlar üçün cəlbediciliyi regionun zəngin təbii ehtiyatları və əhəmiyyətli kənd təsərrüfatı və istehsal potensialı ilə bağlıdır. Böyük karbohidrogen (Türkmənistan, Qazaxıstan, Özbəkistan), mis (Qazaxıstan, Özbəkistan), uran (Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan), nadir torpaq və qiymətli metallar (Tacikistan, Özbəkistan və Qırğızıstanda qızıl və gümüş) yataqları var. Bu təbii sərvətlərin dünya bazarlarına çıxarılmasında Azərbaycan Mərkəzi Asiya üçün müstəsna önəm kəsb edir. O da qeyd edilməlidir ki, son zamanlar dünyanın güc mərkəzlərindən regiona maraq nəzərəçarpacaq dərəcədə artıb. Ekspertlər Mərkəzi Asiyada aparıcı dövlətlərin “böyük oyunu”nun yeni raundundan danışırlar. Bu maraq çox vaxt geosiyasi xarakter daşıyır. Amma Mərkəzi Asiya ölkələrinin Azərbaycanın da təmsil olunduğu Türk Dövlətləri Təşkilatında bir araya gəlməsi onlara kənar təsirlərin qarşısının alınmasında mühüm rol oynayır.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Səfərbərlik rəisi İbrahimovdan super dürüst mövqe - Həqiqi oxuyana, işləyənə güzəşt olacaq...

Putin 102-ci bazanı da Ermənistandan çıxara biləcəyini açıq dedi - tam aydınlıq içində müəmma...

Aqrar sektorumuzdan getməyən ət problemi - bahalaşma davam edir, heyvan sayı azalır...

SON XƏBƏRLƏR

05.09.2026 / 21:36
“Sputnik Armenia”dan Azərbaycanla aranı qatmaq üçün təxribatçı xəbər...

05.09.2026 / 21:08
Moskvada Putinlə Kuşner və Uitkoffun görüşü başladı... - YENİLƏNİR

05.09.2026 / 20:34
Paşinyan Ermənistanın yenidən inqilaba ehtiyacı olduğunu deyir…

05.09.2026 / 20:11
Zelenskidən Putinin atəşkəs əmrinə reaksiya - üç gün Moskvaya hücum olmayacaq…

05.09.2026 / 19:48
Səlim Müslümovun müsadirə edilmiş daha bir bahalı evi yarı qiymətinə satışa çıxarıldı

05.09.2026 / 19:32
Vətəndaşları aldatmaqda ittiham olunan turizm şirkətinin rəhbəri həbs edildi

05.09.2026 / 19:08
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edildi

05.09.2026 / 18:50
Serbiyanın hakim partiyası Vuçiçi rəsmən baş nazir vəzifəsinə namizəd göstərdi....

05.09.2026 / 18:12
ABŞ İranın üç neft tankerini vurdu və Tehrana xəbərdarlıq etdi – birini vursanız üçünü vuracağıq…

05.09.2026 / 16:38
Putin Trampın elçilərini Kremldə qəbul edəcək…

05.09.2026 / 16:21
Putin Zelenskinin təklifini qəbul etdi - Kiyevə hücumlar təxirə salındı…

05.09.2026 / 15:45
50 yüksək rütbəli hərbçi yalan detektorundan keçirildi, nazirin istefası tələb olundu - İrana hücumla bağlı məxfi məlumatların sızdırılması ABŞ-ı qarışdırdı…

05.09.2026 / 15:07
Rusiya Ukraynanın atəşkəs təklifinə cavab vermir - təklif Putinə çatdırılıb, ancaq…

05.09.2026 / 14:24
Rusiyada vəzifəlilərin şübhəli ölümlərinə daha biri əlavə olundu – istefa verdi, qısa müddət sonra 9-cu mərtəbədən yıxıldı…

05.09.2026 / 13:55
Avrokomissar hərbi caninin qəhrəmanlaşdırılmasına görə Serbiyaya səfərini ləğv etdi…

05.09.2026 / 13:26
Rusiya səfiri Kiyevdə SBU binasına hücuma görə Slovakiya XİN-ə çağırıldı…

05.09.2026 / 13:09
Trampın sülh elçilərini daşıyan təyyarə Moskvaya endi…

05.09.2026 / 12:53
AB Xark adası sahillərində İran tankerini vurdu…

05.09.2026 / 12:37
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub

05.09.2026 / 12:19
Armen Qriqoryan 2018-ci ilin "məxməri inqilabı"ndan kitab yazdı - Suallardan isə yayındı...

05.09.2026 / 12:14
Azərbaycan LLDCs-nin vitse-sədri seçildi...

05.09.2026 / 11:50
Bir gündə axtarışda olan 149 nəfər saxlandı...

05.09.2026 / 11:40
Bakıda daha bir BMT tədbiri keçiriləcək - Dördüncü İqlim Həftəsi

05.09.2026 / 11:22
ABŞ Ermənistana Azərbaycanla razılaşmaya görə 5 milyardlıq layihə verib...Hikmət Hacıyevdən maraqlı sitat...

05.09.2026 / 11:08
Erməni hüquq müdafiəçisi Azərbaycana böhtan atdı - Ombudsmandan da tutarlı cavab aldı...

05.09.2026 / 10:32
"Skuter oyuncaq deyil, qaydalara ciddi əməl edilməlidir" - DYP vətəndaşlara çağırış etdi...

05.09.2026 / 09:30
Nigerdə avqust üsyanının arxasından Makron çıxdı - "şəbəkəyə o rəhbərlik edib"...

05.09.2026 / 00:49
Davudoğluna bu çıxışına görə cinayət işi açıldığı deyilir...

04.09.2026 / 22:43
ABŞ öz günahını Ukraynanın üzərinə yükləməyə çalışır - qlobal enerji qiymətlərinin artmasında Kiyev günahkardır…

04.09.2026 / 22:26
Ukrayna Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qalacaq - "Patriot" böhranı dərinləşir…

04.09.2026 / 22:16
Azərbaycanın reallıqları və Qərb mediasının dezinformasiya kampaniyası

04.09.2026 / 22:09
Deputat nazir parlamentdə çıxış edərkən it kimi hürməyə başladı...

04.09.2026 / 21:51
Almaniya-Rusiya münasibətləri 1-2-ci dünya savaşları ərəfəsindəki həddə qayıdır...

04.09.2026 / 21:33
Paşinyan özü üçün “ən real variantı” seçdi - Putininsə variant seçmə imkanını “qeyri-real” hesab etdi...

04.09.2026 / 21:15
Lavrovun “uzaqgörənliyi” - Ermənistanın Avropaya həvəsi çox tez sönəcək...

04.09.2026 / 20:57
Azərbaycana Ermənistandan ilk mal ixracı başladı - Ticarət hansı valyuta ilə aparılacaq...

04.09.2026 / 20:42
Əliyevdən ATƏT-ə “30 illik səhvinizdən heç olmasa bundan sonra nəticə çıxarın” mesajı...

04.09.2026 / 20:29
Tibbdə maaş islahatının hədəflərindən biri - Təcili yardım sürətlə dəyişəcək...

04.09.2026 / 20:15
İran 56 gəminin Hörmüz boğazından keçidinə qadağa qoydu...

04.09.2026 / 20:02
Meloni Prezident İlham Əliyevə təşəkkür etdi

04.09.2026 / 19:59
Zaxarova Paşinyana - "Sən kişisən, yoxsa qadın?"...

04.09.2026 / 19:50
Paşinyan Rusiyanın 102-ci bazasını ölkədən çıxarmaqda israrlıdır...

04.09.2026 / 19:21
Məhkum ermənilərlə bağlı Paşinyanın “Əliyevlə müzakirə etdik” bəyanatında ciddi qüsur var...

04.09.2026 / 19:07
Prezident və Birinci xanımın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürüldü - FOTO

04.09.2026 / 19:03
Rusiya Ukrayna Təhlükəsizlik Xidmətinin mərkəzi qərargahını vurdu –birbaşa SBU rəhbərinin otağı hədəf alındı...

04.09.2026 / 18:51
ABŞ Ermənistanla İran sərhədində qoşun yerləşdirmək niyyətindədir – iddia

04.09.2026 / 18:38
Trampın xüsusi nümayəndəsi Kiyevə getməkdən qorxur...

04.09.2026 / 18:27
Rusiyanın uzaq adasında bioloji silah sirləri gizlədilir... ABŞ 2022-də "qara siyahı”ya salıb...

04.09.2026 / 18:25
Ermənistan-Rusiya münasibətlərinin “inventarlaşdlrılmasına” başlanılır... Bu nədir?

04.09.2026 / 18:20
Çin Yaxın Şərqdə ABŞ-a meydan oxuyur - Pekin mühüm gedişlərə başladı...

04.09.2026 / 18:03
Gümrüdəki 102-ci bazanın məsələsini Paşinyandan qabaq Putin özü qaldırdı - şübhəlidir...

04.09.2026 / 17:51
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq

04.09.2026 / 17:45
Tramp Rusiyanı səssiz şəkildə beynəlxalq təcriddən qurtarır - G20 dəvəti təsadüf deyil...

04.09.2026 / 17:44
Meloni hökuməti rekord qırdı - ən uzunömürlü hakimiyyət

04.09.2026 / 16:39
Seuta anklavına miqrant axınında İsrail barmağı - İspaniya hökuməti ifşaedici hesabat açıqlayacaq...

04.09.2026 / 15:52
Rusiya TRİPP-lə bağlı əndişəsini gizlətmir - bu dəfə Şevtsov dilləndi

04.09.2026 / 15:35
Ceyhun Bayramov İsveç səfiri ilə Azərbaycan-Aİ əməkdaşlığını müzakirə etdi

04.09.2026 / 15:12
ABŞ-İran savaşının qızışması neft qiymətlərini yenidən kəllə-çarxa çıxarır

04.09.2026 / 15:10
Prezident İsveçrə və Niderlanda yeni səfirlər təyin etdi

04.09.2026 / 14:57
Minatənizləmə üzrə beynəlxalq Bakı konfransının yekun sənədində mühüm maddə...

04.09.2026 / 14:33
Azərbaycanlı professor “The Guardian”ı fakt qarşısında qoydu - Qarabağla bağlı təhriflərə etiraz olundu

04.09.2026 / 14:23
Külli miqdarda qızılı Türkiyəyə keçirmək istəyən qrup üzvlərinə hökm oxundu - Naxçıvanda

04.09.2026 / 14:16
"Brutto müqavilə" modeli AYNA-nı saysız ictimai qınaqlardan necə qurtara bilər...

04.09.2026 / 13:50
Almaniya Ukrayna üçün hücum dronlarının kütləvi istehsalına başladı - beş min…

04.09.2026 / 13:36
Azərbaycan-ŞƏT əməkdaşlığının geosiyasi əsasları

04.09.2026 / 13:21
Ukrayna Soçidə "Rosneft"ə məxsus neft anbarını və HHM batalyonunu bombaladı...

04.09.2026 / 13:08
SOCAR ilk dəfə İtaliyadan Gürcüstana benzin idxal edib

04.09.2026 / 12:57
Macarıstan Ukraynanın Aİ-yə üzvlük prosesini üçüncü dəfə blokladı

04.09.2026 / 12:45
Axtarışda olan 2 nəfər Rusiyada saxlanaraq Azərbaycana gətirildi

04.09.2026 / 12:33
Polşa minə yaxın rus diplomatın Avropadan qovulmasını təklif etdi...

04.09.2026 / 12:17
Oman İranla Hörmüz razılaşmasından imtina etdi…

04.09.2026 / 12:05
İngiltərənin 1918-ci il Azərbaycan siyasəti və Bakı uğrunda döyüşlər

04.09.2026 / 11:42
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşdı

04.09.2026 / 11:25
Əvvəlki dövrlərdən bağlı qalan 36 cinayətin üstü açıldı...

04.09.2026 / 11:08
Lənkəran, Şirvan və Yevlax Yaşayış Komplekslərində mənzillərin güzəştlə satışına başlandı

04.09.2026 / 10:41
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bəyanat yaydı

04.09.2026 / 10:12
S&P: "Comstock"un SOCAR-la sövdələşməsi şirkətin kredit göstəricilərini yaxşılaşdıracaq"

04.09.2026 / 09:53
İrandan Rusiyaya narkotik daşıyanlar Biləsuvarda yaxalandı

04.09.2026 / 09:16
Prezident İlham Əliyev İtaliyanın Baş nazirini təbrik etdi

04.09.2026 / 08:41
Mer ağcaqanadların məsuliyyətə cəlb olunması üçün əmr imzaladı...

03.09.2026 / 23:03
Ukraynanın iki əsas kəşfiyyat qurumunun əməkdaşları arasında Kiyevin ortasında kütləvi silahlı toqquşma – üç zabit güllələndi…

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ