çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Molla rejimi ermənilərin Cənubi Azərbaycandakı soyqırımlarının heç üstünü vurmur...

Image


Azərbaycanın Güneyində yaşayan soydaşlarımız yerli xalq olsalar da, burada çox zəngin tarixi irs formalaşdırsalar da, mədəniyyət yaratsalar da, çox təəssüflər olsun ki, son yüz ildə onların başına gətirilməyən faciə qalmayıb. Fars Pəhləvi rejiminin, molla hakimiyyətinin zülmü ilə yanaşı erməni daşnaklarının zülmünə də məruz qalıblar.

Amma erməni daşnaklarının aysorlarla birləşərək xalqımıza qarşı törətdiyi genosid aktı barədə molla rejimi bir söz belə söylməyib. İllərdir bu qanlı tarix, bu qanlı səhifələr barədə rejim bir kəlmə də olsun danışmır. Halbuki, bu mövzuda daha çox danışılmalıdır ki, dünya erməni daşnaklarının əsl simasını görsün. Biz bunun əvəzində başqa şeylər görürük, molla rejimi şərait yaradır ki, ermənilər qondarma erməni “soyqırımı”na abidə qoysunlar, hər il onların “anım” mərasimini keçirsinlər. Ermənilər qondarma “soyqırım”a abidə də qoyublar, hər il uydurma olayla bağlı tədbirlər də keçirirlər. Bütün bunlara molla rejimi imkan yaradır…

İlin əvvəlində redaksiyanın tərtib etdiyi plana uyğun olaraq, “Güney Azərbaycanın qanla yazılan tarixi” rubrikasında erməni daşnaklarının Azərbaycanın Güneyində xalqımıza qarşı törətdiyi soyqırım cinayətlərindən danışacağıq.

Bildiyiniz kimi, erməni daşnakları həm Azərbaycanın Şimalında, həm Qərbi Azərbaycanda, həm Cənubi Azərbaycanda, həm Borçalıda, həm Anadoluda, həm də Azərbaycan türklərinin yaşadığı digər bölgələrdə soyqırım cinayətləri törədiblər, yüzlərlə insanın qanını axıdıblar, evlərini tar-mar ediblər.

Bu barədə M.S.Ordubadinin “Qanlı sənələr” və başqa tarixçi və yazarların əsərlərində bəhs edilir ki, ermənilər soydaşlarımıza qarşı hansı zülmlər ediblər. Məlumatlara görə, 1917-1918-ci illəri əhatə edən bu hadisələr zamanı 190 minə yaxın Azərbaycan türkü qətlə yetirilib.

1917-1918-ci illəri əhatə edən Cənubi Azərbaycanda soyqırımı erməni və aysor silahlı birləşmələri tərəfindən törədilib və onlar Cənubi Azərbaycanda türk-müsəlman əhalisinə qarşı insanlığa sığmayan cinayətlər həyata keçiriblər. Bu soyqırımla bağlı məlumatlarda qeyd edilir ki, ermənilərin təşkilatçılığı ilə vaxtilə ruslar tərəfindən Cənubi Azərbaycan ərazisinə yerləşdirilən aysorlar da bu hadisələrdə ermənilər tərəfdən çıxış ediblər. Aysorlara yerli türklər Cilo deyirdilər.

Tədqiqatçılar yazır ki, hadisələr Urmiya şəhərində başlasa da, sonra başqa şəhərlərə yayılıb. Tədqiqatçılar yazır ki, hələ 1917-ci ildən ermənilərin yerli türklərə hücumları adi hal alıb. Urmiyadakı ABŞ nümayəndəsi Şedin təşəbbüsü və zəmanətilə tərksilah edilmiş şəhər sakinləri ermənilərə müqavimət göstərə bilmədilər. Seyid Əhməd Kəsrəvinin yazdığına görə, toplardan da istifadə edən erməni-aysor dəstələri bunun sayəsində şəhərdə xeyli insanın öldürülməsinə nail oldular. İran arxiv materiallarına əsasən, təkcə 1918-ci ilin mart ayının 17-də, axır çərşənbə günü erməni-daşnak dəstələri və aysor dəstələri 500-dən çox evi yandırıb, 10 mindən çox insanı isə qətlə yetirib. Xalq arasında "Urmi bəlası" kimi bilinən bu hadisələr xalq folklorunda hələ də yaşamaqdadır.

Bu hadisələr təkcə Urmiyada baş verməyib, eyni zamanda Salmas, Xoy, Maku, Dilməqan şəhərlərində də olub. 1918-ci ilin iyununda, Kazım Qarabəkir Paşanın rəhbərliyindəki Osmanlı ordusunun Cənubi Azərbaycana daxil olmasından sonra bu hadisələrin qarşısı alınıb. Tədqiqatçılara görə, 1918-ci ilin iyununda Xoy şəhərinə daxil olan türk ordusu oradan soyqırımın hələ də davam etdiyi Salmasa yönəldi. Bir necə günlük döyüşlərdən sonra erməni-aysor dəstələri darmadağın edildi.

Cənubi Azərbaycandakı məğlubiyyətin xəbərini eşidən Andronik qisas və Xoy şəhərini almaq üçün 8 minlik qoşunla Culfadan Xoya hücuma başladı. 1918-ci ilin iyun ayının 24-də Xoy şəhəri erməni qüvvələri tərəfindən mühasirəyə alındı. Şəhərdə qalmış azsaylı Osmanlı qüvvələri və şəhər sakinlərinin könüllü dəstələri müqaviməti təşkil etdilər. Salmasdan Osmanlı qoşununun yaxınlaşdığı xəbərini eşidən erməni qoşunları Cənubi Azərbaycan çıxmaq üçün geri çəkilməyə başaldılar. Geri çəkilərkən yolüstü bütün şəhər və kəndlər yandırıldı.

Urmiya gölündə olan, rus hərbi gəmisini ələ keçirən 180 nəfərlik erməni-aysor dəstəsi Şərəfxana limanına hücum etsə də, Osmanlı ordusu və yerli əhalidən təşkil edilmiş könüllülər tərəfindən məğlub edilərək, demək olar ki, hamısı qətlə yetirildi.

ADPU-nun Azərbaycan tarixi kafedrasının dosenti, tarix elmləri namizədi Firudin Cümşüdlü yazır ki, XX əsrin əvvəllərində ermənilərin xarici ölkələrdən Azərbaycana köçürülməsi  bölgədə demokratik vəziyyətin tamamilə dəyişməsinə səbəb olmuşdu. Erməni  avantüristlərinin “Böyük Ermənistan”  xülyasını həyata keçirmələri ilə bağlı yalançı təbliğatları Qafqaz bölgəsində milli qırğınların başlanmasına gətirib çıxarmışdı. 1905-1906-cı illərdə törədilmiş bu qırğınların miqyası xeyli genişlənərək  Bakı, Naxçıvan, İrəvan, Zəngəzur, eləcə də  Cənubi Azərbaycan ərazisini əhatə etmişdi. "Həmin illərdə erməni terror təşkilatına qoşulmağa səsləyən intibahnamələr yayılırdı. Bu intibahnamələrdə azərbaycanlılar ruslara qarşı birlikdə mübarizə aparmaq adı ilə erməni terror təşkilatına qoşulmağa çağırılırdı. Buna qarşı çıxanlara isə  hədə-qorxu gəlinirdi. Senator  Kuzminski o dövrdə yazırdı: “Görünür, ermənilərin bu cür fitnəkar fəaliyyəti müsəlman dünyasında geniş yayılmışdır”. Yeri gəlmişkən, ermənilərin hədələyici intibahnamələri və onlara müsəlmanların mənfi cavabları İskəndəriyyədə  fars dilində çap olunan “Cohrənuma” jurnalında  dərc edilmişdi. “Daşnaksütyun” partiyasının idarə etdiyi erməni quldur birləşmələrinin 1905-ci il fevral ayının 20-21-də İranın müsəlman əhalisinə qarşı törətdiyi vəhşiliklər, qırğınlar və dinc sakinlərə qəddarcasına divan tutulması  şahidləri dəhşətə gətirmişdi. O vaxtlar Rusiyada nəşr olunmuş “Kavkaz”  qəzetində bu qətllərin “Parisdə” və ya “Venesiyada” çap edilmiş erməni dərsliklərindən tərbiyə almış adamlar tərəfindən törədildiyi qeyd olunurdu. Bu kitabların müəllifləri öz şagirdlərini bəşəriyyətə qarşı  gələcək cinayətlərə sanki qabaqcadan proqramlaşdırırdılar. Adıçəkilən rus qəzetinin yazdığına görə, həmin dərsliklərdə  Tanrının erməni xalqını sivilizasiyanı və  xristianlığı yaymaq üçün vasitəçi seçdiyi vurğulanırdı. Yeri gəlmişkən, ümummilli liderimiz Heydər Əliyev bu məsələyə  belə qiymət vermişdi: “Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhda böyüməsinə zəmin yaratmağı dövlət siyasəti səviyyəsinə qaldırır. Böyük humanist ideallara xidmət edən Azərbaycan ədəbiyyatı və mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni ideologiyasının təqiblərinə məruz qalır. Azərbaycan xalqının mənəviyyatına və milli qüruruna  yönəlmiş böhtanlar siyasi və hərbi təcavüz üçün ideoloji zəmin yaradır”...

1918-ci ildə rus qoşununun Cənubi Azərbaycanı  işğal etməsindən sevinən ermənilər hərbi ordu hissələri yaradıb Maku, Xoy, Urmiyada qanlı qırğınlar törətdilər. Urmiya gölü ətrafında öldürülən və yandırılan azərbaycanlıların sayı olduqca çox idi. Ermənilər məşrutə hərəkatına qarşı xəyanət edib rus döyüşçüləri ilə birlikdə azərbaycanlı əhalinin qırılmasında və yandırılmasında yaxından iştirak edirdilər. Çar ordusunun Cənubi Azərbaycandan çıxdığını bilən ermənilər bərk qorxuya düşdülər. Ruslar ərazidən çıxarkən öz silahlarını təmənnasız olaraq ermənilərə verdilər. Seyid Əhməd Kəsrəvi bu hadisələri belə qeyd edir: “Biz dedik ki, ürək dağlayan Urmiya dastanını  ayrıca yazacağıq. Dey ayının 11-i (dekabrın 31-i) idi ki, ruslar Urmiyanı tərk etməyə başladılar. Onların ordusunun bir hissəsi sərhədə doğru geri çəkildi, sabahısı – ayın 12-də qalan qoşunlar da oranı tərk etdilər. Son 1-2 ay ərzində  qan töküb talançılıq edən ermənilər qorxub Urmiyada qalmaq istəmirdilər. 10 minə yaxın kişi və qadın uşaqları ilə birlikdə əşyalarını yığıb tələsik şəhəri tərk etdi. Onlar könüllü surətdə əcnəbilərdən aldıqları silahla yerli günahsız əhalinin qanını tökdülər. Lakin əsas sözümüz ermənilərin iranlılarla düşmənçilik mövqeyində durması idi. O adamlar ki, əsrlərlə İranda yaşayıb və onun bütün nemətlərindən, rahatlıqlarından faydalanıb əcnəbilərin göstərişi ilə öz həmvətənlərinə  düşmənçilik etdilər”.

Özlərini ariyalılarla həmirq və qan qohumu adlandıran ermənilər Cənubi Azərbaycanın Urmiya, Xoy, Təbriz və Salmas şəhərlərində qanlı qırğınlar törətdilər. Erməni quldur dəstəsinin başçısı Ağa Petros, assurilərin rəhbəri Marsimon və digər şəxslər Salmasdan Urmiyaya gəldilər. Erməni dəstələri evlərə soxularaq talançılıq edir, evləri yandırırdılar. Seyid Əhməd Kəsrəvi yazır: “Onlar  Urmiyada 500 evə od vurub yandırdılar, kişi, qadın  və uşaqları öldürdülər. Belə zülm və vəhşilik heç bir əsrdə edilməmiş və heç bir qanunda görünməmişdi”" .

Alim yazır ki, Urmiyada 15 minə qədər əhali yaşayırdı, erməni quldurları təkcə bir gündə 1500 nəfər azərbaycanlını qətlə yetirdilər. " Osmanlı qoşunu Urmiyaya gələnə qədər erməni qaniçənləri tərəfindən 10 mindən artıq soydaşımız öldürüldü. Bu qırğınlar haqda Seyid Əhməd Kəsrəvi yazır: “1918-ci ilin martında ermənilər qapıları sındırıb, evlərə girib azyaşlı qız uşaqlarını zorladılar, sonra onlarla bərabər kişiləri və qadınları öldürürdülər. Evlərindən qaçmağa müvəffəq olanları isə küçələrdə güllələyirdilər… Analar uşaqlarını qana boyanmış vəziyyətdə görürdülər. Bu dəhşətli hadisələri, vəhşilikləri insan artıq şərh edə bilmir”. Ermənilərin törətdikləri kütləvi qırğında 10 min nəfərə yaxın azərbaycanlı öldürüldü,  əhalinin  mülkü, əmlakı  ələ keçirildi. 1918-ci il iyunun 24-də quldur dəstə başçısı Andronik Ozanyanın silahlı dəstələri Xoy şəhərini mühasirəyə aldılar. Topları işə salaraq bir neçə evi dağıtdılar, günahsız insanları qətlə yetirdilər. Xalqın köməyinə çatan osmanlılar  quldur Andronikin ordusunu geri çəkilməyə məcbur edirlər.

Ruslara  sığınan daşnaklar və onun hərbi başçısı Pertos topxana və hərbi qrupları ilə Urmiyadan Salmasa hərəkət etdilər və  burada çoxlu sayda insanın qanı axıdıldı. Andronik yenidən öz qüvvələrini qaydaya salaraq Xoya hücum etdi. Şəhərin müdafiəsinə qalxan xoylular ermənilərə ağır zərbə endirdilər".

Alimin yazdığına görə, 1918-ci il  iyunun 26-da Xalxaldan olan yaşlı kişi  Mirməhəmməd Pişnamazın öz evində başını kəsib bədənini tikə-tikə etdilər. O yazır ki, rus və ingilis havadarlarına arxalanan ermənilər quldur Andronik Ozanyanın  başçılığı ilə Urmiyada, Xoyda, Salmasada və Təbrizdə görünməmiş qırğınlar törətdilər.  "Ermənilərin misli görünməmiş azğınlıqlarına dözməyən Salmas və Urmiyanın kəndlərində yaşayan sakinlər evlərini tərk etməyə məcbur oldular.

Ermənilərlə farsların dil, irq və qan qohumluğu olduğunu İran alimi Pərviz Vərcəvəndin 1999-cu ildə Tehranda fars dilində nəşr etdirdiyi “İran və Qafqaz” (“aran şirvan”) kitabında Andronik Hoyanın “Erməni mədəniyyəti ilə İran mədəniyyətinin uzun sürən həmişəlik bağlılıqları” yazısı (səh. 361-389) çap olumuşdur. O yazır: “Ermənilərin dili hind-Avropa dilinin bir şaxəsidir ki, fars dili ilə yaxın qohumluq əlaqələri vardır. Parfiya çarlığı dövründə iranlılar və ermənilər bir-birinin dilini başa düşürdülər. Hazırda pəhləvi lüğətləri  erməni dilində müşahidə edilməkdədir. Andronikin kitabına görə ermənilərin təqvimi ilə farsların təqvimi eynidir.” Bütün bunlar barədə ameriklı tarixçi  haqlı olaraq qeyd edir: “…Bura  gələn ilk ermənilər fırıldaqçı, macəra axtaran olmuşlar. Onlar avantürist olmasaydılar, digər ölkələrdən ərazi qoparmaq xəyalında olub ”böyük hayastan” yaratmaq fikrinə düşməzdilər”. “Erməni millətçiləri bu gün də İranda Azərbaycan dövlətinə qarşı təxribatlarını davam etdirirlər” - deyə Cümşüdlü qeyd edib.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ